“Bundan öncə də məni təxribata çəkmək istəyiblər”
Oxunub: 4647
27 Jan 2014 | 10:15
“Bundan öncə də məni təxribata çəkmək istəyiblər”

“Milli Şuradakı qopmaları önləmək üçün hər hansı addım atmaq lazım deyil”

 “Bu qopmaların hakimiyyətlə də əlaqəsi var”

 Moderator.az Milli Şura üzvü, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Hürriyyət” qəzetinə verdiyi müsahibəni əqdim edir: 

 

- Mehman bəy, Milli Şuranın mövcud durumu ilə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə hazırkı Milli Şuranın siyasi proseslərə təsir imkanı varmı?

 

- Bilirsiniz, məsələ ondadır ki, bu gün Azərbaycanda heç siyasi proses də yoxdur. Azərbaycan siyasi məkanında bir durğunluq yaşanır və ciddi siyasi proseslər baş vermir. Lakin yəqin ki, qarşıdakı illərdəki seçkilərlə bağlı bu proseslər tədricən aktivləşəcək. Milli Şuranın da daha aktiv bir quruma çevrilməsi üçün müəyyən hazıqlı işləri aparılır.

 

- Milli Şuradan qopmalar davam edir. Sizcə bu qopmaları dayandırmaq, Milli Şuradakı qüvvələrin həmrəyliyini qoruyub saxlamaq üçün hansı addımnlar atılmalıdır?

 

- Şəxsən mən belə düşünürəm ki, bu qopmaları önləmək üçün heç bir addım atmaq lazım deyil. Kim çıxmaq istəyirsdə çıxa bilər və bu Milli Şura üçün problem deyil.

 

- Məlum qopmaların prezident seçkilərindən dərhal sonra reallaşması Milli Şuranın seçkidəki uğursuzluğu ilə bağlıdır, yoxsa ortada tamam başqa amillər var?

 

- Hesab edirəm ki, bu qopmaların arxasında başqa amillər dayanır. Seçkidən dərhal sonra Milli Şuradan ayrılan qruplar, şəxslər bu addıma əvvəlcədən hazır idilər. Mən bu qüvvələrin seçkilərdəki iştirakını da təsadüfi sayıram. Bu mənada təsadüfi sayıram ki, Mili Şurada təmsil olunmaq bu qüvvələrin öz istəyi ilə baş verməmişdi. Onlar seçkiyə də kimlərinsə istəyi, xahişi ilə getdilər. Onlar öz iradələri əsasında Milli Şuraya üzv olmayıblar. Mən bu cür qopmaların baş verəcəyini gözləyirdim.

 

- O zaman söyləmək olarmı ki, Milli Şuradan məlum qopmaların hansısa şəkildə hakimiyyətlə də əlaqəsi var?

 

- Əlbəttə ki...

 

- Müxalifətin parlament seçkiləri ərəfəsində bir araya gəlmək imkanını necə dəyərləndirirsiniz? Sizcə belə bir ittifaq mümkündürmü?

 

- Bəli, bunu tamamilə mümkün hesab edirəm.

 

- Ukraynadakı proseslərlə bağlı fikirləriniz nədən ibarətdir? Baş verənlər Yanukoviçin istefasına səbəb ola bilərmi?

 

- Ola bilər. Belə bir ehtimalın reallaşmasını mümkün hesab edirəm. Hesab edirəm ki, Yanukoviç durumu, prosesləri əvvəlcədən hesablamamışdı. O, xeyli vaxt itirdi və mövqeləri də əhəmiyyətli dərəcədə zəiflədi. Baş verən proseslərin taleyi Avropa Birliyi və Rusiya ilə aparılan danışıqların nəticəsindən asılı olacaq. Ukraynda Rusiya amili olduqca vacibdir. Bu məsələdə Avropa Birliyi və Rusiyanın bir-birini nə dərəcədə başa düşəcəyi mühüm amildir.

 

- Ukraynada baş verən proseslərin hansısa şəkildə Azərbaycanı təsiri olacaqmı?

 

- Ukraynadakı proseslərin bütün post-sovet məkanına təsiri var. Vaxtiylə Bzerjinski demişdi ki, Ukraynasız sovet imperiyasının bərpası mümkün deyil. Ukrayna komponenti vacib bir komponentdir və onun uğrunda savaş da uzun müddətdir ki, gedir. Ukrayna Avropa yolunu seçib və bu istiqamətdə də müəyyən addımlar atmağa başlayıb. Bu, bir faktdır. Ukraynadakı proseslər təbii ki, zamanla digər post-sovet ölkələrinə də təsir edəcək. Proseslərin bu məcrada inkişafı Qərbin də əl-qolunu açacaq.

 

- Yanukoviç müxalif liderlərin birinə baş nazir, digərinə isə baş nazirin müavini vəzifəsini təklif etsə də, müxalif liderlər bundan imtina etdi. Sizcə analoji proseslər Azərbaycanda baş versəydi, o zaman Azərbaycan müxalifəti də eyni mövqe və qətiyyəti sərgiləyərdimi?

 

- Əlbəttə. Çünki  müxalifətin özü də yaxşı bilir ki, Yanikoviçin bu təklifləri onun zəifliyindən irəli gəlir. Yanukoviç o qədər zəifləyib ki, vəziyyətdən çıxmaq üçün başqa yol görmür. Bu təklifi də məcburiyyət qarşısında səsləndirir. Yanukoviç hakimiyyəti Ukrayna dövləti üçün xeyli problemlər yaradıb və ölkəni iqtisadi uçurum həddinə gətirib çıxardıb. Müxalifət isə bu məsuliyyəti hakimiyyətlə bölüşmək istəmir. Müxalifət bildirir ki, onlar bu məsuliyyətin altına yalnız o zaman girə bilərlər ki, xalq özü də bunu istəsin. Müxalifət başa düşür ki, Yanukoviç daha çox küncə sıxılıb və onun istefasına nail olmaq olar.

 

- Azərbaycanın bəzi müxalif liderləri hesab edir ki, Qərb Ukrayna müxalifətinə göstərdiyi dəstəyi onlara da göstərsəydi, o zaman Azərbaycanda vəziyyət indikindən çox daha fərqli olacaqdı. Bu qənaəti bölüşürsünüzmü?

 

- Xeyr, mən bu fikri bölüşmürəm. Məsələ ondadır ki, Azərbaycanla Ukraynanı müqayisə eləmək olmaz. Bu ölkələrdəki sistemlər tamam fərqlidir. Ukrayna parlamentində kifayət qədər müxalif liderlər təmsil olunub. Ukrayna müxalifəti leqal şəkildə biznes dairələri tərəfindən maliyyələşdirilir. Qərb deyil, Ukraynanın daxilindəki qüvvələr müxalifəti maliyyələşdirir. Heç kəs də bunu gizlətmir. Ukraynadakı siyasi qüvvələr arasında tarazlıq mövcuddur. Azərbaycanda isə bunlar yoxdur. Azərbaycanda hər şey total şəkildə hakimiyyətin əlindədir və hər şeyə hakimiyyət nəzarət edir. Maliyyə imkanları, siyasi imkanlar və s. hamısı hakimiyyətin əlindədir. Bu səbəbdən də Ukrayna və Azərbaycanı müqayisə eləmək olmaz. Bu şərtlər altında Azərbaycan müxalifətinə dəstək vermək, zənnimcə çox çətindir.

 

- Ötən ilin 29 dekabr tarixində Yevgeni adlı şəxs tərəfindən sizə ünvanlanan telefon zəngi ilə bağlı düşüncələriniz nədən ibarətdir? Sizcə bu, hakimiyyət tərəfindən təşkil edilib, yoxsa məsələdə başqa qüvvələrin əli var?

 

- Hər şey ola bilər. Lakin mən ilk dəqiqədən şübhələndim. Çünki şübhələnməyim üçün bir sıra amillər var idi. Söhbətin ilk dəqiqəsindən anladım ki, ortada tamam başqa məsələ var. Buna görə də mən bu söhbəti davam etdirmədim. Heç kimlə bu barədə məsləhətləşməmişəm və danışmamışam. Sadəcə olaraq, mənim kifayət qədər təcrübəm və ağlım var. Buna görə də danışığı dayandırmağa qərar verdim. Bu, birinci cəhd deyil. Bu cür provokasiyalar bundan öncə də bir neçə dəfə olub. Lakin mən bu cür provokasyon şeylərə getməmişəm.

 

- Niyə bu cür provokasiyalar üçün daha çox sizi seçirlər? Bir başqasını deyil, məhz sizi povokasiyaya cəlb etmək, məhz sizin üzərinizdə dayanmaq cəhdi nə ilə bağlıdır?

 

- Bu, öncə onunla bağlıdır ki, mənim vətəndaş mövqeyim kifayət qədər açıq, aydın və prinsipialdır. İkincisi, mən bir informasiya agentliyinin rəhbəriyəm və bu baxımdan da az-çox tanınıram. Üçüncüsü, Milli Şuranın üzvü və komissiyanın sədriyəm. Dördüncüsü, vaxtiylə “SOROS” fondunun Azərbaycan üzrə sədri olmuşam. Beynəlxalq qurumlarla iş birliyim var və  s. Yəni bütün bu amilləri nəzərə alaraq, mənim üzərimdə belə bir planın qurulması mümkündür. Bu, inandırıcı görsənə bilər.

 

- Sizcə məlum telefon danışığında bir növ vasitəçi qismində çıxış edən Xəqani Hüseynovun özünün sizə qarşı sözügedən povokasiyada məxsusi şəkildə iştirak etməsi mümkündürmü?

 

- Açığı, belə düşünmürəm. Bundan sonra mənim onunla söhbətim olmayıb. Biz o barədə heç nə danışmamışıq. Mənim əlimdə bu danışığın harda, necə, kim tərəfindən qeydə alınması ilə bağlı hər hansı sübut və ya dəlil yoxdur. Bunun kim tərəfindən təşkil edilməsi ilə bağlı da məndə heç bir fakt yoxdur. Buna görə də bu məsələ ilə bağlı dəqiq nə isə danışmaq mənim üçünçətindir.

 

- Media orqanlarından birinə açıqlamanızda qeyd etmisiniz ki, həbs edilmək təhlükəniz var. Bu təhlükəni nə dərəcədə real hesab edirsiniz?

 

- Bu barədə deyilənlərin hamısı yalandır. Mən deməmişəm ki, həbs ediləcəm və ya həbs olunmaq təhlükəm var. Məndən soruşublar ki, belə bir ehtimal varmı? Mənsə cavabında demişəm ki, həmişə bizə qarşı bu cür təpgilər olub, həmişə problem içində olmuşuq. Hər şey ola bilər. Ancaq mən bu barədə fikirləşmirəm. Həbs ediləcəyim və ya edilməyəcəyimlə bağlı da heç nə deməmişəm.

 

Seymur Əliyev

 

 


Oxşar xəbərlər
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
GÜNLÜK
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 10:51
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
04 May 2024 | 10:45
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
04 May 2024 | 10:50
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
04 May 2024 | 10:47
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:31
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
04 May 2024 | 10:55
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
04 May 2024 | 11:36
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 10:51
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
04 May 2024 | 10:45
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
04 May 2024 | 10:50
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
04 May 2024 | 10:47
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:31
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
04 May 2024 | 10:55
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
04 May 2024 | 11:36
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO