Korsika və Qarabağ: Fərqli coğrafiyalarda reallaşan eyni işğal ssenarisi və eyni məzhəkə -TƏHLİL
Araşdırma
Oxunub: 3110
25 Feb 2024 | 21:19
Korsika və Qarabağ: Fərqli coğrafiyalarda reallaşan eyni işğal ssenarisi və eyni məzhəkə -TƏHLİL

Yaxud, Fransanın Ermənistan sevgisinin tarixi, mənəvi və psixoloji səbəbləri...

 

Dünyanın hər yerində qatillər və qurbanlar bir-birinə bənzəyir. Bu həqiqəti anlamaq üçün Korsika və Qarabağın işğal tarixinə nəzər salmaq, bu işğalların Korsika və Azərbaycan xalqının həyatına gətirdiyi məşəqqətləri xatırlamaq kifayətdir. Əslində bu tarix işğalçılıq və soyqırım siyasətinin hər iki xalqın həyatına gətirdiyi məhrumiyyətləri əks etdiməklə yanaşı, Fransanın Ermənistanı niyə, hansı səbəbdən himayə etməsinin mənəvi-psixoloji əsaslarını də izah edir.

 

Jan-Qi Talamoninin anti-Fransa açıqlaması Parislə yanaşı, İrəvanı necə ifşa edir?

 

Korsika və Qarabağın işğal tarixinin tədqiqi göstərir ki, hər iki ərazinin işğalı və ilhaqına hazırlıq prosesi Fransa və Ermənistan tərəfindən eyni ssenari və dəsti-xətlə həyata keçirilmiş, eyni hiylə və amansızlıqla reallaşdırılmışdır. Bunu Korsika Parlamentinin sabiq prezidenti, "Nazione" Korsika Milli Hərəkatının üzvü Jan-Qi Talamoninin Türkiyə mətbuatına verdiyi açıqlama bir daha sübut edir. Jan-Qi Talamonin qeyd edir ki, Fransa Korsikanın etnik tərkibini süni şəkildə dəyişməyə çalışır və bu məqsədlə də Fransadan bura minlərlə fransızın köçürülməsi siyasətini həyata keçirir:

 

“Korsika əhalisinin sayı 300 mindən çox olmasına baxmayaraq, Fransa hər il materikdən adaya 4-5 min fransız göndərərək buranın etnik tərkibini dəyişməyə çalışır. Bu da fransız müstəmləkəçiliyinin növbəti təzahürüdür”. (//apa.az/avropa/korsikali-feal-fransa-adanin-etnik-terkibini-deyismeye-calisir-823735 ).

 

Jan-Qi Talamonin gündəmə gətirdiyi bu fakt ermənilərin və onu himayə edən beynəlxalq güclərin Qarabağdan azərbaycanlıları didərgin salması və bu torpaqlarda müxtəlif ölkələrdən gətirilən ermənilərin yerləşdirilməsi faktını yada salır. Xüsusilə də, sovet dönəmində müntəzəm xarakter alan bu siyasət nəticəsində Qarabağda yaşayan ermənilərin sayı hər ötən ilə nisbətən süni şəkildə tədricən artırılmış, Azərbaycan xalqının tarixi torpaqlarının erməniləşdirilməsinə cəhd göstərilmişdir.

 

Bu proses Qarabağ münaqişəsinin hərbi platformaya keçməsi ilə daha sistemli və amansız hal almış, azərbaycanlıların öz tarixi torpqlarından qovulması prosesi minlərlə soydaşımızın öldürülməsi ilə paralel şəkildə həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, 30 ilə yaxın bir dövrü əhatə edən işğal dönəmində Qarabağda bir nəfər də olsun azərbaycanlının yaşamasına imkan verilməmiş, torpaqlarımıza Ermənistanla yanaşı Livan, Suriya və digər ölkələrdən minlərlə erməni ailəsi köçürülmüşdür. Məqsəd Qarabağı erməniləşdirmək, burada İrəvanın işğalçıqlıq siaysətinin davamı üçün sosial baza formalaşdırmaq, tarixi Azərbaycan torpaqlarını dünyaya ikinci erməni dövləti adı ilə tanıtmaq idi. Hansı ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində işğalçı qüvvələri darmadağın edərək torpaqlarımızı erməni işğalından azad etmiş, düşmənin məkirli planlarını qətiyyətlə pozmuş, tarixin zibilliyinə göndərmişdir.

 

Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti Vətən müharibəsindən sonra da sovet dönəmindən Qarabağda yaşayan ermənilərin bu torpaqlarda qalması üçün hər cür şəraiti, eləcə də təhlükəsizliyitəmin etmiş, onlara qayğı və həssaslıqla yanaşmışdır.

 

Rəsmi Parisin Korsikaya hər il minlərlə fransız ailəsi köçürməsi, Fransanın kiçik Korsika xalqını öz içində “əritmək”, assimilyasiya etmək, tənhalaşdırmaq və mənəvi baxımdan təslim etmək niyyətindən xəbər verir. Əslində Jan-Qi Talamoni Fransanın bu addımını ifşa etməklə yanaşı, həm də onun “ruhi-mənəvi əkizi” olan Ermənistanın da oxşar tarixi cinayətini gündəmə gətirməkdə, yada salmaqdadır.

 

Ana dili qatilləri və mədəni soyqırım

 

Korsikalı fəalın sözügedən açıqlamasında Fransanın mədəni müstəvidə həyata keçirdiyi cinayətlər də yer alıb. Jan-Qi Talamoni mətbuata açıqlamasında bildirir ki, Fransa işğal dönəmində Korsika dili və mədəniyyətini də hədəf almaqda, Krosika xalqının ana dilini və mədəniyyəti də sıradan çıxarmaq niyyətindədir:

 

“Fransa mədəniyyət və dil siyasəti vasitəsi ilə də adadaki vəziyyətə müdaxilə edərək, Korsika dilini məhv etmək istəyir”.

 

Şübhəsiz, Fransanın Korsika dilini, Korsika mədəniyyətini məhv etməyə çalışması səbəbsiz deyil. Çünki dil hər bir xalqı ayaqda tutan, onu özünəməxsus edən, yaşadan başlıca faktordur. Ana dili xalqla keçmiş və gələcək arasında ruhi-mənəvi körpü deməkdir. Bu körpünü dağıtmaq xalqı öz milli kökündən, keçmişindən və gələcəyindən ayrı salmaq deməkdir. Və tarix ana dilini itirdiyi, milli mədəniyyətini unutduğu halda var olmaqda, yaşamaqda, uğur qazanmaqda davam edən bir xalqa rast gəlməyib. Bu səbəbdən də Fransa Korsika xalqını ana dilindən məhrum etmək, bu dili xalqa untudurmaq üçün hər vasitədən istiafdə etməkdə, mədəni müstəvidə soyqırım həyata keçirməkdədir.

 

Onu da qeyd edək ki, Fransanın Korsika xalqının dilinə, mədəniyyətinə qəsd etməsi Azərbaycan tərfindən rəsmi şəkildə qınanılmış, Milli Məclisdə yaradılmış Korsika xalqına dəstək qrupu bununla bağlı Bəyanat yaymışdır. Bəyanatda deyilir: “Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə Fransa özünün də qoşulduğu beynəlxalq sənədlərin tələblərini, götürdüyü öhdəlikləri pozub. Bu sənədlər içərisində 1789-cu il böyük Fransa inqilabının fərdi insan hüquqlarını təyin edən ən vacib sənədi olan “İnsan və vətəndaş hüquqları bəyannaməsi” də var. Həmçinin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “Uşaq hüquqları Konvensiyası”, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”, “Əsas hüquqlar üzrə Avropa Xartiyası”, “Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi”, UNESCO-nun mədəni müxtəlifliyə dair universal Bəyannaməsi, Mədəni İfadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Konvensiyası, “Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası” və s. buraya daxildir”. (//apa.az/xarici-siyaset/milli-meclisde-yaradilmis-korsika-xalqina-destek-qrupu-beyanat-yayib-817463).

 

Fransanın Korsikada reallaşdırdığı mədəni soyqırım işğal dönəmində Ermənistan tərəfindən Qarabağ və ətraf rayonlarda həyata keçirilmiş, məktəblər, kitabxanalar, muzeylər, mədəni və dini abidələr məhv edilmiş, dağıdılmışdır. Talanan, təhqir edilən dini-mədəni binaların bəzisindən ermənilər tövlə kimi istifadə etmiş, bəzi incəsənət nümunləri isə oğurlanaraq İrəvana və digər ölkələrə daşınmışdır.

 

Ermənistan işğal etdiyi əraziləri erməniləşdirmək, özününküləşdirmək və bu ərazilərin guya tarixən erməni torpağı olması yalanına beynəlxalq ictimaiyyəti inandırmaq üçün müxtəlif abidə və tikililərin üzərində qədim erməni dilində yazılar yazmış, xüsusilə də alban kilsələri və digər dini abidələri xaç və erməni əlifbası ilə “bəzəmişdir”. Bu fakt Fransa və Ermənistanın başqa xalqların din və mədəniyyətinə eyni  böyüklükdə nifrət bəslədiyini, digər xalqların mədəni dəyərlərini eyni amansızlıqla hədəf aldığını göstərir.

 

Faciə içindəki məzhəkə, məzhəkə içindəki faciə...

 

Maraqlıdır ki, həm Fransa, həm də Ermənistan həyata keçirdiyi işğal və cinayətləri eyni həyasızlıq və riyakarlıqla inkar etməyə və gizlətməyə çalışmış, buna nail olmaq üçün onilliklər uzunu əsl məzhəkə təşkil etmişdilər. Məsələn, Qarabağın “tarixi erməni torpağı” olduğunu iddia edən Ermənistan dünya ictimaiyyətini inandırmağa çalışırdı ki, onların minlərlə azərbaycanlını qətlə yetirməsi “ali və müqəddəs məqsədə” – tarixi ədalətin bərpasına xidmət edir və buna görə də alqışlanmalıdır. Rəsmi İrəvan, eləcə də erməni diasporu, lobbi təşkilatları öz yalanlarını təbliğ etmək üçün filmlər çəkir, teatr tamaşaları ortaya qoyur, Qarabağda qətlə yetirdikləri mədəniyyət və incəsnətin imkanlarından öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırdılar.

 

Ermənistan kimi Fransa da Korsikanın işğalına haqq qazandırmaq üçün eyni dərəcədə gülünc və əsassız iddialar səsləndirmişdir. Rəsmi Paris bu gün də iddia edir ki, Korsikada dalğalanan Fransa bayrağı yerli xalqın “rifahı və təhlükəsizliyinə” xidmət edir. Paris dünya xalqlarını inandırmağa çalışır ki, guya Fransanın Korsikadakı mövcudluğu yerli xalqın mənafeyinə uyğundur və xalq özü bu mövcudluğu dəstəkləyir.

 

Göründüyü kimi, həm Fransa, həm də Ermənistan həyasızcasına bəşəriyyəti öz yalanlarına inandırmağa cəhd edirlər. Bildirirlər ki, guya axıtdıqları qanlar ali ideya və həqiqətlərə xidmət edir və burada nə qanun, nə də insanlığa zidd heç nə yoxdur. Bu faktın özü Fransa və Ermənistan rəsmilərinin faciə içərisində məzhəkə, məzhəkə içərisində faciə yaratdığını, onların bütün insani dəyərlərdən uzaq olduğunu göstərir.

 

Fransa və Ermənistanın ilhaq siyasəti, yaxud “cinayətdən sonrakı cinayət”...

 

Fransa və Ermənistanın Korsika və Qarabağda həyata keçridiyi işğalçılıq siyasətində digər ortaq nöqtələrədn biri də, hər iki işğalçının eyni zamanda ilhaq siyasəti həyata keçirməsidir. Həm Korsika, həm də Qarabağın işğal tarixinin tədqiqi sübut edir ki, Fransa və Ermənistan başqa xalqa məxsus əraziləri işğal etməklə kifaytələnməmiş, həm də bu torpaqları özlərinə birəşdirmək – ilhaq etmək siyasəti yürütmüşdür. Başqa sözlə desək, Qarabağ və Korsikanı işğal etməklə bəşəri cinayət törədən Ermənistan və Fransa, bunun ardınca ilhaq siyasəti gerçəkləşdirməklə daha bir cinayətə imza atmışdır.

 

30 illik işğal dönəmində Qarabağa minlərlə erməni ailəsinin köçürülməsi, bu ərazidə çoxlu sayda hərbi hissələrin, müdafiə sədləri və istehkamların inşa olunması, torpaqlarımızdakı təbii resursların istismarı və s. buna nümunədir.

 

Ermənistanın Qarabağdakı ilhaq siyasəti Fransa tərəfindən Korsikaya münasibətdə də geniş miqyasda tətbiq edilmiş və bu gün də davam etməkdədir. Korsikada demoqrafik vəziyyəti Fransanın xeyrinə dəyişmək, fransız dili və mədəniyyətini yerli dil və mədənyyəti sıxışdırmaq hesabına təbliğ etmək, Korsikanın iqtisadi inkişafını süni şəkildə əngəlləmək, Korsikanın müstəqil yaşaya bilməyəcəyi fikrini təlqin etmək və s. rəsmi Parisin əsrlərdir yürütdüyü siyasətin tərkib hissəsidir. Amma sevindiricidir ki, Fransanın yüzilliklər boyu həyata keçirdiyi ilhaq siyasətinə baxmayaraq, Korsika xalqı öz milli kimliyini  - ana dilini, mədəniyyətini, mübarizə ruhunu qoruyub saxlamağı bacarmışdır.

 

Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsi sayəsində Qarabağı erməni işğalından azad etsə də, Korsika hələ də Fransa imperializminə qarşı mübarizəsini davam etdirməkdə, əsarətdən qurtulmaq üçün ciddi səylər göstərməkdədir. Qürurvericidir ki, hər zaman məzlum, əzilən xalqların yanında yer alan Azərbaycan, onun Prezident İlham Əliyev Korsika xalqını açıq şəkildə, cəsarətlə dəstəkləməkdə, Parisin işğalçılıq siaysətini uğurla ifşa etməkdədir.

 

Xalqımız əmindir ki, dünyanın demokratik, azadlıqsevər xalqlarının dəstəyi ilə Korsika xalqı gec-tez layiq olduğu azadlığa qovuşacaq, müstəqil dövlət kimi bəşəriyyətin rifahına və tərəqqisinə töhfələr verəcək.

 

Seymur ƏLİYEV

 

Oxşar xəbərlər
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
GÜNLÜK
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:31
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
04 May 2024 | 10:55
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
04 May 2024 | 11:36
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
04 May 2024 | 11:25
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
04 May 2024 | 11:47
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
04 May 2024 | 11:42
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
04 May 2024 | 11:35
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:31
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
04 May 2024 | 10:55
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
04 May 2024 | 11:36
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
04 May 2024 | 11:25
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
04 May 2024 | 11:47
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
04 May 2024 | 11:42
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
04 May 2024 | 11:35
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi