Elçibəy həbsdən necə azad edildi? - Milli mason lideri ilə söhbətlərdən...
Oxunub: 12854
17 Jun 2016 | 15:55
Elçibəy həbsdən necə azad edildi?  - Milli mason lideri ilə söhbətlərdən...
I yazı

1918-ci ilin 28 mayında qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti Rusiyanın ölkəmizə qarşı növbəti işğal aktı ilə süquta uğradılsa da, 1920-ci ildən sonrakı sovet hakimiyyəti dövründə də xalqımızın müstəqillik amalları uğrunda gizli və ya açıq mübarizə aparmış lider və təşkilatların olduğunu bilirik. Lakin onlardan bəziləri barədə hələ də çoxumuz məlumatlı deyilik. Bu yazımızdan başlayaraq sizi  belə təşkilatlardan biri  ilə tanış edəcəyik. Həmin qurum və onun liderinin siyasi fəaliyyəti, eləcə də Azərbaycan və ümumilikdə müsəlman, türk dünyasının tarixinə dair qeyri-adi, qulaq eşitməmiş araşdırmalarından danışacağıq. İlk yazımıza qısaca tanışlıqla təməl qoyaq... 

25 il  “KQB”-dən gizlənə bilmiş  “ixtiyarlar” tipli  məxfi bir qurum...


1957-1982-ci illərdə Azərbaycanın məşhur alim və ziyalılarının rəhbərlik etdiyi, hökumət adamlarının da məxfi şəkildə daxil oduğu bir gizli hərəkat SSRİ-nin   nüvə nəhəngi kimi dünyaya meydan oxuduğu, DTK-nın hər adamın necə yatmasından belə, xəbər tuta bildiyi bir dövrdə xalqımızın azad, müstəqil dövlətçiliyə malik olması üçün ağlasığmaz çabalar göstərir, 14 bölgəmizin idarəçiliyinə tam nəzarət edirdi.  Bu, Türkiyədə fəlaiyyət göstərdiyi deyilən “İxtiyarlar”(Ağsaqqallar) tipli  məxfi bir qurum idi. Həmin təşkilatın adı Milli Azadlıq Qərargahı(MAQ) idi...
Xudu Məmmədov, Yusif Məmmədəliyev  onun  müavinləri olmuşdu...
...1990-cı illərin ortalarında "Azərbaycan" nəşriyyatının pilləkənlərində bütün fəsillərdə bir ayağına ayaqqabı əvəzinə çəkələk geymiş, qış aylarında başında qulaqlı qalın papaq, əllərində əlcək olan arıq, ahıl bir kişiyə rast gəlmək olardı. Çoxları, hətta bəzi baş redaktorlar bu çəlimsiz bəndəni otaqlarında qəbul etməyi, ona buraxılış vərəqəsi yazdırmağı özlərinə yaraşdırmazdı. Həmin ağsaqqalı tanımaq, onunla həmsöhbət olmaq xoşbəxtliyi bu sətirlərin müəllifinə də nəsib olmuşdu. O adamla söhbətləşmədən heç kəsin ağlına gəlməzdi ki, Kremlin qılıncının dalı-qabağı kəsdiyi zamanlarda bu insan SSRİ boyda imperiya əleyhinə gizli təşkilatın rəhbəri, dünya şöhrətli kristalloqraf Xudu Məmmədov, cahanşümul kimyaçı Yusif Məmmədəliyev kimi yüksək zəkalı insanlar isə onun müavinləri olmuşlar...  
Oqtay əfəndi(o, insanlara osmanlısayağı “əfəndi” deyə müraciət etməyi xoşlayardı)  1990-cı illərin əvvəllərindən başlayaraq ömrünün son aylarınadək(2002, may) çap makinasında öz əli ilə yazdığı məqalələrini də götürüb  “Azərbaycan” nəşriyyatına gələr, bizimlə çay içər, şirin söhbət edərdi. Təəssüf ki, o günlər işlə bağlı vaxt məhdudiyyəti ucbatından  bu qeyri-adi ziyalının bir çox dəyərli xatirə və yazılarını qəzetlərdə dərc etdirə bilməmişdik. Lakin  yaddaşımızda və qeydlərimizdə də çox şeylər qalıb. Məqamı gəldikcə ən maraqlı epizodları istəkli oxucuların diqqətinə çatdıracağıq... 

Sonuncu “MAQikan”...

Oqtay Rəfili... Mətbuatda Oqtay Eldəgəz imzasıyla tanınan  qəhrəmanımızın ad ”“soyadı belə idi. Müstəqilliyimiz uğrunda ömrünü fəda etsə də, 2 dəfə həbs olunub, illərlə DTK zindanında   yatsa da, müstəqillik illərində ictimaiyyət tərəfindən laqeydliklə qarşılandı. Bəlkə də buna səbəb onun sağlamlığını itirməsi və özünü sadə, təbii, olduğu kimi aparması, bir çoxları kimi  məşhurlaşmaq mərəzinə tutulmaması idi. Bunlara rəğmən, vəfatından sonra ömür-gün yoldaşı Rəfiqə xanım 14 il ərzində minbir əziyyətə qatlaşaraq Oqtay Eldəgəzin yazılarından ibarət 4 kitabı çap etdirə və kiçik çərçivədə olsa da, bu sonuncu “MAQikan”ın 80 illik yubileyini keçirdə bildi...  

Xudu müəllimlə görüş və yəhudi masonluğu...

MAQ lideri təşkilatın yaranmasını 1957-ci ildə hərbi xidmətdən döndükdən sonra təsadüfən tanış olduğu Xudu müəllimlə  görüşü ilə bağlayırdı:”...Onunla xalqımızın taleyi ilə bağlı uzun-uzun söhbətlərimiz olurdu. Bir dəfə Əlyazmalar İnstitutunun yeməkxanasında yəhudilərdən danışdıq. Dedim ki, bütün sarsıntılara, təzyiqlərə baxmayaraq bu xalq öz milli-mənəvi dəyərlərini qoruyub saxlaya bilib. Bəlkə biz də yəhudilərin mübarizə təcrübəsindən yararlanaq. Mənim yəhudi masonçuluğu haqda söhbətlərim Xudu əfəndini də, yanında olanları da çox maraqlandırdı. Bu mövzuda bir neçə gün söhbət etdik. Xudu əfəndi ilə söhbətimizin digər iştirakçıları isə kimyaçı, akademik Yusif Məmmədəliyev, görkəmli tarixçi Əlisöhbət Sumbatzadə idi...”
Oqtay Əfəndinin sözlərinə görə,  adı çəkilən görkəmli ziyalıların da məsləhətiylə MAQ məhz  gizli fəaliyyət göstərən milli masonçuluq hərəkatı kimi yaradıldı. Amma bu qurumun hazırda da mövcud olan və İslamın, türk dünyasının məhvinə yönəldilmiş beynəlxalq mason təşkilatlarıyla zərrəcə əlaqəsi olmayıb...
 MAQ-ın yığıncaqlarında Məmməd Araz, Bəxtiyar Vahabzadə, cavanlardan Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı və b. da iştirak edirmişlər... MAQ sovet dövrünün amansız təhlükələri şəraitində 11 respublika əhəmiyyətli, taleyüklü əməliyyat keçirmiş, daşnak ermənilərin və şovinist rusların namuslu azər-türklərlə əvəzlənməsi ilə müşayiət olunan 17896 vəzifə yerdəyişməsi, 23 475 yeni vəzifəyə təyinetmə, yüz minlərlə şikayət üzrə tədbirgörmə və s. həyata keçirmişdir.  Qeyd edək ki, MAQ ”“a dair bilgilər  son illər çoxcildli  Azərbaycan tarixi kitabına (VII cild. səh.146) və XI siniflər üçün Azərbaycan tarixi dərsliyinə(səh.123) də daxil edilmişdir., 

“KQB” zirzəmilərindən qalxan adam...

Təəssüf ki, sonradan adlarını çəkmək istəmədiyimiz bir neçə "ziyalı"nın xəyanəti nəticəsində Oqtay Eldəgəz dəfələrlə həbs edilmiş və üst-üstə 5 il 6 ay sovet DTK-sının zirzəmilərində yatmışdır. Azərbaycan üçün göstərdiyi xidmətlərin "əvəzi" olaraq sovet çekistləri onun ayağına xüsusi iynə vuraraq ömürlük müalicəsi olmayan göbələk xəstəliyinə düçar etmişlər. Nəticədə milli masonçuluq lideri əl və ayaq dırnaqlarını itirmişdi. 2001-ci ilin payızında ayağında “qanqrena”-çürümə başlamasına və az sonra dünyadan köçməsinə də səbəb məhz  bu “KQB” iynəsi oldu...  Yəqin bilməyənlər indi anladı ki, yazımızın girişində təsvir etdiyimiz "Azərbaycan" nəşriyyatının pilləkanlarını ağır-ağır, dayana-dayana qalxan kişinin niyə əllərində əlcək, bir ayağında isə ayaqqabı əvəzinə çəkələk var imiş. O kişi sovet DTK-sının zülmət zirzəmilərindəki əzablı labirintlərindən keçib yuxarı qalxırdı... 

Bəxtiyar Vahabzadə Oqtay əfəndinin xidmətlərindən danışardı...

Milli masonçuluq hərəkatının lideri Oqtay Eldəgəz milli tarixi, mədəni köklərimizi öyrənmək üçün əlçatmaz mənbələrə baş  vurmuşdu. O, bir dərya idi. Hansı mövzudan danışsan, dərhal tarixi məxəzlərdən ona uyğun, heç kəsin eşitmədiyi nümunələr söylərdi. Onun 1960-cı illərdən bəri formlaşan milli azadlıq hərəkatının liderləri, ziyalılar haqqında da maraqlı açıqlamaları olurdu. Kimlərsə Oqtay əfəndinin sözlərinə şübhə edə bilərdi. Lakin Əbülfəz Elçibəy də daxil,  tanınmış siyasi lider və ziyalılardan heç biri  onun fikirlərini təkzib etməzdi. Müsavat başqanı İsa Qəmbər, Vəhdət Partiyasının sədri Tahir Kərimli MAQ liderinin tez-tez ünsiyyətdə olduğu liderlər idi. Yadımdadır ki, Oqtay əfəndi xəstə yatanda  ustad şair Bəxtiyar Vahabzadə redaksiyamızın üzvləri ilə birgə onu ziyarət etmiş, professor-cərrah Nurəddin Rzayev onu müayinə etmişdi... 
Bəxtiyar müəllimlə söhbətlərimizdə o, Oqtay Eldəgəzin  MAQ lideri kimi xidmətlərindən danışır. “Gülüstan” poemasını yazdıqdan sonra ev dustağı edildiyi vaxt gizli şəkildə onun evinə yardım göndərilməsini məhz MAQ-ın təşkil etdiyini illər sonra öyrənməsini vurğulayırdı...  


Əbülfəz bəyin həbsdən azad edilməsi üçün xüsusi əməliyyat...

 “Milli masonçuluq lideri ilə söhbətlər” silsiləsindən  ilk yazımızda Oqtay Eldəgəzin rəhbəri olduğu MAQ-ın 1970-ci illərdə antisovet təbliğatına görə Qaradağ zindanında yatan  və illər sonra ölkəmizdə başlanacaq milli azadlıq hərəkatının liderinə çevriləcək eks-prezident Əbülfəz Əliyevin(Elçibəy) həbsdən azad edilməsi üçün  keçirdiyi xüsusi əməliyyatdan bəhs edəcəyik.   

Oqtay Eldəgəzin xatirələrindən:


”...1971-ci ildə universitetdə tarixçi alim Əbülfəz Əliyevin rəhbərlik etdiyi “Yurd”,  5 il sonra görkəmli filosofumuz Asif Əfəndiyevin “Ocaq”,  daha sonra Məhəmməd Hatəminin “Çənlibel” cəmiyyətləri yarandı. Onlar ruhən MAQ-çılarla müttəfiq olsalar da, qarşıya qoyduqları  məqsəd və mübarizə baxımından onunla müqayisəyə gəlməzdilər. Onların fəaliyyəti yalnız məhdud dairələrdə söhbətlər, müzakirəlr pərdəsindən kənara çıxmırdı. Buna baxmayaraq həmin cəmiyyətlər xalqın, xüsusən ziyalıların oyanışında mütərəqqi işlər görmüşlər... 
“Yurd” cəmiyyətinin sorağı tezliklə DTK-ya çatdı və Əbülfəz Əliyev 1974-cü ilin yayında müttəhimlər kürsüsündə əyləşdi. O, 5 il azadlıqdan məhrum edildi.” Bildiyimiz kimi, sovet dövründə  digər müttəfiq respublikalarda da siyasi əqidəsinə görə tutulan şəxsləri adətən birbaşa mərkəzə - Moskvaya göndərilirdi. MAQ lideri Elçibəyin Rusiyaya “etap” edilməməsini belə izah edirdi:
“Əbülfəz əfəndi əslində siyasi məhbus idi və onun bu adla Azərbaycandan uzaqlaşdırılması respublikanın o vaxtkı rəhbərliyinə qətiyyən sərf etmirdi. Odur ki, Əbülfəz Əliyev Qaradağ həbsxanasına göndərildi...” 
Bundan xəbər tutan MAQ  rəhbərliyi  Əbülfəz bəyin xilası  üçün dərhal konkret fəaliyyətə keçir. Şuranın qərarına görə, imzatoplama əməliyyatına  təşkilati məsələlər üzrə birinci müavin, sevimli alimimiz Xudu  Məmmədov, digər texniki-əməli planlara isə MAQ lideri şəxsən özü rəhbərlik edir. Bəs Elçibəyin həbsdən vaxtından öncə azad edilməsinə  konkret olaraq hansı addımlar təkan verir?  MAQ-çılar tezliklə o dövrdə  respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olan Heydər Əliyevin ən yaxın adamlarından birini ələ almağa nail olurlar... 

Elçibəyi müdafiə edən 250 minə yaxın insanın imzası Heydər Əliyevə çatdırılır və... 


Oqtay Eldəgəz:
“Ən əvvəl rüşvət verməklə Əbülfəz Əliyevin Qaradağ islah-əmək düşərgəsində  ağır mişar daşları yükləməkdən otaq şəraitində işə keçməsinə nail olduq. Sonra isə onun azad olunması üçün imza toplanışına girişdik. 6 ayda ölkənin bütün bölgələrindən ünvanları, iş yerləri göstərilmiş 249 min 556 imza topladıq. İndi qalırdı imzaları ünvana çatdırmaq. Təhlükəli olsa da, biz belə bir yol seçdik,  necə olursa-olsun, KPMK-nın I katibinin köməkçisi Olevtina Syominanı ələ almaq... Göndərilən hədiyyələr öz işini gördü. Növbəti dəfə biz arasına imzalar qoyulmuş üç qırmızı qovluğu MK-nın təsərrüfat müdiri olan bir kapitan vasitəsilə Olevtinaya çatdırdıq. O isə oktyabrın 28-də  nahar fasiləsi zamanı qovluqları Heydər Əliyevə gedən məktubların toplandığı 53-cü otağa qoydu. Nəhayət, azad nəfəs aldıq - 1975-ci il noyabrın 12-də   məhkəmə Əbülfəz Əliyevin  həbs müddətini 1 il yarımadək azaltdı və 1976-cı il iyulunda isə o, azad edildi..” 
Təbii ki, 250 minə yaxın vətəndaşın imzası böyük güc idi.  1975-ci ildə Azərbaycan SSR-in təxm. 5,5 mlin. əhalisi olduğunu nəzərə alsaq, bu xalqın təxm. 5 faizi demək idi. Amma  totalitar sovet rejimi xalqın istəklərinə asanlıqla ram olmurdu. Bəs nə əcəb, Azərbaycan rəhbərliyi SSRİ-yə qarşı təbliğat aparan bir ziyalının belə tezliklə həbsdən azad edilməsinə qərar verdi? Oqtay Eldəgəz bunu belə izah edirdi:
“Bilirsiz,  o dövrdə Azərbaycanın müttəfiq respublikalar arasında sıçrayışla irəli çıxması bizim işimizə yaradı. Məsələ burasındadır ki, keçmiş SSRİ miqyasında birinci katib kimi ad-san qazanan, nüfuz toplayan Heydər Əliyev bu şöhrəti  siyasi dustaq Əbülfəz əfəndiyə görə itirmək istəmədi və güzəştə getdi...”
Heydər Əliyev məhkəməyə açıq müdaxilə etmirdi...
Qeyd edək ki,  Elçibəyin məhkəməsində dövlət ittihamçısı kimi çıxış etmiş sabiq prokurorluq əməkdaşı Yamən Yusifov 2013-cü ildə mətbuata verdyi müsahibədə jurnalistin “O zaman Azərbaycan SSR-yə rəhbərlik edən mərhum Heydər Əliyevin Əbülfəz Elçibəyin məhkəməsinə münasibəti necə idi?” sualına belə cavab vermişdi:
“Heydər Əliyev məhkəməyə açıq müdaxilə etmirdi. Amma bilirdi ki, nələr baş verir, proses nə yerdədir.  Heydər Əliyevin Əbülfəz Elçibəyə az cəza verilməsində böyük xidmətləri oldu...”
Təəssüf ki, sözügedən məlumatları MAQ liderindən aldıqdan sonra Əbülfəz Elçibəylə görüşüb onun rəyini öyrənmək imkanımız olmadı. Cəmi bir neçə il sonra AXC lideri rəhmətə getdi. Amma Elçibəyin sağlığında bu haqda qəzetlərin birində yazı dərc edilmişdi. Və istər Əbülfəz bəy, istərsə də yaxın silahdaşları məsələyə mənfi münasibət bildirməmişdilər... 

Elçibəyin qardaşı MAQ-ın dəstəyindən xəbərsiz olduğunu söylədi, amma...


Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevlə əlaqə saxlayıb onu  qardaşının 1976-cı ildə vaxtından öncə azadlığa çıxarılmasında MAQ-ın rolu barədə məlumatı olub-olmadığını öyrənmək istədik. Almurad bəy bunları söylədi:”Yadımdadır ki, Əbülfəz bəy, nə qədər iş verilmişdisə, hamısını yatıb çıxdı. O zaman məhkəməsində DTK-da onun işini aparan Səlimzadə soyadlı müstəntiq, sağ olsun, yaxşı kömək elədi, az iş verdilər. O, çox yaxşı, xeyirxah insan idi. Prokuror əəvvəlcə 3 il iş oxumuşdu. Səlimzadə  xahiş edəndən sonra  prokuror 2 il iş tələb etdi, hakim  isə il yarım oxudu. Bundan sonra hakim deyirmiş ki, neçə gecə yata bilməyib. Yəni, Elçibəyə az iş verdiklərinə görə Kreml tərəfindən cəzaladırılcağından qorxurmuş. Düzü, başqa kiminsə, hansısa təşkilatın  Bəyin azad olunmasına yardım etməsindən xəbərim olmayıb... Amma onu deyim ki, qardaşımın türmədə də vəziyyəti yaxşı idi. Gedən kimi, türmənin "vor-zakon"u gəlib Bəylə görüşmüşdü ki, sən bizim böyüyümüzsən, nə desən, biz hazırıq. Bəy ayrıca otaqda qalırdı. Ona bir rus xidmətçi də tutmuşdular; ayaqqabılarını silirdi, yerini yığırdı və s.”
 Əbülfəz bəyin işinin azaldılmasını prokurordan “KQB” əməkdaşı xahiş etmişdi...
Aydındır ki, DTK-nın xəbər tuta bilmədiyi bir təşkilatdan  və onun əməliyyatlarından adi insanlar da məlumatlı ola bilməzdi. Amma Almurad bəyin  dediyi kimi, DTK əməkdaşının təmənnasız olaraq prokurordan Elçibəyin həbs müddətini azaltmasını xahiş etməsi özü kiçik nüans deyildi... 
Məhz  gizliliyi belə qoruya bilmək səbəbiylə Oqtay Eldəgəzin rəhbəri olduğu  MAQ 1960-cı illərdən bəri Azərbaycanın ərazi bütövlüyü, ictimai-siyasi, iqtisadi vəziyyəti ilə bağlı bir sıra təsirli əməliyyatlar keçirə bilmişdi. Bunlar barədə, inşallah, növbəti yazılarımızda bəhs edəcəyik...

Sultan Laçın
Oxşar xəbərlər
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO