Ali məktəblərə subbakalavrların ərizə qəbulu başlayıb
Cəmiyyət
Oxunub: 1120
02 Jun 2020 | 11:18
Ali məktəblərə subbakalavrların ərizə qəbulu başlayıb

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 2020-ci il iyunun 1-dən 15-dək internet vasitəsilə aparılır. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

 

Moderator.az xəbər verir ki, subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.

 

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsini təsdiq etmək üçün ötən ildən fərqli olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə getmirlər. Subbakalavr elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra “sms” xəbərdarlıq göndəriləcək.

 

Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

 

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

 

Xatırladaq ki, subbakalavr “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir.

 

“SMS” xəbərdarlıq aldıqdan sonra subbaklavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.

 

Müsabiqədə iştirak ödənişsizdir.

 

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. Subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları (ixtisaslar) üzrə müəyyən etdiyi minimal müsabiqə şərti balı ilə iştirak edəcəklər.

 

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar yuxarıda qeyd olunanlarla yanaşı, təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçəcəklər.

 

Qeydiyyat DİM tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/erizebak/qabiliyyet internet səhifəsində aparılacaq.

 

Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qabiliyyət imtahanları haqqında “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında məlumat veriləcək.

 

XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

 

Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Möhlət hüququnu təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi tərəfindən elektron məlumat bazasına daxil edilməlidir. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

 

Müsabiqənin keçirilməsi

 

1. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

 

Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

 

Orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi;

 

Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası.

 

2. Cari ildə qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

 

Subbakalavrlar ali təhsil müəssisəsilərinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər.

 

Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər. Çünki bu ixtisaslar üzrə xarici dil fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər.

 

Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal ilə və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilər.

 

İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar abituriyent.az saytında elektron formada “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaq.

Oxşar xəbərlər
16:12, Bu gün
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
16:07, Bu gün
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
16:02, Bu gün
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - FOTO
15:58, Bu gün
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
15:53, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
15:45, Bu gün
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
15:41, Bu gün
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
15:37, Bu gün
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
15:33, Bu gün
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
15:28, Bu gün
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
15:23, Bu gün
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
15:19, Bu gün
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
15:14, Bu gün
İlham Əliyev bu qanunu təsdiqlədi
15:09, Bu gün
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
15:05, Bu gün
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
15:02, Bu gün
Prezident sərəncam imzaladı
15:00, Bu gün
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
14:55, Bu gün
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
14:50, Bu gün
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
14:45, Bu gün
Azərbaycan ədəbi dilinə akademik baxış
14:40, Bu gün
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
14:37, Bu gün
Kəlbəcərdə yük maşını aşdı - Ölən var
14:35, Bu gün
“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər - FOTO
14:32, Bu gün
Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü
14:30, Bu gün
Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTO
14:25, Bu gün
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:49, Bu gün
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirildi - YENİLƏNİB + FOTO
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
12:00, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə iştirak etdi - YENİLƏNİR + FOTO/VİDEO
11:58, Bu gün
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
11:55, Bu gün
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
11:50, Bu gün
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
11:46, Bu gün
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
11:44, Bu gün
Prezident: “İndi biz sülhə doğru gedirik”
11:41, Bu gün
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
11:37, Bu gün
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
11:35, Bu gün
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
11:31, Bu gün
Azərbaycanda yeni telekanal açıldı
11:25, Bu gün
Prezident: "İndi rolumuzu körpülərin salınmasında görürük"
11:20, Bu gün
STM-də Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədriylə görüş keçirilib - FOTO
11:14, Bu gün
BDU tələbəsi faciəvi şəkildə öldü
11:05, Bu gün
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
11:00, Bu gün
Prezident: “İmkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”
10:55, Bu gün
Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
10:52, Bu gün
BDU-da Karyera Festivalı davam edir
10:49, Bu gün
"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub" - İlham Əliyev
10:45, Bu gün
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA
10:40, Bu gün
Çempionlar Liqasında yarımfinal həyəcanı: “Dortmund” - PSJ dueli
10:36, Bu gün
Qazaxda gənc qız 15 gündür itkin düşüb
10:34, Bu gün
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
10:32, Bu gün
Rövşən Rzayev vəfat etdi -FOTO
10:22, Bu gün
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
10:18, Bu gün
"Elza deyilik ki, stollarda oxuyaq" - VİDEO
10:05, Bu gün
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
09:55, Bu gün
Vəkillər Kollegiyası Gədəbəydə pulsuz hüquqi dəstək göstərəcək
09:29, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
09:21, Bu gün
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
09:12, Bu gün
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
09:08, Bu gün
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
08:59, Bu gün
Azərbaycanda bu qadağa qüvvəyə minir
08:59, Bu gün
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
08:50, Bu gün
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
07:48, Bu gün
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
07:47, Bu gün
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
07:46, Bu gün
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
07:25, Bu gün
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
07:13, Bu gün
İbtidai siniflər üçün yaz tətili başlayıb
07:00, Bu gün
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
06:55, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
06:37, Bu gün
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
06:16, Bu gün
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
GÜNLÜK
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin