Əli Həsənov: Azərbaycandakı multikultural mühit bütün dünyada nümunədir
Oxunub: 1547
13 Feb 2016 | 13:44
Əli Həsənov: Azərbaycandakı multikultural mühit bütün dünyada nümunədir
“Biz Qurandan irəli gələn adət-ənənələrin hamısını qəbul edirik”.

Azərbaycanda multikultural mühitin formalaşması bir tərəfdən təbliğatla bağlıdırsa, digər tərəfdən rayonlarda, mərkəzi yerli icra hakimiyyəti orqanlarında təşkilatı tədbirlər görülməsini tələb edir. 

Moderator.az -ın AzərTac-a istinadən verdiyi xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Milli mənəvi dəyərlərin təbliği və tolerantlıq mühitinin formalaşmasında vətəndaş cəmiyyəti təsisatlarının rolu” mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu mühitin formalaşması ilə bağlı dövlətin proqramları, müvafiq qanunvericilik aktları və müvafiq siyasəti var.

“Vətəndaş cəmiyyəti təsisatları fərdi, qrup və ictimai maraqların təmin olunması məqsədi ilə vətəndaşların yaratdıqları birliklərdir. Yəni hər bir vətəndaş özü kimi düşünən insanlarla birlikdə vətəndaş cəmiyyəti təsis edə bilər. Bu isə fərdi, qrup və ictimai maraqların təmin olunması məqsədi daşıyır.

Azərbaycanda bu cür təsisatların ən geniş yayılan forması qeyri-hökumət təşkilatlarıdır. Ölkəmizdə QHT-lərin fəaliyyətinə dövlət dəstəyi konsepsiyası qəbul olunub, QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Həmin şuraya dövlət büdcəsindən təxminən 5 milyon manat vəsait ayrılıb. Bu ildən nazirliklər, komitələr, şirkətlər, eyni zamanda, mərkəzi yerli icra hakimiyyətinin digər strukturları üçün dövlət büdcəsindən ayrılan qrant fəaliyyətinin də tənzimlənməsini həmin şura həyata keçirir. Beləliklə, şura qrant fəaliyyətini koordinasiya edir”, - deyə Ə.Həsənov bildirib.

Bu barədə söhbəti davam etdirən Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda yayılan ən geniş vətəndaş cəmiyyətlərindən biri də həmkarlar ittifaqlarıdır. 

Onun sözlərinə görə, bu qurum dövlətin sosial siyasət məsələləri üzrə tərəfdaşıdır. Həmkarlar İttifaqı insanların əmək hüquqlarının, o cümlədən işləyən bütün kateqoriyaların sosial hüquqlarının müdafiəsinin həyata keçirilməsində vahid standartlar müəyyən edir. Kütləvi informasiya vasitələri də vətəndaş cəmiyyətləri institutu təsisatlarına daxildir və hər bir vətəndaş istənilən informasiya vasitələri təsis edə bilir.

“Bundan əlavə, bəzən siyasi partiyaları da vətəndaş cəmiyyətləri institutlarına daxil edirlər. Amma biz onları hakimiyyət institutu adlandırır, vətəndaş cəmiyyəti institutları təfsilatına daxil etmirik. Buna görə də onlara QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant verilmir. Sadəcə olaraq, parlamentdə təmsilçilik normalarına görə, dövlət büdcəsindən ayrılan vəsait onlar arasında bölünür”, - deyə Əli Həsənov vurğulayıb.

Prezident köməkçisi qeyd edib ki, hazırda Azərbaycanda üç minə yaxın QHT, 50-dək siyasi partiya fəaliyyət göstərir. Təxminən 200 qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, 300-dən artıq fəal internet informasiya resursu, onlarla mətbuat yayımı şirkəti mövcuddur.

Gün ərzində bu informasiya vasitələrinə çıxış imkanı olan insanlar ümumi əhalinin təxminən 75 faizini təşkil edir. Odur ki, milli mənəvi, multikultural dəyərlərin təbliğində ən önəmli rol kütləvi informasiya vasitələrinə məxsusdur.

Prezident Administrasiyasının rəsmisi milli mənəvi dəyərlərdən də danışıb.

“Milli mənəvi dəyər dedikdə, fərdi və ictimai həyatın müxtəlif sahələrində hamının və ya əksəriyyətin qəbul etdiyi ictimai ideyalar, prinsiplər, normalar, baxışlar, etalon və standartlar, adət və ənənələr sistemi nəzərdə tutulur. Bu normalar birdən-birə yaranmayıb, bunlar tarix boyu formalaşmış dəyərlərdir.

Bizim hamımız vahid vətəndaşlıq normaları əsasında fəaliyyət göstəririk. Bunun təməli də ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Milli mənəvi dəyərlərin əsasında duran başlıca prinsip azərbaycançılıq ideologiyasıdır. Bura bütün Azərbaycan xalqının qəbul etdiyi normalar, mənəviyyat, adət və ənənələr daxildir”, - deyə Ə.Həsənov qeyd edib.

Azərbaycanda əhalinin böyük əksəriyyətinin İslam dininə mənsub olduğunu bildirən Prezidentin köməkçisi vurğulayıb ki, ölkəmizdə həmçinin digər dinlərin nümayəndələri də yaşayır. Bununla belə, qeyri-islam dininə mənsub olan insanlar sıxışdırılmır, təqib olunmurlar. Əksinə, onlara böyük hörmətlə yanaşılır. Buna görə də Azərbaycandakı tolerantlıq və multikultural mühit bu gün bütün dünyada nümunə kimi göstərilir.

Onun sözlərinə görə, milli mənəvi dəyərlərimizin əsas tələblərindən biri də vahid dövlətə mənsubluq hissidir. 

“Bu, Vətənin qayğıları və onun üstünlükləri qarşısında bərabərlik deməkdir. Biz neft gəlirlərini rayonlara paylayanda demirik ki, bu rayonda talışlar, yaxud digərlərində ləzgilər, tatlar, türklər yaşayırlar. Prezident İlham Əliyevin bölgələrə səfərlərinə nəzər yetirək. Dövlətimizin başçısının ən çox səfər etdiyi rayonlar elə milli azlıqların və fərqli din mənsublarının məskunlaşdıqları ərazilərdir. Biz ora heç vaxt başqa xalqların yaşadıqları yer kimi deyil, Azərbaycan, Vətən kimi baxırıq. Onlar bizim xalqımızdır və o ərazilər də bizim Vətənimizdir”, - deyə president köməkçisi qeyd edib.

Dinin cəmiyyətdə rolundan söhbət açan Əli Həsənov diqqətə çatdırıb ki, din cəmiyyətin strukturunda mühüm yer tutan ictimai institutdur.

Din müxtəlif ideyaları ifadə edən və ictimai münasibətləri tənzimləyən ictimai şüur formasıdır, insanın cəmiyyətdə davranışını tənzimləyən norma və təlimatlar sistemidir. İslam dininə mənsub şəxslə digər hər hansı başqa bir dinə sitayiş edən insanın davranışlarında, dünya görüşündə müəyyən fərqlər olur. Bu anlamda Azərbaycan cəmiyyətinin həyatında da dinin rolu danılmazdır.

Ə.Həsənov çıxışı zamanı, Azərbaycanda dövlət-din münasibətləri modelinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib.

“Bu münasibətlərin təməlində azərbaycançılıq ideyası dayanır. Biz Qurandan irəli gələn adət-ənənələrin hamısını qəbul edirik. Bəlkə tarixdə ilk nümunə idi ki, Heydər məscidində şiələrlə sünnilər birlikdə namaz qıldılar. İlk nümunədir ki, Heydər məscidində bir həftə sünni, bir həftə isə şiə imamı xütbə verir. Bu gün bizə radikal şiəliyi və digər dini cərəyanları təlqin edənlərə qarşı da biz öz mövqeyimizi nümayiş etdiririk. 

Azərbaycan konstitusiyasında dinin dövlətdən ayrı olduğu təsbit edilib. Bu o deməkdir ki, dövlət dini ayinlərə, onların daxili normalarına müdaxilə etmir. Dini ayinin yeri məscidlərdir, onların ərazisidir. Dövlət hakimiyyətinin yeri isə bütün dövlətin ərazisidir. Əsas bir prinsip var: Dövlət dinin işinə qarışmır, din isə dövlətin dünyəvi normalarına müdaxilə etmir”, - deyə prezident köməkçisi vurğulayıb.
Oxşar xəbərlər
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM