Düşmənlərimizin ruhuna ömürlük qənim kəsilən Xüsusi Təyinatlı Qüvvələr kabusu...
Oxunub: 5877
06 Nov 2021 | 10:50
Düşmənlərimizin ruhuna ömürlük qənim kəsilən Xüsusi Təyinatlı Qüvvələr kabusu...
Hissə 3. “Görünmədən görən, ölmədən dönən” Xüsusi Təyinatlı Qüvvələrimiz
 
İkinci Dünya müharibəsindən sonra aparılan tədqiqatlar həm çətin relyef və iqlim şəraitində, həm də düşmən müdafiəsinin opertativ dərinliyində əməliyyatlar həyata keçirə bilən, yüksək hazırlıqlı və çevik qoşunların yaradılmasına ehtiyac duyulduğunu ortaya çıxardı. Bu məqsədlə yaradılan və elit ordu hissələrinə aid edilən xüsusi təyinatlılar demək olar ki, bütün müasir ölkələrin ən etibarlı “vuran qoludur”. 
 
Yaranması
Azərbaycanda da xüsusi təyinatlı hissələrin yaradılmasına 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs imzalandıqdan sonra başlandı. Azərbaycanın istənilən şəraitdə, hətta cəbhə xəttinin bir neçə yüz kilometr dərinliyində döyüş və diversiya əməliyyatları apara bilən hərbi qüvvələri artıq mövcuddur. Yarandığı gündən xüsusi təyinatlılarımız çoxsaylı uğurlu əməliyyatları ilə adını dünya hərb tarixinə yazdırıb. 1997-ci ildə polkovnik X.Baxışovun rəhbərliyi altında hazırlanan xüsusi təyinatlı qrup, 3 gün düşmən arxasında döyüş tapşırığını yerinə yetirməsi və gün geri dönmək ərəfəsində düşmənin duyuq düşməsi ilə sayca üstün qüvvənin mühasirəsinə düşməsinə baxmayaraq, sursatları bitənə qədər itki vermədən döyüdülər. Qəhrəmanlarımız bu qeyri-bərabər savaşda xeyli sayda düşməni məhv etdilər. Ən sonunda da əsir düşməmək üçün qumbara ilə özlərini partladırlar. Onlardan yalnız bir nəfər Aqil Əhmədov sağ qalmışdı. Aqil döyüşdə ağır yaralanaraq huşunu itirdikdən sonra əsir düşmüşdü. Aqil hazırda Azərbaycandadır. Xüsusi Təyinatlılarımızın həyata keçirdiyi uğurlu əməliyyatların sayı kifayət qədərdir. 
 
XTQ yaranan zamanda bəlkə də heç kimin ağlına belə gəlməzdir ki, 2-ci Qarabağ – Vətən Müharibəsinin ən önəmli qələbələrini məhz elə bu güvvələr reallaşdıracaq. 1999-cu ilin aprelində isə Baş Qərargaha tabe olan əlahiddə xüsusi təyinatlı taborların bazasında Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri (XTQ) yaradıldı. XTQ-in formalaşmasında mövcud olan əlahiddə taborların və birinci Qarabağ müharibəsi iştirakçısı olan zabit və gizirlərdən geniş istifadə olundu. 29 aprel 2015-ci il tarixində qurulmasının 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı hissələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirildi. Azərbaycan XTQ-sinə yarandığı gündən Hikmət Mirzəyev rəhbərlik edib. 20 iyun 2020-ci ildə XTQ-nin tərkibinin genişləndirildiyi məlum oldu. Keçən il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki Azərbaycan-Türkiyə birgə təlimləri keçirildi. Təlimlər müharibədən sonra daha da intensivləşib.
 
Döyüşlərdə iştirakı   
İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti bir çox uğurlu əməliyyatlar ilə işğal altında olan ərazilərin azad edilməsində mühüm rol oynadı. Harda bir əhəmiyyətli uğur əldə edirdiksə, əməliyyatın altından XTQ çıxırdı. Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl, Hadrut və Şuşanın işğaldan azad etməsi də XTQ-yə aid əməliyyatlardır. Ümumiyyətlə Vətən Müharibəsində XTQ həlledici faktorlardan biri oldu.
 
Müharibədəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin düşmən müdafiəsinin dərinliyində həyata keçirdiyi fəaliyyətlər nəticəsində mümkün oldu. Vətən Müharibəsində 7 müxtəlif güc strukturunun xüsusi təyinatlıları iştirak etdilər. Bu müharibə yaddaşlarda kütləvi şəkildə XTQ və PUA tətbiqi ilə yadda qalacaq. XTQ Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq ilə adını Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazdırdı. 
 
XTQ-nin formalaşması
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb. Türkiyədə “Bordo bereli”, “SAT/SAS”, ABŞ-da “Reyncer”, “Delta force”, Rusiyada “Alfa”, “Vımpel”, “Delta”, İsraildə “Amor”, Böyük Britaniyada “Kommandos”, “Skorpion”, Finlandiyada “Yeger”, Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group “A”), Azərbaycanda “Yarasa”, “Qartal”, “Şahin”, “Vaşaq”, “Əqrəb” və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. Azərbaycan XTQ-si öz fəaliyyətində bir çox ölkələrin təcrübəsindən istifadə edir. 
 
Güc strukturlarının xüsusi təyinatlıları
 
Azərbaycan Xüsusi Təyinatlıları hissə və bölmələri Azərbaycan Respublikası Müdafiə Nazirliyi tabeliyində olan XTQ-dən və Hərbi Dəniz Qüvvələrinin Dəniz Əməliyyatları Dəstəsindən, Azərbaycan Respublikası Daxili Qoşunlarının Xüsusi Təyinatlı hərbi hissələrindən, Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı polis dəstələrindən, Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlılarından və Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi mühafizə bölüklərindən ibarətdir. Onların hər biri Vətən Müharibəsində digər birlik və hissələrlə parallel olaraq özünəməxsus əməliyyatlar həyata keçirib.
Döyüş hazırlığı
 
Xüsusi təyinatlı hissə və bölmələr Ordumuzun ən hazrlıqlı bölmələridir. Türkiyə Silahlı Qüvvələrinin “bordo beretliləri” adətən “komandoların komandosu” kimi təqdim edilir. Biz orduda komandoların yeni yaranmasını nəzərə alsaq, təxminən eyni təqdimatı olduğu kimi qəbul edə bilərik. XTQ-yə daxil olan hissə və bölmərinin döyüş hazırlığı, təlimləri və bacarıqları digərlərindən fərqlənir. Bu bölmələrin tərkibinə daxil olan qruplar tamamilə kiçik zabitlərdən və gizirlərdən formalaşdırılır. Könüllülük əsasında seçilən xüsusi təyinatlılar üç il ərzində çox ağır təlimlərdən keçməlidirlər. Onlar ölkə daxilində keçirilən kurs və təlimlərdən başqa ixtisaslarına uyğun olaraq Türkiyə, Pakistan, ABŞ, Gürcüstan və digər ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edibər. Ötən dövrdə Azərbaycan xüsusi təyinatlıları dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar.
Kurslarda xüsusi təyinatlı olmaq arzusunda olmaq istəyən namizədlərə əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, assimetrik döyüş və s. kimi hazırlıqlar üzrə təlim keçirilir. İxtisasartırma kurslarında isə onlara əlavə olaraq istehkam, dağ, dalğıc və desant hazırlığı, müxtəlif yüngül və ağır silahların öyrədilməsi həyata keçirilir. Xaricdə isə onlar əsasən hava desant, dağ, antiterror, psixoloji hazırlıq və s. kimi kursların iştirakçısı olurlar. İstənilən halda əgə bir xüsusi təyinatlı hərbçimiz tünq qırmızı beretə layiq görülübsə, deməli o artıq həm idmançıdır, həm peşəkar snayperdir, həm tibb personalıdr, həm də əsl Döyüşçüdür. Xüsusi təyinatlılarımızn bir çoxu bir neçə xarici dildə, o cümlədən erməni dilində sərbəst danışa bilir. 
 
Təyinatı
 
Xüsusi təyinatlılar insan ayağı dəyməyən ən çətin ərazilərdə, ən mürəkkəb tapşırıqları icra etmək üçün hazırlanır. Bu hazırlıqlar müxtəlif kurslarda keçirilir və sonda iştirakçı namizədlər imtahana cəlb edilir. Kursu uğurla bitirən heyətə təntənəli şəkildə müvafiq sertifikat, fərqlənmə nişanları və tünd qırmızı rəngdə beret təqdim edilir və onlar Xüsusi Təyinatlı Qüvvələrin Komandanın əmri ilə xidmətlərini davam etdirmək üçün müvafiq vəzifələrə təyin edilir.
 
Silahlanması
 
Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti xidməti vəzifələrinin yerinə yetirilməsində müxtəlif tipli avtomatik tüfənglər, snayper silahları, pulemyotlar, tapançalar,  tapança pulemyotlar, tank əleyinə idarəolunan raket kompleksləri, qumbara və qumbaratanlar, antimaterial silahlar, lazer tuşlayıcıları, gecə görmə gözlükləri, gecəgörmə vasitələri, termal kameralar, binokllar, siqnal tapançaları, duman yaradan vasitələr, daşınan və əl radiostansiyaları, GPS və s. istifadə edirlər. Xüsusi təyinatlı qrupun yerinə yeritəcəyi vəzifələrin xarakterinə uyğun olaraq şəxsi heyət ştat üzrə malik olduğu silahı digəri ilə dəyişə də bilər. Odur ki, bu bölmələr mövcud silah sistemlərinin ən yaxşılarına və onların da geniş çeşidinə malik olmalıdır. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən istifadə edilən silahlar, həm imkanlarına, həm də peşəkar döyüşçülərin seçim imtiyazlarının nəzərə alınması və şəxsi qiymətləndirmələrinə əsasən əldə edilməlidir.  
 
Nəticə 
 
Xüsusi Təyintlı Qüvvələr Azərbaycanın həm vuran qoludur, həm də görən gözü. Görünmədən görən, ölmədən dönən” XTQ-miz daim fəaliyyətləri ilə köksümüzü qabardıb. İlk dəfə 1997-ci ildə başlayan uğurlu ənənə, 2016-cı ilin Aprelində və  Vətən Müharibəsində davam edib. Ümumiyyətlə XTQ yaranandan sonra bizim bilmədiyimiz və şitmədiyimiz çoxsaylı əməliyyatlardan üzüağ çıxıb. Məhz buna görə də Ermənistn ordusunun ən qorxulu kabusu məhz Azərbaycan XTQ-sidir. Düşmənlərimiz XTQ-nin əsl gücünü ilk dəfə olaraq 2016-cı ilin aprel ayında baş verən 4 günlük döyüşlərdə açıq-aşkar gördülər. Məhz bu döyüşlərdən sonra düşmənlərimizin canına və ruhuna kəskin XTQ kabusu ömürlük hakim kəsildi.
Azərbaycanın Ali Baş Komandanı İ.Əliyev daim XTQ-nin silahlanmasına, təchizatına və təminatına xüsusi diqqət yetirir. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara sahibdir. Yerli sənayemizin istehsal etdiyi məhsullar da XTQ tərəfindən döyüşlərdə uğurla istifadə edilib.
 
2020-ci sentyabrın 27-də başlayan Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrimiz hərb tarixinə yazılacaq böyük qəhrəmanlıqlar nümayiş etdirdilər. Torpaqlarımızın düşmən tapdağından azad olunmasında XTQ-nin misilsiz xidmətləri oldu. Onların qayalara dırmaşaraq Şuşa şəhərini azad etməsi dünya hərb tarixinə düşdü. Bu gün də həmin əməliyyat dünyanın bir çox ölkələrinin hərbi mərkəzlərində araşdırılır.
 
Şuşa əməliyyatı səsboğucuya malik tapançaların və süngü-bıçaqların hələ də XTQ üçün aktual silah olaraq qaldığını nümayiş etdirdi. Yerli sənayemizin səsboğucuların, kollimatorların, lazer işarələyicilərinin, xüsusi gecəgörmə gözlüklərinin, elektron optik nişangahların, süngü-bıçaqların, səssiz sursatların və bu sursatlardan istifadə edən atıcı silahların istehsalı istiqamətində fəaliyyətlərini genişləndirməsi məqsəduyğun hesab edilə bilər. Adı çəkilən avadanlıqlara silah bazarında tələbat da mövcuddur.
 
P.S. XTQ-nin yaradılmasına qədər qədər artıq 2 dəfə Türkiyədə təlimlərdə olmuşdum. Bir dəfə NATO təlimlərində briqadanın kəşfiyyat rəsi vəzifəsində, digərində isə Türkiyə Quru Qoşunlarına aid hərbi hissədə kəşfiyyat üzrə inspektor kimi türkiyəli həmkarımla birgə yoxlama aparmışdım. Həmin dövrdə ilk dəfə TSQ-nin kəşfiyat, komando və “bordo beretli” hissə və bölmələri, onların vəzifələri və strukturu barədə bəzi məlumatları əldə etmişdim. Bu modelin Azərbaycanda tətbiqinə dair təkliflərimi birbaşa rəisimə yazılı raportla təqdim etmişdim. XTQ Komandanı Hikmət Mirzəyev həmin dövrdə də Türkiyədə Hərbi Akademiyada təhsil alırdı. Görüşüb bu mövuda qısa müddətli fikir mübadiləsi də aparmışdıq. Amma o zaman heç kim düşünməzdi ki, zaman gələcək XTQ yaranacaq, Azərbaycan ərazilərini işğaldan azad edilməsində XTQ müstəsna rol oynayacaq və Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant, “Vətən Müharibəsi Qəhrəmanı” Hikmət Mirzəyev “Qarabağ Fatehi” titulunu haqq edəcək. Tək XTQ-dən 36 hərbi qulluqçunun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülməsi faktı çox şeydən xəbər verir. 
 
Sonda qeyd etmək istərdim ki, biz sizi şəxsən tanımasaqda hər birinizə canımızla, qanımızla borcluyuq. Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. XTQ-nin bütün şəhidlərinə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Sağ qalan qəhrəmanlarımıza isə arzuların ən yaxşısını arzu edirəm, çünki siz hər şeyin ən yaxşısına layiqsiniz. Sizin kimi mərd oğulların adı Azərbaycan tarixinə əbədi yazıldı!
(Snayper hazırlığı, paraşütlə tullanma, ekstemal dəniz əməliyyatları, minlaraın zərərsizləşdirilməsi üzrə ustalıq, estremal şəraitdə sağ qalmaq bacarığı və s) hamısını müvəffəqiyyətlə verərək özünü təsdiq etmişdir.
 
Ədalət Verdiyev, hərbi ekspert,
Xüsusi olaraq Moderator.az üçün
Oxşar xəbərlər
20:21, Bu gün
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
19:54, Bu gün
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
19:52, Bu gün
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
19:51, Bu gün
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
19:41, Bu gün
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
19:39, Bu gün
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
GÜNLÜK
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub