"Lex Kacinski faciəsi-Cəhənnəmə eniş" -FOTO
Araşdırma
Oxunub: 8644
13 Apr 2015 | 10:56

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, müstəqil araşdırmaçı və hüquqşünas İlqar Altay Polşa prezidenti Lex Kaçinskinin ölümü ilə bağlı aprdığı uzunmüddətli araşdırmanın nəticəsini “Hürriyyət” qəzeti və Moderator.az saytına təqdim edib. İ.Altayın çoxsaylı fakt və  inkaredilməz dəmir məntiq əsasında yazdığı bu qiymətli araşdırmanı oxucularımıza təqdim edirik.

 

Lev Kaçinskinin ölümü və 5 illik müəamma

 

2010-cu ilin ən ağır faciəsinin, Polşa prezidenti Lex Kaçinski təyyarəsinin Rusiyanın Smolensk səmasındakı qəzasının 5-ci ildönümü tamam oldu. Bütün sivil dünya Polşa prezidenti, onun xanımı, dövlət rəhbərliyi də daxil olmaqla 96 şəxsin faciəli ölümünü Polşa xalqı ilə bölüşür. İldönümü ətrafında Rusiya və Polşa istintaq komissiyalarının daha yeni fərqli nəticələri ortaya atılır.

 

Rusiya qəza ilə bağlı məsuliyyətdən imtina edir

 

Polşa prezidenti də daxil olmaqla dövlətin rəhbər şəxslərinin təyyarə qəzasının üstündən 5 il keçməsinə baxmayaraq, bu iş müəmmalı qalır. Bu faciəni araşdıran Polşa və Rusiyanın istintaq komissiyaları vahid nəticəyə gələ bilmirlər, mübahisəli durum qalır. Səbəb nədir?

Səbəb, itkinin, faciənin böyüklüyündə və bu məsuliyyəti üzərinə götürmək narahatçılığındadır. 2010-cu ildə Polşa kimi böyük bir dövlətin prezidenti başda olmaqla, dövlətin əksər rəhbər elitası təyyarə qəzasında həlak olub. Bir dövlətin başına gələ biləcək ən ağır tarixi hadisədir. Qəza həm də, başqa bir dövlətin, Rusiyanın ərazisində səfər zamanı baş verdiyi üçün məsələ ziddiyyətlidir. Ziddiyyət ondadır ki, Polşa tərəfi qəzada ağır hava şəraitindəki enişdə öz təyyarə ekipajının günahı oldugunu qəbul edir, amma Smolensk aeroportu dispetçer idarəçiliyinin, yəni Rusiya tərəfinin də günahı olmasını iddia edir. Rusiya tərəfi isə, bu faciədə hər hansı günahı üzərindən atır, qismən də olsa məsuliyyət götürməkdən imtina edir. Bütün məsuliyyət yükünü Polşa tərəfinin üzərinə qoymaq istəyir.  

 

Dövlətlərarası Aviasiya Komitəsi və Moskvadan gələn sifariş

 

Təəccüblüdür ki, eyni bir təyyarə qəzasının araşdırılmasını iki qonşu dövlət ayrılıqda aparır. Maraqlıdır, niyə?


Bu sual əslində Rusiya rəhbərliyinə ünvanlanmalıdır. Bu qəzanın əvvəlindən işin araşdırılmasını birgə komissiya aparmalı idi. Ancaq Rusiya ilk əvvəldən bu araşdırmaya xüsusi ehtiyatla yanaşıb. Onu Dövlətlərarası Aviasiya Komitəsi (rusca-MAK) adlanan quruma tapşırdı və Polşa tərəfindən bir-iki nümayəndə müşahidəçi qismində cəlb edildi. Komitənin işi isə, Rusiya Prokurorluğu və İstintaq Komitəsinin istintaqı nəzdində aparıldı. Hadisə yerindən götürülən bütün dəlil sübutlar, şahidlər Rusiya tərəfdə qaldı. Və yalnız, 6 aydan cox araşdırmadan sonra Rusiya tərəfi öz yekun nəticəsini elan etdi. Dövlətlərarası Aviasıya Komitəsi-DAK (MAK) bəzən Beynəlxalq Aviasiya Komitəsi kimi səslənir. Ancaq rəsmi adından da göründüyü kimi bu, yalnız 11  postsovet respublikası arası təşkilatdır. 1991-ci ildə yaradılıb, MDB məkanında aviasiya hadisələrini araşdırır. Həmin Komitə Moskvada yerləşir, rusiyalı mütəxəssislərdən ibarətdir və Moskvanın da istək və tapşırıqları üzrə fəaliyyət göstərir. Bu komitənin fəaliyyətini dəqiq təhlil etsək, onun bu illərdəki işi Rusiya istehsalı olan təyyarələrin defekt və nasazlığını ört-basdır etmək və qəzalarda günahı ya insan (ekipaj), ya da hava şəraiti faktorunun üzərinə yönəltmək olub. Nə olur-olsun, Rusiyanın aviasiya texnikasının imici  qorunsun.

 

Dispetçer məntəqəsinə təzyiq

 

Bu barədə müstəqil araşdırma aparıb, müxtəlif səfərlər etmiş şəxs kimi Lex Kaçinski təyyarəsi qəzasında əsas səbəbi nədə görürəm?


Belə qənaətdəyəm ki, Lex Kaçinski və onun rəhbərlik etdiyi dovlət rəhbərliyi elitası Polşa və Rusiya dövlət hakimiyyətləri arasındakı siyasi ziddiyyətin qurbanı olub. Bunu yəqin etmək  üçün məsələnin texniki tərəfindən siyasi tərəfinə doğru getmək lazımdır. 10 aprel 2010-cu ildə kəskin dumanlı şəraitdə prezident təyyarəsini idarə edən ekipajın səhvi və pilot kabinəsinə girib onun işinə müdaxılə edən yüksək ranqlı dövlət nümayəndələrinin günahı var, bu danılmaz həqiqətdir.  Ancaq burada məsələnin daha böyük günah yüklü Rusiya tərəfi var. Yaxınlarda Polşa tərəfinin istintaq komissiyası öz açıqlamasında qəzada polşalı pilotlarla bərabər rusiyalı dispetçerlərin də günahını qeyd edib. Ancaq mən düşünürəm ki, Polşa tərəfin bu açıqlaması da yarımçıqdır. Çünki dərin araşdırmada, həmin şəraitdəki qərar qəbulunda rusiyalı dispetçerlərin işinə də mütəmadi olaraq “yuxarıdan”, komandanlıq və Moskvadan daima təsir və təzyiq olunduğu məlum olur. Bu isə, aviasiyada yolverilməzdir. Yəni, şübhələr Rusiya tərəfin daha yuxarı qatlarına yönəlir. Görünür ki, Polşa tərəfi indiki Ukraynaətrafı ziddiyyətli bir dövrdə Rusiya ilə münasibətləri daha da kəskinləşdirmək istəmir. 


Bu qəzada aeroport dispetçerləri və ümumiyyətlə Rusiya tərəfinin baiskarlığını nə dərəcədə qiymətləndirərmək olar?

 

“Özünüz baxın, istəyirsiniz enin, istəmirsiniz, yox!”

 

Dumanlı hava şəraitində təyyarənin enmə idarəçiliyi aeroportdakı dispetçer komandası üzərinə düşür. Yəni, təyyarə tamamilə dispetçerin hərəkət və ya hərəkətsizliyindən asılı qalır. Təyyarəni isə, məhv etmək üçün mütləq deyil ki, onu “Buk” tipli raketlə, ya qırıcı təyyarə ilə vurub salasan. Bilirsiniz, dinc məqsədlə yaradılmış sərnişin təyyarəsinin özü bəzən dəhşətli bombaya çevirlir. Bunun üçün onun sadəcə təyinatını zərərli tərəfə yönəltmək lazımdır. Bunu isə ya pilotlar, ya da görünməz havada şəraitində yerdəki idarəçi dispetçerlər, ya bilərəkdən, ya da səhlənkarlıqdan edə bilər. Dispetçer idarəçiliyində sərbəst qərarverməyə hətta, yuxarı komandanlıqdan belə, hər hansı kənar müdaxilə maneçilikdir və qəti yolverilməzdir. Nəzərə alaq ki, Smolensk aeroportu hərbi statusludur, dispetçer və bütün qulluq personalı hərbçidirlər, onlarin həmin qəza anında bütün fəaliyyətinin hərbi komandanlığın və oradan da Moskvanın nəzarəti və diktəsi altında aparılması faktlarla təsdiq olunur. Dispetçer heyəti Kaçinski təyyarəsinin eniş idarəçiliyində real şəraitlə komandanlıq təzyiqi arasındakı sıxıntıda qalmışlar. Öz qətiyyətsizlikləri və inamsızlıqları ilə əvvəlcə, pilotları çaş-baş salmışlar. Və sonda çətin, görünməz dumanlı şəraitdə “yuxarıdan” gələn etinasız əmrə əsasən prezident təyyarəsi pilotlarına aviasiya tarixində görünməmiş absurd qərarlarını söyləmişlər: “Özünüz baxın, istəyirsiniz enin, istəmirsiniz, yox!”.  Bunu mən özüm, araşdırmam zamanı smolenskdəki həmin “Severniy” adlı aeroport yerləşən hərbi şəhərcikdəki əlaqəli hərbçi zabitlərlə söhbətimdə yəqin etdim.

 

Dəvətsiz qonaq və bunu həzm edə bilməyən Putin

 

Faciənin səbəbi kimi həmin dövrdə Polşa və Rusiya rəhbərliyi arasındakı kəskin ziddiyyətdə daha konkret səbəb nədən ibarət idi? 


Moskva, daha konkret, Putin həmin zaman Kaçinskinin Smolenskə səfərinin qəti əleyhinə idi. Niyə? Putin Konstitusiyaya uygun, prezidentliyi müvəqqəti Medvedyevə vermişdi. Prezidentlik üçün bərk darıxırdı. Baş nazir vəzifəsində olsa belə, hərdən ölkənin birinci şəxsi kimi manevrlər edir, Rusiya və dünya ictimaiyyəti gözündə qalmaq istəyirdi. Bəzən prezidentə aid tədbirləri özü aparırdı. 1940-cı ildə SSRİ NKVD-si tərəfindən Smolensk yaxınlığındakı Katın kəndi ərazisində qətlə yetirilmiş minlərlə polşa zabitinin faciəsinin 70 illiyinin anımı kimi yüksək tədbiri də özü aparmaq fikrinə düşdü. Belə bir yüksək tədbir hər iki ölkənin prezidenti tərəfindən aparılmalı idi. Ancaq, Putin baş nazir olaraq tədbiri Polşanın o zamankı baş naziri Tuskla aparmaga qərar verdi, onu dəvət etdi. Digər tərəfdən, o dövrdə əsl barışmaz demokrat Lex Kaçinski artıq, Putinin apardığı siyasət əleyhinə kəskin çıxışlar edirdi. 2008-ci ildə Rusiya hərbisinin Gürcüstana hücumu zamanı Saakaşvilini açıq dəstək üçün xüsusi reyslə Tiflisə gəlmişdi. O zaman baş nazir Tuskla Kaçinski arasında həm də bir soyuqluq vardı. Görünürdü ki, Tusk Rusiyaya, Smolenskə səfərini prezidentlə heç də, razılaşmadan etmişdi. Çünki, Putin-Tusk birgə Katın yadetmə mərasimindən bir neçə gün sonra prezident Kaçinski qəflətən, dəvətsiz, qeyri-rəsmi olaraq bütün Polşa rəhbərliyi elitasını götürüb Smolenskə, Katın faciəsinin yadetməsinə gəldi. Görünürdü ki, Polşanın vacib milli-mənafe səviyyəli tədbirindən kənarda qalması Kaçinski kimi səmimi vətənpərvər prezidentə bərk toxunmuşdu. Belə bir hal, dövlətlərarası münasibətlərdə görünməyən təəccüblü bir hadisə idi. Təbii ki, Kaçinski prinsipiallığı və inadkarlığı hikkəli Putində qıcıq yaratmalı idi. Və Kaçinski onun gözündə, onun hakimlik etdiyi məkana dəvətsiz, icazəsiz özbaşına gələn, onun bir neçə gün əvvəlki dövlətin yüksək şəxsləri adından keçirtdiyi təntənəli tədbirini heçə endirən arzuedilməz şəxs idi. Hətta, prezident Medvedyev belə, Putinin təzyiqi altında qalaraq Moskvadan cəmisi 300 km aralıdakı Smolenskə gəlib, qonşu ölkənin prezidentini qarşılamağa cürət etməmişdi. Görün indi, yazıq Smolensk aeroportu hərbçi dispetçerləri və onların hərbi rəhbərləri hansı “kapriz” və hikkə təzyiqi altında olublar!

 

Nəticə

 

Polşa prezidentini qəbul edən dispetçer komandası daimi təzyiq və qorxu altında, çaşqın və qeyri-müəyyən vəziyyətdə olub. Dispetçerlər və aeroportun rəhbərliyi Moskva tapşırıqları icrası ilə hərəkət etməklə, təyyarəni qəbul etməkdə qəti son qərara sahib ola bilməyiblər və pilotları da anlaşılmaz çaşqın bir vəziyyətə salıblar. Moskvanın sonradan iddia etdiyi kimi, dispetçerlərin guya pilotlara hava şəraitinə görə əlavə ehtiyat aeroporta enmə təklif etməsi və pilotların tabesizlik göstərərək mütləq enmə cəhdi absurddur. Aviasiya tarixində ola bilməz ki, qəbul edən aeroport qəti “yox” dediyi halda təyyarə bunu iqnorə edib eniş etsin. Belə şey ola bilməz! Hətta açıq hava şəraitində belə, təyyarə qəbul edilmə razılığı olmadan hava limanına eniş edə bilməz. Mümkün deyil bu. Yaxın günlərdə Məkkəyə ümrə ziyarətinə gələn İranlı zəvvarlarla dolu təyyarənin son anda Ciddə hava limanına enişinə Səudiyyə Ərəbistanı icazə verməyib. Təyyarə dönüb, qayıdıb. Bu bir misal deyil, bu bir qanundur, labüdlükdür.


Lex Kaçinski təyyarəsi enişin mümkün olmadığı çətin dumanlı hava şəraitində, son eniş anına qədər yaxına gətirilərək, ən son anda pilotlara “özünüz qərar verin” deyilərək talenin ümidinə buraxılmışdır. Bu nə deməkdir? Bu, arzuedilməz prezident təyyarəsinin oynadılıb, çaşdırılıb, tələyə salınlb məhv edilməsi və sonra, tamamilə sudan quru çıxılması üçün, xüsusi xidmət orqanlarından ötrü əla təxribat metodudur. Tər-təmiz işdir və bu metodda heç, “BUK” yer-hava raketinə, beynəlxalq qınaq və skandallara da ehtiyac yoxdur. Vəssalam.  


PS.Təqdim edilən fotolar araşdırma müəllifinə məxsusdur. 

-FOTO" src="//old.moderator.az/fotobaza/original/4869.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/4870.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/4871.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/4872.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/4873.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/4874.jpg">
Oxşar xəbərlər
22:52, Bu gün
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
22:50, Bu gün
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
22:26, Bu gün
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
22:25, Bu gün
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
21:44, Bu gün
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
21:34, Bu gün
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
21:13, Bu gün
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
21:12, Bu gün
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
21:05, Bu gün
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
20:53, Bu gün
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
20:52, Bu gün
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
20:50, Bu gün
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
20:48, Bu gün
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
20:46, Bu gün
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
20:43, Bu gün
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”