Gömrük Akademiyası “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində ilk görüşü keçirdi
Oxunub: 1068
21 Apr 2021 | 18:45
Gömrük Akademiyası “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində ilk görüşü keçirdi
Dövlət Gömrük Komitəsinin Akademiyası Vətən müharibəsində iştirak etmiş media nümayəndələri və gömrük xidməti əməkdaşları ilə silsilə görüşlər nəzərdə tutan “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində bir qrup jurnalistlə tələbələrin onlayn görüşünü təşkil edib. Görüşdə I və II Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ qazisi, Prezident təqaüdçüsü Rey Kərimoğlu, II Qarabağ müharibəsinin iştirakçıları - “Azərbaycan” qəzetinin müxbiri Rəşad Baxşəliyev, “İki sahil” qəzetinin baş redaktorunun müavini Anar Miriyev, Real TV telekanalının əməkdaşı İsmayıl Yaşaroğlu, həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük xidməti əməkdaşı Ülvi Hacıyevin anası Həmidə Qurbanova iştirak edib.
 
Tədbirdən öncə Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun rəhbərliyi ilə Akademiyanın əməkdaşları “Azərterminalkompleks” Birliyinin inzibati binasında şəhid-gömrükçü Ülvi Hacıyevin xatirəsini əbədiləşdirmək üçün qoyulmuş büstünü ziyarət edib, şəhidin əziz xatirəsi dərin ehtiramla yad olunub.
 
Tədbirin əvvəlində Azərbaycanın azadlığı, ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.
 
Akademiya rəisi Qulu Novruzov açılış nitqi ilə çıxış edərək bütün dünyada Covid-19 pandemiyasının davam etdiyi dövrdə 2020-ci ildə Azərbaycan üçün fərqli bir tarix yazıldığını deyib. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təcavüzkar, işğalçı ordusunun hücumlarını dəf etmək məqsədi ilə əks hücuma keçərək 44 günlük Vətən müharibəsində dəmir yumruqla zəfərə doğru irəlilədiyini bildirib. “Tarix bir daha göstərdi ki, milli birlik olduqda, xalq yenilməzdir. Xalqın önündə, dövlətin başında onu öz arxasınca apara bilən güclü və qətiyyətli lider olanda dövlət, xalq, toplum nə qədər güclü olur. Ali Baş Komandan İlham Əliyev bütün cəbhələrdə baş komandan missiyasını böyük məharət və uğurla yerinə yetirdi”, - deyə Akademiya rəisi vurğulayıb.
 
Bu müharibənin Azərbaycan xalqının milli kimliyini təsdiq etmək üçün bir imtahan olduğunu deyən Qulu Novruzov Azərbaycan əsgərinin Vətən müharibəsində gəncliyin istinad edəcəyi minlərlə qəhrəmanlıq nümunələrini göstərdiyini deyib. Azərbaycanın
 
azadlığı, ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın geri qaytarılması uğrunda mübarizədə canını fəda etmiş hər bir qəhrəmanın əziz olduğunu deyən Qulu Novruzov Vətən müharibəsində gömrük xidməti əməkdaşlarının da iştirakını qeyd edib. O, hər bir gömrük xidməti əməkdaşı üçün Vətən müharibəsində şəhid olan Ülvi Hacıyevin bir qəhrəmanlıq simvolu olduğunu vurğulayıb. “Tarix boyu zaman-zaman Azərbaycan xalqı müxtəlif vaxtlarda bu imtahanları verib, belə sınaqlardan keçib. Bu imtahanları bizim adımızdan Azərbaycan ordusu, Azərbaycan əsgəri, ruhları qarşısında baş əydiyimiz şəhidlərimiz, Ülvi Hacıyevlər verdi” - deyə o, bildirib.
 
Vətən müharibəsində Gömrük Akademiyasının kollektivi, tələbələrinin də fəallığından söz açan Qulu Novruzov Akademiya əməkdaşı Ceyhun Sadıxovun könüllü olaraq müharibədə iştirak etdiyini qeyd edib. Akademiyanın hər bir tələbəsinin Azərbaycan dövləti və xalqının rifahı, inkişafı naminə öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib. O, gənclərin informasiya müharibəsində aktiv olduğunu deyərək, tələbələrin informasiya savaşı cəbhəsində, xüsusən sosial şəbəkələrdə fəal olduqlarını diqqətə çatdırıb. Azərbaycanın informasiya müharibəsində media nümayəndələrinin fəaliyyətini xüsusi qeyd edən Akademiya rəisi tədbirdə iştirak edən jurnalistlərin hər birinə təşəkkür edib. Qələmini silaha çevirən jurnalistlərin yeri gəldikdə, məhz silahla düşmənə qarşı vuruşduqlarını deyib.
 
Şəhid gömrükçü Ülvi Hacıyevin anası Həmidə Qurbanova onun uşaqlıq, məktəb və tələbəlik illərindən danışıb. Ülvinin könüllü olaraq cəbhəyə getdiyini bildirib. Ülvinin övlad, şagird, tələbə, vətəndaş kimi nümunəvi olduğunu qeyd edib. Ülvi Hacıyevin gömrük xidmətində fəaliyyətindən söz açaraq, onun gömrük əməkdaşı kimi hər zaman Vətənini hər şeydən üstün tutduğunu deyib, körpəlikdən Azərbaycan bayrağına olan sevgisindən söz açıb və Vətən uğrunda şəhid olduğunu deyib. Milli Qəhrəman Mübariz İbrahimovu özünə ideal sayan Ülvinin itkisinin bir ana kimi ona ağır olduğunu, bununla belə, övladı ilə fəxr etdiyini bildirib. Ülvi Hacıyevin Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə vuruşduğunu, torpaqlar işğaldan azad olunduqca Ülvinin sevincini, onun hər bir qarış torpağımızın azad olunmasından fərəhləndiyini xatırlayıb. Həmidə Qurbanova gənclərə Vətənə məhəbbət, böyüklərə hörmət kimi dəyərləri yaşatmağı tövsiyə edib.
 
I və II Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ qazisi, Prezident təqaüdçüsü Rey Kərimoğlu II Qarabağ müharibəsində Azərbaycan əsgərlərinin rəşadətindən söz açıb. Keçmiş döyüşçü olaraq əsgərlərin ruh yüksəkliyinin, döyüş hazırlığının artırılması istiqamətində öz döyüşçü yoldaşları ilə gənclərə dəstək verdiklərini deyib. Gənc əsgər və zabitlərin qəhrəmanlığı, mətinliyi və vətənpərvərliyinə daha yaxından şahidlik etdiyini qeyd edib. Prezident İlham Əliyevin çıxışlarının hərbi hissələrdə heyətə xüsusi döyüş ruhu verdiyini vurğulayıb. Qələbə üçün vacib olan birlik və vəhdətin yarandığını diqqətə
 
çatdırıb. 44 gün ərzində Prezident İlham Əliyevin öz çıxış və müsahibələri ilə həm də Azərbaycan mediasının informasiya blokadasını uğurla yardığını bildirib. Gənclərə sosial şəbəkələrdə daha da fəal olmağa, düşmənlə informasiya savaşında iştirak etməyə çağırıb.
 
II Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan” qəzetinin müxbiri Rəşad Baxşəliyev Vətən müharibəsinin iştirakçısı olduğu üçün qürur hissi keçirdiyini bildirib. Müharibədən öncə hərbi müxbir kimi fəaliyyət göstərən Rəşad Baxşəliyev öz təkidi ilə döyüşlərə yollanıb, müharibədə zabit kimi xidmət keçib. O, gənc nəslin vətənpərvərliyinin nəticəsi olaraq böyük Qələbəyə nail olduğumuzu qeyd edib. Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edən zabit-jurnalist Prezident İlham Əliyevin sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
 
II Qarabağ müharibəsinin iştirakçısı, “İki sahil” qəzetinin baş redaktorunun müavini Anar Miriyev deyib ki, gənclər üzərinə düşən tarixi missiyanı yüksək səviyyədə yerinə yetirdilər. Gömrük Akademiyasının tələbələrinin timsalında gənclərin hər birinin vətənpərvər ruhda tərbiyəsinin əhəmiyyətini vurğulayıb. Müharibə dönəmində qələmi silaha çevirən media nümayəndələrinin informasiya müharibəsində düşməni susdurmalı olduqlarını, bu istiqamətdə gənclərin də üzərinə iş düşdüyünü deyib.
 
II Qarabağ müharibəsinin iştirakçısı, Real TV telekanalının əməkdaşı İsmayıl Yaşaroğlu Azərbaycan əsgəri olaraq ön cəbhədə səngərdə vuruşmaq üçün müharibəyə könüllü yazıldığını bildirib. Azərbaycanın haqlı mövqeyinin ortaya qoyulmasının vacibliyini vurğulayan İsmayıl Yaşaroğlu Gəncə, Bərdə, Tərtər şəhərlərində Ermənistan tərəfindən törədilən terror aktları ilə Xocalı soyqırımı törədən ermənilərin öz xislətini bir daha göstərmiş olduqlarını xatırladıb. İnformasiya müharibəsində medianın, həmçinin gənc nəslin fəaliyyətinin zəruri olduğunu qeyd edib.
 
Tədbirdə iştirak edən media nümayəndələri hər biri Akademiya rəhbərliyinə layihə çərçivəsində qazi jurnalistlərlə görüşlərin keçirilməsinə görə minnətdarlıq ifadə ediblər. Gənclərin vətənpərvərlik hisslərinin aşılanmasında belə layihələrin vacibliyi qeyd olunub.
 
Sonda Akademiya tələbələri maraqlı və yaddaqalan tədbirin təşkilinə görə təşəkkür edərək, zəfər yaddaşını qələmi ilə yazan media nümayəndələrinə minnətdarlıqlarını bildiriblər. Şəhidlər qarşısında gəncliyin böyük bir borcu olduğunu vurğulayıblar.
 
Qeyd edək ki, Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə reallaşan “Vətən mənə oğul desə...” adlı layihə çərçivəsində gənclərin milli vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətənə məhəbbət, torpağa, dövlətinə xidmətin aşılanması məqsədilə Gömrük Akademiyasının tələbələrinin I Qarabağ müharibəsində, həmçinin II Qarabağ müharibəsində 44 günlük döyüşlərdə iştirak etmiş, qələmini silaha çevirərək döyüşmüş
 
jurnalistlərlə, o cümlədən gömrük xidməti əməkdaşları ilə silsilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
23:30, Bu gün
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
23:20, Bu gün
“Fənərbaxça” növbəti dəfə xal itirib
23:19, Bu gün
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
23:17, Bu gün
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
23:17, Bu gün
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
22:39, Bu gün
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
22:31, Bu gün
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
22:05, Bu gün
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
22:04, Bu gün
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
22:03, Bu gün
Çində mutant Ebola virusu yaradıldı
22:02, Bu gün
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
21:38, Bu gün
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
GÜNLÜK
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA