ƏƏSMN: Bu il 200-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb
Cəmiyyət
1444
20 Jul 2023 | 11:45

ƏƏSMN: Bu il 200-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb

Cari ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 217 normativ hüquqi akt layihəsi hazırlanıb.
 
Nazirlikdən Moderator.az-a verilən xəbərə görə, yeni normativ hüquqi akt layihələri sosial islahatların həyata keçirilməsinə, sosial müdafiə sisteminin gücləndirilməsi və aktiv məşğulluq proqramlarının genişlənməsinə xidmət edir. Bununla həmçinin əmək və məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində normativ hüquqi bazanın təkmilləşdirilməsi təmin olunur.
 
Ümumilikdə son beş ildə Nazirlik tərəfindən 2 min normativ-hüquqi akt layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
 
Link kopyalandı!
Son xəbərlər