Sərəncamda qeyd olunur ki, Astara
rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Astara
Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon
manat ayrılsın.
Dövlət başçısı, həmçinin Astara
rayonunun Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, on iki min nəfər
əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqadi-Pəlikəş avtomobil
yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Astara
Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamlarda
nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək
tapşırılıb.