Güney Azərbaycanda və İranda son həftənin ictimai-siyasi mənzərəsi İcmal
Araşdırma
Oxunub: 3304
28 Dec 2013 | 13:03
Güney Azərbaycanda və İranda son həftənin ictimai-siyasi mənzərəsi
  İcmal

İranla altılıq ölkələri arasındakı Cenevrə müzakirələrində razılıq əldə olunmayıb 

“İranla “altılıq” ölkələri arasında Cenevrədə ekspertlər səviyyəsində keçirilən nüvə müzakirələrində indiyədək cüzi irəliləyiş əldə olunub”. Bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı da təsdiqləyib. Tərəflər arasında dekabrın 19-da “İntercontinental” otelində başlayan və üç gün davam edən danışıqlarda mühüm irəliləyiş əldə olunmayıb: “Bu baxımdan müzakirələrin davam etdiriləcəyi ehtimal olunur”.

Lakin İranın “Fars” xəbər agentliyi isə diplomatik mənbələrə istinadən xəbər yayıb ki, artıq müzakirələrin sona çatdıb. Məlumata görə, danışıqların daha yüksək səviyyəli rəsmilər arasında aparılmasına qərar verilib. Xəbərdə həmçinin İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında telefon danışığının olacağı da bildirilib.

Qeyd edək ki, tərəflər noyabrın 24-də İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmanın qüvvəyə minməsi üçün danışıqlar aparırlar.

Bu arada Əli Əkbər Salehi Ərak ağır su reaktorunu bağlanmayacaqını bildirib. 

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi qeyd edib ki, İranın məqsədi nüvə silahı əldə etmək deyil.Təşkilat sədri həmçinin deyib ki, nüvə enerjisindən istifadə etmək İranın hüquqi haqqıdır: "Ərak" ağır su reaktoru da öz fəaliyyətini əvvəlki kimi davam etdirəcək. Əgər "Altılıq" ölkələrə əldə edilmiş razılaşmalara uyğun olaraq İrana qarşı tətbiq olunmuş sanksiyaları ləğv etsə, biz də öz növbəmizdə razılaşmanınn qaydalarının icrasına başlayacağıq". 

Qeyd edək ki, son günlərdə İranla "altılıq" arasında Cenevrədə əldə olunan razılaşmaya qarşı İran rəsmiləri tərəfindən etirazlar artıb. İranda olan mənbələrimiz bunun əsas səbəbini ABŞ-ın İrana qarşı təsdiqlədiyi yeni sanksiyalarla əlaqələndirirlər.

ABŞ Senatının bir qrup üzvü İrana qarşı tətbiq edilməsi planlaşdırılan və ölkə prezidentinin veto qoya bilməyəcəyi yeni sanksiya qanunu hazırlayırlar. 

Layihənin əsas müəllifi ABŞ Senatının demokratlar fraksiyasının rəhbəri Harri Reyddir. Onun yeni sanksiya layihəsini ABŞ Senatının səsverməsinə çıxarmaq üçün gələn ay təqdim edəcəyi bildirilir. H. Reydin təqdim edəcəyi yeni sanksiya qanununu dəstəkləyən senatorlar da Ağ Evin təhdidinə cavab olaraq layihəni veto qoyula bilməyəcək təsdiqləmək niyyətindədirlər.

Qeyd edək ki, ABŞ Senatının bir qrup üzvü İrana qarşı sanksiyaların sərtləşdirilməsini istəyir. Layihə dekabrın 19-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez tərəfindən 26 senatorun imzasının olduğu məktubla quruma təqdim edilib. Onlardan 13-ü Respublikaçılar, 13-ü isə Demokratlar partiyalarından olan senatordur. Bu layihə rəsmi Tehranın İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq Birgə Fəaliyyət Planını yerinə yetirməyəcəyi və ya yekun sazişi imzalamaqdan imtina edəcəyi təqdirdə tətbiqini nəzərdə tutulur. Eyni zamanda layihə növbəti bir il ərzində İranın neft ixracına və bir neçə sənaye sektoruna sanksiya qoyulmasını özündə ehtiva edir. Bundan əlavə, layihə həmçinin ABŞ hökumətini İranın nüvə proqramının qarşısını almaq üçün həyata keçirəcəyi hərbi müdaxiləyə hər cür hərbi, diplomatik və iqtisadi dəstək verməyə məcbur edir.

Lakin ABŞ Senatının Demokratlar Partiyasından olan on komitə sədri İrana qarşı yeni sanksiyaların tətbiqinə qarşı çıxıb. Bunlar Tim Conson (ABŞ Senatının Bankçılıq Komitəsinin sədri), Dayan Faynştayn (Kəşfiyyat), Karl Levin (Silahlı Qüvvələr), Barbara Mikulski (Büdcə Təxsisatları), Barbara Bokser (Ekologiya), Con Rokfeller (Ticarət), Tom Karper (Milli Təhlükəsizlik), Patrik Lihi (Ədliyyə), Ron Vayden (Enerji) və Tom Harkindir (Səhiyyə). Onlar indiki şəraitdə İrana qarşı yeni sanksiya tətbiq edilməsini məqbul saymayıblar.Bütün bunlar onu göstərir ki,iranla altılıq ölkələri arasında müzakirələr dalana dirənib.İrəan rəsmiləri qərb ölkələrindən irana qarşı tətbiq olunan sanksiyaları bütövlükdə lğv etməyi tələb etsədə bu məsələ hələ söz olaraq qalmaqdadır.Başqa tərəfdən isə iranda radikal düşərgə (Mühafizəkarlar) bötövlükdə qərb dövlətləri özəliklə Amerikailə hərhansı bir anlaşmanın əleyhinədir.

Bu səbəbdən nə iran rejimi nədə qərb dövlətləri danışıqların müsbət nəticəsinə şübhəilə yanaşırlar.

Buna görədə irana qarşı qoyulan sanksiyaların təsiri və rejimin yanlış siyasəti ucbatından İranın bütün vilayətlərində işsizlik,ərzaq qıtlıqı,bahalıq günü gündən dahada cidi xarakter alır.

Bu aradaTürkiyədə rüşvət olayı ilə əlaqədar həbs edilən iş adamı Rza Zərrabın iranlı ortağı Babək Zəncaninin Tehranda başlatdığı böyük layihə ləğv edilib. 

Gənc milyarderin “İran Zəmin” olaraq adlandırdığı layihə küllü miqdarda maliyyə tutumu ilə hər kəsi heyrətləndirmişdiO, paytaxt Tehranda 27 mərtəbəli nəhəng alış-veriş mərkəzi tikməyi planlaşdırsa da Türkiyədəki son olaylardan sonra nəhəng layihəsi ləğv edilib. Bu barədə Tehran bələdiyyə şurası qərar çıxarıb. 

Layihənin ləğvinə sərt reaksiya verən Zəncani “Kimsəyə zor tətbiq etməyə və məntiqdən kənar hərəkət etməyə icazə verməyəcəm”-deyib.

İran mətbuatı isə Zəncaninin bu çıxışını hökumətə təsir kimi qiymətləndirir. 

Rüşvət olaylarından sonra İrana bağlı bəzi media qurumları Zəncaninin qanunazidd fəaliyyətlə məşğul olduğunu iddia edib. Hətta onun sabiq prezident Mahmud Əhmədnejadla bağlı olduğu, onun hakimiyyəti zamanı qanunsuz fəaliyyətlə məşğul olduğu, Əhmədinejadın postunu itirməsindən sonran Zəncaninin yeni hökumətlə anlaşa bilmədi də qeyd edilir.

Bütün bu deyilənlərə baxmayaraq, irandakı mənbələrimiz bildirir ki, Reza Zərrab, Babək Zəncani və adları hələ gizli saxlanınan dünyanın müxtəlif ölkələrində sahibkarlıqla məşğul olan iranlı biznesmənlərin çoxu iran rejimilə six əlaqədə olan admlardır.həmin biznesmənlər iranın xarici banklarda dondurulmuş milyardlarla dolları rüşvət vermək yolu ilə geri qaytarmaq çalışırlar. Həmin pulların 40 milyard dolları rusiyada və təxminən 80 milyard dollar türkiyədə olduqu bildirilir.Royal holdinq,Royal qizıl və qimətli əşyalar ticarəti şirkətinin sahibi Reza Zərrab iranın inqilab keşikçiləri korpusu (Sepaha )məxsus külli miqdarda çirkili pulları yumaqla məşğul olurmuş.Mənbəimiz əlavə edir ki,rusiyaya köçürülmüş 40 milyard dollar iranın pulu Reza Zərrabın vasitəsilə dubaydan köçürülüb.Lakin iran rejimi həmin pulun iran hökümətinin yox hansısa adı açıqlanmayan iranlı bir iş adamına məxsus olduqunu idia edir.

Mənbəmiz bunuda əlavə edir ki,Reza Zərrab və onun komandası iran rejiminin əldə edə bilmədiyi nüvə avadnlıqlarını və hərbi silah sursatı qeyri qanuni yollarla (qara bazaar)dan alaraq irana çatdırırmış və Reza Zərrabın sərmayəsinin 90% İran rejiminə məxsusdur.

İran İnzibati Məhkəməsinin sədri Məhəmmədcəfər Müntəziri dekabrın 26-da qurumun əyalətlərdəki nümayəndələri qarşısında çıxış edərək keçmiş prezident Mahmud Əhmədinejadı yalançı adlandırıb.

Məlumata görə, Müntəziri deyib ki, Əhmədinejad fasid və korrupsioner şəxslərə dəstək verib onları vəzifəyə təyin etdiyi üçün hazırkı qanun pozuntularının əsas səbəbkarlarından biridir: “Bizim keçmiş hökumətdəki müsibətlərimizdən biri bu idi ki, Əhmədinejad xalqa həmişə yalan danışır, qanunu isə açıq-aşkar ayaq altına salıb tapdalayırdı. İnsanlar ölkənin icra hakimiyyətinin ən yüksək rütbəli şəxsinin bu qədər qanun pozuntularını görəndən sonra kimə inana bilərdi?

Bu gün ölkənin problemləri və çatışmazlıqları haqda yayılan hər bir xəbərdə keçmiş hökumətin üfunət qoxusu qalxıb hər yeri bürüyür. Əhmədinejad hökuməti Səid Mürtəzəvi kimi fasid bir şəxsi gətirib Sosial Təminat Təşkilatına başçı təyin edəndə bizim qurum bu təyinata etiraz edib bu insana yol verdiyi qanunsuzluqlara görə məhkəmələrdə iş açıldığını bildirmişdi. Lakin Əhmədinejad bütün etirazlara məhəl qoymadan həmin şəxsin təyin etdiyi vəzifədə qalmasına israr edirdi”.

Bu arada İran Parlamenti paytaxtın Tehrandan köçürülməsi layihəsini təsdiqləyib 

İran mətbuatının verdiyi məlumata görə, iclasda 214 deputat iştirak edib. Qərarın lehinə 110, əleyhinə 67 nəfər səs verib, 10 nəfər isə bitərəf qalıb.


Layihə yeni paytaxt müəyyənləşdirildikdən sonra Tehranda yerləşən siyasi və inzibati strukturların köçürülməsini nəzərdə tutur.

Ancaq İran hökuməti paytaxtın köçürülməsinin əleyhinədir və bununla bağlı İranın ali dini liderinin qərar qəbul etməsini təkid edir.

İran prezidenti Həsən Ruhani dekabrın 25-də, milad axşamı İran-İraq müharibəsində (1980-1988) iştirak etmiş ermənilərin ailələrinə hədiyyə aparıb.

Ruhani müharibədə həlak olan Musesiyan soyadlı ata-oğulun evinə gedərək onların ailə üzvləri ilə görüşüb, yeni il münasibətilə təbrik edib: “Biz müsəlmanlar üçün İsa Məsih rəhmət və mehribanlıq peyğəmbəridir. Mən bu əziz gecədə fürsətdən istifadə edərək siz xristian şəhid ailələrinə təşəkkür edirəm. İran bütün iranlıların - istər müsəlman olsun, istər də xristian və ya digər azlıqlardan olsun - vətənidir. Biz ölkənin inkişafı üçün hamımız əl-ələ verib birgə çalışmalıyıq”.

Ruhani müharibə əlili olan erməni Albert Mahmudlunun da evində olub və onun ailə üzvləri ilə görüşüb. Ruhani deyib: “Erməni şəhidləri və əlillər vətənin müdafiəsi uğrunda canfəşanlıq edərək əllərindən gələni əsirgəməyiblər. Sizin bir İran ermənisi olaraq müharibə cəbhəsinə getməyiniz onu göstərir ki, iranlılar bütün çətinliklərdə çiyin-çiyinə hərəkət edərək bir-birinə dayaq olurlar. Bu isə bütün dünyaya, eləcə də etnik müharibələrlə üz-üzə qalan ölkələr üçün bir dərsdir”.

İran rejiminin ayri-seçkilik siyasəti ölkə prezidenti Həsən Ruhani dönəmində də davam etməkdədir. 

Həsən Ruhani dövləti gələn il İsfahanda baş verə biləcək adi quraqlığın qarşısını almaq üçün 700 milyard rial ayırdığı halda, qurudularaq böyük ekoloji faciəyə yol açan Urmu gölünün bərpası üçün 20 milyard rial ayırıb. Bu isə təsəvvürə gəlməz dərəcədə ayri-seçkilik siyasətini göstərir. Çünki Azərbaycanın yeraltı-yerüstü sərvətlərini talayıb fars bölgəsinə aparan rejim ən azından Azərbaycandan apardığı sərvətlərin bir hissəsi hesabına qurutduğu Urmu gölünü bərpa etməlidir. Lakin bir fars əyalətində baş veməyən faciəyə 700 milyard rial ama Azərbaycanın bir neçə əyalətini təhlükə qarşısında qoyan Urmu gölünə 20 milyard rial ayrılır.

Bunlar onu göstərir ki, Həsən Ruhaninin Urmu gölünün qurtarma və Azərbaycan Türkcəsi mədəniyyət evi yaratma barədə vədləri yalan imiş. Ona görə ki, büdcədə bunların heç biri üçün büdcə ayrılmayıb və bu sahədə əməli heç bir iş də görülmür.

Urmiyə Universitetinin müəllimi Mirəli Məhəmmədi Urmu gölü ətrafında 38 kəndin tərk edildiyini bildirib. O deyib ki, Urmu gölünün ətrafında 220 min hektar ərazidə, yeraltı sularının tarazı aşağı düşdüyü üçün şorlaşma baş verir və hətta məntəqədə yaranan duz küləkləri Qəzvin və Tehranı belə təhdid edəcək. O, gölün ətrafındakı kəndlərin boşalmasının səbəbini əkin ərazilərinin şorlaşması və həmin ərazilərin daha əkinə yararsız olması ilə bağlı olduğunu bildirib.

Məlumata görə, həmin kəndlərin əhalisi işsiz qaldıqları üçün kəndlərini tərk etməyə məcbur olublar.

Bununla yanaşı, Urmiyənin İran parlamentindənki millət vəkili Nadir Qazipur növbəti dəfə Urmu gölü ilə bağlı həyəcan təbili çalıb. 

3-cü gün Miyana şəhərində bir stadionun açılışı zamanı çıxış edən N.Qazipur Urmu gölü ilə bağlı Ruhani hökumətini tənqid atəşinə tutub:

“Təəssüflə keçmiş hakimiyyət Urmu gölünə yardım yerinə şüar verdi və onu məhv etdi. Həsən Ruhani dönəmində də Urmu gölü ilə bağlı yaradılan işçi qrupu göllə bağlı heçnə etmir və görünür ki, Urmu gölünü qurutmağa çalışırlar.

Enerji naziri Həmid Çitçianın üzündən icra edilməli olan layihələrə başlanılmır və bu günə qədər heç bir əməli iş görülməyib. H.Çitçian gölü qurutmaq istəyir və bu gölün nicatını vacib saymır. Gələn ilin büdcəsində də Urmu gölü üçün heç bir vəsaitin ayrılması müşahidə olunmur.

Mən siz azərbaycanlılardan xahiş edirəm dövlətdən tələb edib ki, prezidentin özü vəya onun birinci müavini Urmu gölü məsələsinə yetişsinlər”.

Millət vəkili sözlərinin sonunda Urmu gölünün gündən-günə quruduğunu vurğulayaraq bildirib ki, Urmu gölünün əsas qatili Enerji naziridir.

Yuxarıda qeyd olunlarla yanaşı, İran rejimi Güney Azərbaycan milli hərəkat fəallarına qarşı həbs və təhdidlərini davam etdirir belə ki, Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan Səid İbrahimzadə İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinə çağırılıb.Fəal dekabrın 21-də milli zəmidə apardığı dinc fəaliyyətlərinə görə, eləcə də Türkiyəyə son səfərinin səbəbi haqda dindirilib. Dindirilərkən təhdidə və təzyiqə məruz qoyulan fəalın konkret nədə günahlandırıldığı bilinmir.Səid İbrahimzadə 2011-ci ilin sentyabr ayında Təbrizdə Urmiya gölünün qurumasına qarşı etiraz aksiyalarına qatıldığına görə tutulmuşdu. O, 87 gün Təbrizin mərkəzi zindanında saxlandıqdan sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Azərbaycanlı milli-mədəni fəal Səid İbrahimzadəyə Təbrizin Kəşfiyyat Nazirliyi idarəsi tərəfindən təzyiq edilir. 

Dekabrin 21-də ETTELAAT idarəsinə çağırılan fəal, 37-ci kabinetə müraciət etdikdən sonra sorğu-suala tutulub. Hələlik soruşdurma barəsində dəqiq məlumat yoxdur.Xatırladaq ki, adını çəkdiyimiz fəal bundan öncədə, ekoloji və mədəni zəminlərdə etdiyi fəaliyyətə görə, rejim tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb və aylarca həbsdə saxlanılıb.

Azərbaycanlı fəal və musiqiçi İsmayıl Bərzgəri 60 gündən sonra aclıq aksiyasını dayandırıb. 

Zindanın rəis müavini Cavad Momini 240-ci bölümün təkadamlıq məhbəsinə salınan Bərzgəri ilə görüşüb və ona söz verib ki, dosyesinə yenidən baxılacaq. Momininin bu vədindən sonra fəal 60 gün davam edən aclıq aksiyasına son qoyub və Evin zindanının 350-ci bəndinə qaytarılıb. Momini azərbaycanlı fəala bildirib ki, onun dosyesi dekabrın 3-də yenidən baxılmaq üçün göndərilib və martın 3-də nəticə məlum olacaq.
Qeyd edək ki, İsmayıl Bərzgəriyə rejim tərəfindən şərlənərək xarici ölkəyə casusluq ittihamı vurulub və 7 il həbsə məhkum edilib. O rejimin məhkəməsinin ədalətsiz hökmünə, zindan və məhkəmə məsullarının yalan vədlərinə və xəstəxanaya çatdırılmamasına etiraz olaraq neçənci dəfədir aclıq aksiyası keçirib.

Bu arada Qərbi Azərbaycan vilayətində daha 4 nəfər edam edilib.Məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər.

Onlar dekabrın 25-də 6 məhbus edam hökmünün icrası üçün təkadamlıq kameralara köçürülüblər. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dekabrın 26-da səhər saatlarında Urmiya şəhərinin mərkəzi həbsxanasında asılıblar.

Məhbusların ad və soyadlarını da müəyyənləşdirmək mümkün olub. Bunlar Məhəmməd Qızılbaş, Hiva Müjdei, Mehdi Ağacani və Həsən Xəbbazidir. Digər iki məhbus - Əsəd Mərufi və Seyid Məhəmməd Rəsuli isə edam hökmləri icra edilmədən yenidən Urmiya şəhərinin mərkəzi həbsxanasına geri qaytarılıblar. Onlara öz işlərindən şikayət vermək hüququ tanınıb.

Güney Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Hüseyn Əlizadənin tutulduğu barədə xəbər yayılıb

Güney Azərbaycanda olan mənbələrimizin verdiyi məlumata əsasən İran Kəşfiyyat Nazirliyinin Təbriz şöbəsinin əməkdaşları bu şəhərin sakini olan fəalı dekabrın 24-də iş yerində tutub bilinməz istiqamətə aparıblar. Fəalın evində yoxlama aparılıb, ona məxsus Azərbaycandilli kitablar və digər şəxsi əşyalar götürülüb. Məmurların kobud rəftarına və zorakılığına etiraz bildirən fəalın ailə üzvləri təhdid edilib. 

Hüseyn Əlizadənin konkret nədə günahlandırıldığı bilinməsə də, onun həbsi 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Təbrizdə qurulan Azərbaycan Milli Hökumətinin 68-ci ildönümü mərasimlərində fəal iştirakı ilə əlaqələndirilir. Azərbaycanlı fəalın hazırda harada saxlandığı bilinmir.

Təbrizdə İran Kəşfiyyat Nazirliyi İdarəsində işgəncə edilən Güney Azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvinin həyatı təhlükədədir.

İnsan haqları təşkilatları isə onun işgəncə altında ölümcül hala salınmasına laqeyd yanaşır və susurlar. Heç bir insan haqları təşkilatı Rəzəvinin işgəncə edilməsinin qarşısını almaq məqsədilə indiyə qədər faydalı heç bir iş görməyib. İran rejiminin məhkəmə və ETTELAAT orqanları fəalın həyatı və sağlamlığı ilə bağlı məsuliyyət daşımalıdır. Fəala verilən işgəncələr nəticəsində onun ayaqları iflic olub və fəal ETTELAAT-da əlil arabasından istifadə edir. Həmçinin gözlükdən istifadə edən fəalın, işgəncə edilərkən gözünə vurulan yumuruqlar nəticəsində gözlüyü sınıb və gözünün biri də xəsarət alıb. Fəala o qədər qeyri-insani işgəncələr verilib ki, ağzında bir dənə də sağlam dişi qalmayıb. Vəhşicəsinə işgəncə edilməsi nəticəsində fəalın bütün üzü və başı göyərib və tanınmaz hala salınıb. Rejimin bu qeyri-insanı işgəncəsi onunla bağlıdır ki, fəaldan yalan etiraf alıb və “Traxtur” futbol takımı ilə “Əlcəzirə” arasında keçirilən yarışda ingiliscə yazılmış “Güney Azərbaycan İran deyil” plakatının qaldırılmasını onun boynuna qoysunlar.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvi dekabrın 4-də Təbrizdə ETTELAAT idarəsinin məmurları tərəfindən tutuqlanıb. Milli-mədəni fəal bundan öncə Təbrizin Azərbaycan meydanında çıxış etdiyinə görə saxlanılıb və işgəncə edilmişdir. O, 2011-ci il aprelin 2-də Urmu gölü böhranı ilə bağlı çıxışında, gölün nicatı üçün çayların üstündə tikilən səddlərin açılmasını tələb etmişdi. ETTELAAT idarəsinin telefon əlaqələrinə məhəl qoymayan milli-mədəni fəal həmin il iş yerindən qayıdarkən qanunsuz bir şəkildə ETTELAAT məmurları tərəfindən yaxalanıb və həbs edilmişdi.

Tehranın Evin zindanının 350-ci bölümündə məhbus həyatı yaşayan azərbaycanlı siyasi məhbus doktor Əsədullah Əsədi, yenidən intiqal edildiyi təknəfərlik kameradan 350-ci bölümə qaytarılıb. 

Ə.Əsədi dekabrın 22-də məsullar tərəfindən azadlığa buraxılmasının təmin edilmədiyinə etiraz etdiyinə görə 240-ci bölümün təknəfərlik kamerasına köçürülmüşdür.

Qeyd edək ki, bundan öncə zindan tərəfindən məhbusun vəziyyətinə dair verilən vərəqədə qeyd edilmişdi ki, Əsədulla Əsədi dekabrın 12-də sərbəst buraxılacaq. Yəni Əsədinin həbs müddəti 5 ildən 3 ilə endirilmişdi. Lakin rejim öz qərarına belə əməl etməyib və siyasi məhbusu daha 2 il həbsdə saxlamaq qərarına gəlib. Hökmü icra edən məsullar bildiriblər ki, siyasi məhbusun cəzasının yüngülləşdirilməsi vəya əfvinə dair heç bir qərar qəbul edilməyib və məhkumluq dövrünü bütöblükdə çəkməlidir.

Keçən günlərdə Güney Azərbaycanın Xiyav (Meşginşəhr) şəhərinin yaxınındakı üç kənddə (Əhmədabad, Qəssabə və Hıq) 90 nəfər zəhərlənmişdir.

Bəzi mənbələr isə zəhərlənən soydaşlarımızın sayını daha çox bildiriblər. 
İranın rəsmi xəbər agentliklərinə istinadən Ərdəbil vilayətinin Dövlət orqanlarına bağlı ekspertlərin sözlərinə görə, zəhərlənməyə qaz səbəb olub və bu naməlum qaz haqqında araşdırmalar davam edir.
Xiyavın (Meşginşəhr) İcra Hakimi Seyyid Həmid İbadüllahi İSNA xəbər agentliyinə bildirib ki, “dekabrın 23-ü gecə saatlarında xəstəxanaya göndərilən 90 nəfərin 46-ı xəstəxanaya yatırılıb. Onların əksəriyyəti evə buraxılıb, lakin bir neçəsinin vəziyyəti ağırdır və onlar reanimasiya şöbəsinə köçürülüb”. 
Rəsmi orqanların bildirdiyinə görə, hadisə ilə bağlı araşdırma aparılır, lakin hələlik zəhərləyici qazın nə olduğu müəyyənləşməyib.

İran rejiminin müxalifi olan Xalq Mücahidləri Təşkilatı 3 üzvünün öldüyünü, 50 nəfərin yaralandığını açıqlayıb 

İran Xalq Mücahidləri Təşkilatı (İXMT) üzvlərinin qaldığı İraqın paytaxtı Bağdad şəhərinin 15 kilometr qərbində yerləşən və Bağdad Beynəlxalq Hava Limanının yaxınlığındakı ABŞ-ın köhnə hərbi bazası olan “Camp Liberty”yə (“Azadlıq”) hücum nəticəsində üç nəfərin öldüyünü, 50 nəfərin isə yaralandığını açıqlayıb.

Dekabrın 26-da yerli vaxtla saat 21:15-də baş vermiş hadisə İraq rəsmiləri tərəfindən də təsdiqlənib. Hücumun məsuliyyətini “Muxtarın ordusu” şiə qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.

İraqın bir təhlükəsizlik rəsmisi düşərgəyə 4 qumbaranın atıldığını, nəticədə 2 nəfərin yaralandığını, heç bir adamın ölmədiyini bildirib. Ancaq bir müddət sonra İraq polisi 4 yaralının Bağdadın qərbindəki xəstəxanalardan birinə qaldırıldığını açıqlayıb. Lakin İXMT “Camp Liberty”yə 10 qumbaranın atıldığını nəticədə Məhəmməd Cavad Saleh Tehrani, Mahmud Bornəfər və Abbas Nəmvarın öldüklərini bəyan edib.

Bu arada ABŞ İXMT üzvlərinin qaldığı düşərgəyə hücumu pisləyib. ABŞ Dövlət Departamentinin sözçüsü Cen Saki bildirib ki, rəsmi Vaşinqton İraq hökumətini və BMT nümayəndələrini hadisə zamanı yaralanan insanların müalicəsini təmin etməyə çağırır: “Biz həmçinin İraqdan düşərgə sakinlərinə qarşı zorakılığın qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini artırmasını istəyirik”.

Qeyd edək ki, İXMT üzvləri rəsmi Tehranın təzyiqi, İraq şiələrinin düşərgə qarşısında etiraz aksiyaları keçirməsi səbəbindən İraq hökumətinin qərarı ilə “Əşrəf” düşərgəsindən ABŞ-ın köhnə hərbi bazası “Camp Liberty”yə köçürülüblər. 2011-ci ilin dekabrında BMT və İraq arasında imzalanmış müqaviləyə əsasən, İXMT üzvləri üçüncü ölkədə yerləşdirilənə qədər onlar “Camp Liberty”də qalmalıdırlar. Hazırda düşərgədə təşkilatın 1500 üzvü var.

İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İXMT İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra təşkilatın minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib. Avropa Birliyi və Böyük Britaniya İXMT-nin adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxarıb.
Oxşar xəbərlər
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
GÜNLÜK
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar