Tanrımızdan, taleyimizdən, dövlətimizdən, ordumuzdan çox razıyıq...
Oxunub: 1271
19 Oct 2021 | 22:49
Tanrımızdan, taleyimizdən, dövlətimizdən, ordumuzdan çox razıyıq...
20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!
 
MM-nın Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edirik.
 
 Tanrımızdan, taleyimizdən, dövlətimizdən, ordumuzdan çox razıyıq – torpaqlarımızın işğaldan azad olunduğu günlər ard-arda düzülüb: hər gün bir bayramdır! Dövlət başçımız – Müzəffər Ali Baş Komandan İlham Əliyev əks-hücumun başlandığı 27 sentyabrda, şəhidlərimizi möhtəşəm anma tədbirində - yürüyüşdə iştirak etdi; cənab Prezident Vətən Müharibəsi Qəhrəmanının, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Gəncədə şəhid olmuş körpənin portretini daşıdı; bütövlükdə Vətən Müharibəsinin bütün şəhidləri dərin ehtiramla yad edildi. Sonrakı günlərdə isə xüsusi strateji önəmi olan böyük yaşayış məntəqələrinə səfər edən ali dövlət rəhbərliyi, məhz o torpaqların azad olunmasının birinci ildönümünü yerində qeyd etdi. Hər səfərdə ötən illərə qiymət verildi, bugünümüz dəyərləndirildi, gələcək planlar açıqlandı. Suqovuşan, Talış, Ağoğlan (Hadrut), Tuğ, Cəbrayıl, Füzuli... – işğal mədəniyyətsizliyindən azadlıq mədəniyətinə, azadlıqdan abadlığa, zülmətdən işığa sürətli və keyfiyyətli keçid necə olur? – bunu Azərbaycan göstərir, qurur-yaradır.
 
20 oktyabrda Zəngilan şəhərinin azad olunduğu gündür! Bilirsiz, Ermənistanla dövlət sərhəddi boyu azad olunan ilk şəhərimiz də, ilk rayonumuz da məhz Zəngilan oldu. Üstəlik, Zəngilan İranla da dövlət sərhəddimiz üzərində yerləşən son rayonumuzdu. Beləliklə, Zəngilanın azad olunması fövqəladə önəm daşıyırdı: həm İranla dövlət sərhəddinə nəzarət tam bərpa olunmuş, həm də Ermənistanla dövlət sərhəddinə yetişilmiş oldu!
 
Zəngilanımızın azad olunmasının birinci ildönümündə, ilk sırada, zəngilanlıları, respublikamızın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını, Azərbaycansevərləri, haqq-ədalətin təntənəsinə xidmət edən hər kəsi ürəkdən təbrik edir, alqışlayırıq! Əlbəttə, ən böyük alqışımız şəhidlərimizin ruhunadır! Şəhidlərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik! Yaralı qazilərimizə şəfalar, müharibənin bütün iştirakçılarına möhkəm can sağlığı, uğurlar diləyirik! Dövlətimizə, dövlət başçımıza, Silahlı Qüvvələrimizə sayğımız sonsuzdur!  
 
Gəlin bu yerdə Zəngilan şəhərinin azad olunmasının birinci ildönümü ərəfəsində baş vermiş önəmli hadisələrə qısaca diqqət yetirək:
 
Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 2021-ci il 15 oktyabr tarixində keçirilmiş iclasında tarixi çıxış etdi. Prezidentin çıxışının əsas müddəalarını bu şəkildə sıralaya bilərik:
 
- “Dağlıq Qarabağ münaqişəsi” artıq keçmişdə qalıb. Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa edib. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən (dərhal, qeyd-şərtsiz və tamamilə!) çıxarılmasını tələb edən qətnamələrini Azərbaycan Ordusu özü yerinə yetirib: Ermənistanın 30 illik işğalına hərbi-siyasi yolla son qoyulub;
 
- 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı Üçtərəfli Bəyanat 44 günlük müharibənin bitməsinin elanı oldu. Bəyanat hər iki tərəfdən minlərlə insanın ölümündən qaçınmağa imkan yaratdı. Bu sənədə uyğun olaraq, Ermənistan öz işğalçı qüvvələrini Ağdam, Laçın və Kəlbəcər ərazisindən çıxarmaq haqqında öhdəlik götürdü, interval verdi və onu 1 dekabradək icra etdi.
 
- Azərbaycan qalib ölkədir və bir qalib ölkə olaraq keçmiş işğalçı ilə qonşuluq münasibətlərini normallaşdırmağa hazırdır. Bununçün uğursuz dövlət – məğlub Ermənistan öz üzərində düşən tarixi öhdəlikləri yerinə yetirməli, qacınılmaz çağırışlara olumlu cavab verməlidir. Məsələn, azad edilmiş ərazilərin minalardan daha sürətlə təmizlənməsi üçün mina xəritələrini təxirəsalmadan və əskiksiz verməlidir, Azərbaycan ərazisinə əsassız iddialardan, bəhanələrdən tam imtina etdiyini ərazi bütövlüyünü tanımaqla aydın ifadə etməlidir və s.
 
*
Digər önəmli hadisə 2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı ilə bağlıdır. Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev toplantıda çıxışı edərək, bütün dünyaya mühüm ismarıclar verdi. Buraya, ilk sırada dayanaqlı sülhü və ölkələrarası dialoqu təşviq edən təşəbbüslər, belə təşəbbüslərin dəyərləndirilməsi daxildir. “Dağlıq Qarabağ münaqişəsi”nin keçmişdə qaldığı bu platformada bir daha duyuruldu. Azərbaycan Prezidenti respublikamızın ərazi bütövlüyü və suverenliyinin QH-yə üzv dövlətlər tərəfindən daim dəstəklənməsini münasibətlərimizin davamlı olması üçün zəmin adlandırdı. 44 günlük müharibə zamanı BMT TŞ-nin qeyri-daimi üzvləri olan yeddi QH üzvünün Azərbaycana verdiyi dəstək unudulmaz, tarixi önəm ərz edən hadisədir. – Prezident belə xarakterizə etdi: “Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər”.
 
Prezidentin İtaliyanın nüfuzlu “La Repubblica” qəzetinə 2021-ci il 7 oktyabr tarixli müsahibəsi də iki mühüm platformada – MDB və QH toplantılarındakı ismarıclarla səsləşir. Dövlət başçısı postmüharibə dövrü və yeni gerçəkliklər, Rusiya sülhməramlı qüvvələri ilə bağlı həllini gözləyən müəyyən məsələlər barədə fikirlərini bölüşüb. Özəlliklə də: “hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır”.
Prezident “La Repubblica”ya daha nələr deyib?
 
–Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1,3 milyard ABŞ dolları təşkil edir.
 
- İtaliya bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir;
 
- Azərbaycan əsasən diqqətini Güney Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəldib;
 
- Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir;
 
- Avropa Birliyi ilə əməkdaşlıq perspektivlərinə gəldikdə isə Avropa Birliyi ilə işbirliyimizin enerji kimi ənənəvi sahələri var. Güney Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa Birliyinin rolu gündəlikdə olan məsələlərdəndir.
 
-Əldə olunan uğurları və Azərbaycanın artan nüfuzunu qəbul etməyən qüvvələrin informasiya təxribatları mövcuddur. Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün müxtəlif iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. Lakin “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm”!
 
MDB və QH toplantılarında çıxışlarda, nüfuzlu italyan nəşrinə müsahibədə (eləcə də, ötən günlər Füzuli şəhərinin təməl daşının qoyulma mərasimində) verilən ismarıclar fonunda yenidən Zəngilana qayıdaq.   
 
Zəngilan
Zəngilan rayonu Ermənistanın silahlı qüvvələri tərəfindən (əlbəttə, güclü havadarlarının hərbi-siyasi dəstəyi ilə) 30 oktyabr 1993-cü ildə işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət olub. Rayonun sahəsi 730 km2, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Quzeydən Qubadlı, gündoğardan Cəbrayıl rayonu, güneydən Araz çayı boyunca İran, günbatar səmtdənsə Ermənistanın (102 il öncəyədək Azərbaycana məxsus olan tarixi torpaqlarımız) Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuşdur.
 
Zəngilanın işğalı sonucunda dağıdılmış tarixi və dini memarlıq abidələrinə nəzər salaq –
 
Tarixi-dini abidələr:
 
İmam Hüseyn məscidi (XVII yüzil), Məscid (XIX yüzil) – Malatkeşin kəndi, Məscid (XIX yüzil) – Qırıq Muşlan kəndi, Məscid (XIX yüzil) – Muşlan kəndi, Məscid (XIX yüzil) – Rəzdərə kəndi, Alban kilsəsi – Xanazor və Yeməzli kəndləri;
 
Ziyarətgahlar:
 
Səkkizguşəli türbə (XIV yüzil) – Məmmədbəyli kəndi, Ziya Baba ocağı – Ağkənd kəndi, Xanazur türbəsi – Bartaz kəndi, Xanazor piri – Bartaz yaxınlığında, Soltan Heydər piri – Bartaz dağında,  Günqışlaq piri – Günqışlaq kəndi, İzzə piri – Hacıllı kəndi, Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi, Buqakar piri – Leyfaz kəndi, Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi, Veysin piri – Pirveyis kəndi, Seyid Musa ocağı – Sobu kəndi, Qaradağlı piri – Şəfibəyli kəndi, Yal piri – Vejnəli kəndi, Yel piri – Vejnəli kəndi, Soltan ocağı – Yeməzli kəndi, Şəhid Məhəmməd yeri – Yeməzli kəndi, Dəvəcüneyt piri – Zəngilan şəhəri, Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi;
 
Tarixi memarlıq abidələri:
 
Şərifan abidələri (IX-XVI yüzil) – Şərifan kəndi, Şəhri Şərifan yaşayış yeri (orta yüzillər) – Hacallı kəndi,  Ağca Aşıq yaşayış yeri (orta yüzillər) – Qumlaq kəndi, Qız qalası (orta yüzillər) – Qumlaq kəndi, Qəsr qalası (orta yüzillər) – Oxuçuçayı, Sərdabə (XIII yüzil) – Şərikan kəndi, Sərdabə (XIV yüzil) – Yenikənd kəndi, Hacallı dairəvi bürcü (XIV yüzil) – Hacallı kəndi, Körpü (XIX yüzil) – Hacallı kəndi, Hacalı qülləsi (XIV yüzil) – Məmmədbəyli kəndi, Nekropol (b.e.ö. VI-IV yüzillər) – Quyudərə Xəştab kəndi, Küp qəbirlər (b.e.ö. IV-II yüzillər) – Yeməzli kəndi, Koroğlu daşı (VII-VIII yüzillər) – Ağ oyuq düzü, Bartaz Qız qalası (XIV yüzil) – Bartaz kəndi, Şərifan sərdabəsi (XII yüzil) – Şərifan kəndi, Tağlı körpüsü (XVI yüzil) – Sobu kəndi, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi...
 
Zəngilan uğrunda döyüşlər
 
2020-ci il sentyabrın 27-də başlayan Azərbaycan Vətən Müharibəsində Zəngilan rayonunun gündoğarında yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə aığr zərbələr vurularaq 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, şanlı hərbçilərimizin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına imkan yaratmış oldu.
Silahlı Qüvvələrimiz 18 oktyabr 2020-ci ildə Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Zəngilan uğrunda döyüşlər Sərhəd Qoşunlarımızın Komandanlığı ilə aparılırdı. 20 oktyabrda Prezident İlham Əliyev xalqa növbəti dəfə müraciət etdi: Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhəri işğaldan azad edilmişdir!
 
 Zəngilan döyüşlərinin sonucunda Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
 
Dövlətimiz Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaətini, vətəncanlılığını yüksək qiymətləndirib.
 
26 noyabr 2020-ci ildə “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarına qatılaraq, şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbçilərimiz bu medala layiq görülür. Bugünədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu Prezidentin sərəncamları ilə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.
 
 Prezident Zəngilanda
 
 23 dekabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna səfər etdi. Prezident Zəngilan şəhərində müqəddəs Azərbaycan bayrağını qaldırdı.
 
Qələbədən sonra Zəngilan rayonuna 3 dəfə səfər etmiş ölkə prezidenti, aparılan bərpa və quruculuq işlərinə bilavasitə nəzarət edir.
 
Əvəzsiz layihələr
İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr bölgənin sosial-iqtisadi inkişafında çox önəmli rol oynayacaqdır. Prezidentin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün respublikamızda mövcud olan potensial gərəyincə səfərbər olunub. Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Belə ki ilk bərpa edilən kəndlər  Zəngilanın I, II, III Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı kənd” pilot layihəsi çərçivəsində qurulur – yenidən qurulur. Ərazidə ilkin olaraq 200 fərdi ev olacaq. Bu “ağıllı kəndlər”də çağdaş məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq.  Zəngilanın Ağalı kəndi yalnız Azərbaycanda deyil, bütövlükdə Qafqazda çağdaş standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Kənddə layihənin icrası əsasən 5 komponenti özündə daşıyacaq:
 
-yaşayış,
 
-istehsal,
 
-sosial xidmətlər,
 
-“ağıllı kənd təsərrüfatı”,
 
-alternativ enerji sahələri.
 
 Layihələrin icrasında qardaş Türkiyə ilə yanaşı, Çin, İsrail, İtaliya şirkətləri də iştirak edəcək. “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq “ağıllı tədris” və “ağıllı səhiyyə” sistemlərini də həyata keçiriləcək. Necə deyərlər, ağılsız düşmənin işğalçılıq mədəniyyətsziliyi, vandallığı öz yerini ağıllı kəndlərə verir... Bir sözlə, azadlıqdan sonra abadlıq, quruculuq çox sürətlə və keyfiyyətlə yerinə yetirilir.
 
Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. 
 
Zəngilandan keçən logistik layihələr
 
Zəngilan ağıllı kənd layihələri ilə yanaşı loqistik layihələrlə də zəngindir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji önəmi  var. Bu dəmir yolu azad edilmiş torpaqlara vətəndaşlarımızın gəlməsi üçün də, yüklərin daşınması üçün də böyük önəm daşıyacaq. Zəngilanda tikiləcək hava limanı bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün geniş imkanlar yaradır.
 
Zamanında Zəngilan ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərib.
 
Bəlli olduğu kimi, yenidən qurulan Zəngilandan  dəmir və avtomobil yolları da keçəcək və daha da mühümü: Naxçıvana yol açılacaq! Zəngilanı Naxçıvandan 40 km.-lik Zəngəzur dəhlizi ayırır. Bu dəhlizin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaq. Zəngilandan yalnız Ordubada, Naxçıvana deyil, eyni zamanda qardaş Türkiyəyə də yol görünür... Bax, bu, həm Zəngilanın, həm də, Zəngilanın azadlığını təmin etmiş tarixi Zəfərimizin önəmini parlaq şəkildə göstərməkdədir. Azadlıq əvəzsiz nemətdir!
 
 Bəli, Zəngilana həyat qayıdır, mədəniyyət, mənəviyyat qayıdır, insanlıq, insaf (vicdan) qayıdır, inkişaf qayıdır!
 
 DÖVLƏTİMİZ VAR OLSUN!
 
Oxşar xəbərlər
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO