“Ukraynadan sonra növbə Azərbaycanındır”
Cəmiyyət
Oxunub: 2955
16 Dec 2013 | 12:46
“Ukraynadan sonra növbə Azərbaycanındır”

ARDNŞ “Global Witness” təşkilatının hazırladığı hesabatı “təhrif edilmiş və köhnəlmiş məlumatlar əsasında hazırlanmış” sənəd adlandırır. Şirkət yaydığı bəyanatında bildirir ki, neftin dünya bazarında satışı üçün iş adamı Anar Əliyevin verdiyi təkliflər daha səmərəli hesab olunaraq onunla əməkdaşlıq edilib. Maraqlıdır ki, şirkət bəyanatında ona verilən təkliflər sırasında niyə Anar Əliyevlə iş birliyinin seçilməsini bu cür əsaslandırır. Amma ARDNŞ-in bu əsaslandırması ekspertləri heç də qane etmir. Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu ilə müsahibəmizə ARDNŞ-in mətbuatda dərc olunan bəyanatından sonra açıq qalan sualları ünvanlamaqla başlamaq qərarına gəldik:

- Əslində ARDNŞ-lə bağlı hazırda ortaya çıxan şübhələr bizdə çoxdan yaranmışdı. Sadəcə olaraq bizim “Global Witness” təşkilatı kimi geniş imkanlarımız olmadığına görə, bu məqamları ortaya çıxara bilmirdik. Bizim şübhələrimiz əsasən Azərbaycanın xam neftinin satış kontraktları ilə bağlı idi. “Mədən sənayesində şəffaflıq təşəbbüsü” çərçivəsində də satış kontraktlarının açıqlamasını tələb etmişik. Biz bu istiqamətdə öz rəyimizi bildirəndə həmişə bəyan edirdik ki, Azərbaycan hökumətinin mənfəət neftində açıqlanan payı həmişə natural ifadədə göstərilir və onu dəyər ifadəsinə çevirəndə ciddi fərqlər alınır. Çünki burada hətta bir dolların fərqi milyardlarla dollar vəsait deməkdir. Azərbaycan nefti adətən “futures” sazişləri ilə satılır. Yəni müqavilələr imzalanır və bu müqavilələr əsasında da qiymətlər formalaşır. SOCAR Trading şirkəti yarananda da biz bu şirkəti ciddi şübhələr ilə qarşılamışdıq. Şirkətlə bağlı məlumatlar əldə etməyə çalışsaq da, çox ümumi məlumatlar vermişdilər. Məlum olmuşdu ki, bu şirkət bir neçə il öncə Sinqapurda yaradılıb və Şərq bazarına çıxmaq üçün bazarın öyrənilməsi ilə məşğuldur. Amma məsələ burasındadır ki, ARDNŞ-in açıqlamasını nəzərə alsaq, Anar Əliyevin ən ağılı təklifi SOCAR Trading şirkətinin yaradılmasıyla bağlı olub. Əslində hazırda baş verənlər onu göstərir ki, SOCAR-ın fəaliyyətində qaranlıq məqamlar çoxdur və bu şirkət şəffaflığa meyilli deyil. ARDNŞ eyni zamanda satış kontraktlarını açıqlamalıdır. Azərbaycan hökuməti götürdüyü beynəlxalq öhdəlik əsasında həm mülkiyyət sahiblərinin adını açıqlamalıdır. Bilinməlidir ki, Azərbaycan neftinin satışından kimlər bəhrələnir. Həm də satış kontraktları açıq olmalıdır ki, biz bilməliyik nə qədər neft hansı qiymətə satılıb. Gün ərzində bir vaxtlar 800 min barel neft satılırdı. Satış kontraktında bir dollar fərq bir gün ərzində 800 min dollar vəsait edir. Bu rəqəm ay ərzində 24 milyon dollar fərq edir. Ortaya çıxan məlumatlarla bağlı ikinci nəticə ondan ibarətdir ki, SOCAR bəyan edir ki, Anar Əliyevin şirkətləri ilə işləyib. Amma SOCAR Anar Əliyevin şirkətləri ilə yalnız satış kontraktları deyil, onların işçilərinin yemək, yataq dəstinin təminatı ilə bağlı da müqavilələr imzalayıb. Əgər Anar Əliyevin rəhbərlik etdiyi şirkət peşəkar şirkətdirsə, o bir sahədə ixtisaslaşmalı idi. Mümkün deyil ki, SOCAR bütün sahələrdəki sifarişlərini bir kompaniyanın adına rəsmiləşdirsin. Buradan çıxan nəticə ondan ibarətdir ki, SOCAR bu kompaniyalarla imzalanan biznes sövdələşmələrindən xüsusi məqsədlərə xidmət edən qazanclar əldə edib. Bu qazanclar isə xüsusi məqsədlər olduğu üçün kimlərinsə, kapitalına çevrilib. Üçüncü, mühüm nəticə ondan ibarətdir ki, əgər həqiqətən də Anar Əliyevin təsisçi olduğu şirkətlər belə böyük, ağıllı biznes ideyalarına malikdirsə, niyə SOCAR-dan başqa dünyanın bp, Lukoyl kimi şirkətləri ilə bu kompaniyanın əməkdaşlığı yoxdur. Bu onu göstərir ki, bu SOCAR-ın özünün qurduğu bir əməliyatdır. Hesab edirəm ki, SOCAR bunu çox kobud və qeyri-peşakar şəkildə həyata keçirib. Əslində bu SOCAR-ın idarəçiliyindəki problemlərdən irəli gəlir. Bunu əslində ağıllı şəkildə həyata keçirmək də mümkün idi. Bu eyni zamanda göstərdi ki, Azərbaycanın pulları ölkəmizdən kənarda - Panamada, Maltada, Birləşmiş Ərəb Əmirliklərində yaradılmış şirkətlər vasitəsilə oğurlanır və neftdən gələn vəsaitlər kimlərinsə kapitalına çevrilir.

“ARDNŞ-in açıqlaması çox əsassızdır”

- ARDNŞ-in “Global Witness” təşkilatının hazırladığı hesabatla bağlı izahatını nə dərəcədə əsaslı saymaq olar?
- SOCAR Tradingin yaradılması təcrübədən gələn bir addımdır. Bunu vaxtı ilə başqa şirkətlər də ediblər. ARDNŞ-in açıqlaması çox əsassızdır. ARDNŞ necə bu əməliyyatları quranda qeyri-peşəkarlığa yol verib, indi də “Global Witness” təşkilatının hazırladığı hesabatla bağlı da açıqlaması qeyri-peşəkardır. Guya ağılı ideya olub, SOCAR da onu satın alıb. Yaxşı, SOCAR-ın bu qədər ekspertləri var. Nəyə görə SOCAR bu ağılı idyeanı dünyanın tanınmış beyin mərkəzlərindən almadı, amma Anar Əliyev adlı bir gəncin ideyası daha dəyərli oldu. Anar Əliyevin ağılı ideyası var idisə, nəyə görə onu yalnız SOCAR-a satdı? Başqa şirkətlər nəyə görə Anar Əliyevə maraq göstərməyiblər? SOCAR belə sövdələşmələrlə, qaranlıq biznes əməliyyatları aparmaqla reputasiyasını kifayət qədər korlayıb. Bu məqamların açıqlanması SOCAR-ın imicinə, onun beynəlxalq tərəfdaşlarla əməkdaşlığına, şirkətin başqa ölkələrdə məhsullarının istehlakçılarının davranışlarına təsir göstərəcək. Mən inanmıram ki, sabah Isveçdə avtomobili olan şəxs “Global Witness” təşkilatının hazırladığı hesabatı oxuduqdan sonra SOCAR-ın yanacaqdoldurma stansiyasına girərək benzin alacaq. Bu açıqlamadan sonra SOCAR kimi şirkətlərlə hətta şəxs olaraq normal düşüncəli insanlar əməkdaşlığa getməyə maraq göstərməyəcək. Bu SOCAR-ın böyük bazarlara girmək iddiasına ciddi zərbədir. SOCAR belə də iddiada ola bilər ki, qlobal şirkətlər SOCAR-ı rəqabətdən çıxarmaq üçün belə yazılar sifariş verə bilərlər. Amma o zaman nəyə görə SOCAR “Global Witness” təşkilatını məhkəməyə vermir. SOCAR nəyə görə proseslər bu qədər uzanandan sonra təkzib verir. SOCAR bu prosesləri gözəl bilir. Şirkət harada uduşunun olduğunu gözəl hesablayır. SOCAR həmişə öyünürdü ki, şirkətin profisional kadrları var. Həqiqətən də SOCAR-ın yaxşı kadrları var. Əgər SOCAR özünə arxayındırsa buyursun, məhkəməyə müraciət etsin.

“10 faizlik artım bahalaşmanı qarşılamayacaq”

- Seçkidən öncə büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarında 10 faiz artım oldu. Amma bu 10 faizlik artım Azərbaycanda əmək qabiliyyəti olan 4.5 milyon əhalinin cəmi 650 mininə şamil edildi. On faizlik artım yanacağın qiymətinin artırılması və ondan sonra gələcək bahalaşmanı qarşılayacaqmı?
- Təbii ki, ödəməyəcək. On faizlik artımı məbləğə çevirəndə çox cüzi rəqəm alınır. Qeyd etdiyiniz kimi bu on faizlik artım hamıya da şamil olunmayıb. Yalnız büdcə sferasında çalışanlar bundan bəhrələnə bilib. Yanacağın qiymətinin artırılması isə hamıya təsir edir. Bunu işləyən də, işləməyən də, avtomobil sürən də, sürməyən də hiss edəcək. Qiymət artımının alternativ bazarlara zəncirvari olaraq təsirləri var. Yanacağın bahalaşmasından sonra biz xüsusi ilə ərzaq bazarında artımı müşahidə edəcəyik. Bunun qarşılığında 10 faizlik artım da dəyərsizləşəcək. Çünki yanacağın qiymətinin artımı inflyasiyada yaradır. Eyni zamanda əhalinin xərclərinin strukturunda ciddi dəyişikliklər baş verəcək. Ölkədə inhisarın daha da güclənməsi, qiymətin diqtə olunması, hava şəraitinin əvvəlki illərlə müqayisədə daha kəskin keçməsi əhalinin xərclərini artırıb. Hətta hazırda müşahidə olunan tendensiya ondan ibarətdir ki, əhali ərzağın qiymətinin bahalaşmasından çəkinərək özü üçün ehtiyatlar yığır. Bayramla əlaqəli ərzaq məhsullarının satışı hazırda artıb. Nəticədə əhali daha çox ərzağa pul xərcləməyə başlayacaq. Bu isə qeyri-ərzaq sektorunda alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxaracaq.

- Qiymətin artması əmlak, tikinti bazarına necə təsir göstərəcək?
- Əlbətdəki qiymətlərə artırıcı təsir göstərəcək. Daşınma xərcləri artacaq. Bu da özünü tikinti materillarının satışında özünü göstərəcək. Mənzil bazarında qiymətlərin artması davam edəcək. Amma kirayə bazarında mənzillərin qiyməti daha da artacaq. Çünki kirayə bazarında qiyməti bahalaşdıran başqa faktorlar da var. Çünki bu yaxınlardakı söküntü işlərinə görə dövlət vətəndaşlara əlavə olaraq kirayə haqqı verir. Bu isə kirayə bazarına əlavə tələb yaradır.

- Yanacağın qiymətinin artması ölkədə yoxsulluq və işsizliyin səviyyəsinə necə təsir edəcək? Rəsmi statistikada yoxsulluğun səviyyəsi 5, işsizliyin səviyyəsi isə 6 faiz göstərilir?
- Təbii ki, bu rəqəmlər Azərbaycan gerçəkliyini əks etdirmir. Yanacağın qiymətinin artması əlbətdəki yoxsuluğun səviyyəsini artıracaq. Çünki həm yaşayış minimumu artacaq, həm əhalinin qazancları azalacaq. Qeyri-ərzaq sektorunda alıcılıq qabiliyyətinin aşağı düşməsi, şirkətlərin vergi ödənişlərinin artması yeni iş yerlərinin açılmasını çətinləşdirəcək. Yeni iş yerlərinin açılması tempinin aşağı düşməsi, iş yerlərinin bağlanması işsizlərin sayını da artıracaq.

“Azərbaycan Avropa Birliyi üçün vacib dövlətdir”

- Vilnüs sammitində Azərbaycan viza sadələşdirilməsiylə bağlı sənədə imza atdı. Azərbaycanın azad ticarət və assosiasiya sazişinə imza atması hələ ki, reallaşmayıb. Amma beynəlxalq ekspertlər Azərbaycanın bu iki sənədə imza atmamasını səbəbini Rusiyanın təzyiqindən daha çox, Azərbaycanın sazişi imzaladıqdan sonra reallaşdırmalı olan siyasi və iqtisadi islahatlarla əlaqələndirirlər. Siz, bu barədə nə düşünürsünüz?
- Mən də bu fikri bölüşürəm. Assosiasiya sazişi özündə həm viza sadələşdirilməsini, həm miqrasiya məsələləri ilə bağlı məqamları, həm də azad ticarəti əhatə edir. Azərbaycan viza sadələşdirilməsinə hazır idi, onu da imzaladı. Amma halbuki bunu əvvəl də etmək olardı. Azad ticarətlə bağlı məsələlərə gəlincə isə, Dünya Ticarət Təşkilatının üzvü olmayan ölkələrlə belə saziş imzalamaq mümkün deyil. Halbuki azad ticarət Azərbaycan üçün daha əhəmiyyətlidir. Amma Azərbaycan bu gün mövcüd qanunvericiliklə həmin sazişi imzalamağa hazır deyil. Dünya Ticarət Təşkilatının üzvü olan ölkələrin qanunvericiliyində beynəlxalq standartlara uyğunlaşma var. Azərbaycan bu standartlara yaxın deyil. Ona görə Azərbaycan hətta istəsə belə Avropa Birliyi Azərbaycanla azad ticarət sazişi imzalamayacaq.

- Ekspertlərin fikrincə, Avropa Birliyi Ukraynadan sonra diqqətini Azərbaycana yönəldəcək. Bu zaman Avropa Birliyinin Ukrayna məsələsində göstərdiyi prinsipiallığı Azərbaycanla da bağlı göstərəcəyini gözləmək olarmı?
- Avropa Birliyi üçün hazırda ən önəmli ölkə Ukrayna olsa da, Avropa üçün Azərbaycanın önəmi Ermənistan, Gürcüsan, Moldova, Belarusdan daha üstündür. Ona görə Avropa Birliyi Azərbaycanda gedən prosesləri diqqətlə, narahatçılıqla izləyir. Avropa Birliyi Azərbaycana yanaşmada Ukraynada baş verənlərdən çıxış edərək, dərs götürərək mövqe seçəcək.

Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır