İxtiyar Şirinlə bağlı yaxın keçmişin qaranlıq səhifəsi”¦
Cəmiyyət
Oxunub: 5955
22 Jul 2014 | 08:52
İxtiyar Şirinlə bağlı yaxın keçmişin qaranlıq səhifəsi”¦






Milli Qvardiyanın keçmiş komandiri polkovnik Əzizağa Süleymanov Moderator.az-a aşağıdakı məzmunlu girişlə bir yazı göndərib:


Surət Hüseynova yaxın şəxs kimi tanınan 709 saylı hərbi hissənin keçmiş qərargah rəisi Nazim Bayramovun bir müddət öncə saytınızda getmiş yazısıyla bir qədər gec tanış olmuşam və onun iddiaların həqiqəti əks etdimədiyini görüb Gəncə hadislərinin həmin epizodunun xronologiyasını ardıcıl təqdim etmək zorunda qalmışam. Ümid edirəm ki, buna şərait yaradacasınız.

 


Yazının əvvəli---moderator.az/?xeber=50279


”¦Arvad uşaqla bərabər bir “QAZ- 66” markalı hərbi maşın da bizə yaxınlaşırdı. Bunu görən alay komandiri Elmar Hüseynov bizə əmr etmişdi ki, əlinizdəki silahları bu maşına yükləyin, silahlar mülki şəxslərin əlinə keçməsin. Düzü, biz elə bildik ki bu maşın Müdafiə Nazirliyinin maşınıdır. Birinci olaraq alay komandiri Elmar Hüseynov özü silahını maşında gələn hərbçiyə təhvil vermişdi. Bizə isə silahları bir-bir maşının küzasına atmağı əmr etmişdi. Ondan sonra Nəsirov da silahını maşına atmışdı. Biz silahı təhvil verən kimi bir dəstə əli silahlı hərbçi peyda olmuşdu və bizi mühasirəyə almışdılar. Bizə bildirdilər ki, sizin qvardiyaçılar bizim briqadanın tabor komandiri Mehman Ələkbərovu 5,45 markalı avtomatla vurublar. Bunu ayırd etmək üçün sizi əsir götürürük. Hamı bir nəfər kimi artıq əskik hərəkətlərə yol vermədən gedirik Lələnin ianına. Elmar Hüseynov birinci olaraq qabağa düşüb onların göstərişini yerinə yetirmişdi. Ondan sonra biz əli silahsız qalaraq təslim olmuşduq. Hamımızı gətirib bura doldurmuşdular.
   Artıq hava qaralmaq üzrə idi. Biz saxlanılan kazarmanın pəncərələrindən baxanda günün batdığı hiss olunurdu. Birdən biz saxlanılan hərbi hissəyə yaxın məsafədən qəfıl şiddətli avtomat atəşi eşidildi. Güllə səsi yaxın məsafədən bir neçə yerdən aramsız gəlirdi. Bu zaman bizim keşiymizi çəkən əsgərlər ora-bura qaçmağa başlamışdılar. İnsan qışqırtısının səsi hər yerə yayılmışdı. Biz elə bildik ki, hərbi hissələrin hansısa bizi azad etmək üçün hücuma keçiblər. Dəhşətli insan naləsinin səsi hər yeri bürümüşdü. Dəhlizlə qaçan hərbçilərdən biri bildirmişdi ki, qvardiyaçıları Goranboy taborunun  uşaqları və gəncəli mülki adamlar güllələdilər. Bu xəbəri eşidən zaman özümdən aslı olmayaraq elə qışqırdıb bağırmışam ki, yerə nə vaxtı yıxıldığımı bilməmişəm. Yanımdakı qvardiyaçılar məni güclə ayıltmışdılar. Çöldə maşında olub güllənənlərin içində sağ qalan qvardiyaçıları da qapını açıb bizim yanımıza salırdılar. Bu zaman yaxından daha bir aramsız atəş   səsi eşidilmişdi. Hərbi hissədə bizimlə qonşu hərbi kazarmada saxlanılan qvardiyaçıların və Milli ordu əsgərlərinin bir hissəsi bu qarşılıqdan istifadə edərək kazarmanın arxa pəncərəsini açaraq qaçmağa müvəffəq olmuşdular. Bir güllə səsi də yaxından eşidilmişdi. Bizim mühafizəmizi çəkən qapıda duran əsgərdən soruşduqda nə olub, o bildirmişdi ki, bir Milli qvardiyaçı bizə tabe olmayıb özünü öldürdü. Həmin qvardiyaçının kimliyi ilə biz maraqlandıqda bəlli olmuşdu ki, bu, Gəncənin futbol komandasında futbol oynayan gəncəlilərin sevimlisi olan “Ziko” ləqəbli futbolçu, hal-hazırda Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsində xidmət edən qvardiyaçı İsmayılov Kamaləddin Rəhim oğludur. Bizim yanımıza salınan qvardiyaçılardan soruşduqda çöldə nə baş verib onlar bildirdilər ki, komandir, sizi Surət Hüseynovun adamları əsir götürəndən sonra hər tərəfdən axışıb gəldilər. Elə bil sizin tutulmağınız barədə onlara kimcə məlumat vermişdi. Sizdən sonra bizə heç kim rəhbərlik edə bilməmişdi. Komandanın başı danışıqlara qarışmışdı. Sizin əsir götürlməyiniz ona çox pis təsir etmişdi. O sizi onların yanına göndərməyinin peşmançılığını çəkirdi. Böyük səhv etdim deyirdi. Bu arada onların qabağına çıxa biləcək bir şəxsin olmadığını hiss edən surətçilər danışıq zamanı baş prokuror İxtiyar Şirinovun onlara təhvil verilməsini tələb edirdilər. Milli Qvardiya komandanı Tahir Məmmədov baş prokurorun heç kimə təhvil verilmiyəcəyini qəti sürətdə bildirirdi. Hər dəqiqə vəziyyət ağırlaşırdı. Surət Hüseynovun tərəfdarları isə baş prokuroru tələb edirdilər. Vəziyyətin çıxılmaz olduğunu hiss edən Tahir Məmmədov İxtiyar Şirinovu gizli yol vasitəsi ilə baş prokurorun olduğu Milli Təhlükəsizlik Nazirliyinin Gəncəgəki inzibati binasının ərazisindən çıxarılması qərarına gəlmişdi. Milli Qvardiyanın iki nəfər xüsusi təyinatlı dəstəsinin üzvü olan Əlizadə Tərlan Aydın oğlu və Rəfiyev Elgün Qoca oğlu tərəfindən baş prokuror İxtiyar Şirinov inzibati binadan maneəsiz çıxarılmışdı. Sonradan aldığımız məlumata əsasən Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasından gizli yolla heç bir maneə olmadan uzaqlaşdırılan İxtiyar Şirinov yolda təhlükəsiz yerdə olduğunu hiss edib, onu müşayət edən Milli Qvardiyaçıların xidmətlərindən imtina edir. Onları geri qaytararaq özü nəməlum istiqamətdə hərəkət edir. (bu epizodun da araşdırilmasını tarixçilərin öhdəsinə buraxıram.)     
 Sürət Hüseynovun adamları ilə danşıq aparan milli təhlükəsizlik nazirinin birinçi müavini Sülhəddin Əkbərov və Milli Qvardiyanın komandanı Tahir Məmmədov onlarla belə razılığa gəlmişdilər ki, Qvardiyaçılar və Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsi silahı təhvil vermədən maneəsiz şəhərdən çıxırlar. Bu razılıq əsasında onlar avtobuslara minərək, Gəncədən çıxmaq istəyirdilər. Surətçilərlə razılaşma əsasında yol boyu dövlət qrumunun üzvü olan avtobusa sürücü kimi Gəncədə tanınan bir adam oturdulur. Birinci “Mersedes” markalı Milli Qvardiyaya məxsus olan avtobusa qvardiyaçıların bir hissəsi minir və yola düşür. İkinci böyük avtobus Milli Təhlükəsizlik Nazirliyinə məxsus olur. Həmin avtobusa yerdə qalan hər iki silahlı qurumun əməkdaşları, başda Milli Qvardiyanın komandanı Tahir Məmmədov olmaqla 50- dən çox əməkdaş minir. Tahir Məmmədov yerdə heç bir əməkdaşın qalmadığına əmin olandan sonra özü avtobusun qabağında ayaq üstə durub, sürücüyə şəhərdən çıxmaları barədə göstəriş verir. Birinci avtobus ikinci avtobusdan bir az tez çıxaraq Surət Hüseynovun şəxsən qərargah saldığı 709 saylı hərbi hissənin yaxınlığında Gəncə şəhərinə giriş- cıxış yolu ayrıcında surətçilər tərəfindən əvəlcədən qurulmuş məntəqədə silahlı pusquya düşürlər. Ağ hərbi masxalatla əvəlcədən təmin olunmuş bu silahlı qiyamçılar yolun hər iki tərəfində gizlənirlər. Gəncəyə giriş -çıxış yol kəsişini isə göy rəngli “VAZ 2106” markalı Jiquli maşını ilə kəsirlər. Sonradan aldığımız məlumatlara görə bu yol kənarında pusqu qurub duran silahlı hərbi və mülki formada olan qiyamçıların bir neçə nəfəri Gəncə şəhərində qatı cinayətkar sayılan şəxslərlə yanaşı Goranboy taborunun milliyətcə qarışıq olan 5-6 hərbi formalı üzvləri də olur. Onlar birinci avtobusu atəş açmadan saxlayıb hərbi hissənin içərisinə sala bilirlər. İçərisində Milli Qvardiyanın komandanı Tahir Məmmədov olan ikinci avtobus yol ayrıcına catan zaman əvəlcədən yolu kəsmək üçün hazır vəziyyətdə olan göy 06 jiquli markalı maşınla kəsilir. Avtobusun sürücüsü maşını saxlayır. Bunu görən Tahir Məmmədov həmin sürücünü sükanın arxasından götürüb çölə atır. Avtobusun əsl sürücüsü olan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı tez avtobusun sükanının arxasına keçib, yolu kəsən göy 06 markalı jiqulini vuraraq yolun Gəncə şəhərinə girişi istiqamətdə hərəkət edir. Bu zaman avtobusun qabağına qəflətən çıxan ağ masxalatlı hərbçi əlindəki avtomatın altında quraşdırılmış qumbaraatanla avtobusu öndən vurur. Avtobus dayanan kimi onun sağ və solunda gizlənən ağ masxalatlılar tərəfindən avtobus hər iki tərəfdən qəflətən şiddətli avtomat atəşinə tutulur. İlk güllə öndən avtobusun içində öndə olan iri cüssəli hündür boylu olan Milli Qvardiya komandanı Tahir Məmmədovun başına dəyir. O müqavimətin saxlaya bilməyib avtobusun atəş zamanı mərmi və güllədən çilik çilik olmuş ön şüşə yerindən avtobusun qabağına düşür. Avtobusun sürücüsü isə sükanın arxasındaca keçinir. Amansızlıqla qəddarcasına hazırlanmış bu terror aktı zamanı 13 nəfər yerincədə ölür, 10 nəfərdən çox əməkdaş ağır güllə yarası alır. Avtobusdan salamat çıxan karate üzrə resbublika və Avropa çempionu olmuş qvardiyaçı Hüseynov Firdövsi Hüseyn oğlu avtobusun yanında əlində pistolet tutub, avtobusdan düşən dövlət qrumunun əməkdaşlarına tərəf tuşlamış mülki formada olan üzü  şıramlı Gəncə sakinindən soruşanda ki, bizi niyə güllələyirsiniz? Həmin üzü çapıq adam ona “kəs səsini” deyib söyüş söyərək əlindəki pistoletdən Firdövsiyə atəş açır, Firdövsini əlində tutduğu güllə ilə başından vurur. Başından aldığı güllə yarasından Firdövsü yerindəcə keçinir. Güllə səsini və yaralanan insanların ah-naləsini eşidən hadisə baş verən yerin yaxınlığında yaşayan Gəncə sakinləri bu vəhşi terror aktını görüb, küçəyə tökülürlər. Evlərindən küçəyə çıxıb onlara tərəf gələn insan axınını görən ermənilərdən qorxub döyüş bölgəsindən qaçıb fərarilik edən bu canilər törətdikləri qanlı cinayət yerindən qaçırlar. Böyük insan qırğınının qarşısını alan sadə Gəncə vətəndaşları avtobusda güllələnən yaralı və ölənləri fədakarlıq edib yolda saxladıqları maşınlara yükləyib xəstəxanaya göndərirlər. Gəncə sakinləri sonradan söyləyirdilər ki, atəşə tutulmuş avtobusun sağ və sol tərəfindəki oturacaqlarda ölən və yaralı qvardiyaçıların bədənlərində ən azı hər birinin 10-15 güllə yarası yeri var idi. Bu avtobusda olub güllə yarası alan milli qvardiyanın xüsusi təyinatlı dəstəsinin üzvü olan leytenant Cabbarov Vilayət Həmid oğlunun bir qoluna 19 güllə dəymişdi. Milli Qvardiyanın başqa bir zabiti leytenant Əzimov Rövşən Salman oğlunun ayağında güllə yerindən  salamat yer yox idi. Avtobusda vəhşicəsinə güllələnmiş insanların köməyinə gələn sadə Gəncə camaatı özlərini surətçi adlandıran canilərə üz tutub deyirdilər ki, sizin vicdanınız yoxdu. Qvardiyaçılar kişilik göstərdilər, ana- bacı qədri bildilər, ermənilərə qan udduran bu cəngavərlər bizə görə sizə güllə atmadılar. Biz- arvadlı uşaqlı onların üstünə getdik, siz isə həmin vaxtı hamınız qaçıb gizlənmişdiniz. İndi isə tülki kimi üzə çıxıb bizə görə sizə güllə atmayan oğlanları qırırsınız. Siz Mehmanı özünüz arxadan vurdunuz və aranı qarışdırıb qan saldınız. O Gəncədəki 709 sayli qiyam qaldıran hərbi hissədə tabor komandiri vəzifəsində calışırdı. Əslən Gədəbəy rayonunun İvanovka kəndindən idi. Milli Qvardiyanın komandanı Tahir Məmmədov da həmin kənddən idi, onların bir-biri ilə hətta uzaq qohumluq əlaqələri vardı. Taleyin qismətinə bax ki, hər ikisi eyni gündə, eyni yerdə eyni adamlar tərəfindən güllələnib öldürüldü.Yaranmış qarışıqlıqdan istifadə edən qvardiyaçıların sıravi heyətinin bir hissəsi əsir saxlanıldıqları əsgər yataqxanasının arxa pəncərələrini sındıraraq qaça bilmişdilər. Bunu görən Surət Hüseynovun adamları orada qalan qvardiyaçıları gətirib bizim yanımıza saldılar. Avtobusda sağ qalan qvardiyaçıları da gətirib bura saldılar. Onların arasında hətta yaralılar da var idi. Həmin yaralılardan biri mənimlə birlikdə Bakıdan təyyarə ilə Gəncəyə gələn qvardiyaçı Məhərrəmov Ədalət Şirin oğlu idi. O içəri girən kimi mənim yanıma gəlmişdi. Çöldə baş verən qanlı hadisəni danışırdılar. Onlar deyirdilər ki, Kəmaləddin birinci gələn avtobusda idi. Bizi güllələyən Surətçilər birinci avtobusu yolu kəsərək hərbi hissənin içərisinə sala bilmişdilər. Onlar avtobusda olan qvardiyaçılardan silahı təhvil verməyi tələb edirdilər. Qvardiyaçı İsmayılov Kəmaləddin Rəhim oğlu bu zaman əlindəki avtomatın lüləsini çənəsinin altına sıxaraq “kişinin sözü bir olar” deyərək özünü vurmuşdu. Güllə onun çənəsindən girib başından çıxmış və həmin andaca ölmüşdü. 
     Bəli, qvardiyaçıların başına gələn bu müsübətli bəlanın bilavasitə səbəbkarlarının bir hissəsi başda alay komandiri Elmar Hüseynov və Milli Qvardiyanın qərargah rəisi Taryel Nəsirov komandir heyəti ilə birlikdə indi də mənimlə bərabər surətçilərin əsiri idilər. Bacarıqsızlıqlarının, satqınçılıqlarının acı dadını yavaş yavaş hiss edirdilər. Qvardiyaçıların güllələnməsi xəbərin eşitsək də, kimlərin ölüb, kimin yaralanmasından, hələ ki, bir -iki nəfəri çıxmaq şərti ilə xəbərimiz yox idi...

Ardı var...
Oxşar xəbərlər
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO