Generalların şousu: Üçbacı dolması, bacanaq və bacıoğlu ordusu...
Oxunub: 11594
20 Feb 2022 | 19:39
Generalların şousu: Üçbacı dolması, bacanaq və bacıoğlu ordusu...
STİQMA
                                                                   
(Birinci yazı)
 
Zaman hələ o zamandı ki, Rəhim Qazıyevin qılıncının dalı da kəsirdi, qabağı da. Yeriyəndə yer titrəyirdi, danışanda göy! Adam xalqın boynuna çatı kimi keç(iril)mişdi! Ən sevimli məşğuliyyəti də qılıncını qınından sıyırmaq, elə boynuna çatı kimi sarıldığı xalqın boynunu vurmaqdı! Düzdü, aradabir camaatla şirin-şirin məzələnməyi də vardı; hərdən öz kəlləsinə da nəsə vurmaq istəyirdi. Və bunu o qədər məharətlə, o qədər ustalıqla teatrlaşdırırdı ki, binəva camaat bir tərəfdən onun müdafiə naziri olduğunu, o biri tərəfdən də ermənilərin ölkənin ətəklərini “Axtamar” konyakının “zakuska”sına çevirib tort dilimi kimi bala-bala kəsib doğradığını tamam-kamal unudurdu; bütün günü mavi ekranın qarşısında bardaş qurub həsrətlə gözləyirdi; gözləyirdi ki, bəs bu həpənd nə vaxt öz qafasına güllə sıxacaq!? Nə vaxt canımızı bu intizardan, bu əzabdan qurtaracaq! Bizdən də çox öz canını qurtaracaq! Amma illah da ki, külli-Qarabağda fəryad qoparan daş-qayadan səs çıxırdı, ondan səs çıxmırdı!.. 
Zarafat deyil, adam bəylər bəyi idi; 3 min kilometrlik yolun belini 3 saata qırırdı, amma yumşaq yerinin üstündəki naqanı ilə qafası arasındakı 30 santimetrlik yolun axırına çıxa bilmirdi ki bilmirdi! Yumşaq yerilə qafası arasındakı yolun əlində qalmışdı!.. 
Bakıda o girinc qalmışdı! Qarabağda əsgərlər! Döyüşən əsgərlər! Onun üstündə bu əsgərlərin çoxu son gülləsini də düşmənə tuşlamışdı, son gülləsini də düşmənə atmışdı! Son gülləsindən sonra da son qumbarasını öz doğma balası kimi köksünə sıxmışdı! Amma bu adam hələ də başına bir güllə sıxmamışdı! Sıxa bilməmişdi!..
Şəhid qardaşlarımızın bu qəhrəmanlığını bir az da alın yazısı kimi oxusaq, bir az da qəzavü-qədər kimi sinirsək, dünya dağılmaz ki! Əsgərin işi ölüb-öldürməkdi! Bəs qız-glinlərə nə sözünüz!? Kəlbəcərdə, Laçında... öz namusunun tək əsgərinə çevrilən, təklənən qız-gəlinlərimizi deyirəm. O qız-gəlinlərimizi ki, düşmən onları yolun bitdiyi yerinədək qovmuşdu! Həm yolun bitdiyi yerinədək, həm də sözün! O qız-gəlinlərimizi ki, özünü öz namusunun önünə vermişdi. Öz namusunu kürəyinə, öz balasını qucağına alıb özünü sıldırım qayadan atmışdı! Amma bu həpənd hələ də öz başına bir güllə atmamışdı! Ata bilməmişdi!
Kaş ataydı! O vaxt qafasına bir güllə vursaydı, indi də hər tində başına bir qapaz vurulmazdı! Bağıqapazlı olmazdı! Hər kimdisə, axırı bu boyda ölkənin müdafiə naziri olmuşdu!.. 
Hərçənd ki, hələ mən bütün ömrüm boyu heç bir adamda bu qədər məna axtarmamışam; hərçənd ki, hələ mən bütün ömrüm boyu bu qədər mənasız adam görməmişəm! Adam Füzulidən danışır, Füzulini hörmətdən salır! Babəkin adını çəkir, Babəkin yeddi arxa dönənini söydürür...
Amma bu mənasız və məzmunsuz adamı fövqəladə səlahiyyət sahibinə çevirən adamlar da vardı! Bir qismi ölüb, bir qismi hələ sağdı. Hərçənd dirilərinin də ölülərindən fərqi yoxdu; diriləri də ölüləri kimidi; dirilərini də ölülərindən ancaq qara torpaq ayırır. Və mənim onların dirisini də ölüsünə qatıb tərəzinin bir gözünə qoymağımda, vallah-billah, məndən çox, əlahəzrət zamanın barmağı var. 
Zaman da hələ o zamandı ki, Rəhim Qazıyevin qılıncının dalı da kəsirdi, qabağı da. Yeriyəndə yeri titrədirdi, danışanda göyü! Yerin-göyün titrədiyi yerdə biz kim idik! Nəkara idik! Ay toba, yerdən də, göydən də pis titrəyirdik! Yerdən də, göydən də betər əsirdik! Titrəməyimizin, əsməyimizin də tək səbəbi hakimi-mütləqin hüzuruna çağırılmağımızdı! Bəylər bəyinin! Ordu məkanında bunun bir adı var: “Na kovyor!” Onu da urusca yazdım ki, peşəkar döyüşçü dostlarımız vəziyyətin nə yerdə olduğunu elə durduğumuz yerdəcə anlasınlar. Ta əziyyət çəkib özlərini dağa-daşa çırpmasınlar!
Bilsinlər ki, mən həyatım boyu nə bu qədər mənasız adam görmüşdüm, nə də bu boyda kabinet! Dizlərimin əsməsi, bədənimin titrəməsi bir yana dursun! Təkcə dizlərim əssəydi, bədənim titrəsəydi, dərd yarıdı; içəri girən kimi bir tərəfdən də gözlərim alacalandı, başım gicəlləndi! Və bu dar macalda birdən-birə mənə elə gəldi ki, hakimi-mütləqin kabineti mənim ölkəmdən ən azı on dəfə böyükdü; o qədər böyükdü ki, bir ucu urusiyetin içinədək gedib təpilir! Kabinetdə əməlli-başlı qar havası vardı, şaxta vardı! Adama ancaq şimal ayısını xatırladan qar havası; adamın içini Sibirə çevirən şaxta! Özü də cənub adamının!..
İçindəki Sibir şaxtası ilə içinə girdiyi kabinetdə yeriyəndə yeri, danışanda göyü titrədən adam bu cənub adamının gözünə nədənsə çox balaca göründü. Məsələn, nöqtə boyda! Ya da o qədər balaca göründü ki, nöqtə də ondan böyük göründü!.. 
İndi durub bu mənasız, məzmunsuz və məzlum adamı fövqəladə səlahiyyət sahibinə çevirən adamlara nə deyim!? Nə deyim ki, ürəyim soyusun! Onsuz da bu oğlan ölmüşlərin son otuz ildə qız qarımış ancaq bir həqiqəti var: biz xalqdan qara qəpik də oğurlamamışıq! Çox gözəl! Çox pakizə! Siz dediz, biz də inandıq. Üstəlik, öz inancımızla nə vaxtsa bu qısır həqiqətinizin səcdəsinə durduğumuzu da gizlətmirik. Onu da gizlətmirik ki, son otuz ildə sizin bu həqiqətinizi elə sizin öz əlinizlə dürtməliyə-dürtməliyə, məsələn, mənim həqiqətlərimin ən qaranlıq köşəsinədək sıxışdıran öz həqiqətlərim(iz) də var axı! Onlar həm də tarixin həqiqətləridi! Tarixi həqiqətlərdi!..
Bəli, siz oğru olmamısız! Siz hakimiyyətdə olmusuz, amma hakimiyyətdə ola-ola hakim də ola bilməmisiz! 
Bəli, siz oğru olmamısız, amma sizin  hakimiyyətiniz dövründə bu yurdun bir tərəfi ölüsü ilə qəbir-qəbir, bir tərəfi də dirisilə mahal-mahal oğurlanıb!.. 
Mənim anam ölənədək Arazın o tayında qalmış qardaşının dərdini çəkdi. Dərdini çəkə-çəkə qardaşının adını öz balalarının adından da çox çəkdi! Hər gün min kərə dərdinin bir üzündən o biri üzünə çevrildi. Dərdinin bir üzündən o biri üzünə çevrilə-çevrilə, axır ki, qardaşını da evimizin bir üzvünə çevirdi. Son nəfəsini də qardaşını haraylaya-haraylaya dərdi! Mənim anamın qardaşı mənim anam öləndən sonra da bizimlə yaşadı, bizdə yaşadı! Amma siz öz həqiqətinizi bu xalqın həqiqətinə çevirə bilmədiz. Sizin həqiqətiniz siz hakimiyyətdən gedəndə öldü! Siz həyatdan gedəndə yox. Sizin həqiqətiniz sizdən qabaq öldü...
O sizin həqiqətinizdi! Ondan miras qalan və indi böyük-böyük adamların cibində xırda qəpik kimi cingildəyə-cingildəyə üstümüzə kərəzlənən kapolarınız da bizim həqiqətimiz! Tarixin həqiqəti! Tarixi həqiqət! Sovet bazarında qəhvə bişirməklə arvad-uşaq saxlayan kişilərin balaları müstəqillik bazarında dədələrindən də bir-iki fincan irəli getdilər; müstəqillik bazarını dədələrindən də bir-iki fincan artıq qəhvəlik elədilər. Hərdən xoruzlana-xoruzlana ehtizaza gəlib o qədər həvəslənirlər ki, ürəklərindən kağız pula çevrilmək keçir. Amma nə illah eləyirlərsə, ürəklərindən keçənlər həyata keçmir. Nə mayaları o mayadı, nə də maya dəyərləri!..
Zaman da hələ o zamandı ki, Rəhim Qazıyevin qılıncının dalı da kəsirdi, qabağı da. Yeriyəndə yeri, danışanda göyü titrədən adam içimdəki Sibir şaxtası ilə içinə girdiyim kabinetdə divan qurmuşdu! Bizə divan tuturdu! Məhşər ayağına çəkilmişdik! Başımızın üstündən göy, ayağımızın altından torpaq qaçırdı! Bu qaçhaqaçda, bu qovhaqovda nə baş verdiyini anlamağa məndə o hal hanı! O macal hanı! Göydə çaxan ildırım yerdə çırpınan adamı necə vurarsa, Rəhim Qazıyev də bizi elə çırpırdı, elə vururdu! İldırımdan da betər vururdu! Hara gəldi, necə gəldi!.. 
Hər kəlməsində, hər cümləsində xaric səs vardı. Nə vergülü bilinirdi, nə də nöqtəsi. Heç biri nota sığmırdı. Hər kəlməsi, hər cümləsi ruhuma əmud kimi çırpılırdı! Hər kəlməsilə, hər cümləsilə ağzının seliyi də üzümə çırpılırdı! Məni dünyanın bu başından o başına çırpırdı! Axırda bir-birimizdən o qədər iraq düşdük ki, vallah-billah, əməlli-başlı havalanan kimi oldum; istər-istəməz düşündüm ki, ya mən Bakıda deyiləm, ya da o, Moskvadadı...
Amma gözləri hədəqəsindən çıxmışdı! Amma gözləri gözlərimə eynəyimdən də yaxın idi! Gözləri qan çanağına dönmüşdü! Və mən qan çanağına dönmüş o gözlərdə özümü də, öz Vətənimi də, öz xalqımı da qan çanağına dönmüş gördüm! Sancıdan ürəyim bulandı! Ürəyim xirtdəyimə dirəndi! Az qaldı ki, ürəyimi qusum! Ruhum bədənimdə necə diksindisə, bədənim ruhuma dar gəldi!
Rəhim Qazıyev bu fürsəti də fövtə vermədi. Var gücünü toplayıb sonuncu cümləsilə sonuncu zərbəsini endirdi:
–Bu xalqda qeyrətdən, namusdan başqa hər şey var!!! 
O anda bu kəlmələri bəlkə 3 (yüz) dəfə, bəlkə 5 (yüz) dəfə öz-özümə təkrarladım! Amma nə illah elədimsə, uda bilmədim! Udsaydım, Rəhim Qazıyev məni udacaqdı!
O anda özümü qəhrəman kimi də hiss etmirdim. Hamıya və hamının üzünə deyilən sözdü! Yan-yörəmdə əyləşənlərdən nəyim artıq idi ki! Amma indi söhbət (bizdən və) məndən getmirdi. Mənim xalqımdan gedirdi. Bu xalqın namusunu, qeyrətini qorumalı olan adam, bu xalqın namusuna, qeyrətinə söyürdü! Və mən bu söyüşü udmaq, gələcəyimi uduzmaq istəmirdim! Və mən bu söyüşlə barışmaq, gələcək həyatımla ömrü boyu küsülü qalmaq, küsülü yaşamaq, gələcəyimdən utanmaq istəmirdim... 
Bu günümü, gələcəyimi, bu günümün, gələcəyimin içində öz xalqımı qorumalı olduğumu anlayanda var gücümlə bağırdım:
–Bəsdi!!!
Eyni anda əlimi də dəmirçi zindanı kimi masaya çırpdım. Qələm tutan əlimi! Qələmim barmaqlarımın arasından qılınc kimi sıyrıldı. Bəlkə tavan olmasaydı, aya, günəşə, ulduzlara sancılacaqdı! Hamının gözü qələmimdə idi. Hamı gözünü qələmimə dikmişdi!..
Qələmim masaya çırpıla-çırpıla Rəhim Qazıyevin düz üstünə yeridi! Bəylər bəyinin qarşısında özünü bir-neçə dəfə qəzəblə masaya çırpdı; elə bil tək çubuqla qoşanağara çalınırdı... 
Sonra araya sükut çökdü. Səssizlikdə başım-beynim necə guruldadısa, elə bildim qulaqlarımdan qan fışqırdı. Kantuziya almış əsgər kimi əllərimi qulaqlarıma dirəyib başımı silkələdim və bu anlarda ilk dəfə gözlərim hakimi mütləqə sataşdı. Rəhim Qazıyev yumruqlarını masaya dirəyib yavaş-yavaş yerindən qalxa-qalxa qızmış şir kimi üstümə bağırdı:
–Oğraş!!!
Bu xalqın namusuna, qeyrətinə söyən adam indi də bu xalqın namusunu, qeyrətini qoruyan adamı söyürdü! 
–Oğraş! Dur rədd ol buradan!!!
Amma ürəyi yenə də soyumadı. Qapını arxamca bağlayanda qapıya təpik atdı. İmkanı olsaydı, güllə də atardı! Amma təpiyini güllədən də betər atdı!..
Əlim qapının arasında qaldı. Qələm tutan əlim! Əlim qapının arasında qaldı, qələmim Rəhim Qazıyevin kabinetində!
Amma Rəhim Qazıyev məni təkcə kabinetindən qovmadı, Rəhim Qazıyev məni həm də işdən qovdu!..
Sonra aylarla uzanan məhkəmə araşdırmaları başladı. Səbayel rayon Xalq Məhkəməsinin hakimi Şəfəq Gözəlova qanunun əlilə tapdanan haqqımı və qələmimi yenidən özümə qaytardı. Amma Rəhim Qazıyev məni işə qaytarmadı...
Və mən bir də Müdafiə Nazirliyinə Rəhim Qazıyev gedəndən sonra gəldim...
İllər ötdü! Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hərbi jurnalistika sahəsindəki yaradıcılığımı şəxsən mükafatlandırdı! Öz əsgərinə şəxsən şərəf verdi! Öz əsgərini o mükafatın da, o şərəfin də sədaqətli əsgərinə çevirdi!
Amma nə oldusa, Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra oldu. Baş Qərargah rəisi Nəcməddin Sadıkov birdən-birə fövqəladə səlahiyyət sahibinə - şüşədən çıxmış cinə çevrildi! Və onun drijorluğu ilə ancaq polkovnik heyətindən ibarət xüsusi qruplar tərəfindən üstümə o qədər total hücumlar oldu ki, yalnız o hücumları təkbaşına dəf edib bütün təhlükələri geridə qoyandan və o binəva polkovnikləri “əliboş, üzüqara” geri qaytarandan sonra ordu ilə könüllü vidalaşdım. Ancaq dostumun “mülki həyatda özünü necə hiss edirsən” sualına o sualı bir-neçə dəfə öz-özümə təkrarlamayınca cavab verə bilmədim:
- Mülki həyatda özümü necə hiss edirəm!!? Azərbaycan ordusunda xidmət etmiş erməni zabiti kimi!..
Bağışla məni, Vətən! Mən orduya Səni qorumaq üçün gəlmişdim! Mən ordudan ləyaqətimi qorumaq üçün getdim!..
 
İbrahim RÜSTƏMLİ 
 
P.S. Nəcmədin Sadıkovun adını eşidib küncdə-bucaqda şit-şit irişən paşalara da sözüm var: sevinməyə tələsməyin! Adınız sıranın ən sonuncu yerində olduğuna görədir ki, adınızı sıranın önündə şəkmirəm! Heç olmasa, indi intizamlı olun! Növbənizi gözləyin,  kayf generalları, kafe generalları, kafel generalları!.. 
Oxşar xəbərlər
12:59, Bu gün
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
12:43, Bu gün
Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edilib
12:40, Bu gün
Türkiyəli general: “Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib”
12:37, Bu gün
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:34, Bu gün
Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB
12:30, Bu gün
Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”
12:26, Bu gün
Rusiyalı general: “Ağdamdakı monitorinq mərkəzi üç ölkə hərbçilərinin uğurlu əməkdaşlığının nümunəsidir”
12:23, Bu gün
“COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”
12:20, Bu gün
Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab: “Açıq siyasi sifarişdir”
12:18, Bu gün
Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”
12:15, Bu gün
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifələrinin öhdəsindən layiqincə gəldi”
12:12, Bu gün
İlham Əliyev: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
12:09, Bu gün
“Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir” - Kamaləddin Qafarov
12:05, Bu gün
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlandı - FOTO
12:00, Bu gün
COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb - FOTO
11:56, Bu gün
Bakıda təhlükəli anlar: Qaydaları pozub qəza törədən sürücü hadisə yerindən qaçdı - ANBAAN VİDEO
11:52, Bu gün
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTO
11:50, Bu gün
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib - YENİLƏNİB
11:47, Bu gün
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
11:42, Bu gün
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
11:38, Bu gün
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü
11:33, Bu gün
Milli ideyaların yaranması istiqamətində UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan" - FOTO
11:28, Bu gün
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
11:25, Bu gün
Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazmanın saxlanıldığı muzeydən REPORTAJ - FOTO
11:23, Bu gün
Ana 3 yaşlı qızını caduya görə öldürdü
11:20, Bu gün
XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub - FOTO
11:19, Bu gün
İranda dörd məhkum edam edilib
11:17, Bu gün
Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı - SƏBƏB MƏLUM DEYİL - VİDEO
11:15, Bu gün
Ukrayna Silahlı Qüvvələrinin məşhur qadın snayperi öldürülüb
11:11, Bu gün
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
11:08, Bu gün
Bakıda evdə meyit tapılıb
11:00, Bu gün
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
10:55, Bu gün
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:12, Bu gün
36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
10:12, Bu gün
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:10, Bu gün
Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
10:00, Bu gün
Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:50, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
09:46, Bu gün
Millət vəkilinə ağır itki
09:37, Bu gün
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
09:29, Bu gün
"iPhone" satışları rekord səviyyəyə düşüb
09:23, Bu gün
Aprelin sonu iki bürcə ciddi problemlər gətirəcək
09:18, Bu gün
Dəhşətli avtobus qəzası: 13 ölü, 40 yaralı var
09:11, Bu gün
Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:35, Bu gün
Daha 140 nəfər doğma Füzuli şəhərinə qayıdır - FOTO/VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
GÜNLÜK
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 14:29
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 13:39
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
25 Apr 2024 | 13:14
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 14:29
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 13:39
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
25 Apr 2024 | 13:14
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib