Azərbaycanda Türkiyə hərbi bazası: bu mövzu təzədən gündəmə gəlib - səbəb
Cəmiyyət
Oxunub: 1000
10 Apr 2021 | 09:13
Azərbaycanda Türkiyə hərbi bazası: bu mövzu təzədən gündəmə gəlib - səbəb
Politoloq Zərdüşt Əlizadə Türkiyənin ölkəmizdəki hərbi mövcudluğuna qarşı çıxdı və cavabı gecikmədi
 
Aprelin 8-dən ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb. Rəsmi məlumata görə, təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir. Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.
 
Aprelin ilk günlərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri də keçirilmişdi. Həmin təlimlərdə müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunub.
 
Xatırladaq ki, bu ilin fevral ayında Türkiyədə ilk dəfə olaraq “Qış təlimi-2021" birgə təlimləri uğurla başa çatmışdı. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından hələ də imtina etməyən Ermənistan və onun havadarlarına bu təlimlər ciddi xəbərdarlıqdır. Ancaq Azərbaycanda əksəriyyət hesab edir ki, ölkəmizdə Türkiyənin hərbi bazasının olması gələcək təhlükələrdən sığortalanmağınız üçün vacib addım olardı. Hətta Rusiya sülhməramlıları ilə yanaşı, Türkiyənin hərbi kontingentinin də Qarabağda yerlədirilməməsi bir çox vətəndaşlarımızda məyusluq doğurmuşdu, ancaq sonrakı dönəmdə Ağdamdakı Birgə Monitorinq Mərkəzində qardaş ölkənin də kontingentinin yerləşdirilməsi müəyyən rahatlıq yaratdı. Lakin Türkiyənin ölkəmizdəki hərbi varlığına qarşı mövqelər də yox deyil.
 
“Türkiyə ordusu ilə birlikdə təlimlər keçirə bilərik, zabitlərimiz orada təhsil ala bilər. Hərbi əməkdaşlığımız inkişaf edə bilər. Amma Türkiyə Ordusunun hərbi bazasının Azərbaycanda yerləşməsi üçün siyasi və hərbi zərurətin olduğunu görmürəm”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Son vaxtlar artan birgə hərbi təlimlər fonunda Türkiyənin Azərbaycanda hərbi mövcudluğu mövzusu tez-tez gündəmə gəlir və Türkiyənin ölkəmizdə hərbi bazasının qurulmasından da bəhs olunur. Bu yanaşmanın müəllifləri hesab edirlər ki, Rusiyanın Ermənistanda hərbi bazası olduğu kimi, Türkiyənin də Azərbaycanda hərbi mövcudluğu olmalıdır, bu, milli təhlükəsizliyimizin təminatı ilə yanaşı, balansın yaranması üçün vacib məsələdir. Amma A.Əlizadə kimi azsaylı ekspertlər də var ki, bu ideyalara qarşı çıxırlar.
 
Fazil Mustafa: “Qarabağ savaşında ərazimizdə hərbi bazası olmayan Türkiyənin bizə dəstəyinə kim mane ola bildi ki, bundan sonra da olsun?”
 
Deputat, BQP başqanı Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, əslində Zərdüşt Əlizadənin bu açıqlaması normaldır: “Dünya yalnız bizdən və Türkiyədən ibarət deyil. Bir ölkənin ərazisində başqa bir ölkənin, hətta qardaş olsa belə, hərbi bazasının yerləşməsi olduqca ciddi siyasi hadisədir, bunun mənfi və müsbət nəticələrini doğru proqnozlaşdırmaq vacibdir. Əlbəttə, könül istər ki, Türkiyənin hərbi bazası elə Qarabağın mərkəzində yerləşsin və bəlkə də ən kritik anlarda buna qərar da verə bilərik. Ancaq indi daha real yolları izləməliyik. Qarabağ savaşında ərazimizdə hərbi bazası olmayan Türkiyənin bizə dəstəyinə kim mane ola bildi ki, bundan sonra da olsun? Faktiki olaraq Türkiyə bu savaşın bir tərəfidir, həm də bizimlə iç-içə olan bir tərəfdir”.
 
F.Mustafa hesab edir ki, biz bazadan daha vacib olan bir məsələni həll etməliyik: “Ordumuzdakı ”5-ci kolon"un təsirini azaltmaq üçün bir çox hərbi strukturlarımızı Türkiyədən olan hərbçilərə həvalə etməliyik. Necə ki, bunun effektini adını xatırlatmaq istəmədiyim bir sıra proseslərdə görmüşük. Daha intizamlı və təcrübəli ordu qurmaq, xüsusi təyinatlılar formalaşdırmaq istəyiriksə, türk hərbçilərinin təlim sistemini Azərbaycana tam şəkildə gətirməliyik. Bu, hərbi bazadan da zəruri məsələdir".
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq  Elxan Şahinoğlu isə tam fərqli düşünür. O hesab edir ki, Azərbaycan üçün ən böyük risk Rusiya-Ermənistan hərbi ittifaqıdır: “Bunun qarşısında yalnız Azərbaycan-Türkiyə hərbi ittifaqı duruş gətirə bilər və əgər Rusiyanın Ermənistanda hərbi bazaları varsa, eyni ilə müttəfiqimiz Türkiyənin də Azərbaycanda hərbi bazaları olmalıdır. Rusiya qarşısıında real güc görməlidir, əks halda ”İsgəndər" raketləriylə bağlı təxribatlarla gələcəkdə də üzləşə bilərik".
 
E.Şahinoğlu bir az da irəli gedərək Türkiyənin Şuşada hərbi qarnizonunun olmasını təklif etdi: “Bu, bir neçə səbəbdən bizim üçün vacibdir. Birincisi, Azərbaycan ordusu müharibədə qələbə qazanaraq Şuşanı azad etsə də, erməni separatizmi tarixi şəhərimizi ”nə zamansa geri qaytarmaq" haqqında düşüncələrindən əl çəkən deyil. Şuşada ötən əsrin əvvəllərindən qısa fasilələrlə baş verənlər də bundan xəbər verir. Deməli, biz Şuşanı var gücümüzlə qorumalı və bir daha düşmən əlinə keçməsinə imkan verməməliyik. Azərbaycan ordusuyla yanaşı, Şuşada Türkiyənin hərbi qarnizonun varlığı bu şəhərin təhlükəsizliyini daimi edəcək. İkincisi, aydındır ki, Türkiyənin Şuşada hərbi qarnizon yaratması Ermənistan və Rusiyanı narahat edəcək, həm İrəvan, həm də Moskva buna mane olmağa çalışacaq. Ancaq biz istəyəndən sonra Türkiyənin Şuşada hərbi qarnizonunu formalaşdırmağa heç nə mane ola bilməz".
 
Elxan Şahinoğlu:"Rusiya hərbçiləri Qarabağda qalıcı olacaqlarsa, Türkiyə ordusu da Qarabağda, o cümlədən Şuşada qalıcı olmalıdır!"
 
Politoloq xatırlatdı ki, Rusiyanın Azərbaycana qarşı təxribatları göz qabağındadır: “Şuşaya atılan ”İsgəndər" raketlərindən tutmuş, Xankəndidə rus hərbçiləri üçün artan modul yerləşim yerlərinə qədər “addımlar”ı görürük. Biz Rusiya hərbçilərinin 5 illik müddət bitdikdən sonra Qarabağı tərk etməsini istəyirik. Ancaq ruslarla ermənilər əllərindən gələn edəcəklər ki, bu, baş verməsin. Əgər onlar Şuşada Türkiyə hərbi qarnizonunun əleyhinədirlərsə, bu məsələnin həll yolu var: Rusiya və Türkiyə ordusu eyni zamanda Qarabağı tərk edirlər. Əks halda, Rusiya hərbçiləri Qarabağda qalıcı olacaqlarsa, Türkiyə ordusu da Qarabağda, o cümlədən Şuşada qalıcı olmalıdır!"
 
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı dövlətimizin mövqeyini aşağıdakı kimi ifadə edib: “Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim hərbi işbirliyimiz gündən-günə möhkəmlənir. Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır. O silahlar yaxın zamanlarda gələcək. Bizim ordumuz daha güclü daha çağdaş olmalıdır. Türkiyə Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bu istiqamətdə də bundan sonra bərabər çalışacağıq”.
Oxşar xəbərlər
12:53, Bu gün
"Azərbaycanın savadlılıq səviyyəsi bir çox ölkələrdən xeyli yuxarıdır" - Kamran Əsədov
12:45, Bu gün
Ev-eşik, banka qoyulan pullar, həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?-ÖZƏL+FOTO
12:44, Bu gün
Sabahdan Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdiriləcək
12:37, Bu gün
"O, heç vaxt könüllü olaraq öz postunu tərk etməyəcək" - Tixanovskaya
12:34, Bu gün
Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib
12:26, Bu gün
Klintondan Kamalaya qeyri-adi məsləhət: "Trampı debatda belə çaşdıra bilərsən..."
12:16, Bu gün
Bakıda külək əsəcək, bəzi rayonlarda yağış yağacaq
12:10, Bu gün
“Qazancım haqda soruşmayın..”- Amerikada biznesi batan Elariz Məmmədoğlu yeni işə başlayır?-AÇIQLAMA+ÖZƏL
12:05, Bu gün
Noyabrda Bakıya giriş məhdudlaşdırılacaq?
11:54, Bu gün
ABŞ-də atışma zamanı beş nəfər yaralanıb
11:44, Bu gün
Ən xoşbəxt uşaqlar bu ölkədə yaşayır
11:28, Bu gün
"Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır"- Prezident
11:23, Bu gün
Hansı müğənninin başında bit var? – QALMAQAL
11:15, Bu gün
SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu
11:00, Bu gün
Uğurlu bir dövr başlayır - Yaxın gələcəkdə bu bürclərin bəxti gətirəcək
10:52, Bu gün
Aeroportdan şəhərə hərəkət istiqaməti dəyişdiriləcək
10:41, Bu gün
Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
10:33, Bu gün
Bakıda şadlıq evində yanğın olub
10:22, Bu gün
Ağdamda ətraf mühitin çirklənməsinə qarşı tədbirlər görülüb
10:10, Bu gün
Bu gün 500-dək şagird üçün əlavə imtahan keçiriləcək
10:02, Bu gün
Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinal görüşünə çıxacaq
09:54, Bu gün
Ermənistanda bir polisi öldürən, digərini yaralayan şəxs yaxalanıb
09:43, Bu gün
Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb
09:35, Bu gün
Bəzi dağlıq ərazilərdə yağış yağıb – FAKTİKİ HAVA
09:23, Bu gün
Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək
09:16, Bu gün
Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
09:08, Bu gün
Bakıda 14 yaşlı qızı avtomobil vuraraq ağır xəsarət yetirib
08:58, Bu gün
Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb
08:58, Bu gün
"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri
08:30, Bu gün
İran hakimiyyəti paytaxtı Tehrandan köçürür?- Bu əraziyə...
08:15, Bu gün
İnsanları ölümə məhkum edən FOTO - SƏBƏB BU İMİŞ 
08:04, Bu gün
Ekspert ölüm qorxusu ilə mübarizə aparmağın yollarını AÇIQLADI 
07:59, Bu gün
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
07:44, Bu gün
Bu səhər vərdişi olan insanlar kasıblığa MƏHKUMDURLAR
07:35, Bu gün
“Titanik”in məşhur mahnısının müəllifi VƏFAT ETDİ
07:21, Bu gün
Güləşçimiz dünya çempionatında GÜMÜŞ MEDAL qazandı
07:07, Bu gün
İlon Mask Marsa ilk uçuşların tarixini AÇIQLADI
07 Sep 2024 | 23:20
ABŞ Rusiyaya zərbə endirməyə icazə vermədi
07 Sep 2024 | 23:12
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
07 Sep 2024 | 23:11
Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçürülməsinə hazırlıq gedir
07 Sep 2024 | 22:56
Həmin parkinq qanunsuz imiş - Rəsmi açıqlama
07 Sep 2024 | 22:48
Zelenski Ukrayna ilə bağlı yeni plan hazırlayır
07 Sep 2024 | 22:40
Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb
07 Sep 2024 | 22:32
Masanın üstündəki xərçəngin iki mənbəyi
07 Sep 2024 | 22:26
Ermənistanda silahlı atışma: bir polis öldü, digəri yaralandı
07 Sep 2024 | 22:18
İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq - VİDEO
07 Sep 2024 | 22:10
"İran Rusiyaya ballistik raketlər tədatük edir, ABŞ narahatdir" - "Reuters"
07 Sep 2024 | 22:06
Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI
07 Sep 2024 | 21:58
Putini bu cür dayandıracağam - Tramp elan etdi
07 Sep 2024 | 21:50
Mehriban Əliyeva İlham Zəkiyevi təbrik etdi
07 Sep 2024 | 21:43
Paralimpiya Oyunlarının qalibi bu ölkədir
07 Sep 2024 | 21:38
Azərbaycan futbolunun gələcəyini dəyişməliyik - Santuş
07 Sep 2024 | 21:30
Xərçəng xəstəsi olan kralın vəziyyəti necədir?
07 Sep 2024 | 21:22
Selena Qomez milyarder oldu
07 Sep 2024 | 21:14
Hadisə jurnalistə əsəbiləşdi
07 Sep 2024 | 21:06
Azərbaycandan xaricə uçuşların sayında kəskin artım
07 Sep 2024 | 20:58
Yemək bişirməyə vaxtı olmayanlar bunu oxusun
07 Sep 2024 | 20:50
İrandan Rusiyaya raketlərin verilməsi ilə bağlı bəyanat
07 Sep 2024 | 20:47
"ABŞ vətəndaş savaşının gedişində parçalanacaq" - Dmitri Medvedev
07 Sep 2024 | 20:43
Bu ölkədə meymunlara görə referendum keçirilir
07 Sep 2024 | 20:41
Həftədə iki dəfədən artıq XƏNGƏL YEMƏK OLMAZ- ALİMLƏR AÇIQLADI
07 Sep 2024 | 20:31
İpotekanın verilməməsinin imtina SƏBƏBLƏRİ- KREDİT KARTLARINIZI...
07 Sep 2024 | 20:28
Ətin qiyməti kəskin artdı - VİDEO
07 Sep 2024 | 20:20
Kimlərə isti havada qəhvə içmək olmaz?
07 Sep 2024 | 20:13
Qadın tabutu içindəki meyitlə birlikdə oğurladı - FOTO
07 Sep 2024 | 20:05
Gəlinin şirinlik istəyən uşağa reaksiyası qınağa səbəb oldu - VİDEO
07 Sep 2024 | 19:58
Alimentdən yayınanların diqqətinə - VİDEO
07 Sep 2024 | 19:56
3 ay ərzində qonşu ölkədə "YouTube" fəaliyyətini tamamilə DAYANDIRACAQ
07 Sep 2024 | 19:50
Xoşbəxt həyat üçün əsas amillər
07 Sep 2024 | 19:46
Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu
07 Sep 2024 | 19:40
Tacikistanda zəlzələ oldu
07 Sep 2024 | 19:32
Semafordan svetofora qədər- KEÇMİŞDƏN GƏLƏCƏYƏ
07 Sep 2024 | 19:31
"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?
07 Sep 2024 | 19:24
Tədqiqatçılardan Ay haqqında yeni kəşf
07 Sep 2024 | 19:16
Dondurulmuş ətlərə möhtac qala bilərik
07 Sep 2024 | 19:08
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?
07 Sep 2024 | 19:00
Azərbaycanlı aktrisa paylaşımı ilə diqqət çəkdi - VİDEO
07 Sep 2024 | 18:47
Zelenski Pokrovskdakı vəziyyətdən danışdı
07 Sep 2024 | 18:43
Cüdoçularımızdan Avropa çempionatında 8 medal
07 Sep 2024 | 18:37
Dünyada bir ilk: Bu avtomobil tarixə düşdü - FOTO
07 Sep 2024 | 18:30
Bu cihazları istifadədən sonra dərhal elektrikdən ayırmalısınız, çünki onlar...
07 Sep 2024 | 18:25
İrəvandan Ankaraya bu tarixi körpü ilə bağlı məktub
07 Sep 2024 | 18:20
Rusiyada anbara zərbə: Kim Çenin raketləri məhv edildi
07 Sep 2024 | 18:18
Evdə hörümçəklərdən necə xilas olmaq olar? – Təbii üsullar
07 Sep 2024 | 18:15
Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək
07 Sep 2024 | 18:10
Bu kitablar kimdə varsa, varlı olacaq
07 Sep 2024 | 18:05
30 gün öncə göründü - "Qiyamət balığı" son işarəni verdi - FOTOLAR
07 Sep 2024 | 18:00
"Əla növ” markalı məhsulu saxtası ilə ayırd etmək olmur, çünki..."
07 Sep 2024 | 17:52
Avropa çempionatı: Daha bir cüdoçumuz medal qazandı
07 Sep 2024 | 17:46
Ucarda 16 yaşlı qız qaçırıldı
07 Sep 2024 | 17:39
Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?
07 Sep 2024 | 17:37
“Rusiyanın bu addımı Ukraynanın uzaqvuran raketlərlə təchizatına kömək edəcək”
07 Sep 2024 | 17:32
XİN Braziliyanı Milli Günü münasibətilə təbrik etdi
07 Sep 2024 | 17:26
Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT
07 Sep 2024 | 17:20
Gecələr başsız dolaşan sirli adam: Qarşısına çıxanın ruhunu alır
07 Sep 2024 | 17:13
Anar Məmmədovla bağlı İLGİNC İDDİA - Trampın seçkisinə...
07 Sep 2024 | 17:06
Bu 5 maşın modelinə Aİ-92 töksəniz, mühərriki gec-tez "dağılacaq" - VİDEO
07 Sep 2024 | 17:00
ADU-nun məzunu Sürix Universitetinə qəbul olundu - FOTO
07 Sep 2024 | 16:54
Ağar: "Türkiyəsiz Azərbaycan, Azərbaycansız Türkiyə olan geosiyasi reallıq yaratmağa çalışırlar"
07 Sep 2024 | 16:47
Orduda maddi-texniki təminat üzrə toplanış keçiridi - FOTO
GÜNLÜK
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 20:28
Ətin qiyməti kəskin artdı - VİDEO
07 Sep 2024 | 13:32
Alma sirkəsi mifi: "Bu cür üsulların reklamı ya öldürür, ya da..."
07 Sep 2024 | 18:05
30 gün öncə göründü - "Qiyamət balığı" son işarəni verdi - FOTOLAR
07 Sep 2024 | 18:15
Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək
07 Sep 2024 | 18:30
Bu cihazları istifadədən sonra dərhal elektrikdən ayırmalısınız, çünki onlar...
07 Sep 2024 | 15:36
Prezident mühüm qanunu TƏSDİQLƏDİ: bu şəxslər...
07 Sep 2024 | 13:50
"Biz Rusiyanı sülhə məcbur etməliyik" - Zelenski
07 Sep 2024 | 13:27
İlham Zəkiyev bu dəfə medal qazana bilmədi
HƏFTƏLİK
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
03 Sep 2024 | 01:58
Kişi arvadını yataqda ÖLDÜRDÜ - Xızıda baş verən cinayətin DETALLARI
02 Sep 2024 | 14:44
II Qaregin Qarabağdan DANIŞDI
AYLIQ
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 20:28
Ətin qiyməti kəskin artdı - VİDEO
07 Sep 2024 | 13:32
Alma sirkəsi mifi: "Bu cür üsulların reklamı ya öldürür, ya da..."
07 Sep 2024 | 18:05
30 gün öncə göründü - "Qiyamət balığı" son işarəni verdi - FOTOLAR
07 Sep 2024 | 18:15
Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək
07 Sep 2024 | 18:30
Bu cihazları istifadədən sonra dərhal elektrikdən ayırmalısınız, çünki onlar...
07 Sep 2024 | 15:36
Prezident mühüm qanunu TƏSDİQLƏDİ: bu şəxslər...
07 Sep 2024 | 13:50
"Biz Rusiyanı sülhə məcbur etməliyik" - Zelenski
07 Sep 2024 | 13:27
İlham Zəkiyev bu dəfə medal qazana bilmədi