Moderator.az-ın məlumatına görə, deputat
E.Məmmədov Publika.Az-a açıqlamasında deyib ki, Serj Sarkisyan terrorçu qurumun
başçısıdır. Onun sözlərinə görə, bu adamın sərbəst və müstəqil fikirləri
yoxdur: “Bunlar Rusiya tərəfindən idarə olunan bir qurumdur. Erməniləri 300 ilə
qədər bir dövrdə idarə edən və dünyanın müxtəlif yerlərindən köçürüb
Azərbaycanın tarixi ərazilərində yerləşdirən də Rusiya İmperiyası olub. İndi də
Ermənistan Rusiya tərəfindən idarə olunur və bütün məsələlərdə söz sahibi
ermənilər deyil, əksinə Rusiyadır. Əgər indi Rusiya göstəriş versə ki, Ermənistan
5 deyil, Dağlıq Qarabağı və ətraf 7 rayonu da işğaldan azad etsin, ermənilər
dərhal bunu edəcəklər. Çünki burada söz sahibi Rusiyadır”.
Xocalıdan olan deputat qeyd edib ki, başda BMT olmaqla, beynəlxalq
birlik və beynəlxalq hüquq isə yalnız və yalnız böyük güclərin dünyanın müəyyən
ölkələrinə nəzarət etməsi, onlardan istədiklərini alması və oranı idarə etməsi
üçün yaradılmış bir mexanizmdir: “Mən bu fikirlərimi BMT-nin özündə də bəyan
etmişəm. Artıq bu qurum öz nüfuzunu itirib”.
O deyib ki, “ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi ilə
Ermənistanın mövqeyində heç bir fərq görmürəm”.Onun sözlərinə görə, həmsədrlik
institutu çoxdan bəri BMT-nin Təhlükəsizlik Şurası ilə əvəz olunmalı idi:
“Hazırda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa
xristian dövlətləridir. Bu dövlətlər heç vaxt Azərbaycanın mövqeyini müdafiə
etməyib və bundan sonra etməyəcək. Çünki bu dövlətlərdə ermənilərin imkanları
yüksəkdir. Biz Minsk qrupunun BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələri
ilə əvəzlənməsinə çalışmalıyıq. Əks halda bu münaqişə hələ çox yubanacaq. Çünki
Minsk qrupu münaqişənin həlli üçün yaradılmayıb. Minsk qrupunun yaradılmasında
əsas məqsəd Dağlıq Qarabağ münaqişəsinin həllinin yubandırılmasıdır. Mən bu
fikirimi hər zaman demişəm və bundan sonra da deyəcəm. Mən həmsədrlərlə
ermənilərin mövqeyində fərq görmürəm. Həmsədrlər sanki Ermənistanın vəkilləri
kimi çıxış edirlər. Axı niyə