Beynəlxalq Bankdan "oğurlanan" 1 milyarda yaxın pulun izi İsveçrə bankında itirilib (FAKTLAR)
Oxunub: 1135
23 Aug 2019 | 11:12
Beynəlxalq Bankdan
Tanınmış vəkil Adil İsmayılov "Beynəlxalq Bank işi" ilə bağlı növbəti sensasion yazısını yazıb. 

Həmin yazını təqdim edirik:

YÜZ MİLYONLARLA DOLLAR AZƏRBAYCANDAN NECƏ ÇIXARILIB

Beynəlxalq Bankın cinayət işindəki qanunsuzluqlar təkcə əməlin tövsifi ilə bitmirdi. İşi oxuyarkən gördüyüm qanun pozuntularını sadalayıb vaxtınızı çox almayım. Təsəvvürünüz olması üçün deyim ki, müdafiə etdiyim şəxsin kassasiya şikayəti 12 ölçülü şriftlə 20 səhifə idi. Yəqin hamınız üçün maraqlıdır ki, yüz milyonlarla dollar pul vəsaiti Azərbaycandan necə çıxarılıb. Cinayət işinin materialları ilə tanış olub pulların ölkədən necə çıxarılmasının mexanizmini araşdırmağa çalışdım. Pərdə arxasında nələrin baş verdiyini deyə bilmərəm. Amma işdən görünən o idi ki, bu məsələ istintaqı heç maraqlandırmayıb və bu istiqamətdə heç nə edilməyib. İndi cinayət işinin materialları, əlimdə olan sənədlər və DÜNYAMIN XƏLILOVUN ifadəsinə istinad etməklə bu mexanizmi açmağa çalışacam.

DÜNYAMİN XƏLİLOV KİMDİR

Ondan başlayım ki, Azğrbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Dünyamin Xəlilov Beynəlxalq Bankın İdarə Heyətinin Sədri Cahangir Hacıyevin yaxın çevrəsinə daxil olan şəxsdir. Əslən Gürcüstandan olan Xəlilovun 2005-ci ildə Zaqatala Balakən seçki dairəsindən deputat seçdirilməsi də onunla bağlıdır. Xəlilov ifadəsində Cahangir Hacıyevlə münasibətlərinin 1978-ci ildə yaranmasını, 2001-ci ildə onun təklifi ilə "General Constraktion” MMC-nin direktoru vəzifəsinə təyin olinduğunu, 2002-ci ilin axırlarından isə «Oceanstream» İNC şirkətinin fəaliyyətini müşahidə etməsini, bu şirkətin vasitəsi ilə xaricdən maliyyə vəsaitinin cəlb edilməsini, həmçinin Beynəlxalq Bankın maliyyə dəstəyi ilə xaricdə həyata keçirilən layihələrin maliyyələşdirildiyini göstərmişdir. 

Xəlilov ifadəsində göstərir ki, "Cahangir Hacıyevin tapşırığı ilə xarici layihələrin maliyyələşməsi bir çox hallarda «Oceanstream» İNC şirkəti vasitəsi ilə həyata keçirilmişdir. Xaricdə hər hansı layihənin həyata keçirilməsinin bankda ilkin müzakirələri və qərarların qəbul edilməsi mənim iştirakım olmadan aparılmış, qərar verildikdən sonra isə hansı işlərin görülməsi ilə bağlı mənə müvafiq tapşırıq bankın rəhbərliyi tərəfindən verilmişdir. Mən rəhbərlik dedikdə Cahangir Hacıyevi, Emil Mustafayevi və Akif Əliyevi nəzərdə tuturam.

Misal üçün göstərə bilərəm ki, Albaniya və Türkiyədə hansısa layihənin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin layihələrin maliyyələşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar almışam. Bəzi hallarda yeni MMC-lər təsis edilərək fəaliyyətə başlayır, həmin MMC-lər «Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətindən kredit alır və «Oceanstream» İNC şirkəti vasitəsi ilə layihəyə yönləndirilirdi. Bəzi hallarda isə maliyyə mənbəyi müəyyən edilərək mənə bu barədə məlumat verilirdi”

KREDİT ALAN ŞİRKƏTLƏR

İstintaq materiallarından görünür ki, 2006-cı ildən başlayaraq Cahangir Hacıyevin tapşırığına əsasən Dünyamin Xəlilov coxlu sayda şirkətlər "qurmuşdu". Bunların sırasına "Alfa Layn” MMC, " Beta Layn” MMC, "Siqma Layn” MMC, "Aqora” MMC, "Pərvanə” MMC, "Uni oyl” MMC, "Kondor qrup”MMC və başqaları daxil idi. Bu şirkətlərin qurulmasında yeganə məqsəd Beynəlxalq Bankdan onların adına kreditlərin rəsmiləşdirilməsi və saxta müqavilələr əsasında bu pulların ölkədən çıxarılması idi. Əksəriyyəti eyni gündə təsis edilmiş bu şirkətlərin təsisçisi və direktorları bir qayda olaraq Dünyamin Xəlilovun rəhbərlik etdiyi "General Konstrakşn” MMC-nin əməkdaşları və ya Cahangir Hacıyevin qulluqçuları olurdu. Bu adamlar təsisçiliyə razılıq verdikləri və sənədləri imzaladıqlarına görə ayda 100 manat məvaciblərinə əlavə alırdılar. Sonda bu 100 manata görə 30 nəfərdən çox adam məhkəməyə verilib.Onlardan bir hissəsi müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

"OCEANSTREAM İNC” ŞIRKƏTINİN SAHİBİ KİMDİR

Cinayət işində olan sənədlərdən görünür ki, Beynəlxalq Bankdan verilmiş kreditlər son nəticədə bu Şirkətin hesabına köçürülüb. «Oceanstream» İNC şirkəti 04.06.2002-ci ildə Panamada qeydiyyata alnıb. Cinayət işi üzrə müdafiəçi kimi işə baladıqdan sonra bu şirkətə aid müəyyən sənədləri əldə etdim və onları kassasiya şikayətinə əlavə edərək Ali Məhkəməyə təqdim etdim. Təəssüf ki, bu sənədlərə baxan da olmadı. Ali Məhkəmənin qərarında onların adı belə çəkilmir. Həmin sənədlərə əsasən 23 fevral 2006-cı ildən şirkətin qanuni təmsilçiləri Bakı şəhəri Topçubaşov küçəsi, ev 21, mən.32-də qeydiyyatda olan Xəqani Bəşirov, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 41, mən.25-də qeydiyyatda olan Dünyamin Xəlilov və H.Cavid prospekti 522-ci məhəllə,ev D, mən.14-də qeydiyyatda olan Bəşir Bünyatov olmuşdur.(Xəqani Bəşirov və Bəşir Bünuatov da Dünyamin Xəlilov kimi Vneşekspertservisin əməkdaşlarıdır).

25 iyun 2007-ci ildən Dünyamin Xəlilovu Anar Rəhimov əvəz etmişdir. 2011-ci ilin iyununda bu siyahıya Fərhad Rəhimov əlavə edilmişdir. 2012-ci ilin avqustunda təmsilçilər Xəqani Bəşirov, Fərhad Rəhimov və Eva Rodick olmuşdur. Cinayət işi məhkəməyə göndərildikdən sonra 14.12.2016-cı ildən isə qanuni təmsilçiləri Bakı şəhəri, Nəsimi rayonu Cavadxan kücəsi ev 3, mən 12-də qeydiyyatda olan Fərhad Ələkbərov və Masallı şəhəri, M.Müşfiq küçəsi ev 10-da qeydiyyatda olan Əhməd Cavanşır oğlu Həsənovdur...

DÖVRİYYƏYƏ MƏŞHUR "CARGİLL” ŞİRKƏTİ GİRİR

İndi "Kondor qrup”MMC-nin timsalında Beynəlxalq Bankdan götürülmüş kreditlərin Azərbaycandan hansı yolla çıxarılmasını diqqətinizə çatdırmaq istəyirəm. 5 aprel 2007-ci ildə Nizamnamə fondu 100 manat olan "Kondor qrup”MMC təsis edilir. 13 aprel 2007-ci ildə MMC "Cargill, incorporated” Amerika şirkətindən ümumi məbləği 6.100.000 (altı milyon yüz min) dollar təşkil edən qarğıdalı alınması barədə müqavilə imzalayır.

Həmin müqaviləni Beynəlxalq Banka təqdim edərək satıcı şirkətə ödənməsi üçün bu məbləğdə kredit ayrılmasını xahiş edir. Bank kreditin ayrılmasına dərhal razılıq verir. 23 aprel 2007-ci ildə "Kondor qrup”MMC həmin qarğıdalını Azərbaycana gətirmədən üzərinə azacıq gəlir qoymaqla elə Amerikada "Oсeanstream İNK” (Panama) şirkətinə satır. O isə öz növbəsində bu qarğıdalını yenidən bir qədər ucuzuna təzədən "Cargill” şirkətinə satır. 

Bundan bir gün sonra 24 aprel 2007-ci ildə eyni əməliyyat təkrar olunur. Bu dəfə alqı-satqının predmeti 3.600.000 ( üç milyon altı yüz) dollarlıq taxıl məhsulları olur. Bu qaydada 24-25 sentyabr 2007-ci il və 04 iyun 2008-ci ildə daha 3 əməliyyat keçirilməklə cəmi 5 halda 28.200.000 (iyirmi səkkiz milyon iki yüz min) dollarlıq əməliyyat təkcə "Kondor qrup”MMC " vasitəsi ilə həyata keçirilib.

"CARGILL” ŞIRKƏTI BARƏDƏ NƏ MƏLUMDUR

Əvvəlki yazını oxuyanda istər-istəməz sual yaranır ki, "Cargill” şirkəti bu əməliyyatlarda nə rol oynayır və onun marağı nədir? Cavab verim ki, "Cargill” şirkəti öz satdığı malı eyni gündə 9 % ucuz almışdır. Ümumilikdə 2006-2015-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankının üzərindən "Cargill” şirkətinin iştirakı ilə 100 milyonlarla dollarlıq bu cür əmtəəsiz əməliyyat həyata keçirilmişdir. Hər yüz milyonda 9 milyon gəlir Amerika üçün böyük rəqəmdir.
 "Cargill” şirkəti barəsində yazmamışdan əvvəl də kifayət qədər araşdırmışam. Məlum olub ki, bu şirkət kənd təsərrüfatı məhsulları ilə yanaşı pul satmaqla da məşğuldur. Bu şirkətin sayəsində Ukraynanın iki bankı da müflis olub. Və nəhayət Azərbaycan Beynəlxalq Bankının 2 milyard 300 milyon ABŞ dollarıxarici borcunun 715 milyon dolları təkcə Cargill şirkətinə olan borcdur. Öhdəliyin növü ticarətin maliyyələşdirilməsi göstərilmişdir. Növbəti yazıda bu borc məsələsinə qayıdacam...

ƏGƏR PULLAR CARGILL ŞIRKƏTINƏ GEDİBSƏ BANK NİYƏ BU ŞİRKƏTƏ BORCLU QALMALIDIR

Beynəlxalq Bank barəsində olan cinayət işinin materiallarına və ittiham aktına əsasən öyrəndim ki, əmtəəsiz əməliyyatlara görə ödənişlər "CARGİLL İNCORPORATED” şirkətinin Almaniya Federativ Respublikasının Hamburq şəhərində yerləşən "COMMERZBANK AC” bankında olan hesabına, Niderland Krallığının Rotterdam şəhərində yerləşən "DEMİR HALK BANK” bankında olan hesabına, İsveçrənin Cenevrə şəhərində yerləşən "CREDİT SUİSSE” bankında olan hesabına, Avstriya Respublikasının Vyana şəhərində yerləşən "RAİFFEİSNLANDESBANK OBEROSTERREİCH AG” bankında olan hesabına, Almaniya Federativ Respublikasının Frankfurt şəhərində yerləşən "DZ BANK AG DEUTSCHE ZENTRAL GENOSSENSHAFTSBANK” bankında olan hesabına və " Cargill” şirkətinin digər bank hesablarına keçirilmişdir. Amma buna baxmayaraq 2017-ci ilə ABB-nin "Cargill” şirkətinə yuxarıda qeyd etdiyim kimi 715 milyon dolları borcu qalmışdır. Sual yaranır əgər ABB bu pulları istintaqın və məhkəmənin iddia etdiyi kimi "Cargill” şirkətinə ödəmişdirsə onda bu borc haradan yarandı? Yox əgər pul "Cargill” şirkətinə deyil başqa ünvana gedibsə bu ünvan sahibi kimdir?

Təəssüf ki, bu suallara istintaq materiallarında birbaşa cavab yoxdur. Beynəlxalq Bankın Cargill şirkətinin adı ilə yuxarıda adlarını çəkdiyim banklara və digər banklara pul köçürməsi məlumdur. Köçürmələrin edildiyi hesablar da məlumdur, amma bu hesabların Cargilə aid olub-olmadığı bilinmir. Cinayət işinin materiallarında istintaqın bu istiqamətdə hər hansı addım atdığı görünmür. Bu məsələ ilə əlaqədar bir məqamı vurgulamaq yerinə düşər. Dünyamin Xəlilov kredit pulların hara göndəilməsi barədə belə ifadə verir: "Həmin vəsait xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi məqsədi ilə akkreditiv yolu ilə rəsmiləşdirilmiş və ayrılan vəsaitin hamısı «Oceanstream» İNC şirkətinin "Bank BSP”-də (İsveçrə) olan hesabına daxil olmaqla xərclənmişdir”.

«OCEANSTREAM» İNC ŞIRKƏTI BİR ƏMƏLİYYATDAN İKİ DƏFƏ QAZANDI

Yuxarıda kreditə ayrılmış pulların Azərbaycandan necə çıxarılması barədə yazmışdım. Yazdıqlarımın daha aydın olması üçün bunu sadə dillə izah etməyə ehtiyac olmasını görürəm. Əvvəl-əvvəl bu mexanizm məni də çaş-baş salmışdı. Demək belə. Azərbaycan şirkəti ("Kondor”) Amerika şirkətindən ("Cargill”) 1 milyon dollarlıq taxıl almaq üçün müqavilə imzalayır. Beynəlxalq Bank bu məqsədlə "Kondora” 1 milyon dollar məbləğində kredit ayırır. Müqavilənin şərtinə görə bank geri çağırılmayan akkreditiv açır və həmin məbləğ 360 gündən sonra satıcı "Cargill”ə ödənir.
 
"Kondor” eyni gündə "Cargill”dən aldığı taxılı üzərinə 10 min dollar qoymaqla Panama şirkəti «Oceanstream»ə satır. Sonuncu isə yenə həmin gün taxılı ziyanla 900.000 dollara "Cargill”satır. "Cargill" həmin pulu dərhal "Oceanstream"ın hesabına köçürür. Beləliklə əslində heç bir əməliyyat aparılmadan daha doğrusu əmtəəsiz əməliyyat nəticəsində Amerika şirkəti bir ildən sonra 1 milyona qarşı 100 min gəlir əldə edir.

EDIBMI?

Bu suala cavab yəqin ki Cargill və Beynəlxalq Bank, istintaq və məhkəmə verməli idi. Görünən odur ki, etməyib.Yeri gəlmişkən "Cargill" nədənsə sorğulara cavab vermir. Belə çıxır ki, əməliyyatdan yeganə qazanc əldə edən tərəf «Oceanstream» Panama şirkəti olub. Özü də bu şirkət ikiqat qazanc əldə edib. Əvvəlcə "Cargill”ə satdığı taxıla görə 900 min dollar alıb, sonra isə " Cargill”ə çatacaq 1 milyon dollar da onun hesabına köçürülüb. Mənim gəldiyim nəticə bu idi. Bu işdə yeganə zərərçəkən tərəf isə Azərbaycan və onun vətəndaşları idi. Çünki dövlət "Cargill”ə dəymiş zərəri öz üzərinə götürdü. Mənə indiyə kimi də aydın deyil ki, niyə Panama şirkətinin borcunu biz ödəməliyik.

GƏLİB BU YAZININ KULMİNASİYA NÖQTƏSİNƏ ÇIXDIQ: «OCEANSTREAM» İNC ŞIRKƏTI İSTİNTAQA CƏLB EDİLİBMİ

Suala ətraflı cavab verəcəm və bilirəm ki, bu cavab hamınızı şoka salacaq, necə ki məni salmışdı. Öncə onu deyim ki, bank əməliyyatları sahəsində peşəkar olmadığımdan məsləhət üçün bir neçə qalstuksuz müəllimə müraciət etdim. Onlardan ağlabatan cavab ala bilmədim. Sonda Maliyyə Naziri Samir Şərifova müraciət edib məni qəbul etməsini xahiş etdim ondan da səs çıxmadı...

(davamı olacaq)
Oxşar xəbərlər
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ