Çoxdillilik və milli ruh...
Oxunub: 2688
19 Sep 2021 | 12:56
Çoxdillilik və milli ruh...
İndiki dövrdə yer üzündə gedən proseslər insanların çox dil bilmələri zərurətini yaradır. Mövcud şərait, təhsil siyasəti, müxtəlif proqramlar, texniki vasitələr insanların başqa dil öyrənməsinə xeyli kömək edir, bu prosesi sürətləndirir. Ona görə də son onilliklər ərzində bütün yer üzündə çoxdillilik(multilinqvizm) mühüm bir xüsusiyyət kimi formalaşmaqda, inkişaf etməkdədir. Bu sahədə geniş miqyasda elmi araşdırmalar aparılır. Çoxdillilik ümumilikdə çox mütərəqqi, ilk baxışdan sevindirici bir hal kimi qəbul oluna bilər. Amma... çoxdilliliklə bağlı yaranan bir sıra sosial-psixoloji, mənəvi, siyasi məsələlər də diqqət mərkəzində olmalıdır.
 
Ölkəmizdə bu sahədə müxtəlif vaxtlarda müəyyən çağrışlar edilir. Xüsusilə qeyd edilir ki, bir vaxtlar rus dilinin hegomonluğu altındaydıq, indi buraya ingilis dilinin də hegomonluğu qoşulmaqdadır və bu milli, strateji baxımdan təhlükəlidir. Bəziləri tələsik olaraq başqa dillərin ölkəmizdə yayılmasına etiraz edir. Amma aydındır ki, biz rus dilinin, ingilis dilinin öyrənilməsinə ümumilikdə pis baxa bilmərik. Sadəcə, bu sahədə gedən proseslərə diqqəti artırmağımıza, həmin proseslərin arzuolunan şəkildə getməsinə çalışmalıyıq. Başqa sözlə desək, bu prosesləri elmi əsaslarla idarə etməliyik.
 
Proseslərin sosioloji, siyasi təhlili onu göstərir ki, yer üzündə, istənilən bir ölkədə çoxdillilik mədəniyyətinin formalaşması xaotik şəkildə gedərsə, bu bir çox etnik mənsubiyyətlərin, ümumiyyətlə, ölkənin mədəniyyət sisteminə ziyan verə bilər. Ahəngdar şəkildə formalaşan çoxdillilik isə əksinə, hər bir xalqın mədəniyyətinin daha da zənginləşməsinə, bu mədəniyyətin potensialını üzə çıxarmasına şərait yaradar.
 
Çoxdilliliyin artması ilə başqa ölkələrdə təhsil almaq, elmi əməkdaşlıq etmək, turizm səfərlərinə getmək, ticarət əlaqələri qurmaq, beynəlxalq aləmdə baş verənlərdən xəbərdar olmaq, bədii ədəbiyyat oxumaq imkanları və s. çoxalır. Hətta evdən eşiyə çıxmadan belə, internetdə dilini bildiyin istənilən bir ölkənin, hətta okeanın ortasındakı ekzotik bir adanın nümayəndəsi ilə tanış olmaq, söhbətləşmək, fikir mübadiləsi etmək, dostlaşmaq, iş birliyi qurmaq imkanları yaranır. Bu əlaqələr hər bir insanın taleyində mühüm rol oynaya bilər. Eyni zamanda, hansı bir ölkədə çox dil bilən insanlar çoxdursa, bu həmin ölkənin bütövlükdə potensialını artırır. Başqa ölkələrlə daha mükəmməl siyasi, iqtisadi, diplomatik, elmi, mədəni və s. əlaqələr yaratmaq, özünü müxtəlif təhdidlərdən, təsirlərdən qorumaq imkanlarını üzə çıxarır. Çox dil bilən insanın intellektual imkanlarını da xeyli artırır. Beynin müəyyən hissələri daha da fəallaşır, inkişaf edir. Deməli, ümumilikdə, çoxdillilik ölkənin intellektual imkanlarını da artırır.
 
Çoxdilliyin formalaşmasındakı müəyyən həssas tərəflərə həssas da münasibət olmalıdır. Hər hansı bir ölkədə çox dil bilən insanlar öz ölkələrinə nə qədər çox fayda versələr də, eyni zamanda, onlarda vətənpərvərlik hissi zəif olduqda, xoşagəlməz hallar da baş verə bilər. Misal üçün, bu insanlar arasındakı olduqca istedadlı, fəaliyyəti öz ölkəsi üçün də vacib olan mütəxəssislər başqa ölkələrin, mədəniyyətlərin təsir dairəsinə düşüb öz ölkəsinə ögey münasibət bəsləyə bilər. Daha təhlükəlisi isə, təbii ki, düşmən mövqeli qüvvələrin təsir dairəsinə düşməkdir. Ona görə də çox dil bilən insanların vətənpərvərlik ruhunda yetişməsinə böyük ehtiyac vardır. Təbii ki, bu vətənpərvərlik bütün yer üzünə məhəbbət əsasında formalaşmalı, şovinist, faşist, ermənilik ovqatdan uzaq olmalıdır.
 
Çoxdillilik məsələsi həm hər bir ölkə üçün mühümdür, həm də diaspora nümayəndələri, miqrantlar və s. üçün. Biz indiki vaxtda həm ölkəmizdə, həm diasporalarımızda, başqa ölkələrə köçüb getmiş insanlarımızın ailələrində çoxdillilik məsələlərinə lazımi qədər fikir verilməsinə diqqətli olmalıyıq. Başqa ölkələrdə doğulan körpələrimiz də bizim genlərimizin, milli ruhumuzun daşıyıcılarıdır. Onlar bizim milli potensialımızdır. Çoxdillilik məsələlərinə lazım olduğu kimi diqqət versək, həmin potensial bir neçə ildən sonra bizim öz ölkəmizə arxa olacaqlar. Əks halda isə, bu potensialdan məhrum olacağıq. Çalışmaq lazımdır ki, ölkəmizdən kənarda doğulan körpələrimiz həm vətəndaşı olduqları ölkənin təəssübünü çəkib, o ölkənin tərəqqi etməsinə çalışsınlar, həm də öz xalqının layiqli nümayəndəsi olaraq ona kömək etsinlər. Vətəndaşları olduğu ölkə ilə nümayəndəsi olduğu ölkə arasında ahəngdar münasibətlərin yaranmasında mühüm rol oynasınlar.
 
Fikrimizcə, çoxdilliliyin inkişaf etdirilməsi zamanı beş məsələyə ciddi diqqət verilməlidir: 1) Çoxdilliliyin uşaqların səhhətinə, psixologiyasına, mənəviyyatına zərər verməməsi, əksinə kömək etməsi; 2) Ana dilinin incəliklərinə dərindən yiyələnməməyə mane olmaması; 3) Milli ruhun yüksək səviyyədə olmasına xələl gətirməməsi; 4) İnsanlar, xalqlar arasında daha ahəngdar, işgüzar münasibətlər yaranmasına səbəb olması və 5) Yer üzünün tərəqqisinə xidmət edən vətənpərvərliyin formalaşmasına kömək etməsi.
 
Çox dil bilən insanların arzuolunan şəkildə formalaşması üçün aşağıdakı məsələlərə diqqət verilməsinə böyük ehtiyac vardır.
 
Bir çox valideynlər uşaqlarının tez bir zamanda başqa dilləri öyrənməsini istəyirlər. Mənim də yaxından tanış olduğum elmi araşdırmalar artıq tamamilə əsaslandırır ki, hər bir uşaqda başqa dillərə maraq hələ ana bətnindən başlayır – ana bətnindəki körpə anasının danışdığı dildən, oxuduğu, qulaq asdığı mahnılardan ciddi impulslar alır. Ətrafdakı insanların danışdığı dilin, musiqinin də onun formalaşmasına təsiri olur. Ona görə də hər bir valideyn bu məsələlərdə diqqətli olmalıdır.
 
Uşağın öz doğma ana dilini mükəmməl bilməsi olduqca mühüm bir məsələdir və uşağın həyatında böyük rol oynayır. Öz ana dilinin kodları uşağın genlərində olur. Uşaq ana bətnində olarkən anası onunla öz doğma ana dilində danışırsa, şeirlər oxuyursa, mahnıya qulaq asırsa, uşağın o kodları daha da fəallaşır. Eləcə də, uşaq anadan olandan sonra bu proses davam edir. Amma uşaq həm ana bətnində olarkən, onunla özgə dildə “söhbət edilirsə”, əlaqə yaradılırsa, həm anadan olandan sonra bu münasibət davam edirsə, o zaman uşağın daxili potensialında bir keyləşmə, passivləşmə baş verir. Uşağın psixoloji, intellektual inkişafında bir mexaniklik yaranır. Genlərdən gələn olduqca güclü, əhəmiyyətli bir energetik mənbə ona lazımi qədər kömək edə bilmir. Ana bətnində və erkən yaşlarında başqa dillərin intensiv təsirinə məruz qalan körpələrin potensiallarının yüksək şəkildə açılmasında, milli ruha köklənməsində, ümumiyyətlə, xarakterinin formalaşmasında müəyyən problemlər yaranır. Ona görə də çalışmaq lazımdır ki, uşaq öz doğma dilini mükəmməl bilsin. Bunun üçün ona doğma laylalar çalmaq, onunla birlikdə doğma musiqiyə qulaq asmaq, şeirlər dinləmək, şeirlər demək, folklorla yaxından tanışlıq, bədii ədəbiyyət oxumaq lazımdır. Elə etmək lazımdır ki, uşaq hələ erkən yaşlarından qüdrətli bir xalqın nümayəndəsi olduğunu hiss etsin. Öz xalqı ilə qürur duysun. Bu ona öz doğma dilinə məhəbbəti də xeyli artırır. Əgər uşağın tərbiyəsi bəşəri, mənəvi dəyərlərə hörmət zəminində, milli ruhda getmişsə, həmin insan həmişə öz gözəl əxlaqı, davranışı ilə seçilir.
 
Öz ana dilini yaxşı bilmək insanın daxili potensialını oyadır, fəallaşdırır, onun həyatla bağlılığını artırır. Gələcək həyatında olduqca müsbət rol oynayır. Öz mədəniyyətinin fəal daşıyıcısı kimi, o həm də dünya mədəniyyətinin zənginləşməsinə kömək edir. Xüsusilə, bu adam yaradıcı insandırsa, onun yaradıcılığına milli kolorit gəlir. Bu olmadıqda, insanın milli kodları fəal olmadıqda onun yaradıcılıqda təkrarçılığa, başqa millətin nümayəndələrini yamsılamağa meyillilik güclü olur. Çünki təsir altında olduğu mədəniyyətin bəhrələndiyi milli kodlar onun yaradıcılığında lazımi səviyyədə rol oynaya bilmir.
 
Öz doğma dilində səlist, sərbəst danışan insan xoşbəxt və şanslı bir insandır. Belə bir insanda şəxsiyyət sistemi daha mükəmməl bir vəziyyətdə olur. Ətraf mühitin ona təsiri, başqalarından öyrəndikləri, aldığı təhsil bu süzgəcdən keçdikcə onun həm daxili potensial güclənir, üzə çıxır, həm də bu potensialı cəmiyyət üçün, yer üzü üçün daha faydalı olur.
 
İnsanlar başqa dilləri öyrənməyə uşaqlıqdan başlamalıdır. Bunun üçün yalnız məktəbdən kömək gözləmək düzgün deyildir. Ailənin özü bu məsələyə diqqətli olmalıdır. Uşağa başqa dillərin öyrədilməsinin hansı yaşdan başlanması haqda kokret, qəti fikir demək düz olmaz. Bu asılıdır uşağın öz şəxsi keyfiyyətlərindən, başqa dili öyrənməyə yaranan marağından, qabiliyyətindən. Amma əminliklə demək lazımdır ki, başqa dili intensiv şəkildə öyrənmək ana dilinin uşağın intelektual, mənəvi sistemində özünə tamamilə yer etməsindən sonra baş verməlidir. Buna qədər uşaq başqa dilləri müxtəlif şəkillərdə eşitmək imkanlarına malik olmalı, başqa dillərin olduğu barədə təsəvvürləri formalaşmalıdır. Uşaqları başqa dili öyrənməyə məcbur etmək olmaz. Onlarda həmin dilə maraq yaratmaq, bu dili öyrənmək üçün onun daxili potensialını hərəkətə gətirmək lazımdır. Uşaq özü həmin dili öyrənməyə can atmalıdır. Onu bu dili öyrənməyə həvəsləndirmək, ona daha asan metodlar öyrətmək lazımdır.
 
İnsanlar yalnız öz xalqının nümayəndələri ətrafında yaşadıqda buna nail olmaq asandır. Bəs miqrantlar, diaspora nümayəndələri, yaxud başqa millətlərin nümayəndələrinin əhatəsində olan yerli əhali nə etməlidir? Onlar öz uşaqlarının başqa xalqların nümayəndələri ilə ünsiyyətinə mane olmadan uşağın evdə doğma dildə danışmasına ciddi fikir verməlidirlər. Xüsusilə uşaqlarının milli musiqiyə qulaq asmasına, doğma dildə videoçarxlara, TV verilişlərinə baxmağa şərait yaratmalıdırlar. Belə uşaqlarda milli ovqat güclənməsinə, mütərəqqi vətənpərvərliyin artmasına çalışmaq lazımdır. Onlarda ünsiyyətdə olduqları başqa dillərə qarşı mənfi münasibət yaratmaq düzgün deyil. Bu onların əsəblərində gərginlik yarada psixoloji pozğunluğa səbəb ola bilər. Uşaqlara o dilləri məcburən də öyrətmək düzgün deyil. Yenə də mənfi nəticələr ola bilər. Uşaqlar o dilləri öz istəklərinə, həvəslərinə, dostluq etdiyi başqa uşaqlara münasibətlərinə görə tədricən öyrənsələr daha yaxşı olar. Onlar adətən, əvvəlcə sadəcə sözləri yadda saxlayırlar. Həmyaşıdları ilə müəyyən əl hərəkətləri ilə danışırlar. Günlərin bir günü hiss edirlər ki, artıq o dildə danışa bilirlər. Belə dil öyrənmək təbii yolla, gərginlik yaranmadan baş verir.
 
Təbii ki, bu mövzu olduqca genişdir. Təqdim etdiyim qeydlər həmin mövzunun müzakirəsinə dəvət kimi də qiymətləndirilə bilər.
 
Çoxdillilik məsələsinə diqqəti artırmamıza ehtiyac vardır.
 
Əhməd Qəşəmoğlu
Oxşar xəbərlər
23:30, Bu gün
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
23:20, Bu gün
“Fənərbaxça” növbəti dəfə xal itirib
23:19, Bu gün
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
23:17, Bu gün
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
23:17, Bu gün
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
22:39, Bu gün
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
22:31, Bu gün
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
22:05, Bu gün
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
22:04, Bu gün
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
22:03, Bu gün
Çində mutant Ebola virusu yaradıldı
22:02, Bu gün
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
21:38, Bu gün
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
GÜNLÜK
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA