Azərbaycan Xarici İşlər Nazirliyivə Baş Prokurorluğunun mətbuat xidmətləri Slovakiya vətəndaşı Frantişek Mikloşko barəsində cinayət işinin başlanması haqqında məlumat yayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya
daxil olan məlumatda deyilir ki, Slovakiya vətəndaşı Frantişek Mikloşkonun
(FrantiÅ¡ek MikloÅ¡ko) Ermənistanın Azərbaycan Respublikasının işğal etdiyi
ərazilərində yaratdığı qanunsuz rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ
etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə bu ərazilərə xarici ölkə
vətəndaşlarının səfərlərini təşkil etməsi, eyni zamanda Azərbaycanın ərazi
bütövlüyü və suverenliyini şübhə altına alan qərəzli hərəkətlər etməsində şübhələr
üçün kifayət qədər əsaslar olduğundan həmin faktlarla bağlı Baş Prokurorluğun
Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının
ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) və 318.2-ci
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət
sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
Müəyyən
edilib ki, F. Mikloşko Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə
razılaşdırmadan icazəsiz Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə
dəfələrlə qanunsuz səfər etmiş, həmin ərazilərdə keçirilən qondarma seçkilərdə
“müşahidəçi” kimi iştirak etmiş və etnik və dini zəmində millətlərarası nifaqı
qızışdıran hərəkətlər edib. Bu şəxs qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ
edilməsi məqsədilə İrəvan şəhərində keçirdiyi mətbuat konfransında “qondarma
parlament seçkiləri müstəqillik haqqında özünəməxsus referendumdur” deyə Azərbaycanın
ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib, həmçinin
qondarma rejim barəsində “müstəqil dövlət kimi qəbul olunmalıdır”, “bizim üçün
müstəqil dövlətdir” kimi müraciətlər səsləndirib.
İttiham
üçün əsas verən kifayət qədər sübutlar toplandığından F.Mikloşko Cinayət Məcəlləsinin
281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq
barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə
axtarış elan olunub.
Təqsirləndirilən
şəxs F. Mikloşkonun tutulub istintaqa cəlb edilməsi üçün zəruri əməliyyat-axtarış
tədbirlərinin yerinə yetirilməsi məqsədilə axtarış qərarının icrası Daxili İşlər
Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və “İnterpol”un Milli Mərkəzi Bürosuna
həvalə edilib.
Azərbaycan
Respublikasının Cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq,
barəsində cinayət təqibi aparılan şəxsin vətəndaşı olduğu Slovakiya
Respublikasına bu barədə diplomatik kanallarla məlumat verilib.
Hazırda
iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd
edək ki, Frantişek Mikloşko Xristian Demokrat Hərəkatından Slovakiya Milli
Şurasının, 1990-1992-ci illərdə Slovakiya Milli Şurasının spikeri olub.
2010-cu
ildən ölkə daxili siyasətdən ayrıldığını iddia edir.