“Yaşıl transformasiya”, yaxud təbiət sevgisi “ekoloji müdafiə silahı” rolunda!
Araşdırma
Oxunub: 4659
17 Sep 2021 | 20:36
“Yaşıl transformasiya”, yaxud təbiət sevgisi “ekoloji müdafiə silahı” rolunda!

Müasir dünyamızda ekologiya və ətraf mühit amilinin öz rolunu sürətlə artırdığı, yaşamımıza daha dərindən və əsaslı şəkildə yön verdiyi birmənalıdır. Çağdaş dünyanın  texnoloji yenilikləri, sürətli sənayeləşmə, təbii komponentlərə insan faktorunun artan təsiri ekoloji durumu daha həssas vəziyyətə gətirməkdədir. Bu baxımdan təbiətin mühafizəsi, onun yaxşılaşdırılması və gələcək nəsillər üçün daha yararlı vəziyyətə gətirilməsi günümüzün insanı qarşısında duran ən başlıca vəzifələrdən biridir.

 

Ekoloji tərəqqi üçün gərəkli olan transformasiya

 

Ekologiya və ətraf mühit yalnız onların qorunmasına, mühafizəsinə bilavasitə məsul olan əlaqədar qurum və idarələrlə yanaşı, kimliyindən, peşə və statusundan asılı olmayaraq hər bir insanı əhatə etdiyindən, təbiətin mühafizəsinin də hər bir şəxs tərəfindən həyata keçirilməsinə ehtiyac var. Ən azından ona görə ki, milyonlarla insanı əhatə edən ətraf mühiti bu sahəyə nəzarət edən bri neçə dövlət müəssisəsi, yaxud  vətəndaş cəmiyyəti hesabına qorumaq mümkünsüzdür. Bu isə o deməkdir ki, təbiətin qorunması hər bir vətəndaş qarşısında bir nömrəli vəzifə kimi qoyulmalı, daha doğrusu, hər bir şəxsə bu nəcib, həyati vəzifənin əhəmiyyəti başa salınmalı, onların bu zərurətə inamı təmin edilməlidir. Çünki yalnız bunun zəruruliyini dərk edən insanın təbiətin keşiyində durması, onun qorunmasına səy göstərməsi mümkündür.

Bunun üçün isə mövcud, yaxud arzulanan “yaşıl cənnət” obrazının öncə insan zəkasına, ruh və təfəkkürünə transformasiyasına ehtiyac var. Yalnız bu transformasiyanı həyata keçirmək – arzuladığımız cənnəti öncə hər bri insanın beynində yaratmaq, daha sonra isə onu təfəkkürdən real dünyamıza köçürməklə uğura nail olmaq mümkündür.

 

Gələcək nəsilə veriləcək ekoloji müdafiə silahı:  təbiət sevgisi!

 

Qeyd etdiyimiz kimi, təbiəti qorumaq üçün öncə insanlara bunun zəruriliyinə inandırmağa, təbiəti onlara sevdirməyə ehtiyac var. Təbiətə sevgi  - bu bizim gələcək nəsilə ekoloji müdafiə və inkişaf adına verə biləcəyimiz ən mükəmməl silahdır. Gənc, yeni nəsilləri bu silahla təchiz etmək üçün təbiət sevgisinin insanlara bağça müəssisələrindən, ibtidai siniflərdən tədrisinə ehtiyac var.  Dərsliklərdə təbiət və onun önəminə daha çox yerin ayrılması, azyaşlıların təbiətlə bilavasitə təmasının vaxtaşırı olaraq təmin edilməsi, istər ailədə, istərsə də məktəbdə insan-təbiət vəhdətinin təbliğ edilməsi, ictimai məkanlarda, yol və meydanlarda təbiətə qayğı və sevgini tərənnüm edən reklamların yerləşdirilməsi və s. bu məsələdə ciddi uğur əldə etməyə imkan verər.

 

“Uşaqlara ekoloji mədəniyyət ən geci 1 yaşından başladılmalıdır”

 

Redaksiyamıza açıqlama verən “Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı hesab edir ki, uşağa ən geci 1 yaşından ekoloji mədəniyyət öyrədilıməlidir: “Ekoloji tərbiyə bütövlükdə tərbiyə prosesinin tərkib, həm də vacib hissəsidir. Psixoloji inkişafda ekoloji tərbiyəyə özünütərbiyə baxımından yanaşılır. Yəni, hələ ən geci 1 yaşından başlayaraq, uşaq dik yeriyərək ətraf aləmlə əşyavi-manipulyativ əlaqələr qurduqca, qarşılaşdığı obyektlərlə davranmağı öyrəndikcə, yaşlılar onlara ekoloji mədəniyyətin qaydalarını öyrətməlidirlər. Məsələn, 1,5 yaşlı uşaq əlində yediyi alma diliminin bir hissəsini yerə atır. Böyüklər isə onu yerdən götürür. Əksər ailələrdə bu uşağın 5-10 yaşına qədər davam edir. Uşaq tökür, böyüklər yığışdırır. Yaxud, qənaət etmək, canlı təbiəti qorumaq, əkmək, becərmək kimi onlarla məsələlərin təməli 1 yaşdan başlamalı, müşahidə etdirilməli, nümunə göstərilməlidir. 3 yaşdan başlayaraq uşaqlarda bu sahədə davranış (sosial rol) mədəniyyəti öyrədilməlidir. 6 yaşa qədər uşaqlarımıza nəyi necə öyrədəriksə, formalaşdıraraq möhkəmləndirəriksə, ömrün sonuna qədər çox az sayda vərdişlər dəyişər. Çünki uşağın motor sahəsi 5-6 yaşda möhkəmlənir. Qorumaq, qayğı göstərmək, qənaət etmək və d. bu kimi ekoloji tərbiyənin mahiyyətində olan məsələlər məktəbəqədər yaşda aparılmazsa, nəticələr formal olacaq. Uşaq da, yeniyetmə də, yaşlı da yalnız situativ hallarda, başqalarına göstərmək üçün bu sahədə qaydaları gözləyəcək, ancaq mənəviyyatda özünə yer tapmayacaq. "Mən"in mədəniyyətinə çevrilməyən ekoloji mədəniyyət süni və keçicidir. Ona görə də ekoloji tərbiyə məktəbəqədər təhsildən başlanmalı, ömrün sonuna qədər davam etməlidir. Hər yaşın bu sahədə öz imkanları və vəzifələri var”.

 

Ekoloji tərəqqinin “Heydər Əliyev” modeli: “Özünüzə və ölkənizə xəyanət etməyin”

 

Ümummilli lider Heydər Əliyev də ekologiya və ətraf mühitə qayğının hər bir şəxsin mütləq vəzifələrindən biri kimi müəyyənləşdirıb, hər kəsin təbiətə qayğı göstərməsinin vacibliyini vurğulayıb. H.Əliyev hesab edirdi ki, hər bir insan təbiətin müdafiəçisi rolunda çıxış etməli, ətraf mühitin yaxşılaşdırılmasına öz töhfəsini verməlidir. Ümummilli lider bu barədə deyirdi:  “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir...”

Göründüyü kimi, H.Əliyev sadəcə bir ağacı kəsən şəxsi özünə, ailəsinə, dövlətinə xəyanət etməkdə ittiham edir. Bu, ümummilli liderin təbiətə nə dərəcədə önəm verdiyini, təbiətə zərər vuran insanlara qarşı barışmaz mövqe ortaya qoyduğunu göstərir. Əslində, ümummilli liderin bu yanaşması istər Azərbaycanda, istərsə də bütün dünyada ekoloji tərəqqi və inkişafın “Heydər Əliyev modeli” hesab edilə bilər.  Bu modelin tətbiqində diqqət yetirilməsi gərəkən ən mühüm məqam isə budur: hər bir uşaq və yeniyetməyə, eləcə də yaş kateqoriyasından asılı olmayaraq hər kəsə təbiətə ziyan vurmağın xəyanət olduğu izah edilməli, məlum əməlin vətənə xəyanət miqyasında cinayət olduğu düşüncəsi təlqin olunmalıdır. Yalnız bu düşüncə ilə böyüyən insanları sözün həqiqi mənasında təbiətin dostuna çevirmək mümkündür.

 

Təbiətə sevgi Allaha sevginin təzahürü kimi, yaxud İslamın müjdələdiyi seçilmişlər...

 

İnsanlara təbiət sevgisini aşılamaq, onların ekoloji komponentlərə qarşı daha duyarlı olmasını təmin etməyin bir növü də din amili, İslamın təbiətə qayğı göstərməyə verdiyi önəmin təbliğidir. Hansı ki, bu siyasəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi kimi dövlət qurumları vasitəsi ilə sistemli şəkildə həyata keçirmək mümkündür. İslam dini və  təbiətlə bağlı dərsliklərdə dinimizin təbliğ etdiyi təbiət sevgisinə geniş yer ayırmaq, təbiətə qayğının Allah tərəfindən təqdir edilən savab əməllərdən biri olduğunu diqqətə çatdırmaq xüsusilə faydalı olar. Hansı ki, istər Qurani-Kərimdə, istərsə də böyük islam alimlərinin çağırışlarında təbiətə sevgi ilə bağlı konkret  müddəalar mövcuddur. Məsələn, Həzrəti Məhəmməd insanlara ağac əkməyi tövsiyyə edərək demişdir: “Kim bir ağac əkib, meyvə verənədək onu qorusa, qulluq etməkdə səbirli olarsa, ondan yeyilən hər meyvənin müqabilində Allah yanında onun üçün bir sədəqə yazılar”.

Həzrəti Əli və digər mütəfəkkirlərin tövsiyyələrində də təbiətə qayğı insanı axirət dünyasının əzablarından qurtaran savab əməllərdən biri kimi dəyərləndirilmişdir.

Təbiətə qayğı göstərən, onun inkişafına, mühafizəsinə yardımçı olan şəxslərin bir növ cənnətlə müjdələnən şəxslər olması gerçəyi, bu gerçəyin təbliği bir çox insanın təbiətə münasibətini əhəmiyyətli dərəcədə dəyişə bilər.

 

Ekologiyamızın “qara yarası” – Qarabağ!

 

Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı ciddi layihələr həyata keçirilsə də, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağda bu baxımdan vəziyyət daha acınacaqlıdır. Buna səbəb 30 il yaxın işğal altında olan Qarabağ və ətraf ərazilərdə ermənilərin həyata keçirdiyi ekoloji terror siyasətidir. Hansı ki, bu siyasət bütövlükdə rəsmi İrəvanın Azərbaycana qarşı gerçəkləşdirdiyi terror siyasətinin çoxsaylı elementlərindən biridir. İşğal altındakı meşə fondumuzun məqsədli şəkildə məhv edilməsi, su hövzələrinin, çay və göllərin istehsalat müsəsisələrinin tullantıları ilə çirklənidirlməsi, Metsamor AES-in bəzi tullantılarının xüsusi yeşiklərdə torpaqlarımzıda basdırılması, habelə sözügedən stansiyanın radioaktiv maddələrinin bir qisminin Araz çayına axıdılması və s. Qarabağı ekologiyamızın “qara yarası”na çevirməkdədir.

 

Təbii, 44 günlük Vətən müharibəsindən sonra Qarabağın işğaldan azad edilməsi dövlətimizin bu bölgədə ekoloji müstəvidə də ciddi addımlar atması ilə müşahidə olunmaqdadır. Bununla yanaşı, Qarabağda baş verənlərin yalnız Azərbaycan deyil, bütövlükdə regionun və dünyanın ekoloji durumuna mənfi təsir göstərdiyi həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmalı, məlum ekoloji terrorun önlənməsi üçün beynəlxalq qurumların problemə müdaxiləsi təmin edilməlidir.

Məsələ ilə bağlı redaksiyamıza açıqlama verən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti  Müşfiq Ələsgərli də Ermənistanın ekoloji müstəvidə həyata keçirdiyi cinayətlərin ifşa edilməsinin zəruri olduğunu vurğuladı:

 

“Qeyd etdiyiniz kimi, Ermənistan Azərbaycan qarşı bir neçə müstəvidə, eləcə də ekoloji müstəvidə ağır cinaytlər törətmişdir. Vaxtı ilə işğal altında qalan ərazilərdə meşələrimizin kütləvi şəkildə məhv edilməsi, su hövzələrinin çirkləndirilməsi və s. buna nümunədir. Hesab edirəm ki, mediamız ermənilərin ekloji müstəvidəki cinaytətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün ciddi addımlar atmalı, sistemli şəkildə fəaliyyət ortaya qoymalıdır. Əgər belə bir fəaliyyət ortaya qoyulsa, o zaman bu, xalqımızın və dövlətimizin maraqları baxımından  olduqca faydalı olar”.

 

Seymur Əliyev

Moderator.az

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.17. istiqaməti üzrə (ekologiya və ətraf mühitin mühafizəsi) hazırlanmışdır.

 

 

Oxşar xəbərlər
20:50, Bu gün
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
20:48, Bu gün
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
20:46, Bu gün
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
20:43, Bu gün
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Mayın 5-6-da maqnit qasırğası olacaq
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib