Aktual
4057
03 Nov 2025 | 13:24

"MedAura" klinikasında SKANDAL: Gənc qız burun əməliyyatından sonra KOMAYA DÜŞDÜ - FOTO

Bakıda "MedAura" klinikasında gənc qız əməliyyat zamanı komaya düşüb. 
 
Bu barədə Moderator.az-a xəstənin yaxınları şikayət ediblər.
 
Məlumata görə, Budaqlı Nigar İlham qızı 30.04.2025-ci il tarixində Bakıdakı "MedAura" klinikasında burun nahiyəsindən cərrahiyyə-plastik əməliyyat (rinoplastika) olunub. Əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində Nigar koma (kliniki ölüm) vəziyyətinə düşüb. Əməliyyat cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva həyata keçirib.
 
Şikayətçinin sözlərinə görə, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılsa da, 6 aydan artıq müddət keçməsinə baxmayaraq, həkimlər barəsində qanuni tədbir görülməyib.
 
Xəstənin ailə yaxınları bildirir ki, ekspert rəyinə əsasən, xanımın ağır vəziyyətə düşməsi məhz həkimlərin səhvi ucbatından baş verib.
 
Məsələ ilə bağlı cərrah Yaqub Əsədi ilə əlaqə saxladıq. Həkim bildirib ki, əməliyyat öncəsi xəstənin beyninə təxminən 20 dəqiqə oksigen getməyib. Onun sözlərinə görə, bu, cərrahın deyil, anestezioloqun məsuliyyətidir.
 

Anestezioloq Cəmilə Əliyeva isə deyib ki,  o, xəstəyə narkoz verməyib. Əməliyyatı cərrah Yaqub Əsədi özü başlayıb və yaranmış vəziyyət onun məsuliyyətindədir. Ekspert rəyinə əsasən, xəstəyə tam düzgün diaqnoz qoyulmuşdu, lakin əməliyyat zamanı beyin hipoksiyası (beyinə oksigenin çatmaması) baş vermişdir. Bu baxımdan, anestezioloq və reanimatoloq tibbi məsuliyyət daşıyır.

Cəmilə Əliyeva əlavə edib ki, xəstənin vəziyyətinə gətirib çıxaran digər səbəblər də mövcuddur və bu, əməliyyatı aparan cərrahın səhv tibbi müdaxiləsi nəticəsində yaranıb.

Cəmilə Əliyeva qeyd edib ki, bu vəziyyətin yaranmasında onun heç bir günahı yoxdur. O əlavə edib ki, artıq ətraflı məlumat verdiyi üçün daha narahat edilməsini istəmir.


 
Link kopyalandı!
Son xəbərlər