Artıq xeyli müddətdir ki, Azərbaycan tamaşaçılarının da sevə-sevə izlədiyi “Möhtəşəm yüzyıl” seriyalı ölkədə cadugərliyə olan inam və meylin artmasına səbəb olub. Bu barədə Moderator.az saytını bilgiləndirən özəl mənbənin sözlərinə görə, filmin nümayişindən sonra Quba yəhudilərinə cadu ilə bağlı müraciət edən vətəndaşların sayında kəskin artım müşahidə edilib:
“Quba yəhudiləri özləri də etiraf edirlər ki, “Möhtəşəm yüzyıl” filminin yayımlanmasından sonra onlara müraciət edən vətəndaşların sayı bir neçə dəfə artıb. Buna səbəb seriyalda cadunun hadisə və proseslərin inkişafına kəskin təsir göstərdiyi ilə bağlı yer alan çoxsaylı fraqmentlərdir. Məlum seriyalı cadunun gücünün təkzibedilməz isbatı kimi qəbul edən bir çox vətəndaş öz problemini məhz bu yolla həll etməyə maraq göstərir. İnsanların məhz Quba yəhudilərinə müraciət etməsi isə yəhudilərin cadu məsələsində daha səriştəli insanlar kimi tanınması ilə bağlıdır”.
Şamil Əlibəyli