“Bizim yol”un məlumatına görə, Həmkarlar İttifaqının qarşısında özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun vəziyyəti ağırlır.
Qarabağ əlili özünü yandırmazdan əvvəl bildirib ki, mülkiyyət hüquqları Həmkarlar İttifaqı tərəfindən ciddi şəkildə pozulub: “Vaxtı ilə eks-prezident Heydər Əliyev tərəfindən Qarabağ əlillərinin yaşayışlarının yaxşılaşdırılması məqsədi ilə dəniz kənarında mənə torpaq sahəsi verilmişdi. Həmin torpaqla bağlı Həmkarlar İttifaqı tərəfindən 2010-cu ildə məhkəməyə verildim və yerim əlimdən alındı. Məhkəmənin qərarından sonra hər yerə şikayət etməyimə baxmayaraq boş-boş sözlər və vədlərdən başqa bir cavab verilmədi”.
Zaur Həsənov torpaq sahəsində yerləşən obyektinin yeganə gəlir mənbəyi olduğunu bildiririb: “Özümü yandırmağımla bağlı verdiyim qərar qətidir. Evim bankda girovdadır və satışa çıxarılıb. Bankdan pul götürüb obyektə sərmayə qoydum. Həmkarlar İttifaqının rəhbəri, millət vəkili Səttar Mehbalıyev əlimdən aldı. Ona görə də Həmkarlar İttifaqının qarşısında özümü yandıracam”.