Danışıqlardan qaçan Ermənistan: İrəvanın saxta sülh ritorikası - ŞƏRH + FOOT
Analitika
Oxunub: 312
17:58, Bu gün
Danışıqlardan qaçan Ermənistan: İrəvanın saxta sülh ritorikası - ŞƏRH + FOOT
Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının oktyabrın 8-də Moskvada keçirilən iclasına qatılan Ermənistanın baş naziri Nikol Paşinyan qeyri-standart addımları, kuryoz hərəkətləri ilə yadda qalıb. Gah Rusiyanın paytaxtında velosiped sürüb video paylaşıb, gah da şortla şəkil çəkdirib sosial şəbəkə hesablarında yayıb.
 
Bunun arxasında, şübhəsiz ki, Rusiyaya yönəlik müxtəlif mesajlar gizlənir. Lakin sözügedən iclasın gündəliyində kifayət qədər ciddi və regional əhəmiyyətli məsələlər olub. Belə ki, iclasda MDB-yə daxil olan ölkələrin liderləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Birlik ölkələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, bir sıra sazişlər imzalanıb.
 
Əvvəlcədən proqnoz edilirdi ki, Moskva görüşü Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının inkişafı baxımından əhəmiyyətli olar. Lakin baş nazir Nikol Paşinyan danışıqlardan, yumşaq ifadə etsək, qaçmağa üstünlük verib.
 
Analoji hal Ermənistan MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının iclasında da baş tutub. Rəsmi İrəvan Qərbdən aldığı əmr və tapşırıqlara uyğun hərəkət edib. XİN rəhbəri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən imtina edib. Bütün bunlar Ermənistanın sülhə hazır olması haqda bəyanatlarının riyakarlıq olduğunu, sülh prosesindən qaçdığını göstərir.
 
 
Əvvəla, XİN rəhbərlərinin iclasında imzalamaqdan imtina edilən iki bəyanata toxunaq. Sənəd "Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında" və "Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi" haqqındadır. İkincisi, Ermənistanın bu sənədləri imzalamaması hakimiyyətin onsuz da olmayan nüfuzuna ciddi xələl gətirir.
 
Ermənistan növbəti dəfə Moskva, Paris, Vaşinqton və ya Tehran kimi müxtəlif siyasi qüvvələrdən istifadə edərək böyük oyun oynamağa çalışır. Eyni zamanda, hər kəsə öz xidmətlər spektrini təklif edir. İrəvanın bu gediş-gəlişləri artıq Paşinyan rejimi üçün norma halına çevrilib. Xatırlayırıq ki, o, gah Ermənistanın KTMT-dən çıxması, müttəfiqlik müqavilələrində münasibətlərin pozulması barədə danışır, gah da yenidən MDB ölkələrinin iclasında iştirak edir.
 
Paşinyan indi Moskva və digər MDB ölkələri ilə sazişləri sadəcə ona görə imzalamır ki, Qərbdəki dostları bu addıma kəskin və pis reaksiya verə bilərlər. Balanslı, vahid siyasət vektorunun olmaması Ermənistana sabitləşməyə və bir çox məsələləri, ilk növbədə, Azərbaycanla olan problemləri həll etməyə imkan vermir. Ona görə də eyni vaxtda ən müxtəlif stullarda oturmaq cəhdləri gec-tez Ermənistan üçün çox acınacaqlı şəkildə başa çatacaq.
 
 
İrəvan Moskva və Bakı ilə vacib məsələləri könüllü şəkildə həll etmək üçün fürsəti həmişəlik itirə bilər, müəyyən bir məqamda o, oyun qaydalarını seçmək imkanından məhrum olacaq, hər şeyi, o cümlədən öz siyasi fiaskosunu labüdlük kimi qəbul etməli olacaq.
 
Bu səbəbdən də ikitərəfli görüşün keçirilməsi ölkələr arasında sülh razılaşmasının əldə olunmasında mühüm hal kimi nəzərdən keçirilirdi. Həqiqətən də bu görüş görüşün keçirilməsi və Bakı-İrəvan danışıqlarındakı vasitəçilik mübarizəsində irəli çıxması üçün yaxşı fürsət idi. Lakin Ermənistan tərəfi Rusiyanın vasitəçiliyi ilə görüşün keçirilməsindən imtina edib.
 
İrəvandan fərqli olaraq rəsmi Bakı danışıqların Moskvada davam etdirilməsinə razı olduğunu bəyan etmişdi, rəsmi İrəvan isə bundan imtina etdi.
 
Görünür, Ermənistan indi Rusiyanın iştirakı ilə Azərbaycanla sülh danışıqlarına hazır deyil. Aydındır ki, Ermənistan Qərbin vasitəçiliyində maraqlıdır. Onu da görürük ki, Cənubi Qafqazdan uzaqda olan dövlətlər buna necə maraq göstərir və bu regiondakı məsələlərin həllinə hansısa formada qoşulmağa hazırdır. Pis olan odur ki, onlar çox vaxt bu regionun inkişafına uduşsuz oyun kimi yanaşırlar. Bu, Ermənistanın sülhə hazır olması haqda bəyanatlarının riyakarlıq olduğunu, Paşinyanın sülh prosesindən qaçdığını göstərir.
 
 
Ermənistan tək Moskvada deyil, elə Avropa meydanlarında da sülh danışıqlarından imtina edir. Məsələn, Moskva görüşündən əvvəl Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi də nəzərdə tutulurdu. Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdi və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu.
 
 
Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Report”un sualını cavablandırarkən bildirib ki, Ermənistan tərəfi bundan imtina etdi. “Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk”.
 
H.Hacıyev bildirib ki, müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyil və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirmək, irəli aparmaq əvəzinə bundan imtina edir: “Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüslüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk”.
 
Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, İrəvan həm Moskva, həm də London görüşündən imtina etməklə sülh prosesinə qarşı riyakarlığını göstərmiş olub. Bu, bir daha göstərir ki, ölkə əbədi olaraq müstəqil dövlət olmaq, forpost və qul psixologiyasından çıxmaq iqtidarında deyil. /Report/
 
Oxşar xəbərlər
20:09, Bu gün
AYNA-dan Ədalət Şükürova CAVAB: Əməkdar artist quruma dəvət olunur
20:08, Bu gün
Bakıda sürücü "Prius"u səki ilə sürdü - VİDEO
20:00, Bu gün
Dünyanın ən bahalı klublarının adları açıqlandı - Siyahı
19:55, Bu gün
Türkiyə ordusu daha iki terrorçunu zərərsizləşdirdi
19:48, Bu gün
“Bu ABŞ generalı olmasa, İsrail İrana qarşı bu dördsəviyyəli müdafiə sistemini qura bilməz...”  
19:45, Bu gün
Niyə kabus görürük? - Elmi şərh
19:40, Bu gün
Dəfn mərasimində tabutdan səs gəldi - nəbzi atırmış...
19:33, Bu gün
Nüvə təhlükəsinin səviyyəsi ciddi şəkildə artıb - Rusiya XİN
19:28, Bu gün
Tələbələrə ŞAD XƏBƏR - Bakalavr müddəti 3 ilə endirilə bilər
19:20, Bu gün
Gündə Bakıda 300 mindən çox taksi daşıması həyata keçirilir - RƏSMİ
19:15, Bu gün
İrəvanın niyə belə etdiyini bilmirik - Zaxarova
19:11, Bu gün
Vüqar Rəhimzadə: Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı
19:05, Bu gün
Silikon Vadisi: Milyarderlərin yaşadığı "Ağıllı şəhər"
18:58, Bu gün
Eyfel qülləsinin taleyi sual altında: Fransa rəsmiləri fikir ayrılığına düşüb
18:50, Bu gün
Ən etibarlı beş bürc - Xəyanət onlara yaddır
18:43, Bu gün
Xorvatiya iki ildə Ukraynaya 300 milyon avro yardım göstərib
18:35, Bu gün
Qərbin Bakıya təzyiqi… - Zaxarova
18:27, Bu gün
"iPhone" istifadəçiləri "Android" işlədənlərə "pis baxır", sevgili olmaq istəmir - Maraqlı araşdırma
18:21, Bu gün
O, orqanizmdə iltihabı azaldır
18:15, Bu gün
Dəmiryol vağzalının şüşəsini sındırdı: "10 bakal pivə içmişdim..."
18:10, Bu gün
Bakıda 34 yaşlı müəllim direktor təyin edildi - FOTO
18:03, Bu gün
Milli Məclisdə yeni təyinat: Deputat seçilən məmurun yerinə o gətirildi
17:58, Bu gün
Danışıqlardan qaçan Ermənistan: İrəvanın saxta sülh ritorikası - ŞƏRH + FOOT
17:53, Bu gün
İlham Əliyev Keri Makkartini qəbul etdi - YENİLƏNİB
17:48, Bu gün
Azərbaycanda əhali təşvişdə - qəribə canlılar rayonu cənginə aldı - FOTOLAR
17:42, Bu gün
"HƏMAS simurq quşu kimi küldən yenidən doğulacaq" - HƏMAS-ın sürgündə olan lideri
17:38, Bu gün
Əhməd bəy Ağaoğlu yaradıcılığında klassik ədəbiyyat problemi
17:33, Bu gün
BDU-da “Kosmos və iqlim dəyişikliyi” adlı tədbir keçirilib - FOTO
17:27, Bu gün
Magistral su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində təmir işləri başa çatıb
17:22, Bu gün
Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək: 400-dən çox vakansiya... – FOTO
17:17, Bu gün
"Xankəndi" klubunun baş məşqçisi açıqlandı
17:12, Bu gün
Ali Məhkəmənin yeni hakimləri and içdi - FOTO
17:07, Bu gün
Ev almaq istəyənlərə ŞAD XƏBƏR: İpoteka imkanı artdı
17:03, Bu gün
Prezident daha bir qəbul keçirdi - YENİLƏNİB
16:59, Bu gün
BDU-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş - FOTO
16:55, Bu gün
Dilarə Kazımovadan ETİRAF: "İstədim oranı tərk edim"
16:52, Bu gün
COP 29 bizə hansı ümidləri verir? -EKSPERT AÇIQLADI 
16:50, Bu gün
Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakteri iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək
16:46, Bu gün
Vidadi İsayev Bərdənin Kolayır kəndində səyyar qəbul-görüş keçirdi - - FOTOLAR
16:41, Bu gün
Tələbələrə ŞAD XƏBƏR - Bu ixtisaslar 4 ildən 3 ilə endirilir
16:37, Bu gün
“Laçın şəhərinin 2025-də MDB-nin mədəniyyət mərkəzi elan edilməsi tarixi hadisədir”
16:32, Bu gün
Laçın rayonu uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan gənc zabit
16:27, Bu gün
Kiprdə “Bizim sevgimiz – sizin sevginizdir” adlı VI Beynəlxalq Mədəniyyət Festivalı keçirilib
16:23, Bu gün
"Ona görə Türkiyə Respublikasını nüvə silahı yaratmağa çağırmışam" - Qüdrət Həsənquliyev
16:23, Bu gün
"Kursk əməliyyatı müharibədən çıxmağın "üçüncü yol"unu açıb" - "Foreign Policy"
16:18, Bu gün
UNEC ilə Türkiyə Rəqabət Qurumu arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO/VİDEO
16:13, Bu gün
BDU tələbələri üçün “Erkən nikahın fəsadları” mövzusunda sessiya - FOTOLAR
16:08, Bu gün
İlham Əliyev ABŞ Prezidentinin baş müşavirini qəbul etdi - YENİLƏNİB
16:04, Bu gün
Rəşad Sadıqov əməliyyat olundu
15:59, Bu gün
Nəcməddin Sadıkov aylar sonra üzə çıxdı - FOTO
15:54, Bu gün
BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib
15:48, Bu gün
Sizin “qızıl vaxtınız” gələcək: bu BÜRCLƏR çox şad xəbərlər alacaqlar
15:42, Bu gün
Rusiya Ermənistandan gedir: İrəvan yaranan boşluğu hərraca çıxaracaq - ŞƏRH + FOTO
15:36, Bu gün
Brilliant Dadaşovadan cəsarətli yenilik - VİDEO
15:30, Bu gün
"Yarım saat ərzində 6 maşından yerə siqaret atdılar" - Deputat cərimələrin artırılmasından danışdı
15:25, Bu gün
Neftçalada yolların yenidən qurulması yekunlaşıb - FOTO/VİDEO
15:20, Bu gün
Kimya üzrə “Nobel” mükafatı laureatları məlum oldu
15:15, Bu gün
Dövlət Agentliyi 145 min manata “Toyota Land Cruiser” alır
15:10, Bu gün
Xatirə İslam efirə şəffaf libasda çıxdı - FOTO
15:05, Bu gün
Zaqatalada müəllim özünü asdı
15:00, Bu gün
“Mədəniyyət Nazirliyi araşdırma başladıb” - Müğənnilərdən açıqlama
14:55, Bu gün
"NATO Ukraynaya daha çox yardım etməlidir və edəcəkdir" - Mark Rütte
14:49, Bu gün
“Avropa İttifaqı missiyası şərti sərhəddən çıxarılmalıdır”
14:42, Bu gün
Putinin bir milyardlıq sarayı yerlə-yeksan edildi: Sui-qəsd planı? - FOTO/VİDEO
14:37, Bu gün
Salyanda 45 yaşlı kişi qızının sinif yoldaşını evinə çağırdı, onunla... – TƏFƏRRÜAT
14:31, Bu gün
Sabah Bakıda COP29 öncəsi konfrans başlayır
14:26, Bu gün
Faciəvi şəkildə ölən tələbə qızın nişanlısından duyğulandıran PAYLAŞIM - VİDEO
14:20, Bu gün
SESRIC-lə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub - FOTO
14:16, Bu gün
TOST piramidasına qarşı əməliyyat: 5 milyon… - Video
14:10, Bu gün
ADNSU ilk dəfə “Times Higher Education World University Rankings 2025”də yer aldı - FOTO
14:05, Bu gün
Bakıda IV "Qələbə qaçışı" təşkil ediləcək
14:00, Bu gün
“Borc aldığım müğənni hamının içində məni təhqir etdi” - VİDEO
13:54, Bu gün
“İnternet istəmirik deyə telefon xəttimizi də kəsiblər” - Paytaxt sakinləri etiraz edir - FOTO
13:48, Bu gün
"Neftçi"nin yeni baş məşqçisi ilə bağlı SON XƏBƏR
13:42, Bu gün
Azərbaycanlı iş adamı Türkiyədə güllələndi - VİDEO
13:36, Bu gün
Audiovizual Şura "ATV Plus"u məhkəməyə verdi
13:30, Bu gün
“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”
13:25, Bu gün
Azərbaycanda dronlarla bağlı yeni ixtisas yaradılır
13:19, Bu gün
ABŞ Prezidentinin baş müşaviri Bakıda
13:13, Bu gün
Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı MÜHÜM FƏRMAN
13:07, Bu gün
“Yenidən ana olmaq istəmirəm”
13:02, Bu gün
Balaəli Hissdən danışdı: “Səhnəmizin hissiyyatı ölüb” - VİDEO
12:56, Bu gün
Bayden "Ramştayn" Təmas Qrupunun görüşünə qatılmayacaq
12:50, Bu gün
Amfibiya təyyarəmiz İzmir-Aliağada meşə yanğınlarına cəlb olundu - VİDEO
12:45, Bu gün
BDU-nun 51 yaşlı tələbəsi: “Heç vaxt heç nə üçün gec deyil, dərslər o qədər maraqlı gəlir ki...”
12:39, Bu gün
DƏMX Böyük Britaniyada keçirilən müsabiqədə növbəti beynəlxalq mükafata layiq görülüb
12:34, Bu gün
“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib - FOTOLAR
12:29, Bu gün
Bu nazirliklər bütün zənglərə cavab verib - MONİTORİNQ + FOTO
12:24, Bu gün
Britaniyalı nazir Azərbaycana gəldi
12:19, Bu gün
Voleybolçularımız ailə qurur
12:15, Bu gün
“Ölkəyə kərə yağı 9 manat 10 qəpiyə daxil olur, amma kilosu 18-25 manata satılır... “
12:10, Bu gün
Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alındı - FOTO
12:05, Bu gün
Rövşən Rzayev tələbə adını qazanan gənclərlə görüşdü - FOTOLAR
12:02, Bu gün
XI Avrasiya uşaq həkimlərinin konqresi keçirilib - FOTO
12:00, Bu gün
BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə liderdir
11:55, Bu gün
Məsut Özil Bakıya gəlir: “Qarabağ”ı izləyəcək
11:50, Bu gün
“Boztəpə” kanalı yenidən qurulur - FOTO
11:46, Bu gün
Şahdağa qar yağdı - FAKTİKİ HAVA
11:41, Bu gün
"Telegram"da artıq bu mümkün olacaq
11:36, Bu gün
Bakının bu rayonunda işıq olmayacaq
GÜNLÜK
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
00:02, Bu gün
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
08 Oct 2024 | 23:03
"Dövlət başçıları nə qədər qazanır və onlardan ən çox qazananı kimdir?" - "Forbes"
08 Oct 2024 | 20:45
"Şimali Koreya Ukraynaya nizami qoşun yeridə bilər" - KXDR müdafiə naziri
08 Oct 2024 | 20:30
Paket çaydan istifadə edəndə bu səhvə yol verməyin
08 Oct 2024 | 20:40
Türkiyədə son hadisələrdən sonra qalmaqallı FOTOsu gündəmə gəldi
08 Oct 2024 | 21:30
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
00:19, Bu gün
Azərbaycan istehsalı olan aviabomba ASELSAN-ın lazer dəsti ilə hədəfi yüksək dəqiqliklə vurub
08 Oct 2024 | 21:16
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR
08 Oct 2024 | 22:28
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
AYLIQ
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
00:02, Bu gün
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
08 Oct 2024 | 23:03
"Dövlət başçıları nə qədər qazanır və onlardan ən çox qazananı kimdir?" - "Forbes"
08 Oct 2024 | 20:45
"Şimali Koreya Ukraynaya nizami qoşun yeridə bilər" - KXDR müdafiə naziri
08 Oct 2024 | 20:30
Paket çaydan istifadə edəndə bu səhvə yol verməyin
08 Oct 2024 | 20:40
Türkiyədə son hadisələrdən sonra qalmaqallı FOTOsu gündəmə gəldi
08 Oct 2024 | 21:30
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
00:19, Bu gün
Azərbaycan istehsalı olan aviabomba ASELSAN-ın lazer dəsti ilə hədəfi yüksək dəqiqliklə vurub
08 Oct 2024 | 21:16
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR
08 Oct 2024 | 22:28
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik