Mİrzə Xəzər Fətullah Gülənin 150 milyardından danışdı
Oxunub: 7754
12 Mar 2014 | 10:17
Mİrzə Xəzər Fətullah Gülənin 150 milyardından danışdı

Tanınmış ictimai xadim, siyasi analitik Mirzə Xəzər Türkiyədə yaxınlaşan 30 mart bələdiyyə seçkiləri və Ərdoğan-Gülən qarşıdurmasının bu seçkilərin nəticələrinə təsiri barədə Moderator.az-a növbəti maraqlı analizini göndərib:

“Martın 30-u yaxınlaşır. Türkiyə tarixinin ən həyəcanlı, taleyüklü seçkisinə doğru gedir. Kim qalib gələcək? Əlində ən güclü kartlar olan müxalifət, yoxsa əlində pis kartlar olan Rəcəb Tayyib Ərdoğan? Cavab: qumarda yaxşı kartları olan oyunçu yox, pis kartlarından məharətlə istifadə edə bilən oyunçu qalib gələcək. Bu halda müxalifətin deyil, məhz baş nazir Ərdoğanın şansı böyükdür. Ərdoğanın məharətində şəxsi keyfiyyətləri mühüm rol oynayır. Amma bu, təkcə onun bacarığının məhsulu deyil, eyni zamanda səlahiyyətlərini aşaraq öz rejimini qorumaq üçün çəkinmədən qeyri-məhdud şəkildə istifadə edə bilməsindən irəli gəlir. "Gezi" böhranını "darbe" (çevriliş təşəbbüsü) kimi qələmə verib, xalqın qanuni etiraz hərəkatını polis gücü ilə əzdi. Medianı susdurdu. Susmayanları həbsə atdırdı. Ərdoğan 17 dekabr 2013-cü ildə partlayan korrupsiya və rüşvətxorluq bombasını da "darbe" kimi ictimaiyyətə sırımaqda məharətini göstərir. "Böyük rüşvət qalmaqalı"nın bir ucu gəlib Ərdoğan ailəsinə çatmışdı. Nazir balalarının evlərində milyonlarla dollar nağd pul tapılmışdı. 91 nəfər həbs edilmişdi. Baş nazır bu dəfə keçmiş müttəfiqi və arxası Fəthullah Güləni hədəf alaraq bu böhranın öhdəsindən də gələ bildi: tutulanlar azadlığa çıxdı, rüşvət götürən dörd nazirin deputat toxunulmazlığının ləğv edilməsinə imkan vermədi. Amma bütün bunlar bahaya başa gəldi. Türkiyədəki hadisələr dünya mediasının diqqət mərkəzinə keçdi. Xarici mətbuat hətta istehza ilə bildirirdi ki, Türkiyə vətəndaşları hər gecə "böyük rüşvət qalmaqalı" adlı dizinin növbəti bölümünü seyr edir. Türkiyənin nüfuzuna ziyan dəydi, Avropa Birliyi ilə münasibətlər gərginləşdi. 30 mart seçkisində müxalifətin qələbə çalması zəif ehtimal olsa da, AKP-nin itkisiz seçkidən çıxacağını düşünmək səhvdir. Bir mahir natiq kimi öz tərəfdarlarından ibarət kütlənin qarşısında odlu-alovlu nitqlər söyləyərək, kütləni həyəcana gətirən Ərdoğan müxalifət xaricində iki amili nəzərə almalıdır: "böyük rüşvət" qalmaqalının hələ də tüstüləndiyini, susan əksəriyyətin qərarını və Fəthullah Gülən hərəkatını. 30 mart seçkisinin nəticəsini və Türkiyənin seçkidən sonrakı yolunu məhz bu iki amil müəyyən edəcək. CHP və MHP-nin rəhbərləri səmimi ola bilərlər. Lakin döyüşü səmimiyyət yox, bəlağət, yalanı həqiqət kimi satmaq bacarığına malik tərəf qazanacaq. Onlar Ərdoğan qədər məharətli deyillər. Ərdoğan avtoritarizmə güclü meyli olan klassik siyasətçidir. Seçkidə ən mühüm amillərdən biri Fəthulla Güləndir. Təsadüfi deyil ki, baş nazir Ərdoğan və onun nazirləri hər fürsətdə Gülən hərəkatını hədəf alırlar. Qəribədir. Rəcəb Tayyib Ərdoğan uzun illər Fəthulla Gülənin yaxın müttəfiqi olmuş və məhz Gülənin sayəsində hakimiyyətə gəlmişdir. Ərdoğan Fəthulla Gülənin gücündən niyə qorxur?

Fəthlulla Gülən Hoca Əfəndi adi, sıravi bir imam deyil. 1998-ci ildən ABŞ-ın Pensilvaniya ştatında məskunlaşan  Fəthulla Gülən dünyanın 140 ölkəsində məktəb, mədrəsə, universitet, dinlərarası dialoq mərkəzlərini idarə edən və kütləvi tərəfdarı olan bir beynəlxalq imperiyanın Hocasıdı. Fəthulla Gülən özünü peyğəmbər adlandırır. Fəthulla Gülən 2008-ci ildə bir çıxışında öz hərəkatının fəlsəfəsini belə təsvir etmişdir: "Biz hansısa bir yerdə ev tikib qapılarını açırıq. Və səbrli hörümçək kimi toru səririk, şikarın tora düşməsini gözləyirik. Amma biz şikarımızı yemirik. Əksinə, onlara dirçəliş yolunu göstəririk, onların ölü vücuduna və ruhuna həyat üfləyirik, onlara həyat veririk". Bəs hərəkatın (cəmaətin-cəmiyyətin) maliyyə mənbəyi haradandır? Türkiyə Milli İstihbarat Təşkilatının məxfi hesabatına görə, Gülən hərəkatının maliyyə ehtiyatları 150 milyard dolları aşır. Türkiyədə 210 özəl məktəb, minlərlə işıq evi, 460 abituryent hazırlıq məktəbləri, 500 tələbə yataqxanası Gülən hərəkatına məxsusdur.

Vaşinqtonda hakim olan mülahizəyə görə, Fəthulla Gülən hərəkatı sələfilərdən tamamilə fərqli olaraq mötədil, liberal, sülhpərvər, digər dinlərə dözümlü yanaşan İslamı təbliğ edir; demokratik dəyərlərin dövlətdə möhkəmlənməsini, vətəndaş azadlıqlarının qorunmasını, mətbuatın azadlığını himayə edir.

Bəs Fəthulla Gülən hərəkatına pul haradan gəlir? 2006-cı ildə Fəthulla Gülənin ABŞ-da daimi yaşamaq icazəsi - Green Card - almaq üçün rəsmi müraciətinə mənfi cavab verilməsinin səbəblərini izah edən amerikan prokurorluğu bir sənəd hazırlamışdı. Sənəddə iddia edilirdi ki, "Gülən hərəkatının arxasında Səudiyyə Ərəbistanı, İran, Türkiyə hökuməti və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi dayanır." Göründüyü kimi burada Türkiyə hökumətinin də adı hallanır ki, bu da o zaman Ərdoğan hökuməti ilə Fəthulla Gülən arasında münasibətlərin isti olduğunu göstərir. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqədar iddiaya gəldikdə, Sibel Edmunds 10 iyul 2008-ci ildə öz bloqunda məhkəmə sənədlərinə istinadən yazırdı:  “SSRİ dağılandan sonra Mərkəzi Kəşfiyyat İdarəsi Orta Asiyada qərəzli şəkildə İslam hərəkatına təkan vermək üzrə gizli əməliyyat həyata keçirmişdir.” Eyni iddiaya görə, indi də davam edən əməliyyat Özbəkistan, Azərbaycan, Qazaxstan və Türkmənistanı əhatə edir. Məhz 1990-cı illərdə Gülən hərəkatı yenicə müstəqil olmuş türkdilli respublikalarda - Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxstan və Qırğızıstan, habelə Rusiyada mədrəsələr açmışdır. Xatırladaq ki, Özbəkistanın prezidenti İslam Kərimov hələ 1990-cı illərin əvvəllərində Fəthulla Gülənin bütün mədrəsələrini bağladı. Fəthulla Gülən imperiyası Türkiyənin təhsil, tədris, ali təhsil, polis, məhkəmə, ədliyyə orqanları, dövlət qurumlarında elə kök salmışdır ki, hökumət bunun öhdəsindən çətin gələcək. Xüsusilə qeyd edək ki, Fəthullahçılar hələ 1970-ci illərdən Türkiyənin təhlükəsizlik orqanlarında: polis, jandarma, istintaq orqanlarında təşkilatlanmağa başlayıblar. Bəs Hoca Əfəndi nə istəyir? Fəthulla Gülən İngiltərənin "Financial Times" qəzeti ilə son müsahibəsində Türkiyədə demokratikləşməyə tərəfdar olduğunu bildirir və baş nazir Ərdoğanı ölkədə əmin-amanlığı və vətəndaş sülhünü, azadlıqları təhlükəyə salmaqda ittiham edir. Fəthulla Gülənin fikrincə, Türkiyənin beynəlxalq səhnədə etibarını bərpa etmək asan olmayacaq.

Martın 30-u Türkiyə Cümhuriyyəti tarixində mühüm gündür. Türkiyə Cümhuriyyətinə sülh və əminamanlıq arzu edirəm!”


Oxşar xəbərlər
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi