Türk Qacarlar sülaləsini Rusiyanın İrandakı  kazak briqadasının komandiri  devirdi...
Oxunub: 4719
21 Jul 2021 | 18:24
Türk Qacarlar sülaləsini Rusiyanın İrandakı  kazak briqadasının komandiri  devirdi...
 “Həmin briqadanın komandirləri olan rus hərbi kəşfiyyatçıları ümimilikdə 26 il  Qacarları devirmiş Rza Pəhləviyə də bilavasitə komandirlik etmişlər...”
 
“1878-ci ildə Avropaya səfər edən Nəsirəddin şah İrəvandan keçərkən onun şərəfinə nümunəvi kazak alayının rəsmi keçidi təşkil olunmuşdu. Şah rus kazaklarının sıra hazırlığına, silahla rəftarına və atsürmə məharətinə valeh olmuşdu...”
 
Moderator.az  Milli Kimlik Araşdırmaları qrupunun üzvü Araz Şəhrilinin “Naməlum müharibə silsiləsindən – Xaqan oğlu Xaqan Nəsirəddin Şah Qacar” yazısının II hissəsini təqdim edir:
 
1925-ci il oktyabrın 31-də İran kazak briqadasının on üçüncü komandiri Rza Pəhləvi Qacarlar sülaləsini devirdi. İranda Pəhləvilər sülaləsi hakimiyyətə gəldi. 
 
Rza şah Pəhləvinin 1894-cü ildən 1920-ci ilədək xidmət etdiyi İran kazak briqadası 1879-cu ildə Rusiya hərbi kəşfiyyatı tərəfindən yaradılmış hərbi struktur idi.
 
Rusiya dövləti Nəsirəddin şah Qacarı (1831–1896) kazak briqadasının təşkilinə razı salmaq üçün aşağıdakı taktiki gedişləri etmişdi:
 
- əvvəlcə Rusiya hərbi kəşfiyyatının Tehrandakı nümayəndəsi məxfi müşavir Zinovyev bir neçə dəfə şahın qəbulunda olmuş, kazaklardan söz açıb onları rus çarının dayağı kimi tərifləmiş, kazak hissələrinin yüksək döyüş keyfiyyətləri, nizam-intizamı barədə danışmış, bu yolla Nəsirəddin şah Qacara təsir göstərmişdi.
 
- sonra 1878-ci ildə Avropaya səfər edən Nəsirəddin şah İrəvandan keçərkən onun şərəfinə nümunəvi kazak alayının rəsmi keçidi təşkil olunmuşdu. Şah rus kazaklarının sıra hazırlığına, silahla rəftarına və atsürmə məharətinə valeh olmuş, onun bu heyranlığı rus zabitlərinin də nəzərindən yayınmamışdı.
 
- Nəsirəddin şahı müşayiət edən ruslar münasib şəraitin yetişdiyini hiss edib onun diqqətinə çatdırmışdılar ki, Rusiya imperiyası belə bir hərbi hissənin yaradılmasında Qacar dövlətinə hər cür yardım göstərməyə hazırdır.
- təsir altında olan Nəsirəddin şah Qacar şifahi razılıq verən kimi ona müqavilənin mətni təqdim olunmuş və imzalanma mərasimi keçirilmişdi. Şah səhv etdiyini sonradan anlasa da, necə deyərlər, artıq iş işdən keçmişdi.
 
Təsis edildiyi gündən İran kazak briqadası Rusiya hərbi kəşfiyyatının rezidenturası rolunu oynamağa başladı. 1920-ci ilədək bu briqadanın bütün komandirləri rus zabitləri olmuşlar:
 
1) Briqadanın birinci komandiri (1879–1882) süvari generalı  Aleksey İvanoviç Domontoviç (1846–1909) bu vəzifəyə təyin edilənədək Qafqaz hərbi dairəsində xüsusi tapşırıqlar üzrə qərargah zabiti olmuşdur.
 
2) Briqadanın ikinci komandiri (1883–1885) general-mayor Pyotr Vladimiroviç Çarkovski 1879-cu ildə çarın əmri ilə mülki vəzifəyə keçirilərək Türkiyənin Trabzon şəhərindəki rus konsulluğuna ştatdankənar katib təyin edilmiş, dörd il sonra yenidən hərbi xidmətə qaytarılıb İrana ezam olunmuşdur. 
 
3) Briqadanın üçüncü komandiri (1885–1891) general-leytenant Aleksandr Nikolayeviç Kuzmin-Karavayev (1862–1923) Qafqaz hərbi dairəsində tapşırıqlar üzrə ober-zabit, xüsusi tapşırıqlar üzrə qərargah zabiti və kiçik kargüzar olmuş, uzun illər Asiya ölkələrində hərbi kəşfiyyatçı missiyasını yerinə yetirmişdir. O, Cənubi Qafqaz, İran və Əfqanıstan üzrə mütəxəssis idi. 1918-ci ildə könüllü şəkildə bolşeviklərin tərəfinə keçmiş, 1920-ci ilədək Qırmızı Orduda xidmət etmiş, sonra Yuqoslaviyaya köçmüş və orada vəfat etmişdir. 
 
4) Briqadanın dördüncü komandiri (1891–1894) polkovnik Nikolay Yakovleviç Şneur 1880–1881-ci illərdə Avropa, Asiya və Amerika ölkələrində hərbi kəşfiyyat missiyasını yerinə yetirmişdir. Bir neçə xarici dil bilən N.Y.Şneur açıq və qapalı mənbələrdən məlumat toplamağı bacaran təcrübəli hərbi kəşfiyyatçı sayılırdı. Məsələn, Çin ordusu və orada xidmət edən xarici təlimatçılar barədə informasiyanı kütləvi informasiya vasitələrində dərc olunmuş materialların təhlili yolu ilə əldə etmişdi. Onun yaxın qohumu Aleksandr Konstantinoviç Şneur (1884–1977) daşnak Ermənistanının hərbi kəşfiyyat bölməsinin ilk rəisi olmuşdur.
5) Briqadanın beşinci komandiri (1894–1903) general-leytenant Vladimir Andreyeviç Kosoqovski (1857–1918) 1889-cu ildə Qafqaz hərbi dairəsinin qərargahında tapşırıqlar üzrə ober-zabit, 1890-cı ildə Semireçensk (Qazaxıstan) vilayətindəki qoşunların komandanı yanında xüsusi tapşırıqlar üzrə qərargah zabiti, 1890–1894-cü illərdə Qafqaz hərbi dairəsində tapşırıqlar üzrə qərargah zabiti olmuşdur. O, hərbi şərqşünas və təcrübəli kəşfiyyatçı idi. V.Kosoqovski yalnız hərbi-siyasi məsələləri öyrənməklə kifayətlənmir, ipək istehsalı, Tehranın su təchizatı və kanalizasiya sistemi haqqında məlumatlar toplayırdı. Onun İrandan göndərdiyi kəşfiyyat informasiyasına yüksək qiymət verilirdi. Rus ordusunun İrandan o vaxt Böyük Britaniyanın müstəmləkəsi olan Hindistana yürüş planı da V.Kosoqovski tərəfindən diqqətlə işlənmiş, qüvvələrin mümkün hərəkət marşrutları, su maneələrinin dəf olunacağı yerlər, bu zaman istifadə ediləcək vasitələr, ordunun arxa təminatı kimi məsələlərə xüsusi diqqət yetirilmişdir. V.Kosoqovski 1918-ci ildə bolşeviklər tərəfindən güllələnmişdir.
 
6) Briqadanın altıncı komandiri (1903–1906) general-leytenant Fyodor Qriqoryeviç Çernozubov (1863–1919) 1894–1897-ci illərdə xüsusi tapşırıqlar üzrə qərargah zabiti, 1900–1903-cü illərdə Qafqaz hərbi dairəsinin komandanının sərəncamında olmuşdur. 1918–1919-cu illərdə Denikin ordusunda bolşeviklərə qarşı döyüşmüş, öz əcəli ilə vəfat etmişdir. O, hərbi kəşfiyyata dair bir neçə məqalənin müəllifi idi. 
 
7) Briqadanın yeddinci komandiri (1906–1909) general-leytenant Vladimir Platonoviç Lyaxov (1869–1920) 1900–1904-cü illərdə Qafqaz hərbi dairəsində tapşırıqlar üzrə qərargah zabiti vəzifəsində xidmət etmişdir.
 
8) Briqadanın səkkizinci komandiri (1909–1914) general-leytenant Nikolay Petroviç Vadbolski (1869–1944) 1905–1907-ci illərdə Uzaq Şərqdə ordu qərargahının general-kvartirmeyster idarəsində xidmət etmişdir. Bu idarə digər məsələlərlə yanaşı kəşfiyyat işinin təşkili ilə də məşğul olurdu. Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanları (Kəşfiyyat və əks-kəşfiyyat bölməsi) 1919-cu il martın 28-də məhz Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeyster şöbəsinin nəzdində yaradılmışdır.
 
9) Briqadanın doqquzuncu komandiri (1914–1915) polkovnik Nikolay Vasilyeviç Prozorkeviç, bir məlumata görə, hərbi kəşfiyyatçı olmuşdur.
 
10) Briqadanın onuncu komandiri (1915–1917) general baron Vladimir Nikolayeviç Maydel (1864–?) 1894–1896-cı illərdə Zakaspi vilayətinin qərargahında tapşırıqlar üzrə ober-zabit, 1898-ci ildə isə 9-cu ordu korpusunun qərargahında xüsusi tapşırıqlar üzrə ober-zabit olmuş, 1918-ci ildə könüllü şəkildə bolşeviklərin tərəfinə keçmiş, 1919–1920-ci illərdə Qırmızı Ordunun Baş Qərargahında xidmət etmiş, 1921–1930-cu illərdə hərbi məktəblərdə tədrislə məşğul olmuşdur. 1930-cu ildən sonrakı taleyi məlum deyil.
 
11) Briqadanın on birinci komandiri (1917–1918) Georqi İosifoviç Klerje (1883–1938) 1909–1917-ci illərdə Qafqaz hərbi dairəsinin və 1-ci Qafqaz korpusunun qərargahlarında tapşırıqlar üzrə ober-zabit, Baş qərargahın baş idarəsinin kargüzarı olmuş, 1919–1921-ci illərdə vətəndaş müharibəsində iştirak etmiş, ağqvardiyaçı admiral Kolçakın ordusunun Baş Qərargahı yanında Məlumatlandırma idarəsinin rəisi vəzifəsinə, general rütbəsinə yüksəlmişdir. 1921-ci ildə Çinə mühacirət etmiş, 1922–1927-ci illərdə çinli marşal Zhang Zuolinin hərbi müşaviri, 1931–1933-cü illərdə gündəlik “Mukden” qəzetinin baş redaktoru olmuşdur. 1938-ci ildə G.İ.Klerje yapon əks-kəşfiyyatı tərəfindən həbs olunmuş və ehtimala görə sovet kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edilərək güllələnmişdir.
 
12) Bakı qubernatoru general-leytenant Dmitri Semyonoviç Staroselskinin (onun qubernatorluğu dövründə Bakıda ilk qadın gimnaziyası açılmış, Azərbaycan dilində ilk qəzet olan “Əkinçi” nəşr edilmişdi) oğlu, kazak briqadasının on ikinci komandiri (1918–1920) polkovnik Vsevolod Dmitriyeviç Staroselski (1875–1935) isə, zənnimizcə, Rusiya və ya sovet xüsusi xidmət orqanları ilə əlaqəli deyildi. O, 1918-ci ilin əvvəllərində vətəndaş müharibəsindən qaçıb İrana getmiş və burada Əhməd şah Qacar bu rus zabitini briqadaya komandir təyin etmişdi. Əhməd şah 1920-ci ilin oktyabrında sovet dövlətinin tələbi ilə V.Staroselskini vəzifəsindən kənarlaşdırmış, beləliklə, Rza Pəhləvi üçün yol açılmış və o, kazak briqadasının ilk iranlı komandiri olmuşdur.
 
Bu zabitlərin əksəriyyətinin hərbi kəşfiyyatçı olduğu onların bioqrafik məlumatlarından aydın şəkildə görünür. Briqadaya rəhbərlik etmiş digər şəxslərin də kəşfiyyata aidiyyəti məsələsinə, zənnimizcə, aydınlıq gətirə bildik. Məlumdur ki, eyni mühitdə (ailə, yaşayış yeri, təhsil, peşə) yetişmiş insanlar arasında ümumi cəhətlər mövcud ola bilər. Sözügedən zabitlərin xidmət yollarını bir-birinə bənzədən isə həm də odur ki, onların əksəriyyəti İran ezamiyyətindən əvvəl bu ölkənin sərhədlərinə yaxın ərazilərdə xüsusi tapşırıqlar üzrə qərargah zabiti vəzifəsini icra etmişdir. Deyilənə görə, həmin vəzifə rus çarı I Nikolay (1796–1855) tərəfindən xaricdə məxfi əməliyyatların təşkil olunması və keçirilməsi məqsədilə təsis edilmişdir.
Göstərilənləri nəzər alaraq əminliklə qeyd edə bilərik ki, kazak briqadasının on iki komandirindən on biri Rusiya hərbi kəşfiyyatının rezidenti olmuşdur. 
 
Tədqiqat prosesində diqqətimizi cəlb etmiş aşağıdakı düşündürücü faktları bir daha oxucunun nəzərinə çatdırırıq:
 
- 1885-ci ildən 1891-ci ilədək İran kazak briqadasının komandiri olmuş peşəkar kəşfiyyatçı, Cənubi Qafqaz, İran və Əfqanıstan üzrə mütəxəssis, general-leytenant A.Kuzmin-Karavayev 1918-ci ildə könüllü şəkildə bolşeviklərin tərəfinə keçmiş, 1920-ci ilədək Qırmızı Orduda xidmət etmişdir;
 
- 1915–1917-ci illərdə Rza Pəhləvinin komandiri olmuş general V.Maydel 1920–1921-ci illərdə Qırmızı Ordunun Baş Qərargahının, böyük ehtimalla, kəşfiyyat idarəsində xidmət etmişdir; 
 
- 1917–1918-ci illərdə Pza Pəhləvinin komandiri olmuş general G.Klerje 1938-ci ildə yapon əks-kəşfiyyatı tərəfindən Çində həbs olunmuş və sovet hərbi kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edilərək güllələnmişdir.  
Maraq doğuran digər fakt isə budur ki, kazak briqadası əsasən mühacirlərdən və onların övladlarından təşkil olunmuşdu. Sözsüz ki, həmin məsələ Rusiya ilə razılaşdırılmışdı. Halbuki məntiq bunu deyir ki, Rusiya dövləti onun hakimiyyətini qəbul etməyib Azərbaycanın şimalından cənubuna köçmüş insanları (mühacirləri) ən arzuolunmaz kateqoriyalardan biri saymalı, onlara heç bir halda inanmamalı idi. Göstərilənləri nəzərə alaraq ehtimal edə bilərik ki, Rusiya kəşfiyyatı zaman-zaman mühacir adı altında öz adamlarını İrana göndərib gələcəkdə mümkün istifadə məqsədilə onları bu ölkədə yerləşdirmişdi. Yeri gəlmişkən, həmin mühacir övladlarından biri də məqaləmizin “qəhrəmanı” Rza Pəhləvidir.
 
Qeyd olunanlardan çıxardığımız əsas nəticə budur ki, rus hərbi kəşfiyyatçıları ümimilikdə 26 il Rza Pəhləvinin bilavasitə komandirləri olmuşlar. Bu isə o deməkdir ki, Rza xan birbaşa funksional vəzifələri cari və perspektiv əməliyyat imkanlarına malik şəxsləri aşkarlamaq, yoxlamaq, öyrənmək və məxfi əməkdaşlığa cəlb etmək olan əməliyyat işçilərinin tabeliyində xidmət etmiş, uzun müddət onlarla kontaktda olmuşdur. Həmin münasibətlərin nə ilə nəticələndiyini aydınlaşdırmaq istəyiriksə, araşdırma zamanı belə bir məşhur deyimi rəhbər tutmalıyıq: “Onları meyvələrinə (əməllərinə) görə tanıyın!”...
 
Oxşar xəbərlər
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı