Dəmiryolçular Arif Əsgərova qarşı aclığa başlayırlar... (Video)
Cəmiyyət
Oxunub: 3578
25 Jan 2014 | 17:54
Dəmiryolçular Arif Əsgərova qarşı aclığa başlayırlar... (Video)

“Azərbaycan Dəmir Yolları” QSC-nin kişi bələdçilərinin etirazları davam edir. Onların etirazına səbəb MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları, yerlərinə, beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsi və bu səbəbdən maaşlarının azaldılmasıdır. 

Yanvar ayının 11-dən başlayan bələdçi etirazları görünür hələ də davam edəcək. Etirazların, dövlət qurumlarına etdikləri müraciətlərin nəticəsiz qaldığını görən bələdçilər sabahdan etibarən aclıq aksiyasına başlamağı qərara alıblar. Bunu bu gün öz problemlərini danışmaq üçün “Yeni Müsavat” qəzetinin qonağı olan bələdçilər deyib. Onların sözlərinə görə, etdikləri müraciətlər, yazdıqları şikayət ərizələrinin nəticəsi yoxdur. Buna görə də 25 yanvardan etibarən aclıq aksiyasına başlayacaqlar.

35 il “Azərbaycan Dəmir Yolları” QSC-də işlədiyini deyən Adil Balaxanovun dediklərinə görə, onları qapı-qapı süründürürlər: “Bizim Nazirlər Kabinetinə etdiyimiz müraciətə cavab olaraq bildirdilər ki, yanvarın 28-də Əlirza Süleymanov sizi qəbul edəcək. Bu isə bizi qane etmir. Çünki biz onların özlərindən narazıyıq, onlardan şikayət etmişik. Yenidən onların qəbuluna getməyin heç bir mənası yoxdur axı. Onsuz da şikayətimizin nəticəsi olmayacaq. Prezident Administrasiyasında da eyni vəziyyətdir. Orada da bizə cavab verdilər ki, sizin məktubunuzu qoymuşuq Əli Əsədovun masasının üstünə, hələ ki, heç bir cavab yoxdur. Biz prezidentdən xahiş edirik ki, bizə köməklik etsin. Biz də Azərbaycan vətəndaşıyıq, bu ölkənin övladlarıyıq. Seçkilər zamanı İlham Əliyevə səs vermişik. Bizim ondan başqa müraciət edəcəyimiz bir kimsə qalmayıb. Bu bizdə ilk problem deyil. Məni iki il qabaq haqsız yerə işdən çıxardılar, özümə də heç bir təzminat vermədilər. Səbəbi isə mənim iki il qabaq bələdçilərin maaşlarının az olması və haqlarının taptalanmasına görə etiraz edənlərin sırasında olmam idi. Onların arasında ən çox fəallıq edənlərdən biri idim. Buna görə məni sıxmağa, təzyiq göstərməyə başladılar. Görəndə ki, alınmır, Rəhman Əbişov məni öz otağına çağırdı. Mənə dedi ki, sən çox səs-küy salırsan. Belə getsə səni burdan yola salmalı olacağıq. Mən də dedim ki, mən qanunsuz heç bir iş görmürəm. Haqqımı tələb edirəm. Bundan sonra məni çıxarmaq üçün bir bəhanə axtarmağa başladılar. Bəhanə tapa bilmədikləri üçün, tələ qurdular. Bütün etirazlar sakitləşəndən sonra məni göndərdilər ezamiyyətə. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təmiri üçün məni ora işləməyə göndərdilər. Ezamiyyət isə 10 günlük müddətində idi. Bu on gün ərzində mənə qanunla düşən ezamiyyət pulumu vermədilər. Yolda gərəkən ləvazimatları, kömürü, yemək təlabatlarımı vermədilər. Bunlar bir yana dursun, ezamiyyətdən qayıtdıqdan sonra mənə dedilər ki, hazırlaş saat 6-da bir daha gedirsən. Mən də dedim əgər elədirsə, mənə bir az icazə verin gedib evdən pal-paltar götürüm, bir az pul tapım sonra gedək. Mənə dedilər ki, gedə bilərsən. Yenicə getmişdim ki, mənə zəng vurdular. Dedilər sən yerində niyə yoxsan, öz işini düzgün yerinə yetirmirsən. Məni Rəhman Əbişov otağına çağırıb dedi ki, sən işdən azadsan. 38 il iş stajım var bunun 35 ilini dəmir yolunda çalışmışam. Halal zəhmətimlə, haram yemədən anlımın təri ilə işləmişəm. Mənim yeganə bacardığım iş budur. Mən bu peşəni öz savadımla qazanmışam, əlimdə iki diplomum var. Bu yaşdan sonra gedib fəhləçilik də edə bilmərəm. Nadir Əzməmmədov çıxışında deyir ki, rus dilini bilmirlər. Gətirsin o yeni işçiləri ilə bizi müqaisə eləsin. Görək kimin savadı, kimin dil biliyi daha çoxdur.”

Şikayətçilərdən Mirsahib Sahibovun dediklərinə görə, onların şikayətlərinin hara edilməsindən aslı olmayaraq, cavab verən eyni adamlar olur: “Azərbaycan Respublikasının elə biri qurumu qalmayıb ki, biz ora müraciət etməyək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya müraciət etmişik. Bundan əlavə Azərbaycan Respublikasın Milli Təhlükəsizlik naziri Eldar Mahmudova, Azərbaycan Respublikasının prokuroru Zakir Qaralova, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevə və bu kimi dövlət qurumlarına müraciət etmişik. Amma biz başa düşə bilmirik ki, bu müraciətlərimizə Əlyar Muradov niyə cavab verir? Hansı dövlət qurumuna müraciət etməyimizdən aslı olmayaraq, cavablar eyni olur. Sizin şikayətlərinizə Əlyar Muradov cavab verəcək və ya Əlirza Süleymanov. Bizim şikayətlərimiz onsuz da bu insanlardandı, Əlirza Süleymanov, Əlyar Muradov, Arif Əsgərov, Ziya Məmmədov kimi məmurlardan. Şikayət ərizələrimzi yenidən bu insanlara göndərmək bizə heç nə qazandırmır. 1997-ci ilin avqust ayında bizim deponun tərkibində iclas keçirildi. O zamanlar Ziya Məmmədov rəis idi. İclas zamanı Z.Məmmədov bizə tərif elədi, bizə təşəkkür etdi, qol saatı və pul mükafatı verdi. O zaman yaxşı bələdçi idik, indi pis olduq? Son etirazlarımızdan sonra, qəzetlər bu haqda yazandan sonra, gətirib bizə sabun, süpürgə, tualet kağızı və bir neçə ləvazimat verdilər. Bəs, neçə illərdir bunları niyə bizə vermirdiniz, biz öz cibimizdən almağa məcbur edirdiniz? Bu günkü gündə 11 gün təlim keçən yeni işçiləri xaricə gedən qatarlara buraxırlar amma bizi yox. Bizim haqqımızı niyə tapdalayırlar? Bizi idarəyə çağırıb deyirlər ki, maaşlar artacaq. Bunlar yalançı vədlərdir. İndiki şəraitdə mən illik 2200 manat pul alıram. Hal-hazırdakı vəziyyətdə bu maaşnan ailə saxlamaq olar? Əlirza Süleymanov, Əlyar Muradov, Arif Əsgərov, Ziya Məmmədov bu qədər maaş alsalar ailə saxlaya bilərlər? Mən 28 ildir bu idarədə işləyirəm. Bu idarə üçün çalışmışam, dizlərimi yerə qoyub köhnə vaqonları təmizləmişəm. İndi də deyirlər sən yaramırsan.”

Digər şikayətçilərin dediklərinə görə, onların uzun müddətdir maaşları mənimsənilir: “Sentyabr ayından etibarən bizim əmək haqlarımız qaldırıldı. Tarif Şurasının sərəncamı olmadan, heç bir qurumdan göstəriş gəlmədən maaşlarımızı 110 manatdan qaldırıb etdilər 200-210 manat. Əgər heç bir əmr gəlmədən maaşlarımızı qaldıra bilirlərsə deməli öncədən də bizim maaşımız bu qədər olub. Sadəcə bunlar bizim neçə illərdir haqqımızı, halal zəhmətimizlə qazandığımız pullarımızı mənimsəyiblər. 2006-cı ildən etibarən işə götürülən qadın bələdçilərə 400-550 manat maaş verirdilər. Bizə isə 100-150 manat. Bunun səbəbini isə heç kəs açıqlamırdı. Biz işə qəbul olanda yazırdıq ki, xahiş edirik bizi bələdçi vəzifəsinə işə götürəsiniz. Orada yazılmırdı ki, siz 100 manatlıq bələdçi işinə, xanımlar isə 400 manatlıq bələdçi işinə qəbul edilirsiniz. Hamımız eyni işi görürük, bəlkə də biz onlardan da daha çox iş görürük.”


Daha bir şikayətçinin dediklərinə görə, rəhbərlik tərəfindən ondan hər dəfə nağd şəkildə haqq alınıb. “Mən haqqımı onlara halal eləmirəm. Mənim vəziyyətim pis olub, evimi satmışam, gecə-gündüz işləmişəm çünki pula çox ehtiyacım olub. Mənim oğlum ağır xəstə olub. Mən oğluma görə günlərlə yuxusuz qalmışam ki, onu sağaldım, mən onun üçün yaşayıram. Bu məmurlar isə mənim halal pulumu utanmadan yeyiblər. Məni məcbur ediblər ki, mən oğurluq edim. Qatara biletsiz sərnişin götürüm, onun-bunun yükünü daşıyım ki, oğlumun dava dərmanına pul çatdıra bilim. Əgər onlar mənim maaşımı düzgün versəydilər mən bunu heç vaxt etməzdim. Hələ buna baxmayaraq məndən haqq belə alırdılar.”

Bələdçilərin dediklərinə görə, onları oğurluq etməyə vadar ediblər. “ Səfərə gedərkən bizdən hər dəfə haqq alırdılar. O haqqı almasalar bizi qatara buraxmırdılar. Hətta bir dəfə bizə ezamiyyət pulu vermədikləri üçün mən aclıq aksiyası keçirdim. Bakıdan Xarkova səfərim zamanı mənə nə ezamiyyət pulu, nə yol xərclərimi, nə qatarın xərclərini vermədilər və bu, hər zaman belə idi. Buna etiraz olaraq 5 günlük səfərim zamanı aclıq elan etdim. Sərhəddə qatar rəisi Rəhman Əbişova zəng vurub dedi ki, bələdçi aclıq elan edib. O da cavabına bildirdi ki, verin onu polisə. Mən nə etməli idim, axı mənə pul vermirsən, mən xərclərimi necə ödəməliyəm? Gərək biletsiz sərnişin aparım, nəsə yük aparım gətirim ki, həm qatarın həm də özümün yol xərclərimi ödəyə bilim. Məni bu yolnan oğurluq etməyə vadar edirlər.”

Bələdçilər adı olub özü olmayan qatar təmizləyən qurğulardan danışdılar: “Köhnə qatarları təmizləyən zaman zülm çəkirik. Əslində depoda qatar yuyulması üçün cihazlar var. Amma o cihazlar uzun illərdir çalışmır amma işçiləri var. Məcbur olaraq özümüz təmizləyirik, bizə bu yolnan zülüm edirlər. “Azərbaycan Dəmir Yolları” QSC-də bizim çeklərimiz var. O idarədə bizim payımız var. Bizə edilən zülmlərin səbəblərindən biri də budur. Səhmləri necə olur ki, başqa adamlar alır, axı bu qanunla qadağandır. 

Bələdçi Cavanşir Qafarovun dediklərinə görə, rəhbərlik onları təhqir edir: “Əlyar Muradov məni otağına çağırıb dedi ki, gəl sən çəkil bu yoldan. Sənə nə lazımdırsa mən onları təmin edəcəm. İstəsən sənə kabinet işi də verərəm. Sən bu qoyun iyi verən, bələdçilərin yanında durma, onları oyatma. Dedim sizin o qoyun dediyini bələdçilər mənim iş yoldaşlarımdı. Mən onlarla çiyin-çiyinə illərdir işləyirəm. Siz əgər o bələdçilərə bu qədər yuxarıdan baxırsınızsa, deməli siz bütün zəhmətkeş insanlara yuxarıdan baxırsınız. Mən bu yoldan dönən deyiləm, biz haqqımızı alacağıq. Bundan sonra onlar mənə dedilər ki, sən 3-cü qrup Qarabağ əlilisən işə yaramırsan. Məni işdən çıxardılar. Mən də məhkəməyə şikayət etdim və məhkəməni uddum. Yenidən işə bərpa edildim. Bizim heç birimizlə  əmək müqaviləsi imzalanmayıb. Ağ vərəqələr gətirdilər ki, imzalayın, biz də imzalamadıq. Biz hardan bilək ki, sonradan o ağ vərəqəyə nə yazacaqlar, bunlardan hər şey gözləmək olar. Bütün bu haqsızlıqlara susmadığımız üçün bizə qarşı belə davranırlar. Bizim şikayətlərimizə baxan olmadı, neçə vaxtdır bizi bir yolnan susdurmağa çalışırlar. Biz susan deyilik, haqqımızı alana qədər də belə olacaq. Sabahdan etibarən biz aclıq aksiyasına başlayırıq. Əgər bizim başımıza nəsə gəlsə bunun günahkarı Əlirza Süleymanov, Əlyar Muradov, Arif Əsgərov, Ziya Məmmədovdur”

Oxşar xəbərlər
18:47, Bu gün
Baş nazir müxalifətin iğtişaşlar planlaşdırdığını açıqlayıb
18:41, Bu gün
Bilal Əliyevin ingilis dilindən tərcüməsi gündəm oldu - VİDEO
18:16, Bu gün
Everesti fəth edən nepallı alpinistdən dünya rekordu
18:08, Bu gün
Səfir: Azərbaycanda keçirilən “Panama günləri” bizi çox məmnun etdi
17:58, Bu gün
Tovuza dolu düşüb
17:37, Bu gün
Sərhədimizdə təxribat ehtimalı böyükdür – XƏBƏRDARLIQ
17:30, Bu gün
Ramil Şeydayevin çıxış etdiyi klub baş məşqçisi ilə vidalaşıb
17:26, Bu gün
Bu məişət əşyasını uzadıcılara qoşmaq olmaz  – Çox adam bilmir
17:20, Bu gün
Şəkər və xərçəngin 1 nömrəli səbəbi - budur
17:13, Bu gün
Dünya reytinqi: “Qarabağ” 7 komandanı arxada qoydu
17:09, Bu gün
Toyda içkili atanı oğlu DÖYDÜ - VİDEO
16:54, Bu gün
HƏMAS-ın İsraillə bağlı – Şok planı
16:48, Bu gün
Ürəyi Öldürən 8 qida - Ürək xəstələri qətiyyən yeməsin!
16:33, Bu gün
FHN əhaliyə MÜRACİƏT ETDİ 
16:29, Bu gün
DİM: 25 minə yaxın şagird və abituriyent Azərbaycan dilindən imtahan verib - YENİLƏNİB
16:20, Bu gün
İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – İyulun 1-dək…
16:18, Bu gün
Azərbaycanlı qol güləşçisi Avropa Çempionu olub
16:12, Bu gün
Dünyada ilk dəfə donuz böyrəyi köçürülən şəxs  ölüb
15:59, Bu gün
Dövlət qulluğuna qəbul imtahanı keçirildi - Yeniləndi
15:51, Bu gün
Oxumadan imtahandan keçmək istəyənlər bu yola üz tutur: cəmi 60 manata... - VİDEO
15:45, Bu gün
Sürücülərin nəzərinə!
15:42, Bu gün
Günlük villa kirayələrinə maraq artıb - Səbəb nədir?
15:36, Bu gün
"21:15" qatarı yola düşdü
15:30, Bu gün
Güclü külək meteohəssas insanlar üçün əlverişsiz olacaq
15:20, Bu gün
Makrondan BƏYANAT- Fransa Ukraynaya qoşun göndərəcəkmi?
15:06, Bu gün
Xanımların nəzərinə: Ən sadiq kişilər bu bürclər altında dünyaya gəlir
14:56, Bu gün
Bakıda avtobusda QƏRİBƏ GÖRÜNTÜ: gənc qız... - VİDEO
14:44, Bu gün
Dəhşətli işgəncələr verib, minlərlə adamı öldürən general – o, Beriya ilə qarşıdurmada məğlub olub 
14:31, Bu gün
Rusiyanın səfiri vəfat etdi
14:25, Bu gün
Zəhərlənmə əlamətləri
14:11, Bu gün
Belqorod atəşə tutuldu: 4 ölü, çoxlu sayda yaralı var
14:08, Bu gün
Maqnit qasırğaları İlon Maska da ZİYAN VURDU
14:00, Bu gün
Ermənistanda fərariliyin qarşısını almaq üçün yeni ADDIM
13:51, Bu gün
Gündəlik nə içək? - Ekspertdən isti çayın xərçəng riski yaratması iddialarına CAVAB
13:45, Bu gün
Bizə yeni Qars müqaviləsinin imzalanması daha sərfəlidir - Qüdrət Həsənquliyev
13:42, Bu gün
Mətbəxdə yaxşı əhval-ruhiyyənin 3 qaydası!
13:33, Bu gün
"Ərimi işə gedəndə öpməsə, sonra..." - VİDEO
13:23, Bu gün
Bitkilər görə, eşidə və iyləyə bilirlər
13:12, Bu gün
Tunarın ifası Tatlısəsi ağlatdı - VİDEO
13:00, Bu gün
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
12:49, Bu gün
Avropa böcəklər və siçovullarla mübarizədə məğlub olur
12:40, Bu gün
"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK: kimsə xəbəriniz olmadan...
12:17, Bu gün
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
12:06, Bu gün
Azərbaycan Respublikasının birinci Prezidentinin doğum günüdür…
12:03, Bu gün
Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını AÇIQLADI
11:44, Bu gün
DİN-dən vətəndaşlara xəbərdarlıq - VİDEO
11:42, Bu gün
Polşa paytaxtında iri ticarət mərkəzi yanaraq külə dönüb
11:37, Bu gün
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
11:24, Bu gün
Litvada prezident seçkiləri keçirilir
11:14, Bu gün
Rayonlarda yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:09, Bu gün
İsveçrənin vitse-kansleri qəflətən vəfat edib
10:31, Bu gün
Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlıqlardan istifadə edirlər? - VİDEO
10:28, Bu gün
Qəzzada atəşkəs girovların azad edilməsindən sonra baş verəcək - Bayden
10:21, Bu gün
Bu qidaları QƏTİYYƏN YEMƏYİN - Ömrü qısaldırmış...
10:13, Bu gün
"Real” klubu rekordunu təkrarlayıb
09:57, Bu gün
"Lənətlənmiş ada": burada hamının başına eyni hadisə gəlir
09:55, Bu gün
Körpədən narahat olan pişiyin hərəkətləri hər kəsi təəcübləndirib - VİDEO
09:55, Bu gün
Mayda bu 4 bürcün həyatında yeni səhifə açılacaq
09:50, Bu gün
Bakıda intihara cəhd edən şəxs belə xilas edildi - VİDEO
09:47, Bu gün
Yeni Zelandiyada 5,4 maqnitudada zəlzələ olub
09:43, Bu gün
Xaricdə ödənişli təhsil alan müharibə veteranları üçün güzəşt edilə bilərmi? - VİDEO
09:36, Bu gün
İsrail rəsmisinin BMT-də bu hərəkəti sübut elədi ki... - AKP
09:27, Bu gün
NATO Ukraynaya qoşun yeridəcək?
09:19, Bu gün
Bu gün dövlət qulluğu vəzifələri üzrə imtahan keçiriləcək
09:17, Bu gün
Evlərdən yumşaq divanı yığışdırmaq lazımdır – Alimlər
09:13, Bu gün
“Google Chrome” istifadəçilərinə təcili XƏBƏRDARLIQ
09:08, Bu gün
Qədir Qızılsəs sağlamlıq sirrini AÇIQLADI
08:55, Bu gün
İctimai "wi-fi" sahələri iddia edildiyi qədər təhlükəlidirmi? - Təhlükəsizlik mütəxəssisləri cavablandırır
08:48, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:31, Bu gün
Gürcüstanda Rusiyayönlü hökumətə qarşı 300 minə yaxın insan etiraza qalxdı...-FOTO 
08:30, Bu gün
Bu qidalar QANI LAXTALANDIRIR - Qətiyyən yeməyin!
08:22, Bu gün
Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər  - VƏZİYYƏTİ AĞIRDIR
08:13, Bu gün
“Avroviziya-2024”ün qalibi mükafatını səhnədə sındırdı
08:08, Bu gün
25 minə yaxın şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək
07:44, Bu gün
"Gənclik" metrosunun yaxınlığında maşın piyadanı vurdu
00:18, Bu gün
Mikayıl Cabbarov Mariya Stadniki təbrik etdi - FOTO
00:17, Bu gün
"Çin Rusiyaya Ukrayna ilə bağlı təsir göstərməkdə maraqlı deyil" - Borrel
00:16, Bu gün
Şuşa sakini: “Qayıdacağımız xəbərini eşidəndə ağladım” - VİDEO
11 May 2024 | 23:56
Goranboyda minik və yük avtomobilləri toqquşub, ölən var
11 May 2024 | 23:33
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11 May 2024 | 23:11
Modriç gələcəyi ilə bağlı qərar verdi
11 May 2024 | 23:09
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
11 May 2024 | 23:03
Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb
11 May 2024 | 22:39
“Fənərbağça” ilə görüşə yollanan komandanın təyyarəsini ildırım vurdu
11 May 2024 | 22:14
Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı
11 May 2024 | 22:05
"ABŞ İsraili beynəlxalq humanitar hüququ pozmaqda ittiham edir, amma silah göndərməyi də unutmur" - KİV-lər
11 May 2024 | 21:53
İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb
11 May 2024 | 21:36
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
11 May 2024 | 21:34
Rusiyada beşmərtəbəli bina uçdu - VİDEO
11 May 2024 | 21:12
Politoloq Paşinyanın hansı halda istefa verəcəyini açıqladı
11 May 2024 | 20:52
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:14
Rusiyalı politoloq: Ermənistan və Rusiya münasibətlərindəki böhran aradan qaldırılmayıb
11 May 2024 | 20:11
İrəvana səfəri su yoluna döndərən USAİD yenidən fəallaşıb: Paşinyana tapşırıqlar verildi - FOTO
11 May 2024 | 20:04
Zığ şosesində iki zolaqda sürət həddi endirilib
11 May 2024 | 20:03
Azərbaycan parataekvondoçusu Avropa çempionu olub
11 May 2024 | 20:01
Rüşvət almaqda ittiham olunan sabiq məmurlar Ali Məhkəməyə üz tutdular
11 May 2024 | 19:57
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
11 May 2024 | 19:42
Lənkəranda baş verən zəlzələnin GÖRÜNTÜLƏRİ - VİDEO
GÜNLÜK
11 May 2024 | 19:42
Lənkəranda baş verən zəlzələnin GÖRÜNTÜLƏRİ - VİDEO
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
11 May 2024 | 18:55
Maraqlı bir məxluq qayığa tullanaraq qayıq sürücüsünü təəcübləndirib - VİDEO
11 May 2024 | 18:54
Rusiyanın Xarkov vilayətinə hücumu: işğalçıların strateji məqsədi nədir? - ISW
11 May 2024 | 19:22
Kəhrizlər diyarı Cəbrayıl: Horovlu kəndindən REPORTAJ - FOTO/VİDEO
11 May 2024 | 19:18
86 nömrəli tam orta məktəbdə Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirildi
11 May 2024 | 19:24
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb - RƏSMİ + YENİLƏNİB/VİDEO
11 May 2024 | 19:02
Mövlam Şixəliyev özünü və əmlaklarını xilas edə bilmədi
11 May 2024 | 19:36
Çörəyin içindən siçan qalıqları tapıldı - İyrənc hadisə
HƏFTƏLİK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 12:03
"Bu revanşist hərəkat yalnız Paşinyana qarşı deyil, həm də Azərbaycana qarşıdır...”
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
AYLIQ
11 May 2024 | 19:42
Lənkəranda baş verən zəlzələnin GÖRÜNTÜLƏRİ - VİDEO
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
11 May 2024 | 18:55
Maraqlı bir məxluq qayığa tullanaraq qayıq sürücüsünü təəcübləndirib - VİDEO
11 May 2024 | 18:54
Rusiyanın Xarkov vilayətinə hücumu: işğalçıların strateji məqsədi nədir? - ISW
11 May 2024 | 19:22
Kəhrizlər diyarı Cəbrayıl: Horovlu kəndindən REPORTAJ - FOTO/VİDEO
11 May 2024 | 19:18
86 nömrəli tam orta məktəbdə Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirildi
11 May 2024 | 19:24
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb - RƏSMİ + YENİLƏNİB/VİDEO
11 May 2024 | 19:02
Mövlam Şixəliyev özünü və əmlaklarını xilas edə bilmədi
11 May 2024 | 19:36
Çörəyin içindən siçan qalıqları tapıldı - İyrənc hadisə