Kinomuzun gürcü aktyoru: “Həmidə Ömərova ilə öpüşmələrin yer aldığı səhnələrdə çətinliklər yaşanırdı”
Cəmiyyət
Oxunub: 1166
13 Oct 2021 | 20:01
Kinomuzun gürcü aktyoru: “Həmidə Ömərova ilə öpüşmələrin yer aldığı səhnələrdə çətinliklər yaşanırdı”
“Azərbaycanla bağlı xatirələrim məni hər zaman günəş kimi isidir”.
 
Rezo Çxikvişvili Azərbaycan kinosunda çəkilmiş gürcü aktyorlardan biridir. O, 1980-ci ildə kinorejissor, Azərbaycanın Xalq artisti Oqtay Mirqasımovun lentə aldığı “Anlamaq istəyirəm” tammetrajlı bədii filmində Rüstəm obrazını canlandırıb. Xarizmatik gürcü aktyorun baş rolda yer aldığı film o vaxtkı Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilib. Bu il iki seriyalı ekran əsərinin 41 yaşı tamam olur.
 
“Report”un yerli bürosu “Rüstəm”i tapıb və 30 ilə yaxındır vətənindən uzaqda - Almaniyada yaşayıb işləyən Gürcüstanın Əməkdar artistindən müsahibə alıb.
 
Bu, sənətçinin Azərbaycan mətbuatına ilk müsahibəsidir. 
 
- Batono Rezo, öncə, Oqtay Mirqasımovun filminə necə dəvət olunduğunuzu yada salmağınızı xahiş edirəm...
 
- 1980-ci il idi. Mən Teatr İnstitutunu bitirmişdim və artıq iki il idi teatrda çalışırdım. Bir tamaşadakı rolumla Gürcüstanda gözlənilmədən çox populyar oldum. Azərbaycan kinosuna dəvət almağım rejissor Omar Qvasaliyanın adı ilə bağlıdır. O, Oqtay Mirqasımovun dostu idi. Deyəsən, hətta Moskvada bir yerdə təhsil alıblar. Bakıya sınaq çəkilişlərinə dəvət olundum. Mənimlə birgə böyük aktyor Edişer Maqalaşvili də filmə dəvət aldı. O, mənim atamı oynamalı idi. Bakıda bizi çox yaxşı qarşıladılar. Biz bir səhnəni oynadıq və Tbilisiyə döndük. Daha sonra mənə zəng vurdular və Moskvanın məni rola təsdiqlədiyini dedilər. Heç inanmadım. Bu xəbəri böyük sevinclə qarşıladım. Edişer Maqalaşvilini isə təsdiqləmədilər. Bu, bir qədər təəssüf doğurdu. Biz bir-birimizi tanıyırdıq, gürcü aktyorla birgə oynamaq mənə daha rahat olardı.
 
Rüstəm rolu mənim kinoda ilk və əsas rolum oldu. Çəkilişlər 4-5 ay davam etdi. Çox xoşbəxt dövr idi. Artıq 40 ildən çox vaxt keçib. O günlər üçün çox darıxıram.
 
- Filmdə Azərbaycanın böyük aktyorları Həsənağa Turabov və Zemfira Sadıxova sizin valideynləriniz rolunda oynayıblar. Kinoda təcrübəsi olmayan və gənc aktyor kimi sizə bu cür peşəkar aktyorlarla çəkilmək hər hansı bir çətinlik yaradırdımı?
 
- O zaman 23 yaşım vardı. Aktyorluğa yeni başlayırdım. İlk dəfə Azərbaycana getmişdim. Azərbaycanlılar çox qonaqpərvərdirlər. Həyatımın ən xoş və xoşbəxt anlarını yadıma salanda Bakıdakı günləri xatırlayıram. Tanınmış azərbaycanlı aktyorlarla bir yerdə çəkilməkdən çox qürurlu idim. Aktyorların hamısı mənə çox isti münasibət bəsləyirdi. Azərbaycanlılar həm də çox səmimidirlər. İnsanlarda bu keyfiyyətə həmişə böyük önəm vermişəm. Həmkarlarımla dostluq edirdim, bir yerdə vaxt keçirirdik. Tez-tez Oqtay Mirqasımovun evində qonaq olurdum. Bu səmimi münasibətləri heç vaxt unutmayacağam. Məni həmin günlərdən 40 illik bir dövr ayırır. O günlər üçün çox darıxıram. Oqtay Mirqasımov və digərləri ilə görüşməyi, Azərbaycanda yenidən çəkilməyi arzulayram.
 
Rüstəm rolunun öhdəsindən gəlməyimə təəccüblənirdim. Mənə doğma olmayan rus dilində və tanımadığım azərbaycanlı aktyorlarla çəkilirdim. Lakin onlar elə şərait və istilik yaradırdılar ki, özümü sərbəst hiss edirdim. Ata-anamı oynayan aktyorlar mənə valideyn münasibəti bəsləyirdilər, məni dəstəkləyirdilər. Mənlə çox mehriban davranırdılar. O anları heç vaxt unutmayacağam.
 
Ən maraqlısı bilirsiniz nədir? Mənə məlum olub ki, bu film hələ də izlənir. Filmin çəkilməsindən 25 il sonra - 15 il bundan qabaq yolda qarşılaşdığım üç qadın mənim “Rüstəm” olub-olmamağımla bağlı öz aralarında mübahisə edirdilər. Onlar məni tanıdılar. Bir neçə il öncə isə çalışdığım teatrda mənə məktub qoydular. Rol ifa etdiyim tamaşanı izləyən bir qadın məni tanıdığını yazmışdı. Məni görməyindən məmnunluğunu ifadə edən qadın qeyd etmişdi ki, o da filmdə çəkilib və epizodik rol oynayıb.
 
Almaniyada çoxlu türk yaşayır. Onların arasında da dostlarım var. Bir neçəsinə filmin “Youtube”dakı ünvanını göndərmişəm ki, baxsınlar. Axı sizin diliniz bir-birinə bənzərdir.
 
- Çəkiliş prosesində yadınızda ən çox qalan hansı məqamlardır?
 
- Hər gün çəkilişlər gedirdi. Bir gün mənim iştirakımla vacib səhnə lentə alınmalı idi. Bütün gecəni dostlarla yeyib-içmişdik, kefimiz kök idi. Səhər fikirləşdim ki, çəkilə bilməyəcəm. Lakin hər şey uğurla keçdi. Deyə bilərəm ki, həmin səhnə ən yaxşılarından biridir. Azərbaycanlı dostlarımla hər gün çox xoş keçirdi və yumorla dolu idi.
 
Azərbaycanla bağlı xatirələrim yaddaşıma əbədi həkk olub. Bu ölkə barədə eşidəndə çox sevinirəm. Baxmayaraq ki, orada cəmi 4-5 ay olmuşam. 64 illik ömrümün cəmi bir neçə ayı Azərbaycanda keçib, amma bu ölkə ilə bağlı xatirələr məni hər zaman günəş kimi isidir.
 
- Filmdə əsas tərəf müqabiliniz, Rüstəmin sevdiyi qız - Çinarənin obrazını yaradan aktrisamız Həmidə Ömərova ilə oyununuz necə alınırdı?
 
- Həmidə ilə birgə səhnələrimizdə çətinliklər yaşanırdı. Biz sevgili cütlüyü oynayırdıq, qucaqlaşma və öpüşmələrin yer aldığı səhnələrdə çəkilirdik. Mənim o vaxt sevdiyim qız vardı. Digər qıza sevgi hissini oynamağım çətin idi, təbii alınmırdı. Böyük təcrübəyə malik aktyor üçün bu, elə də çətinlik yaratmır. Xatırladığım qədər sevgi səhnələri ilk çəkilən səhnələrdən idi və çətinliklər də məhz bu səbəbdən yaranırdı. Çətin olsa da, gün keçdikcə bir-birimizə öyrəşdik və sərbəst olduq. Həmidə mənə kömək etdi və bizdə sevgililər rolunu oynamaq alındı.
 
- Filmdən sonra Azərbaycanla əlaqələriniz davam etdimi? Yeni dəvətlər aldınızmı?
 
- Bu filmdən sonra mənim böyük kino karyeram başladı. Teatr və televiziya tamaşalarında da rollar ifa edirdim. Daha sonra Rasim Balayevlə 1981-ci ildə Almaniya istehsalı olan “Əgər Yer yumru olmasaydı...” filmində çəkildim. Azərbaycanı tərk etsəm də, ölkə hələ bir neçə ay gözümün önündən getmədi və bundan çox məmnun qaldım.
 
Əvvəllər Oqtay Mirqasımovla əlaqə saxlayırdıq. Lakin 90-cı illərdə hər şey dəyişdi. Taleyim məni Almaniyaya aparıb çıxardı. Artıq 27 ildir bu ölkədə yaşayıram.
 
Üç ay bundan öncə Oqtay Mirqasımovla əlaqə saxlamışam. Bir neçə il bundan qabaq Batumidə kinofestivalda jürinin üzvü idim. Orada ad və soyadını unutduğum bir azərbaycanlı rejissor məni tanıdı. Azərbaycanla əlaqələrim kəsilmir. Arzu edirəm ki, onlar davam etsin.
 
Təəssüflər olsun ki, Azərbaycandan yeni dəvət almadım. Gürcüstan kinolarında çəkildim. Moskva və Kiyevdə də ekran əsərlərində rol aldım.
 
- “Anlamaq istəyirəm” filminin finalı izləyicilərdə bir sual doğurur. Sonda Rüstəm və Çinarə görüşürlər, itirdikləri sevgiyə təəssüflənirlər və onların bundan sonra yenidən bir yerdə olub-olmayacaqları bilinmir. 40 ildən sonra filmin davamı çəkilsə, bunu necə qarşılayarsınız?
 
- Yaxşı sualdır. Bu barədə fikirləşmək lazımdır (gülür). İnternetdə Həmidənin fotoşəkillərinə baxmışam. O, çox yaxşı görünür. Davamını çəkmək çox əla və maraqlı olardı. Saysız-hesabsız filmlər lentə alınıb, lakin onların çoxu uğursuzdur. Uğurlu filmlər isə çox yaşayır. Əgər aktyorlar 40 ildən sonra hələ də yaxşı formadadırlarsa və böyük təcrübə toplayıblarsa, niyə də davamı çəkilməsin? (gülür). Mən Azərbaycanda həm bu filmin davamında, həm də istənilən digər ekran əsərində çəkilməyə çox şad olardım. 41 ildir Bakıda olmamışam, mütləq bu şəhərə dönməliyəm. Bakının küçələri üçün darıxıram.
 
- Azərbaycanlı kinosevərlərə şəxsi həyatınız və hazırkı fəaliyyətiniz maraqlı olardı. Hazırda harada işləyirsiniz? 
 
- Essen şəhərində yaşayıram. “Grillo-Theater” dövlət teatrında çalışıram. Teatrla bir illik layihəm olsa da, daha sonra müddəti uzadıldı. Layihəmiz öncə Tbilisidə reallaşdırıldı, daha sonra Essendə davam etdirildi. Tamaşada əsas rolda oynayırdım. Direktor mənə yeni başqa layihələr təklif etdi. Alman dilini bilmədiyimdən ilk illər çox çətinlik çəkirdim. Bir ildən sonra Gürcüstana dönmək istəyirdim. Lakin qaldım. Direktor dəyişdi, amma məni saxladılar. Yəqin mənə gürcü temperamenti və aktyor keyfiyyətlərim kömək etdi. Əvvəllər teatrda ən gənc mən idim, indi isə ən yaşlıyam. İndi 64 yaşım var. Yarım ildən sonra teatrla vidalaşıb təqaüdə çıxacağam. Almaniyada tanınmış və hörmət bəslənilən aktyoram. Tbilisiyə filmlərə də dəvətlər alıram. Mən əsl tbilisiliyəm. Tbilisidə evim var. Həmişəlik Tbilisiyə qayıtmaq barədə düşünürəm.
 
Ailəmə gəldikdə, iki oğlum var. Levan 35, Aleksandr 31 yaşdadır. Böyük oğlum Berlində, kiçiyi isə Ştutqartda yaşayır. Onlar Almaniyada yaxşı təhsil alıblar, ABŞ və Hollandiyada təhsillərini davam etdiriblər. Hazırda şirkətlərdə işləyirlər. Aleksandr evlidir, Levan isə demək olar evlidir. Təəssüf ki, hələ nəvəm yoxdur. Oğullarımdan nəvə istəyirəm (gülür).
 
- Azərbaycanda Sizi tanıyanlara, tərəf müqabillərinizə hansı ürək sözlərinizi çatdırmaq istəyirsiniz?
 
- Azərbaycanlılara və Azərbaycana məndən böyük salam və sevgimi çatdırın. Mən həqiqətən də Azərbaycanda yaşadıqlarımı təkrarlamaq istəyirəm. Məni hələ də Azərbaycan filmindəki roluma görə tanıyırlar və bu, olduqca xoşdur.
 
Gürcüstan və Azərbaycan xalqları arasında dostluq münasibətləri həmişə ən yüksək səviyyədə olub. Biz bu münasibətlərə dəyər verməli və qoruyub saxlamalıyıq. Siyasət bu əlaqələrə toxunmamalıdır. Ən əsası sevgidir və bundan yüksəkdə heç nə durmamalıdır. Biz bir-birimizə dəyər verməli və hörmətlə yanaşmalıyıq.
 
Qeyd edək ki, müsahibəyə əlavə olunan ağ-qara fotoşəkilləri aktyor şəxsi arxivindən təqdim edib.
Oxşar xəbərlər
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
GÜNLÜK
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA