Makronun səfəri: Yeni Kaledoniyada möhkəmlənmək üçün növbəti cəhd - ŞƏRH + FOTO
Oxunub: 2798
22 May 2024 | 15:46
Makronun səfəri: Yeni Kaledoniyada möhkəmlənmək üçün növbəti cəhd - ŞƏRH + FOTO
Fransanın dənizaşırı ərazisində, Sakit okeanda yerləşən Yeni Kaledoniya adasında müstəqillik uğurunda mübarizə davam edir. On günə yaxındır müstəqillik tərəfdarları itaətsizlik aksiyası keçirir.
 
Bununla əlaqədar olaraq Fransa Prezidenti Emmanuel Makronun bu gün regiona səfəri gözlənilir. Hökumət rəsmisi Priska Tevenonun sözlərinə görə, dövlət başçısı hakimiyyət tərəfindən siyasi dialoqun qurulması istiqamətində apardığı kursun davam etdirməyə səy göstərəcək. Prezidenti səfərdə ölkənin daxili işlər naziri Jerald Darmanin, müdafiə naziri Sebastian Lekornu və xarici ərazilər naziri Mari Qeven müşayiət edəcək.
 
Yelisey sarayından bildirilib ki, səfər zamanı dövlət başçısı Yeni Kaledoniya sakinlərini maraqlandıran bir çox haqlı suallara cavab verəcək: “Prezident belə bir məsafəni qət etməyə hazırlaşırsa, bu, bütün tərəfləri dialoqa təşviq etməyin faydalı olacağına onun inanmasıdır”.
 
Mayın 16-da E.Makron onlayn rejimdə Yeni Kaledoniyanın müstəqilliyinin tərəfdarları və əleyhdarları ilə böhrandan çıxış yolunu müzakirə etməyə çalışıb, bu baş tutmadığından videokonfransı ləğv edib. Fransanın baş naziri Qabriel Attal yeni kaledoniyalı siyasətçilərə göndərdiyi görüş dəvətinə də cavab almayıb.
 
Fransa tarixdə hökm edən, qul alveri ilə məşğul olmuş, müstəmləkəçi dövlətdir. Bununla belə o, həm də elm, mədəniyyət və demokratiya mərkəzlərindən sayılır. O zaman sual ortaya belə bir sual çıxır - Yeni Kaledoniyanın əsl sakinləri, kanaklar və ya adanın başqa sakinləri niyə müstəqillik tələb edir? Çünki çox əlverişli geosiyasi mövqeyə, zəngin təbii sərvətləri malik olduqları üçün ikinci dərəcəli vətəndaş olmaq istəmirlər.
 
Fransa hakimiyyəti adada etnik tərkibi dəyişib. Yelisey sarayının aradığı konstitusiya islahatlarına görə, onlar etnik azlıq halına düşüblər. Paris oranı 1853-cü ildə müstəmləkə elan edib, adadan həbsxana kimi istifadə edib. Ora 20 mindən çox məhbus göndərib.
 
İndi Yeni Kaledoniyanın əhalisi təxminən 300 min nəfərdir. Onun da 40 faizi, yaxud 112 mini kanaklardır. 1998-ci ildə imzalanmış müqavilələrə əsasən, Fransa ərazinin siyasi muxtariyyətini genişləndirməyə və yerli seçkilərdə yalnız o vaxt Yeni Kaledoniyada yaşayanlara səsvermə hüququ verməyə razılaşdı. Ancaq 1998-ci ildən bəri 40 minə yaxın Fransa vətəndaşı Yeni Kaledoniyaya köçüb. Razılaşmalarda həmçinin adanın gələcəyini müəyyən etmək üçün üç referendumun keçirilməsi nəzərdə tutulurdu. Sonuncu belə plebisit 2021-ci ilin sonunda baş tutdu - və hər üç halda yerli sakinlər Fransadan müstəqilliyə qarşı çıxdılar.
 
Eyni zamanda, 2018 və 2020-ci illərdə keçirilmiş birinci və ikinci referendumda Parislə əlaqələrin saxlanmasının tərəfdarları cüzi səs çoxluğu əldə etmiş, üçüncü dəfə isə müstəqilliyi dəstəkləyən partiyalar hakimiyyətin təxirə salmaq istəmədiyi üçün səsverməni boykot etmək qərarına gəldilər. Üçüncü referendum koronavirus pandemiyası dövründə keçirilib.
 
Yeni Kaledoniya Fransadan əhəmiyyətli dərəcədə muxtariyyətə malikdir. Ancaq müdafiə və təhsil kimi məsələlərdə Parisdən çox asılıdır.
 
Yeni Kaledoniyada son etiraz aksiyaları Fransa parlamentinin yerli qanunvericilik məclisinə seçkilərin prosedurunu dəyişdirən qanunu qəbul etdikdən sonra başlayıb. Düzəlişlərə əsasən, 10 il Yeni Kaledoniyada yaşayan Fransa sakinlərinə səsvermə hüququ veriləcək. Bu isə adanın yerli əhalisini, kanakların narazılığına səbəb olub. Onlar bundan sonra siyasi təsir imkanlarının azalacağından narahatdırlar.
 
Bununla da adanın hər beş seçicindən biri 2024-cü ildə səsvermə hüququnu itirəcək. Yeni qanun qəbul olunarsa, seçicilərin sayı 14,5 faiz Fransadan gətirilənlərin hesabına artacaq. Bu perspektiv arxipelaqın Fransadan müstəqilliyini böyük əksəriyyəti ilə dəstəkləyən kanakları narahat edir. Onlar hesab edirlər ki, islahat onların seçki və referendumda çəkisini azalda, xalqını marginallaşdıra, bununla da onları adanın taleyini təyin etmək imkanından məhrum edə bilər. Adada yaranmış etnik vəziyyətə əsasən, Fransa orada keçirəcəyi mümkün istənilən ümumxalq səsverməsi kampaniyasında qalib gələcək.
 
Emmanuel Makronun səfərindən öncə adaya 2,7 mindən çox xüsusi təyinatlı polis və jandarm göndərilib. Arxipelaqda daimi 1,5 min hərbçi xidmət edir. Onların da sayının artırılması nəzərdən keçirilir.
 
Hüquqları tapdanan yeni kaledoniyalıların etiraz aksiyaları davam edir. Məlumatlara əsasən, polislə dinc nümayişçilər arasında toqquşmanın olub. Fransanın daxili işlər naziri Jerald Darmanin aksiyaçıları ittiham edərək bildirib ki, yerli sakinlər paytaxt Numeda dükanları sındırıb, hökumət binalarını yandırıblar, yüzlərlə adam, o cümlədən yüzə yaxın polis yaralanıb.
 
Makronun arxipelaqa səfəri 1958-ci ilin oktyabrında Fransanın ovaxtkı baş naziri Şarl de Qollun Əlcəzairə səfərini xatırladır. Onda de Qoll Əlcəzairin müstəqilliyi uğrunda mübarizə aparanlara təslim olmağı təklif etmişdi. Ancaq onlar təslim olmamışdılar. 1959-cu ildə üsyançılar çox böyük itkilər vermişdi. De Qollun dövründə Fransa ordusu təşəbbüsü ələ keçirmişdi. Bununla belə o, prezident olduqdan sonra da Əlcəzarinin azadlığı uğrunda mübarizə aparan cəbhə yolundan dönmədi.
 
 
1961-ci ilin yanvarında Əlcəzair müstəqilliyini elan etdi və 20 dövlət onu tanıdı. Həmin il yanvarın 8-də öz müqəddəratını təyin etmək üzrə referendum keçirildi. Fransada seçicilərin 75 faizi, Əlcəzairdə isə 70 faizi referendumun mövzusunun lehinə səs verdi. Əlcəzair xalqının mübarizəsi 1962-ci il martın 18-də Fransa ilə Evian müqaviləsinin imzalanması ilə nəticələnmişdi.
 
Yeri gəlmişkən Əlcəzairin müstəqilliyi uğrunda mübarizə 1954-cü il noyabrın 1-dən 1962-ci il martın 18-dək davam edib. Bu savaşda 20 min fransalı, 30 min fransayönümlü əlcəzairli, 152 min 963 əlcəzairli həlak olub. Əlcəzair hökumətinin rəsmi məlumatına əsasən, 1,5 milyon dinc sakin də bu müharibənin qurbanı olub.
 
Şarl de Qoll 66 il əvvəl Əlcəzair xalqının müstəqillikdən çəkindirmək üçün müxtəlif yollara əl atsa da buna nail ola bilmədi. Emmanuel Makron da onun “uğurunu” təkrarlaya bilər.
 
 
Düzdür, Əlcəzairdən fərqli olaraq Yeni Kaledoniya xalqının mübarizəsi beynəlxalq ictimaiyyət tərəfindən elə geniş miqyasda tanınmır. Ancaq nəzərə almaq lazımdır ki, bu ada AUKUS-un (Avstraliya, Böyük Britaniya, ABŞ) təhlükəsizlik zonasına yaxın ərazidə yerləşir. 2021-ci il sentyabrın 15-də yaradılan bu ittifaq Cənubi Hindi-Çin bölgəsində Çinin təsirinə qarşı yönəlib. Paktda həmçinin “kiber imkanlar, süni intellekt, kvant texnologiyaları və əlavə sualtı imkanlar” sahəsində əməkdaşlıq nəzərdə tutulub. Alyans hərbi imkanlara diqqət yetirəcək, Yeni Zelandiya və Kanadanın da iştirak etdiyi “Beş Göz” kəşfiyyat mübadiləsi ittifaqından ayıracaq.
 
Fransanın ovaxtkı xarici işlər naziri Jan-İv Le Drian Avstraliyanın 56 milyard avroluq (90 milyard ABŞ dolları) Fransa-Avstraliya nüvə sualtı müqaviləsini xəbərdar etmədən ləğvindən sonra paktı "arxadan bıçaq" adlandırmışdı. Ehtimal etmək olar ki, yaxın zamanda Fransa Yeni Kaledoniyada rejimi daha da sərtləşdirəcək. Çünki məsələ heç də bir adanın itirilməsindən getmir. Arxipelaq ziddiyyətlərin toqquşduğu bölgədir. Belə ehtimal etmək olar ki, E.Makron regional maraqların qarşıdurmasında Fransanın oyundankənar qalmamasına çalışır. Yeni Kaledoniyanın müstəqillik ələ etməsi Parisin Sakit okeanda mövqeyini itirməsinə səbəb ola bilər. Odur ki, Makron da de Qoll kimi müstəmləkə ərazisində möhkəmlənmək üçün son şanslarından istifadə edir. Çünki beynəlxalq ictimaiyyət bir müddətdən sonra arxipelaqdakı mübarizəni dəstəkləyə bilər. /Report/
 
Oxşar xəbərlər
14:54, Bu gün
MİQ imtahanlarının vaxtı məlum oldu - RƏSMİ
14:50, Bu gün
“Quska”nın həbsdə saxlama müddəti uzadıldı
14:45, Bu gün
Son bir həftədə Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb
14:42, Bu gün
Britaniyanın ən zəngin ailəsinin dörd üzvü həbs cəzası alıb
14:40, Bu gün
Ermənistan sülh yolundan dönərsə, Hərbi Qənimətlər Parkının yeni eksponatı "Caesar"lar olacaq - TƏHLİL
14:35, Bu gün
"Pəncərəni açanda divarla qarşılaşıram" - Sakinlərin şikayətlərinə niyə baxılmır? - VİDEO
14:30, Bu gün
"Portuqaliya yığması Türkiyə millisindən bir az üstündür" - Şahin Diniyev
14:26, Bu gün
Təkrar sertifikasiya imtahanında səhv sual aşkarlanmayıb
14:22, Bu gün
Tanınmış azərbaycanlı alim Dövlət Komitəsində olub - FOTO
14:18, Bu gün
İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs SAXLANILDI
14:14, Bu gün
Azərbaycanda 20 uşaq himayədar ailələrə verilib
14:10, Bu gün
Avropa futbolunun ən yaxşı hücumçularının adları açıqlandı - SİYAHI
14:05, Bu gün
Sabahın hava proqnozu açıqlandı
14:00, Bu gün
Azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısında DƏYİŞİKLİK
13:55, Bu gün
Paytaxtda avtomobillər üçün "hovuz": Yaşayış kompleksinin həyəti su ilə doldu - VİDEO
13:50, Bu gün
Komsomolu güllələyən Kələntər dayı - Arvadlar onu niyə döymək istəmişdilər...
13:45, Bu gün
Tanınmış alimdən yeni ittihamlar: “Ətli-canlı müəllimləri arxadan çəkib...”
13:40, Bu gün
Baş Prokurorluqda tədbir keçirilib - FOTOLAR
13:35, Bu gün
Lənkəran Dövlət Dram Teatrına direktor təyin olundu
13:31, Bu gün
Tanınmış professor həyəcan təbili çaldı - kibertəhlükəsizlik sahəsində mütəxəssislər yetişdirilməlidir  
13:27, Bu gün
Bu krediti götürmək asanlaşacaq - DETALLAR
13:22, Bu gün
“Yuxu” filminin ssenaristinin qızı: “Bu elə Şamil Süleymanovun gördüyü yuxu idi, atama danışdı…” - FOTO
13:17, Bu gün
Xalq artistinin qəribə arzusu – “Hərəmxanada baş arvad olmaq istəyirəm”
13:13, Bu gün
Mətbuat Şurası və ARDNF birgə müsabiqə elan edib
13:09, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTOLAR
13:04, Bu gün
Şamaxıya sel gəldi, adamlar avtomobildə köməksiz qaldılar - FOTO/VİDEO
13:00, Bu gün
Əlilliyi olan şəxslərlə bağlı yeni qərar
12:57, Bu gün
Pelenin anası 101 yaşında vəfat etdi
12:53, Bu gün
Baş nazir AzTV ilə bağlı qərar imzaladı
12:48, Bu gün
Xalq yazıçısı Elçin: "Bakıya gələndən bir-iki gün sonra Əkrəmə zəng elədim..." - Müsahibə
12:43, Bu gün
Gəncədə qanunsuz tikintinin qarşısı alındı - FOTO/VİDEO
12:38, Bu gün
Qurban kəsmək niyyətləri faciə ilə bitdi
12:33, Bu gün
İran həmkarlar təşkilatından prezidentliyə namizədlərə çağırış: Fəhlələrlə bağlı proqramlarınızı təqdim edin
12:29, Bu gün
Yağışdan sonra Bakı küçələri - VİDEO
12:25, Bu gün
Milli Məclisin VI çağırışı gələn həftə işini yekunlaşdıracaq
12:20, Bu gün
Bu müəllimlər sertifikasiya imtahanında maksimum bal topladı
12:14, Bu gün
"Taksi qiymətləri bahalaşacaq, problem həll olunmayacaq" - ARAŞDIRMA
12:09, Bu gün
İçkili sürücünün törətdiyi faciə - gölə düşən avtomobildə 6 uşaq ölüb
12:05, Bu gün
Ərinə sevgilisinin olduğunu deyən qadının qanını çörək bıçağı ilə tökdülər
12:01, Bu gün
Yəhudi iş adamı Çinarə Məlikzadəyə evlilik təklifi etdi
11:55, Bu gün
Fəzail Ağamalının Milli Məclisdə çıxışı - VİDEO
11:52, Bu gün
Xəzərdə zəlzələ oldu
11:47, Bu gün
Vətən müharibəsi iştirakçısı imtahanda yüksəl bal topladı
11:45, Bu gün
ABŞ-nin Qırmızı dənizdəki hərbi gəmisinə əmr verildi - "GERİ QAYIT"
11:41, Bu gün
Albalının orqanizm üçün FAYDALARI
11:37, Bu gün
Amerika Kuboku: B qrupunda Ekvador Venesuelaya, Meksika Yamaykaya qarşı oynayacaq
11:35, Bu gün
Hazırda Gilgilçaydan sel keçir
11:32, Bu gün
Ötən gün ölkə ərazisində 47 cinayətin üstü açılıb - DİN
11:29, Bu gün
Milli Məclis növbəti iclasda nələri müzakirə edəcək? GÜNDƏLİK AÇIQLANDI
11:24, Bu gün
Xankəndiyə güclü dolu yağdı - VİDEO
11:20, Bu gün
Yeni Kaledoniya, Korsikada Fransa zorakılıqları... - BMT-də mühüm müzakirə
11:17, Bu gün
Abşeronda XÜSUSİ ƏMƏLİYYAT: 60-dan çox odlu silah aşkarlandı
11:15, Bu gün
Norveçdə fəaliyyət göstərən azərbaycanlı müğənni: "Urmu gölünün qurudulması..."
11:10, Bu gün
Azərbaycan avarçəkəni Avropa çempionu oldu
11:06, Bu gün
Yarım saata qan şəkərinin səviyyəsini azaldır - Unikal məhsul AÇIQLANDI
11:00, Bu gün
ADNSU-da Rəqəmsal İdeya Müsabiqəsi keçirilib - FOTOLAR
10:56, Bu gün
"Oba" marketdə İNANILMAZ OĞURLUQ: müdirin seyfini yardılar
10:51, Bu gün
Yağıntılı hava nə vaxta kimi davam edəcək?
10:46, Bu gün
Füzulidə 3 tondan çox çətənə kolu məhv edilib
10:43, Bu gün
İstirahət günlərinin ULDUZ FALI: Həyatdan həzz almaq üçün istifadə edin
10:40, Bu gün
Kondisionerlərdən gələn TƏHLÜKƏ... 
10:30, Bu gün
Bu müəllimlər üçün sertifikasiya imtahanı başlayıb - YENİLƏNİB
10:28, Bu gün
Azərbaycan lideri: COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə müsbət mühit qurmaq istəyirik
10:25, Bu gün
Taksi qiymətləri kəskin artacaq - Böyük narazılıq yaranacaq
10:20, Bu gün
“Siyasi mədəniyyət nümunələri yaratmağa çalışmışam”
10:18, Bu gün
İlham Əliyev: Azərbaycan bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir
10:15, Bu gün
Yayda istiyə dözümlülüyü artıran içkilər - SİYAHI
10:12, Bu gün
“Euronews” televiziyasında İlham Əliyevin müsahibəsi yayımlanıb
10:08, Bu gün
Azərbaycanda qohum evliliklərini qadağan edən qanun bu tarixdə qüvvəyə minəcək
09:59, Bu gün
Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu
09:59, Bu gün
Bu qadağa tətbiq olunarsa… – Sosioloq çağırış etdi
09:51, Bu gün
Gürcüstan prezidenti diplomatlara çağırış etdi: “Sizin üçün artıq seçim vaxtı çatıb...”
09:51, Bu gün
“Namus adı altında qızları tanımadığı adama…” – Aysel Əlizadədən SƏRT SÖZLƏR
09:45, Bu gün
Əməkdar artist onları polisə verəcək
09:39, Bu gün
Azərbaycanla İsrail arasında 1.2 milyard dollarlıq müqavilə – Ermənistan hərəkətə keçdi və…
09:35, Bu gün
Sakinlərdən Gəncə Yaşıllaşdırma şöbəsinə ETİRAZ- “Budanmayan ağacları külək qırıb?-FOTO+VİDEO
09:30, Bu gün
"Çılpaq oturduğumu iddia etdi": Məşhur model azərbaycanlı sevgilisindən ayrılma səbəbini AÇIQLADI
09:23, Bu gün
Yay aylarında bu məhsuldan istifadə etməyin! – Dəri ləkələrinə səbəb olur
09:19, Bu gün
Ekoloqdan XƏBƏRDARLIQ: “İldırım çaxan zamanı bunlardan uzaq dayanın..." 
09:13, Bu gün
Bakıda yeni metro xətlərinin çəkiləcəyi ərazilərin adları AÇIQLANDI - VİDEO
09:06, Bu gün
Yağışlar 19 nəfərin ölümünə səbəb olub
08:58, Bu gün
“Əcəb edib ərimi aldatmışam” deyən qadına atası görün nə etdi - TƏFƏRRÜAT 
08:48, Bu gün
Dietoloqlar şokoladın faydalarından danışdı - İnanmayacaqsınız
08:45, Bu gün
Gilgilçay və Dəmiraparançaydan sel keçir
08:37, Bu gün
Ruhi Əliyeva millət vəkili olmaq istəyir?- ÖZÜ AÇIQLADI: "Gecələri rahat yatın" - VİDEO 
08:34, Bu gün
Cavanşir Məmmədov həbsdə öldü
08:22, Bu gün
Bakı və Abşeron daxil olmaqla ölkənin bir çox şəhərlərində leysan yağıb
08:04, Bu gün
Azərbaycanda bu teatra yeni direktor TƏYİN EDİLDİ 
07:57, Bu gün
Lukaşenkodan maraqlı ETİRAF: "İnəklər yuxuma girirlər" - VİDEO
07:44, Bu gün
Sellə bağlı əhaliyə xəbərdarlıq - Ərazini tərk edin
07:25, Bu gün
Yağışlı hava şəraiti ilə bağlı bu yollarda sürət həddi aşağı salındı
07:22, Bu gün
Babayan separatçı liderlərin həbsinin bildiyi, ya da uydurduğu yeni detallarını açıqladı...
06:36, Bu gün
Rusiya hakerləri ilk dəfə Ermənistanın bir sıra rəsmi saytlarına açıq hücum etdi...- “Krasnodar ermənilərinin tələbi ilə”...
00:33, Bu gün
Azərbaycanla İsrail arasında 1.2 milyard dollarlıq müqavilə - Ermənistan hərəkətə keçdi və...
21 Jun 2024 | 23:58
Ukrayna yayın sonuna qədər Rusiya aktivlərindən ilk tranşı alacaq
21 Jun 2024 | 23:53
"Azərişıq" bərpa işlərini davam etdirir - VİDEOLAR
21 Jun 2024 | 23:11
"Əcəb edib ərimi aldatmışam" deyən qadını atası idman aləti ilə öldürdü
21 Jun 2024 | 22:53
HƏMAS Beynəlxalq Cinayət Məhkəməsini İsrailə dəstək verməkdə ittiham edib
21 Jun 2024 | 22:42
Rayonlara intensiv yağış yağır, çaylardan sel keçib - FAKTİKİ HAVA
21 Jun 2024 | 22:40
Əməkdar artist evini təmir edən ustaları polisə verəcək
GÜNLÜK
21 Jun 2024 | 16:32
Ana və iki qızı imtahanda yüksək bal topladılar
21 Jun 2024 | 17:25
Paşinyan bununla kifayətlənməyəcək, Qarabağ erməniləri... - Matevosyan
21 Jun 2024 | 15:08
Minimum əmək haqqı hansı tarixdən artacaq?
21 Jun 2024 | 15:30
Azərbaycan iki erməni hərbçinin qalıqlarını Ermənistana təhvil verib - YENİLƏNİB
21 Jun 2024 | 16:36
Taksilərin qiyməti bahalaşdı: Sayı azalır, bir istiqamətə 8-9 manat... - Yeni sistem belə olacaq
21 Jun 2024 | 16:31
Bakıda sərnişin dolu avtobus tüstülədi - ANBAAN VİDEO
21 Jun 2024 | 15:55
Alimlərdən bu yayla bağlı DƏHŞƏTLİ XƏBƏRDARLIQ
21 Jun 2024 | 15:35
Milli Məclis şəhid ailələrinin hüquqlarının artırılmasına dair layihəni ilk oxunuşda qəbul edib
21 Jun 2024 | 16:24
Pomidor şirəsinin elə bir faydası tapıldı ki... - ŞOK ARAŞDIRMA
21 Jun 2024 | 15:25
NATO-nun bütün üzv ölkələri Alyansın yeni baş katibinin namizədliyini dəstəkləyib
HƏFTƏLİK
15 Jun 2024 | 17:36
"Bu dövlətin uzun əsrlərdən bəri Azərbaycan türkləri tərəfindən idarəçiliyinə son qoyuldu...”
21 Jun 2024 | 09:30
"Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
18 Jun 2024 | 10:30
"Azercell"dən Yardımlıya gedən deputata "sürpriz": “İrana xoş gəlmisiniz…”
17 Jun 2024 | 21:23
Mahsun Kırmızıgülün yeni serialı gəlir - Kimlər rol alacaq?
20 Jun 2024 | 11:53
Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği AÇIQLANDI- Bir trilyon dollar
17 Jun 2024 | 20:52
Səni sevimmi, küsümmü, inciyimmi bilmirəm – BAŞLIBEL 
17 Jun 2024 | 16:04
Rusların Xocalıda gizli obyekti aşkarlandı - VİDEO
19 Jun 2024 | 12:08
“Bilsəm ki, Oqtay rəhmətə gedib, dəli olaram, dünyamı uçurub getdi”-FOTOLAR+ÖZƏL
16 Jun 2024 | 21:07
"Mən antisemit deyiləm, amma korrupsiya siyahısının yarısı yəhudilərdir" - Lukaşenko
17 Jun 2024 | 10:08
Sərxan Kamallının ölüm səbəbi açıqlandı - Yenilənib
AYLIQ
21 Jun 2024 | 16:32
Ana və iki qızı imtahanda yüksək bal topladılar
21 Jun 2024 | 17:25
Paşinyan bununla kifayətlənməyəcək, Qarabağ erməniləri... - Matevosyan
21 Jun 2024 | 15:08
Minimum əmək haqqı hansı tarixdən artacaq?
21 Jun 2024 | 15:30
Azərbaycan iki erməni hərbçinin qalıqlarını Ermənistana təhvil verib - YENİLƏNİB
21 Jun 2024 | 16:36
Taksilərin qiyməti bahalaşdı: Sayı azalır, bir istiqamətə 8-9 manat... - Yeni sistem belə olacaq
21 Jun 2024 | 16:31
Bakıda sərnişin dolu avtobus tüstülədi - ANBAAN VİDEO
21 Jun 2024 | 15:55
Alimlərdən bu yayla bağlı DƏHŞƏTLİ XƏBƏRDARLIQ
21 Jun 2024 | 15:35
Milli Məclis şəhid ailələrinin hüquqlarının artırılmasına dair layihəni ilk oxunuşda qəbul edib
21 Jun 2024 | 16:24
Pomidor şirəsinin elə bir faydası tapıldı ki... - ŞOK ARAŞDIRMA
21 Jun 2024 | 15:25
NATO-nun bütün üzv ölkələri Alyansın yeni baş katibinin namizədliyini dəstəkləyib