Şuşa Şəhər İcra Hakimiyyəti yeni ailə quran şəxslərin ayrı təsərrüfat kimi rəsmiləşdiirlməsini qanunsuz olaraq yasaqlayıb. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, məlum qərarın icra başçısı Bayram Səfərov tərəfinən verildiyi iddia olunur: “Artıq bəlli bir müddətdir ki, Şuşa Şəhər İcra Hakimiyyəti Şuşa qeydiyyatında olan və yenicə ailə quran şəxslərin ayrı təsərrüfatlar kimi qeydiyyata alınmasını dayandırıb. İcra yetkililəri bu qadağanın icra başçısı Bayram Səfərovun tapşırığı əsasında gerçəkləşdiyini iddia edir. Ailəli şəxslərin ayrı təsərrüfat kimi qeydiyyata alınmaması isə vətəndaşların ciddi narazılığına səbəb olmaqdadır. Vətəndaşlar hesab edir ki, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı B.Səfərovun bu addımı aşkar qanunsuzluqdur və yüzlərlə insanın vətəndaşlıq hüququnun pozulmasına səbəb olur. Yaxın günlərdə məlum məsələ ilə bağlı narazılığın kəskin şəkildə ictimaiyyiləşəcəyi istisna olunmur”.