Dini liderlərin Bakı Sammitinin nəticələri - Azərbaycan bu tribunadan necə istifadə etdi?
Oxunub: 2471
18 Nov 2019 | 10:32
Dini liderlərin Bakı Sammitinin nəticələri -  Azərbaycan bu tribunadan necə istifadə etdi?
Azərbaycan son illərdə bir çox mötəbər toplantıların keçirildiyi məkana çevrilib. Dünya və regional əhəmiyyətli bu tədbrlər ictimai spektrin ən müxtəlif hissələrini – hərbi, humanitar, iqtisadi sahələrini əhatə edir. Noyabrın 14-15-də Bakıda baş tutan, 70 ölkədən 500 nümayəndənin, nüfuzlu beynəlxalq təşkilatların qatıldığı Dünya Dini Liderlərinin 2-ci Zirvə Görüşü öz əhəmiyyəti və miqyası baxımından rezonans doğuran beynəlxalq tədbir idi.

Ölkəmiz  bu sammitlə özünün daha bir müstəvisini dünyanın diqqətinə təqdim etdi.  Amerika qitəsindən tutmuş  Afrikaya, Yaxın Şərqdən Asiyaya qədər ölkələri əhatə edən dövlətlərin nüfuzlu din xadimləri, ictimai və siyasi liderləri, hökumət və parlament rəsmilərinin iştirakı ilə keçirilmiş Bakı sammiti bir neçə məqsədi hədəfləmişdi: Dünyada etnik-dini zəmində olan qanlı münaqişələrə səmavi dinlərin vahid mövqeyini ifadə etmək, Azərbaycanın tolerant dövlət nümunəsini təqdimi və ölkəmizin üzləşdiyi işğal faktoruna qarşı beynəlxalq ictmai dəstəyi bir daha nümayiş etdirmək.

Azərbaycanın tolerant dövlət nümunəsi

Dünyanın gərgin siyasi tablosu göstərir ki, tolerantlıq və vətəndaş həmrəyliyi bu gün dövlətin təhlükəsizliyini təmin edən zəruri amilə çevrilib. Azərbaycan prezidenti İlham Əliyev dünyaya tolerantlıq siyasətini təqdim etməklə bir çox ölkələri öz qanlı pəncəsinə keçirmiş milli və dini ayrı-seçkiliyin acı gerçəkliyinə qarşı humanist  mesajını ortaya qoyur, dünyanı multikulturalizmin qlobal ideya olaraq qəbul edilməsinə çağırışlar edir. 

Müxtəlif dinlərə sitayiş edən insanların yaşadığı Azərbaycanda onların qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm hədəfidir. Ölkəmizdə həyata keçirilən dinlə bağlı siyasətin əsas mahiyyəti dini etiqad, vicdan azadlığı, dinlərarası dialoqun təmini, tolerantlıq mühitini qoruyub saxlamaqdır. Müxtəlif inanc daşıyıcısı olan insanların birliyini ehtiva edən bu model cəmiyyətin əsas əxlaqi prinsipi kimi çıxış edir.  


Azərbaycan 10 ildən çoxdur ki, “Bakı Prosesi” adlanan humanitar platformanı dünya birliyinə təqdim edir. “Bakı Prosesi” müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yaradıb. Bu baxımdan Bakı Sammiti bu prosesin mühüm həlqəsini təşkil etməklə dövlətlə dinin birgə əməkdaşlığının nümayişi üçün meydan oldu.

Ötən ildən başlayaraq Qafqaz Müsəlmanları İdarəsinin bir sıra Avropa ölkələrində - Almaniyada, Avstriyada, İspaniyada Prezident İlham Əliyevin bəyan etdiyi dini tolerantlıq prinsiplərinin təbliği ilə bağlı keçirdiyi beynəlxalq konfransları da Bakı sammitinin dəyər verdiyi məsələlərin müzakirə meydanı olmuşdu.

Bu konfranslarda qarşılıqlı nifrət və dini zəmində təqiblər pislənərək bəyan edilmişdi ki, dünya belə təhlükəli cəhdlərə qarşı ədalət qaydalarına söykənən qarşılıqlı ehtiram və tolerantlıq mövqeyini uca səslə bəyan etməlidir. Bütün bunlar Bakı Sammitində bir daha, geniş sayda olan nümayəndə heyətlərinin iştirakı ilə müzakirəyə çıxarıldı.

 
Dini liderlərin Sammiti beynəlxalq müstəvidə Bakıya olan etimadı nümayiş etdirdi,  ictimai rəyi formalaşdırmaq baxımından  uğurlu əməkdaşlıq perspektivlərini ortaya qoydu, eyni zamanda,  Azərbaycanı dini zorakılıq girdabında çapalayan ölkələrə  tolerant dövlət nümunəsi kimi təqdim edə bildi. 

Dövlət  Sammitin təşkilatçısı qismində ağırlığı  Qafqaz Müsəlmanları İdarəsinə verməklə yürüdülən siyasətin inzibati rıçaqlarla deyil, mənəvi dəyərlərin gücünə söykəndiyini göstərdi.  Bununla da iqtidar Şeyxulislam Allahşükür Paşazadəni dünyanın etimad göstərdiyi nüfuzlu din xadimi kimi təqdim edərək, dövlət və din əməkdaşlığının uğur düsturunu aça bildi: Qafqaz Müsəlmanları İdarəsi  və onun sədri Prezident İlham Əliyevin tolerantlıq siyasətinin aparıcı  fiqurlarındandır.

A.Paşazadənin dünyanın tanınmış dini xadimləri ilə dostluğu, qazandığı nüfuz və etimad  böyük bir müstəvidə Azərbaycanın irəli sürdüyü prioritetlərin təbliği üçün yaxşı imkanlar açır.  Şeyxulislamın istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, MDB dinlərarası Şurasında tutduğu vəzifə, istərsə də müxtəlif dinlərin  rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri Azərbaycanın istinad etdiyi dəyərlər sisteminin dünyaya təqdimatında  töhfələrini verir və körpü rolunu oynayır.

Səmavi dinlərin vahid mövqeyi

Xalqların dini hissləri ilə alver edən avantursitlər bu zəmində süni münaqişələr yaradaraq, bunu terror və zorakılığın arqumenti kimi təqdim edir. Sammitdə qeyd olundu ki, milyonlarla insana əzab gətirən belə siyasətin qarşısını almaq üçün bütün dini liderlər, tərəqqipərvər insanlar səylərini birləşdirməli, bu bəlaya qarşı durmağı bacarmalıdır.

Tədbir iştirakçıları dünyada tüğyan edən fanatizmi, dini nifrəti pisləyərək, dini konfessiyaların həmrəylik nümayişinin zəruriliyini bəyan etdilər.
Zirvə görüşündə çıxış edən QMİ sədri, Şeyxulislam Allahşükür Paşazadə  bu Sammitin əsas məqsədinin beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm kimi təhlükələrin qarşısının alınması üçün siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması olduğunu vurğuladı. A.Paşazadə  qlobal dialoqun gücləndirilməsinin vacibliyini bir daha bəyan etməklə  bildirdi ki,  müasir dövrümüzdə insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları ictimai təhlükəyə çevrilməkdədir. 

QMİ sədrinin həmçinin BMT tribunasından dünyanın dini rəhbərlərinin səsinin eşidilməsinin vacibliyi barədə təklifi çağdaş zaman üçün aktual mesaj sayılmalıdır.

Müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan bu zirvə görüşündə özünün tolerantlıq modeli ilə toplantıya toplaşmış dini və ictimai liderlərdə yaxşı təəssürat yarada bildi.  Sammitin tribunasından dövlətimizin önəm verdiyi bu prioritetlər dünya dini liderlərinin qarşısında bir daha bəyan olundu. Mötəbər tədbirdə müxtəlif dinləri təmsil edən rəhbərlərinin tolerantlığa çağıran çıxışlarının qarşısına Azərbaycanın vahid multkultural və dini çələng  ilə çıxması dövlətimizin apardığı uğurlu siyasi xəttin parlaq subutu oldu. Azərbaycan  toplantıda humanist və ülvi dəyərlərlə söykənən nümunəsini və təcrübəsini dünya ilə bölüşməyə hazır olduğunu bir daha bəyan etdi.  

Prezident İlham Əliyevin sammitdə çıxışında qeyd etdi ki, toplantı bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır:

“Bakıda belə mötəbər tədbirin keçirilməsi təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərib. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.


Sammit Azərbaycanın dünyada və regionda bir dini mərkəzə çevrildiyinin əyani nümayişi oldu.  MDB-nin, Şimali Qafqazın siyasi və dini rəhbərliyinin çoxsaylı nümayəndə heyəti əməkdaşlıq  göstəricisi olmaqla yanaşı, ölkəmizin regionda dini təhlükəsizliyinin təmin olunması üçün apardığı işə etimadın nümayişi saymaq olardı.


Rusiyanın, Türkiyənin dövlət başçıları səviyyəsində sammitə olan diqqət mühüm məqamdır. Bölgənin iki böyük  dövlətinin kiçik Azərbaycanda dini rəhbərlərin tədbirinə belə münasibəti Bakının bölgədəki nüfuzunu və proseslərdə həlledici rolunu açıq göstərir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin zirvə görüşünə xüsusi yanaşması diqqətçəkəndir. Yürütdüyü siyasətində tolerantlıq prinsiplərini əsas götürən dövlət başçısının bunun nəticələrindən məmnun qaldığı nəzərə çarpırdı. “Heydər Əliyev” ordeninin  Şeyxulislam Allahşükür Paşazadəyə sammitdə təqdim olunması,  iki gün ərzində qonaqların şəxsən qarşılaması, dini rəhbərlərə ziyafətin Təşkilat Komitəsinin protokolunda olmasına rəğmən Prezidentin öz adından  verməsi zirvə görüşünə verdiyi əhəmiyyətinin göstəricisi saymaq mümkündür.  

İşğalda olan Qarabağa beynəlxalq ictmai dəstək

Zirvə görüşünün mühüm nailiyyətlərindən biri sammit iştirakçılarının Qarabağla bağlı mövqelərinin bəyan etməsi oldu.  Sammit Birləşmiş Millətlər Təşkilatını beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə çağırdı.

Bununla bağlı imzalanmış Bəyannamədə əksini tapmış “işğal” sözü çox mühüm məqamdır.  Dünyanın nüfuzlu dini və ictimai xadimləri, dövlət rəsmiləri “Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini abidələrin dağıdılmasından öz dərin narahatlıqlarını ifadə edərək” dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dəstək verməyə səsləyib.

Bakı sammiti Birləşmiş Millətlər Təşkilatını, digər beynəlxalq və regional və ictimai təşkilatları, dini liderləri  terrorizmin və insaniyyətə qarşı cinayətlərin din adı ilə bağlanmasına, ksenofobiya, islamofobiya, antisemitizm, xristianofobiya zəminində törədilən terror aktları və digər xüsusilə ağır cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlər görməyə çağırdı.

Bakı Bəyannaməsində diqqət çəkən məqamlardan biri də səmavi dinlərin hər hansı biri adından törədilən qanlı cinayətləri birgə pislənməsidir. Sammit iştirakçıları  dövlətləri, Birləşmiş Millətlər Təşkilatını, digər beynəlxalq və regional və ictimai təşkilatları, dini liderləri din adından törədilən hər hansı terror aktını bütün dinlərə qarşı törədilmiş terror aktı kimi qiymətləndirməyə çağırdılar.

Sammit iştirakçıları həmçinin  Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli- mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyini vurğulayaraq, toplantının müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrinin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrini vurğuladılar.


Digər maraqlı məqam dini liderlərin yeni media pltaforması ilə bağlı çağırışı idi.  Birgə Bəyannamdə media, rabitə və informasiya texnologiyaları vasitəsi ilə irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və təbliğatların, nifrətə çagırışların qarşısının alınmasında əməkdaşlığın artırılmasına, gənclərin bu sahədə  maarifləndirilməsini təşviq etməyə çağırış sosial mediada dini dözümsüzlüyü körükləyən qüvvələrə qarşı virutal mübarizəni ehtiva edir.  

Sammitdə irəli sürülən, Azərbaycan tərəfinin 2020-ci ildə Bakıda “Media və sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin və siyasi xadimlərin birgə fəaliyyəti” mövzusunda BMT, KAİCİİD və Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin həmtəşkilatçılığı ilə beynəlxalq konfransın keçirilməsi dəstəkləndi.


Bakı Sammitinin əsas müzakirə mövzusu sülhün, təhlükəsizliyin və bəşəri dəyərlərin müdafiəsi, qloballaşmanın dinə və ənənəvi dəyərlərə təsirini müzakirəsi idi.  Zirvə görüşü bu baxımdan din xadimlərinin dünyaya öz mesajını çatdırması üçün ünikal platforma kimi çıxış edə,  Azərbaycanı isə qlobal təhlükəyə qarşı birgə mübarizədə vacib tərəfdaş kimi təqdim edə bildi.(Modern.az)
Oxşar xəbərlər
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq