Səylər, mövqelər, baxışlar birləşməyincə... - Eldar Sabiroğlu yazır
Cəmiyyət
Oxunub: 861
08 Jan 2022 | 18:33
Səylər, mövqelər, baxışlar birləşməyincə... - Eldar Sabiroğlu yazır
Başqa necə etmək və neyləmək olar ki, bu istilaçı, basqınçı dövlətdən-Rusiyadan uzaqda dayanasan?! Bir bəladır keçib insanların boğazına!!! Başından ayağınadək  təhlükə mənbəyidir. Qorxunc barmaqları hansı məkana tuşlandısa, orada silahlı münaqişə, milli toqquşma qaçılmazdır. Nəhayət, müharibə qaçılmazdır!!!  Xahiş edərdim bu fikri mənim gəldiyim nəticə kimi yox, tarixin dəfələrlə təsdiq etdiyi reallıq kimi qəbul edəsiniz.
 
Ölkələr və xalqlarla normal siyasi, iqtisadi, mədəni əməkdaşlıq zəminində yaşamaq və səmimi münasibətlər qurmaq rus şovinizmi üçün "anadangəlmə" yad bir anlayış olub. Uzağa getmədən Rusiya hökumətinin yaxın 30 ildə yürütdüyü Qafqaz siyasətinə baxaq.  Bölgədə axıtmadığı qan qalmadı. Yenə də doymur..Ancaq bütün tiranlar çökdüyü kimi sonucda etiraz dalğalarına tab gətirməyib SSRİ-nin qalığı olan rus imperiyasının çökəcəyi də labüddür. Əlac yalnız prosesi  tezləşdirməkdən asılıdır. Bunun üçün istər daxildən, istər  xaricdən olsun, səylər, mövqelər, yanaşmalar birləşdirilməlidir. Yoxsa qızmış şimal ayısı çox baş aparacaqdır. Millətlərarası münaqişə ocaqları yaradaraq xalqları bir-birinə düşmən edib və bundan özü üçün böyük siyasi qazanc əldə etmək SSRİ-nin varisi olan Rusiya hökumətinin diqqət mərkəzindən nəinki çıxıb, əksinə get-gedə daha kəskin xarakter almaqdadır. Sizcə Gürcüstanda svan-azərbaycanlı qarşıdurması elə-belə gündəmə gətirildi? Xeyr!!! Zənnimcə, Ermənistan-Azərbaycan arasında gedən şiddətli döyüşlər zamanı belə bir qarşıdurmanın hazırlanması heç də təsadüfi deyildir. Yaxşı ki, gürcü dostlarımız bu hiylənin qarşısını vaxtında aldı və hər iki ölkə üçün böyük problemlərə səbəb olacaq arzuolunmaz prosesin geniş miqyas almasına imkan vermədi. Dərindən araşdırma aparılarsa, FSB-nin barmağını burada da görə bilərik...
 
Tutalım ki, bu cür metodlarla yenidən SSRİ-ni "doğuzdurmaq" niyyəti baş tutdu. Halbuki qətiyyən ağlabatan deyil və bu gün də, gələcəkdə də Moskvanın mərkəziyyətçliyi altına düşməyə keçmiş müttəfiq respublikalardan biri də getməz. SSRİ-dən gördüyümüzü gördük. Bir daha bu zülmətin içinə qayıtmağı kimsə arzu etməz.
 
Çağdaş Rusiya rəhbərliyinin özü də bunu gözəl dərk edir. Ancaq damar yoxlayır, necə deyərlər, tutar qatıq, tutmaz da ayran...Yeri gəlmişkən, lütfükar oxucularımla tarixi bir haşıyə bölüşmək istərdim. Söhbət SSRİ rəhbərlərinin taleyindən gedir. Beləliklə,    Lenin yoldaş ölər-ölməz aydın olur ki, partiyada ikinci şəxs Trotskidir. Stalin,  Kamanev, Buxarin, Zinovyev onu satqınçılıqda günahlandıraraq SSRİ-dən sürgün edirlər. İki il sonra NKVD-nin başçısı Henrix Yaqoda Stalin istisna olmaqla partiyada böyük nüfuz sahibi olan hər üç kommunist lideri satqınçılıqda və partiyaya ziyan vurmaqda günahlı bilib həbs edir. Sonradan Yaqodanın özü casusluqda və satqınçılıqda ittiham edilərək Yejov tərəfindən həbsə atılır. İki il sonra bəlli olur ki, Yejov da xarici agenturaya  işləyirmiş. Bu dəfə onu da Beriya damlayır. Stalinin ölümündən bir neçə ay sonra isə Lavrenti Beriyanı satqınçılıq və partiyaya xainlik etdiyinə görə Jukov həbsxanaya tullayır. Beləliklə, Xruşov SSRİ-yə rəhbər gəlir və az sonra Jukovu Urala "yola" salır. Kommunist Partiyasının Xruşovdan üzü bəri rəhbərlərinin aqibəti həbs və ölümlərlə bitməsə də heç yaxşı adla da vəzifədən götürülməyiblər. Brejnevin döşünə ölümündən sonra durğunluq markasını yapışdırdılar. Mixayel Qorbaçovun alnına isə ABŞ-ın agenti  damğasını vurub həm SSRİ-ni, həm də onun özünü çökdürdülər. İndi baxın bu quruluşun vəziyyətinə. Yarandığı gündən süqutunadək siyasi intiraqalar bataqlığında olan SSRİ rəhbərləri nə xalqların mütərəqqi zəmində inkişafına, nə də bu yekəlikdə dövlətin normal, qanunlara əsaslanan idarəçilik qaydalarına  tələb olunan səviyyədə əməl edilməyib. Hər şey üzdə olub. Partiyanın baş katibi kim "seçilirdisə" qruplaşma və şəxsi savaşlar  həmin saatdan, həmin dəqiqədəncə Siyasi Büronun gündəliyində özünə yer alırdı. Belə ki, Kremlin pas atmış divarlarını  bundan sonra tarixin zibilliyinə atılmış "yeni SSRİ" ilə  təzələmək mümkünsüz bir işdir. Bir sözlə, qaragüruh sistemin mayası çox pis yoğrulmuşdu. Özünü heç bir mənada doğrulda bilməyən keçmiş SSRİ ilk növbədə Rusiyanın  adına olduqca ağır və unudulması mümkün olmayan zərərlər vurub. Moskvada Putinin əleyhinə qalxan kütləvi etirazlar dediklərimizin əyani sübutudur. Onun da devriilməsinə az qalıb. Artıq rus xalqı ölkənin siyasi intiraqalar vasitəsi ilə idarə edilməsindən cana doyub. Nə isə...
 
Azərbaycan əvvəlki Azərbaycan deyil. Bunu 44 günlük müharibədə Ordumuzun və Ali Baş Komandanımızın qətiyyəti, əzmi və milli dayanıqlığı tam sübuta yetirdi. Ölkəmizin yüksək inkişaf tempi, dünyaya inteqrasiyası rusları ciddi şəkildə narahat etməyə başlayıb.  Kremlin sözcüsü rolunu ifa edən Vladimir Jirinovski və ermənipərəst telejurnalist Solovyevin timsalında antiazərbaycan təbliğatının detalları Rusiya hakimiyyətinin dərin qatlarında hazırlanaraq onlara ötürülür. Bu baxımdan Rusiyanın Qarabağda yerləşən qeyri-qanuni erməni silahlı birləşmələrini silahlandırması qətiyyən təsadüfi gediş sayıla bilməz. "Sülhməramlı" qüvvənin də müasir döyüş texnikası ilə təchizatı təşəbbüslərinə sıradan bir məsələ kimi baxmaq olmaz. Sual meydana çıxır,  buna nə ehtiyac vardı?! Avtomat Kalaşnikov və digər yüngül silahlar kifayət edərdi məncə. Uzaqvuran artilleriya qurğularını, hava hücumundan mühafizə sistemlərini, T-90 tanklarını, minomyotları, müasir raket qurğularını,  hələ bizə məlum olmayan digər güclü silah arsenalını ərazilərimizə daşımaqda məqsəd nədir!? Bəlkə həmin silahlar vasitəsi ilə"ikinci yanvar"qətliamını təkrar törədib Azərbaycanı bu dəfə "ömürlük" işğal etmək niyyətindədilər!?  Kreml kökündən səhvə yol verir. Bununla nə dövlətimiz, nə də xalqımız barışa bilməz. Qətiyyən barışa bilməz!!! Hərbi qüvvə və imkanlara arxayın olub da Azərbacana qarşı yeni səlib yürüşünə çıxmaq Rusiyaya hansısa başucalığı gətirməz. Prezident İlham Əliyev son müsahibəsində, birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə Kəlbəcərə səfəri zamanı verdiyi bəyanatlarda Azərbaycanın strateji hədəflərinə sadiqliyini  bir daha ortaya qoydu  və erməni faşistlərinin hamilərini sülhə, əməkdaşlıq prinsiplərinə əməl etməyə çağıraraq onları Yeni Azərbaycanla zarafat etməməyə səslədi. Prezidentin mövqeyi ilə ürəkdən bölüşürəm. Dövlətimizin çıxarları üçün nümayiş etdirdiyi siyasi dəsti-xətti birmənalı müdafiə edirəm. Ali Baş Komandanın İctimai rəydə geniş əks-səda doğuran mövqeyi ölkə  vətəndaşları ilə yanaşı beynəlxalq birlik tərəfindən də diqqət mərkəzinə alındı. Azərbaycanın əksər müxalif təşkilatlarının da dövlət başçımızın milli maraqlara söykənən  mövqeyinə yüksək dəyər vermələrini təqdirəlayiq hadisə kimi qiymətləndirirəm. Xalq-Ordu-Dövlət birdirsə, düşmənə qarşı mübarizədə yekdildirsə o ölkəni  yıxmaq mümkün deyil. Bu mənada Rusiya özünü yormasın!!! Gücünə də çox arxayın olmasın!!!
 
Əslində dövlətlərin gücünü, qüdrətini, nəhayət, siyasi mədəniyyətini silahlar təyin  etməməlidir. Təəssüflər olsun ki, indi hərbi güc ağlı və zəkanı geridə qoyur.Təsəvvür edin indi meyarlar nə ilə ölçülür!? Belə ki, hansısa dövlət güclü hərbiyəyə sahibdirsə, deməli,  demokratiya,  azadlıq, haqq-ədalət də onun yanındadır. Rusiya güzgüdə özünü məhz bu cür görür. Yer üzündə bəlkə də tək dövlət, tək millətdir ki, nə bir başqa dövlətə, nə də başqa bir xalqa bəsəri rəftar normalarına uyğun səmimi münasibətlə yanaşmır. Heç görmüsünüz, şahidi olmusunuzmu ki, Rusiya hardasa baş verən münaqişə ocaqlarından birindəcə qarşıdurmanı şəxsi mənfəət və  maraq güdmədən, tərəf tutmadan ədalətli, sülh şəraitində həll etmək həvəsində olsun!? Eşitmisinizmi belə bir şey!?  Mən xatırlamıram!  Bu dövlət millətini də tamamən zəhərləyib yaman günə salıb. "Parçala və hökm sür" siyasəti bir ideologiya olaraq rus xalqının gündəlik həyatında hələ də öz yerini möhkəm qoruyub saxlayır. Odur ki, Rusiyanın gizli və ya açıq rollarına-oyunlarına  aldanmamalıyıq... Əslində aldanmırıq da!!! Görsənir ki, keçən ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyannamədəki müddəalar artıq Moskva  üçün əhəmiyyətini itirib və kağız parçasına dönüb. Aşkar hiss olunur ki, 5 illik müddət Rusiyanı qane etmir. Yuxarıdan aşağıyadək idarəetmə sistemini bürümüş bu hiyləgər siyasi xətt dəyişməyincə Azərbaycan ictimaiyyətinin Putin hakimiyyətinə mənfi münasibəti də dəyişməz qalacaqdır.  Pyotrdan qalma kəskin imperiyaçılıq xəstəliyi rus cəmiyyətinin iliyinə qədər işləyib. Prezident İlham Əliyevin tarixi ədalətin bərpası çağrışına Putin hökumətinin hiyləgər münasibəti göstərir ki, artıq mübarizə tərəfi kimi meydanda Ermənistan yox, Rusiya dayanır.
 
Dünya dəyişmək istəyir, yaxşıya, gözəlliyə, qansız və qadasız gələcəyə doğru can atır. Lakin aramsız silah səsləri, göydən tökülən bombalar, saysız-hesabsız ölümlər insanlığı qorxu və həyacan içərisində saxlayır. İnsanlıq bir sualın cavabını tapmağa acizlik çəkir: " Görəsən yer üzünü qana bürüyən atəş səsləri haçansa kəsiləcəkmi!?" Bəs haraladan gəlir bu bomba səsləri?! Harada müsəlman yaşayır, o torpaqlardan gəlir. Nə ABŞ-ın, nə Rusiyanın, nə də Avropanın içi qaynamır... Nəhayət ki, yazını Nobel mükafatçısı misirli bir yazarın müdrik sözü ilə yekunlaşdırmaq istərdim. Adını unutduğum yazıçıya sual edirlər ki, sizə görə dünyanın möcüzəsi nədir!? Nobelçinin heyrətamiz cavabına baxın: "Mən iki müsəlmanın sözünün bir-birini tutmasını dünyanın ən böyük möcüzəsi hesab edərdim."
 
Ayılmaq vaxtıdır, ay müsəlmanlar!!! Bəsdir daha yatdığımız!!! Bəsdir daha bir-birimizə qənim kəsiməyimiz!!!
 
Eldar SABİROĞLU,
keçmiş millət vəkili, ehtiyatda olan polkovnik
Oxşar xəbərlər
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı