“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
Oxunub: 5402
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
“Bu darülfünunun (ərəbcə “dar”-ev, “fünun”-fənlər) (universitetin) kitabxanasında 60 min kitab var idi...”
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
 
(Əvvəli burada: )
 
Azərbaycan mədəniyyətinin Rəbbi Rəşidi
Universiteti və Nəsimi zirvəsi...-XXV mövzu
 
XIV-XV əsrlərdə Azərbaycanın social-iqtisadi həyatı və mədəniyyəti...
 
Oğuz türklərindən olan Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin
hökmdarları padşah titulu daşıyırdılar. Padşahdan sonra dövlətdə ikinci əsas şəxs
Əmir-əl-üməra (əmirlər əmiri) idi ki, o da bütün hərbi qüvvələrə rəhbərlik edirdi.
Sədrəzəm ruhanilərə başçılıq edir, vəqf vergilərini toplayır, məhkəmə işlərini
qaydaya salırdı. Dövlət aparatındakı növbəti vacib şəxs Baş vəzir idi. Onu sahibi-
divan da adlandırırdılar. O, şahın möhürünü saxlayır, dövlətin daxili və xarici
işlərinə nəzarət edirdi. Ölkə əyalətlərə bölünmüşdü və əyalət canişinləri padşahın
varisləri və sülalə üzvlərindən təyin olunurdu. Əyalət divanının hər birində 300
mirzə çalışırdı. Tümən və nahiyə hakimləri tümən və nahiyyələri idarə edirdilər və
canişin tərəfindən təyin edilirdilər [5, s. 13-17].
 
Şirvanşahlar dövlətinin erkən orta əsrlərdən formalaşan ictimai quruluşu XV
əsrdə də elə bir əsaslı dəyişikliyə uğramamışdı. Qaraqoyunlu və Ağqoyunlular
padşah, bəzən sultan, Şirvanşahlar dövlətində ölkə başçısı şah titulu daşıyırdı [5,
s.16-17].
 
Ordu quruculuğuna xüsusi diqqət verilirdi. Şirvanşahların ordusunda 60 min,
Qaraqoyunlu və Ağqoyunlu ordularının hər birində 100 minə yaxın döyüşçü var
idi. Ordu iki hissədən ibarət olurdu: əyalətlərdə canişin orduları saxlanılırdı. Seçmə
döyüşçülər padşahın xüsusi qvardiyasında xidmət edirdilər. Orduda ən ali rütbəli
şəxs Əmir idi [10, s.127].
 
Yaxın Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da ənənəvi “torpaq
beşliyi” – çeşidli torpaq sahibliyi qalmaqda idi. Bunlar divan, xassə, mülk, vəqf və
soyurqal torpaq sahibliyi idi. Dövlət torpaqları dövlət xəzinəsinə aid torpaqlar idi
və iki hissəyə bölünürdü: divan və xassə torpaqları. Bunların arasında yalnız bir
fərq var idi ki, divan torpaqlarından yığılan vergilər dövlət xərclərinə yönəldilir,
xassə torpaqlarından alınan gəlir padşah ailəsinin və bütünlükdə sarayın
saxlanılmasına xərclənirdi. Vəqf torpaqları da 2 yerə ayrılırdı – dini müəssisələrə
aid torpaqlar vəqfi-xeyri, ruhanilərin özlərinə aid olan torpaqlar isə vəqfi-əhli
adlanırdı. Oturaq əyanların irsi torpaqları mülk adlanırdı. Bu torpaqlar atadan
oğula və ya başqa hüquqi varisə keçə bilir, alqı-satqıya qoyulur, istənilən zaman bu
və ya başqa bir şəxsə bəxş edilə və hətta hərraca qoyula bilirdi. Bu torpaqlarda
oturub, onu becərən kəndlilər mülk sahiblərindən tam asılı idilər. Mülk
torpaqlarının böyük hissəsi kənd icmasına verilirdi. Mülklərin ikinci hissəsi sahələr
şəklində ayrı-ayrı kəndlilərə icarəyə verilirdi. İcma torpaqlarına görə vergi elliklə
ödənilirdisə, icarəyə görə hər bir kəndli özü ayrı-ayrılıqda vergi ödəyirdi. Torpaq
sahibliyinin sonuncu, 5-ci forması “soyurqal” moğolların dövründə formalaşmışdı
və “bəxşiş” mənasını verirdi. Soyurqal hərbi-köçəri əyanlara xidmət müqabilində
verilirdi və irsən nəsildən-nəslə ötürülürdü [4, s.184-185; 3, s.109; 21, s.153-154].
 
Azərbaycan əhalisi 40-a yaxın vergi və mükəlləfiyyət yerinə yetirirdi.
Kəndlilər əkdikləri torpağa görə malcəhət ödəyirdilər ki, bu da məhsulun 20%-ni
təşkil edirdi. İstər kənd, istərsə də şəhər əhalisi sudan istifadəyə görə bəhər vergisi
ödəyirdi. Maldarlıq yarımköçəri xarakter daşıyırdı. Maldarlardan çobanbəyi vergisi
toplanılırdı. Sənətkarlardan tamğa, tacirlərdən isə bac vergisi alınırdı. Müsəlman
olmayanlardan əlavə olaraq cizyə adlanan can vergisi alınırdı [6, s.85].
Suvarma arxlarının və kəhrizlərin çox olması, sıradan çıxanların bərpa
olunub istifadəyə qaytarılması istər Cənubi Azərbaycanda, istər də Şimali
Azərbaycan torpaqlarında əkinçiliyin, ipəkçiliyin, pambıqçılığın, üzümçülüyün,
bağ və bostanların inkişafına yol açdı. Azərbaycan ipəkçiliyi onu nəinki Yaxın və
Orta Şərq şəhərləri, həm də Cənubi Avropa dövlətləri ilə sıx bağlayırdı.
Şirvanşahlar dövlətində istehsal olunan ipək Venetsiyada, Bursada, Dəməşqdə və
bir sıra başqa şəhərlərdə satılır, burada ondan gözəl parçalar toxunurdu. O zaman
ipək, Azərbaycanı “Böyük ipək yolu”na bağlayan bir vasitə, ölkə ixracının başlıca
göstəricisi idi. Azərbaycan ipəyi Rusiyada da satılır, bu dövlət ərazisinə çıxarılan
mallar içərisində görkəmli yer tuturdu. Azərbaycanın ipək təsərrüfatı beynəlxalq
ticarətdə və ölkələrarası əmək bölgüsündə mühüm iqtisadi amilə çevrilmişdi [8,
s.134].
XV əsrdə Şamaxı mühüm ipəkçilik mərkəzinə çevrilmişdi. Kontariniyə görə,
Şamaxı ipəyi Venetsiyada Talaman ipəyi adı ilə tanınırdı. Şamaxıda çeşidli ipək
parçalar istehsal edilirdi. Şirvanşahlar dövlətinin paytaxtı həm də beynəlxalq ipək
ticarəti mərkəzlərindən biri olmuşdu. Adı çəkilən Kontarini öz gündəliyində
yazmışdır: “Şamaxı Təbriz kimi böyük deyil. Ancaq mənim fikrimcə, hər
baxımdan ondan daha yaxşı, yaşayış üçün zəruri olan hər şeylə doludur” [19].
Şamaxı şəhəri və ətrafı təqribən 100-200 hektar sahə tuturdu. Burada beş-on min
ev və ya otuz-altmış min əhali yerləşirdi.
 
Ölkənin başqa qədim şəhəri olan Təbriz isə bütün Yaxın və Orta Şərqin
böyük sənət və ticarət mərkəzlərindən biri idi. XV yüzilin sonunda tarixi
qaynaqlarda Təbriz şəhərində 200-300 min adamın yaşaması göstərilir [20, s.519;
23, s.57]. Sultaniyyə, Marağa, Ərdəbil, Gəncə, Beyləqan və digər şəhərlər də
mühüm rol oynayırdı.
 
XIII – XV əsrlərdə Azərbaycanda baş verən tarixi hadisələr – moğol
hakimiyyəti, XIV əsrin ikinci yarısında siyasi çəkişmələr, XV əsrin müharibələri
və s. Azərbaycanda mədəniyyətə böyük ziyan vurmuş, elmin, ədəbiyyatın və
incəsənətin inkişafını xeyli ləngitmişdi. Lakin buna baxmayaraq, Azərbaycan xalqı
öz mədəniyyətini inkişaf etdirirdi. XIII – XV əsrlərdə təhsil sisteminin əsasını
məktəb və mədrəsələr təşkil edirdi. Məktəblər əsasən ibtidai təhsil verir, burada
şəriətin əsasına, dini ehkamlara, Quran oxunmasına xüsusi diqqət yetirilirdi. Yetim
uşaqlar üçün “Dar üli-tam” (Yetimlər evi) və “Beyt üli-təlim” (Təlim evi)
yaradılmışdı. Bu məktəblərdə 10 uşağa 1 tərbiyəçi – atabəy düşürdü. Məzhər təhsil
forması da var idi (şagirdlər müstəqil hazırlaşır və arada müəllimlərdən məsləhət
alırdılar). Mədrəsələr isə orta təhsil verirdi. Mədrəsədə dini təlimdən başqa tarix,
dil, ədəbiyyat, riyaziyyat, coğrafiya, astronomiya və sair dünyəvi elmlər tədris
olunurdu. Mədrəsədə iki müdərris (müəllim) çalışırdı. Biri dini, o biri dünyəvi
fənlərdən dərs keçirdi. Mədrəsədə təhsil şəxsi hesabdan və yaxud vəqf
gəlirlərindən ödənilirdi [8, s.135].
 
Azərbaycan maarifinin və elminin inkişafında Təbrizin “Rəb-i Rəşidi”
məhəlləsində yerləşən ali mədrəsə Bağdadın “Nizamiyyə” ali mədrəsəsindən sonra
Şərqdə ali təhsil verən ikinci, Azərbaycanda isə birinci ali təhsil ocağı idi. Bu
mədrəsəni Fəzlullah Rəşidəddin təsis etmişdi. Burada 500 müəllim 7000 tələbənin
təlim və tərbiyəsi ilə məşğul olurdu. Tələbələrin 6 min nəfəri müxtəlif ölkələrdən
idi. Dövlət hesabına fəaliyyət göstərən bu mədrəsədə ilahiyyat, astronomiya,
təbiətşünaslıq, təbabət, tarix, məntiq və sair fənlər öyrədilirdi. Bu darülfünunun
(ərəbcə “dar”-ev, “fünun”-fənlər) (universitetin) kitabxanasında 60 min kitab var
idi [15, s.42].
 
XIII-XV əsrlərdə Azərbaycanda elm sahəsində böyük irəliləyiş oldu.
Görkəmli astronom-alim Nəsrəddin Tusi 1259-cu ildə Marağa rəsədxanasının
əsasını qoydu. Burada dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlər çalışırdılar.
Başqa bir rəsədxana Təbrizin Şam-Qazan məhəlləsində fəaliyyət göstərirdi.
Nəsrəddin Tusi (1201-1274) müxtəlif elm sahələrinə aid bir çox əsərin müəllifidir.
Bunlardan “Zic-elxani” (“Elxani cədvəlləri”), “Əxlaqi-Nasir” və başqaları xüsusi
əhəmiyyət kəsb edir. Şəmsəddin Übeyd Təbrizi “Hesab” kitabının müəllifi idi.
Filosof Mahmud Şəbüstəri “Sirlər gülşəni”, “Şəhadətnamə” əsərlərini yazmışdı
[17, s.18; 9; 12, s.43].
 
Bu dövrdə tarixi əks etdirən bir sıra qiymətli əsərlər yazılmışdır. Fəzlullah
Rəşidəddin 14 əsər yazaraq tarixlər toplusu yaratmışdı. Bu əsərlər içərisində “Cami
ət-təvarix” (“Tarixlər toplusu”) [22, s.7], “Oğuznamə” [24, s.4-13] xüsusi yer tutur.
XIV əsrdə yaşamış Məhəmməd ibn Hinduşah Naxçıvaninin “Dəstur əl-katib”
(“Katibin göstərişləri...”) əsəri Azərbaycanın ictimai-siyasi quruluşunu
öyrənməkdə mühüm rol oynayır. Nizaməddin Şami Teymurun yürüşləri haqqında,
Gəncəli Kirakos isə XIII əsr hadisələri və albanlar haqqında qiymətli məlumatlar
vermişlər [13, s.286].
 
Azərbaycan ədəbiyyatı da inkişaf etmişdi. XIII əsrdə “Şərqin məna dənizi”
adlandırılan filosof, şair, yazıçı Şəmsəddin Təbrizi bir çox əsərlər yazmışdır [11,
s.191]. Azərbaycan-türk dilində ədəbiyyat daha çox inkişaf etmişdi. İzzəddin
Həsənoğlu Azərbaycan türk və fars dillərində divan yaratmışdı. Azərbaycan
dilində klassik poeziyanın ilk nümunələri yaradılmışdı. 1233-cü ildə şair Əli
Azərbaycan dilində “Yusif və Züleyxa” mövzusunda “Qisseyi-Yusif” adlı əsər
yazmışdır [1, s.165]. “Mürşidi-kamil” ləqəbli Şəms Təbrizi “Məqamat” əsəri ilə
bütün Şərqdə məşhur idi [2, s.505]. XV əsrdən başlayaraq Azərbaycan
ədəbiyyatında fars dilində yazılan əsərlərin sayı azalır, ana dili – Azərbaycan
türkcəsində yazan şairlərin sayı artırdı. Qaraqoyunlu və Ağqoyunluların dövründə
dövlət dili Azərbaycan dili idi və hökmdarlar ana dilində yazılan əsərlərə üstünlük
verirdilər. Azərbaycan dilində yazıb yaradan şairlərdən Kişvərini, Həbibini,
Nəsimini, Cahanşah Həqiqini, Şah Qasım Ənvarı göstərmək olar. Kişvəri və
Həbibi Ağqoyunlu Sultan Yaqub Mirzənin sarayında ən hörmətli şairlər idilər.
XV əsr ədəbiyyatının ən görkəmli nümayəndəsi İmadəddin Nəsimidir. Nəsiminin
yaradıcılığında insan problemi mərkəzi yer tutur. Azərbaycan, fars və ərəb
dillərində yazıb yaradan Nəsimi əsərlərinin böyük hissəsini, o cümlədən 12 min
misradan ibarət divanını öz ana dilində - Azərbaycan türkcəsində yazmışdır [18].
 
 
XIII-XIV əsrlərdə memarlıq xeyli inkişaf etmişdi. Moğolların dağıtdığı bir
çox şəhərlər yenidən bərpa olunmuşdu. 1239-cu ildə Gəncənin bərpasına başlandı.
Qazan xan Muğanda Mahmudabad şəhərini saldırdı. Əbədi paytaxt olan Təbriz
böyüyür və genişlənirdi. Burada “Arquniyyə”, “Qazaniyyə”, “Rəb-i Rəşidi” kimi
yeni məhəllələr salındı. Elxani vəziri Tacəddin Əlişahın Təbrizdə tikdirdiyi
“Əlişah məscidi” sonralar “Ərk qalası” adı ilə müdafiə qalasına çevrilmişdi.
Abşeronda Mərdəkan, Nardaran, Ramanı qalaları dövrün memarlıq abidələri idi.
Bu dövrdə türbələrin tikintisinə geniş yer verilirdi. Naxçıvanda Cuğa kəndində
Gülüstan türbəsi, Sultaniyədə Şərq türbələrinin incilərindən sayılan Olcaytu
Xudabəndə türbəsi (1305-1313), 1322-ci ildə Bərdə türbəsi, Qarabağlar kəndində
(Naxçıvan) Hülaki xanın arvadı Quti xatunun şərəfinə tikilmiş türbə gözəl
memarlıq nümunələridir. XIV əsr memarlıq abidələrindən biri də Bərdə
körpüsüdür. 16 gözdən ibarət olan bu körpünün uzunluğu 170, eni isə 5 metrdir
[13, s.297-304].
 
XV əsrdə də bir sıra görkəmli memarlıq abidələri yaradıldı. Bunlardan
Bakıda Şirvanşahlar Saray kompleksinin binalarından birini – divanxananı, “Bayıl
daşları”nı, Mərdəkan qalasının kitabəsini, Qaraqoyunlu Cahanşah tərəfindən
Təbrizdə inşa etdirilən “Göy məscidi” (1465), Ağqoyunlu Sultan Yaqub Mirzənin
əmri ilə tikilən “Həşt behişt” (1483) saray kompleksini, “Həsən padşanın
camesi”ni, “Nəsriyyə” və “Məqsudiyyə” mədrəsələrini göstərmək olar [7, s.163].
Görkəmli musiqişünas Səfiyəddin Urmavi (1230-1294) “Kitab əl-ədvar”
(“Musiqi dövrləri haqqında kitab”) əsərini yazmışdır. XV əsrdə Azərbaycanda
yetişmiş ən mahir musiqiçilərdən Əbdülqadir Marağaini (1353-1445) göstərmək
olar. Onun yaratdığı mahnılar, muğamlar, rəqs melodiyaları Yaxın və Orta Şərq
mədəniyyətinə böyük təsir göstərmişdir. Əbdülqadir Marağai ilk dəfə 12 əsas
muğamdan törəmə 24 şöbə sistemini elmi cəhətdən əsaslandırmış, musiqi mətnləri
və Azərbaycan dilində şeirlər yazmışdır [16, s.29]. Dövrün tanınmış rəssamı
təbrizli Əmir Dövlətyar rəssamlıq məktəbi yaratmış, onlarla rəssam yetişdirmişdi
[14, s.65].
 
Ədəbiyyat:
 
1. Azərbaycan Sovet Ensiklopediyası, IV cild. Bakı, “Elm”, 1980.
2. Azərbaycan Sovet Ensiklopediyası, X cild. Bakı, “Elm”, 1987.
3. Azərbaycan tarixi. 7 cilddə, III cild (XIII-XVIII əsrlər). Bakı, “Elm”, 2007.
4. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı, “Şərq-Qərb”, 2007.
5. Fərzəlibəyli Ş. XV əsr Azərbaycan dövlətlərinin quruluşu. Bakı, “Elnur-P”, 2003.
6. Fərzəliyev Ş. Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun “Əhsənüt-təvarüx”
əsəri üzrə). Bakı, “Elm”, 1983.
7. Qasımov X. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı, “Azpoliqraf”, 2008.
8. Qəniyev H. Azərbaycan tarixi. Bakı, “Elm və təhsil”, 2019.
9. Marağa rəsədxanası. – guneyazerbaycan4.blogspot.com /2012/10/ maragarsdxanas.
html.
10. Nuriyeva İ. Azərbaycan tarixi (ən qədim dövrlərdən zəmanəmizədək). Bakı, “Elm və
təhsil”, 2019.
11. Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhəri. Bakı, “Elm” 1982.
12. Özgüdenli O.G. Gazan Han ve Reformları (1295-1304). İstanbul: Kaknüs yayınları,
2009.
13. Piriyev V. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, “Nurlan”, 2003.
14. Toğan Ə.Z.V. Azərbaycan. (Azərbaycan dilində çapa hazırlayanlar: Mirzə Ənsərli
(Ləmbəli), Tofiq Nəcəfli) Bakı, “Ocaq”, 2007.
15. Yaşar M. Reşiduddin Fazlullahın Camiu`t-Tevarih isimli eserinin Harezmşahlar
kisminin tercume ve değerlendirilmesi. İstanbul, İstanbul Universitesi sosial bilimler
enstitüsü, 2008.
16. 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edən Sabir Adil. Redaktoru: Məlik
Allahverdiyev) Bakı, “Elm”, 1991.
17. Zakirqızı A. (Məmmədova). Nəsrəddin Tusinin dünyagörüşü. Bakı, “Elm”, 2000.
18. Azeri Turkish.- iranicaonline.org/articles/azerbaijan-viii.
19. Контарини А. Путешествие в Персию. Параграф 14.- vostlit.info/Texts/rus10/
Kontarini/frametext1.htm.
20. Нефедов С. «Война и общество. Факторный анализ исторического процесса.
История Востока». Москва, изд. Дом «Территория будущего», 2008.
21. Петрушевский И.П. Очерки по истории феодальных отношений в
Азербайджане... Ленинград, изд-во ЛГУ, 1949.
22. Петрушевский И.П. Рашид-ад-дин и его исторический труд// Рашид-ад-дин.
Сборник летописей. Москва-Ленинград: Изд-во АН СССР, 1952, т.1 кн.1.
23. Хождение за три моря Афанасия Никитина. Ленинград, Наука, 1986.
24. Шукюрова Р.М. Введение в «Огузнаме». Баку, «Элм», 1987.
 
Oxşar xəbərlər
17:30, Bu gün
İzmirdə meşə yanır
17:25, Bu gün
Moskvada kütləvi zəhərlənmə: 121 nəfər xəstəxanaya düşdü
17:19, Bu gün
Ağdamda 10 tüfəng polisə təhvil verildi
17:12, Bu gün
Türkiyəli deputat: "Azərbaycan-Türkiyə qardaşlığı TDT-nin gücünə güc qatır"
17:06, Bu gün
AVRO-2024: Rumıniya - Ukrayna oyunu başladı - CANLI
16:59, Bu gün
"Aygün səhnəni toya gətirdi" - Zaur Baxşəliyev
16:52, Bu gün
"Azərbaycanla ərazilərin mübadiləsinə dair razılaşma olarsa..." - Paşinyan
16:47, Bu gün
"Putinə ultimatumlarından sonra yerini göstərdilər" - Kuleba
16:40, Bu gün
İnsan ömrü belə uzadılacaq: Görün 10 ildən sonra robotlar nə edəcəklər...
16:32, Bu gün
Ceyhun Bayramov Hakan Fidanla danışdı
16:25, Bu gün
Xaçmazda avtomobil aşıb, ölən və xəsarət alanlar var
16:18, Bu gün
Salyanda şəhid qardaşı yeni avtomobil modelinin dizaynını hazırladı - FOTOLAR
16:11, Bu gün
Paşinyan nəyə və niyə güvənir?
16:04, Bu gün
Rusların Xocalıda gizli obyekti aşkarlandı - VİDEO
15:53, Bu gün
Evini satmaq istəyən şəxsin başına iş gəldi: Əlavə 3000 manat ödəməsən...
15:45, Bu gün
Bakının iki rayonunda su kəsiləcək
15:38, Bu gün
Ukraynadan sensasiyalı açıqlama: Rusiya ilə danışıqlara gedirik, müharibə bitir
15:31, Bu gün
Putin Şimali Koreya və Vyetnama gedəcək
15:24, Bu gün
“Qarabağ”ın Avropadakı mövqeyi açıqlandı
15:17, Bu gün
Sabiq deputat vəfat etdi - FOTO
15:13, Bu gün
"İnsanların hər gün dəyənəklə döyüldüyü ölkədə demokratiyanın inkişafından  necə danışmaq olar?”
15:10, Bu gün
Leysan yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:06, Bu gün
Bu çayları acqarına için! – Xroniki xəstəlik riskini azaldırlar
15:02, Bu gün
“Deyirdim ki, mən qala-qala, sən onları niyə öpürsən?” - VİDEO
15:00, Bu gün
Biri ilə yazışarkən bu səhvləri etmək qadağandır
14:57, Bu gün
Azərbaycan və Rusiya parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək
14:54, Bu gün
Azərbaycan millisinin olimpiadada oyunlarının təqvimi bəlli oldu
14:50, Bu gün
Bakıdan son tələb: 34 min kv km-lik ərazi məsələsi masaya qoyuldu - Kritik gəlişmə
14:45, Bu gün
Azərbaycandakı sürət qatarıdırsa, Yaponiyadakı nədir?
14:45, Bu gün
ABŞ dövlət katibinin müavini İrəvandadır
14:42, Bu gün
Kreml Rusiyaya dost ölkələrin Ukrayna ilə bağlı sənədi dəstəkləməsinə münasibət bildirib
14:41, Bu gün
Bərdədə altı uşaq xəstəxanalıq oldu
14:34, Bu gün
Müharibə vaxtı yalnız bayraq tikən pakistanlı dərzi - Lahordan Astaraya uzanan ÖMÜR YOLU - FOTO
14:24, Bu gün
Hacıqabulda dəhşətli ölüm: Beton panelin altında qalaraq can verdi
14:18, Bu gün
Taekvondoçumuz klublararası Avropa çempionatında gümüş medal qazandı
14:13, Bu gün
Moskvanın gizli nüvə sığınacağından REPORTAJ - FOTO
14:06, Bu gün
Böyük müharibə olacaq: 3-4 ay sonra... - ŞOK PROQNOZ
14:00, Bu gün
Bill Qeyts Çinə görə nüvə enerjisinə milyardlarla dollar sərmayə qoymaq istəyir
13:57, Bu gün
Xoşqədəmdən qaynanasını itirmək istəyənlərə MƏSLƏHƏT - VİDEO
13:52, Bu gün
Zəngəzurla bağlı MÜHÜM XƏBƏR: Naxçıvana quru yolu BELƏ AÇILIR
13:45, Bu gün
Yol qəzasına düşən xarici turistlərin SON DURUMU açıqlandı
13:41, Bu gün
Azərbaycanda işləyəcək tanınmış məşqçiyə bu şəxs köməkçi oldu
13:35, Bu gün
Ermənistan niyə “Ukrayna sənədini” imzalamadı - səbəblər  
13:27, Bu gün
İtkin düşən 20 nəfər tapıldı
13:21, Bu gün
Ermənistan parlamentində Paşinyanın istefası müzakirəyə çıxarılacaq
13:18, Bu gün
Hindistanda iki qatarın toqquşması nəticəsində 15 nəfər ölüb - VİDEO
13:17, Bu gün
Netanyahu hərbi kabineti buraxdı
13:15, Bu gün
Yazıçı Oqoltsov Xankəndidəki yeddiaylıq həyatından danışıb - Erməni TV-si onu təhrik etsə də...
13:11, Bu gün
“Azərbaycanlılar bu sahələrdə “sosialist qulları” kimi işlədilirdi...”- Tariximizə fərqli baxış
13:10, Bu gün
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanıldı - DİN
13:06, Bu gün
Millimiz Türkiyədə hazırlıq keçəcək
13:05, Bu gün
Qəbələdən Bakıya helikopterlə təxliyə olundu – FOTOLAR
13:03, Bu gün
“Azərbaycan Ermənistanın havadarlarına son xəbərdarlığını etməlidir” – Qüdrət Həsənquliyev
13:01, Bu gün
Sabaha olan hava proqnozu - 39 dərəcə isti olacaq
12:58, Bu gün
Bala köpəkbalığı həvəskar balıqçının qarmağına ilişdi
12:55, Bu gün
İsmayıllıda avtomobil qəzası olub, üç nəfər yaralanıb
12:47, Bu gün
Alban azarkeş azərbaycanlı aparıcını stadionda ÖPDÜ - VİDEO
12:42, Bu gün
ANS-də “yarpaq tökümü” - Heç biri 50 yaşa çatmadı...
12:38, Bu gün
Avstraliyalı aborigenlər qonşularını qorxudan timsahın ətindən ziyafət təşkil ediblər
12:36, Bu gün
"Putin Ukraynada məğlub olacağı təqdirdə nüvə silahını tətbiq edə bilər"
12:29, Bu gün
Son beş ayda əlilliyi olan şəxslərə 50 mindən çox reabilitasiya vasitəsi verilib
12:25, Bu gün
Bakıda qəza metronun iki stansiyası istiqamətində sıxlığa səbəb oldu - FOTO
12:22, Bu gün
Moskvada azərbaycanlı iş adamlarına məxsus obyektə bomba qoyulması xəbəri yayılıb
12:20, Bu gün
“Nə olub, nəyin davasıdır?" - VİDEO
12:16, Bu gün
"Prius" beton arakəsməyə çırpıldı: 27 yaşlı gənc öldü, 4 yaralı - FOTO
12:08, Bu gün
İrəvanın növbəti məntiqsiz dirənişi: Primitiv və qeyri-peşəkar arqumentlər - TƏHLİL + FOTO
12:05, Bu gün
Ermənistanda etirazlarda iştirak edən 12 nəfərə cinayət işi açılıb
12:01, Bu gün
Niyaməddin Musayev yayılan VİDEOdan danışdı
11:57, Bu gün
COP29-a qədər bu sənəd imzalana bilər: Bakı və İrəvandan son gediş... - Detallar açıqlandı
11:54, Bu gün
Albaniya Futbol Federasiyasına qarşı intizam işi açıldı
11:50, Bu gün
Azərbaycanın sirli tarixi: “Tanrı alov saçan gözlərini burada yaradıb”
11:45, Bu gün
Hitlerin ən çox güvəndiyi adam haqda ŞOK DETALLAR
11:40, Bu gün
Ölkədən gedən azərbaycanlı müğənni TANINMAZ HALA DÜŞDÜ - VİDEO
11:37, Bu gün
"Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcək" - İlon Mask
11:32, Bu gün
Gürcüstanın Baş naziri müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib
11:29, Bu gün
Firəngiz Əlizadə "Üzbəüz" layihəsinin qonağı olub - FOTO
11:28, Bu gün
“Mühasirədə qalmış Rusiya hərbçiləri ağ bayraq qaldıracaqlar...- Başqa yolları yoxdur...”
11:26, Bu gün
Ukrayna SQ: Krım körpüsünün partladılması ciddi nəticələr doğurmayacaq
11:25, Bu gün
Rusiyada 12 il axtarışda olan eks-məmur saxlanılıb
11:13, Bu gün
Bloger: Azərbaycan və Ermənistan arasında sülh sazişi COP29-dan əvvəl imzalana bilər
11:00, Bu gün
Neft ucuzlaşdı
10:52, Bu gün
Lerikdə 4 ton xaş-xaş kolu məhv edildi
10:49, Bu gün
Şokoladla arıqlamaq mümkündür? – Mənfi və müsbət tərəfləri
10:41, Bu gün
Ermənistanın müdafiə naziri Fransaya səfərə gedib
10:38, Bu gün
Koloradoda təyyarə qəzası - yaralananlar var
10:34, Bu gün
Niyaməddin Musayev polis tərəfindən saxlanıldı - VİDEO
10:26, Bu gün
Stoltenberq: "NATO nüvə silahlarını döyüş hazırlığı vəziyyətinə gətirilməsini müzakirə edir"
10:13, Bu gün
Müşfiqabad sakinlərinin bitməyən YOL PROBLEMİ: "Gəlib burada “Əzablı yollarla” adlı film çəksinlər..."
10:08, Bu gün
Sərxan Kamallının ölüm səbəbi açıqlandı - Yenilənib
10:01, Bu gün
Bu qidalar çox tərləməyə səbəb olur
09:59, Bu gün
ABŞ-dən Rusiyanın dondurulmuş aktivləri ilə bağlı açıqlama...
09:55, Bu gün
Tolikdən SƏRT SÖZLƏR: “Dədən tikib oranı?”
09:49, Bu gün
Azərbaycanda tibb işçilərinin peşə bayramıdır
09:43, Bu gün
Nə qədər çağırsa da, Röya üzünə belə baxmadı: O müğənni kimdir? - VİDEO
09:41, Bu gün
Türkiyə klubundan inanılmaz təklif
09:40, Bu gün
Bu ölkədə 6 bal gücündə ZƏLZƏLƏ: torpaq sürüşməsi baş verdi
09:33, Bu gün
Oğuzda çətənə kolları becərənlər və narkokuryerlər saxlanılıblar
09:32, Bu gün
Rusiyada təyyarə qəzası - Pilot yoxa çıxdı
09:22, Bu gün
Xalq artistindən televiziyalara İRAD: “Dəfələrlə zəng edib demişəm ki, bu nədir göstərirsiniz?”
09:10, Bu gün
Üç bürcün həyatında tezliklə sevgi macəraları başlayacaq
GÜNLÜK
16 Jun 2024 | 21:07
"Mən antisemit deyiləm, amma korrupsiya siyahısının yarısı yəhudilərdir" - Lukaşenko
16 Jun 2024 | 21:09
"Vüqar Biləcərinin sevgilisiyəm" deyən qadın görün kim imiş - VİDEO
16 Jun 2024 | 18:51
Dibçəklərə dəfnə yarpağı qoyun – Bir çoxlarının bilmədiyi sirr
16 Jun 2024 | 18:26
Zelenski Rusiyaya ŞƏRT QOYDU: "Sabah danışıqlar başlaya bilər, amma..."
16 Jun 2024 | 18:21
İş adamı Səfər Əlirzayev Qurban bayramı ilə əlaqədar  şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı göndərib
16 Jun 2024 | 18:16
Ölkədə panika başladı: ət yeyən bakteriyalar insanları 2 gündə öldürür
16 Jun 2024 | 19:33
“Dəniz Mall”da təşviş: insanlar təxliyə olundular - VİDEO
16 Jun 2024 | 17:51
Bakı və İrəvan arasında razılaşma: "Anklavlar bu tarixdə qaytarılacaq"
16 Jun 2024 | 17:59
Hüsniyyə Amerikaya necə köçdüyünü açıqladı
16 Jun 2024 | 18:02
Rozadan mərhum atası ilə bağlı paylaşım! - VİDEO
HƏFTƏLİK
14 Jun 2024 | 12:32
“Müəllimlərin sertifikasiya imtahanındakı uğursuz nəticələrini kaş deməzdilər...” - 53 ilin müəllimi - FOTOLAR + ÖZƏL
13 Jun 2024 | 22:04
“Bakı ən az 15 faiz bizim ömrümüzü qısaldır” — Paytaxtın köçürülməsi təklif edilir
13 Jun 2024 | 12:01
Pensiya ilə bağlı mühüm xəbər: Məbləğ artır... - Yeni sistem belə olacaq
12 Jun 2024 | 15:48
Müharibə iştirakçılarının müavinəti artırılacaqmı?- Millət vəkili AÇIQLADI 
12 Jun 2024 | 09:10
Xuraman Muradovanın “Əsrə bərabər 20 il” kitabı təqdim edildi- FOTOLAR 
12 Jun 2024 | 16:33
"Rusiyalıları ölkəmizdən qovmağın zamanı yetişib"
12 Jun 2024 | 14:18
Bakıda dəhşətli qətl: Oğul evdə dözülməz əxlaqsızlıq etdi, atası... – ŞOK TƏFƏRRÜAT
12 Jun 2024 | 14:35
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - 15 iyundan...
12 Jun 2024 | 17:12
Hava ilə bağlı SARI XƏBƏRDARLIQ - Növbəti iki gündə...
13 Jun 2024 | 16:45
"Rusiya Mariupolda qəsdən "aclıq taktikası"ndan istifadə edib" - Beynəlxalq Cinayət Məhkəməsi
AYLIQ
16 Jun 2024 | 21:07
"Mən antisemit deyiləm, amma korrupsiya siyahısının yarısı yəhudilərdir" - Lukaşenko
16 Jun 2024 | 21:09
"Vüqar Biləcərinin sevgilisiyəm" deyən qadın görün kim imiş - VİDEO
16 Jun 2024 | 18:51
Dibçəklərə dəfnə yarpağı qoyun – Bir çoxlarının bilmədiyi sirr
16 Jun 2024 | 18:26
Zelenski Rusiyaya ŞƏRT QOYDU: "Sabah danışıqlar başlaya bilər, amma..."
16 Jun 2024 | 18:21
İş adamı Səfər Əlirzayev Qurban bayramı ilə əlaqədar  şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı göndərib
16 Jun 2024 | 18:16
Ölkədə panika başladı: ət yeyən bakteriyalar insanları 2 gündə öldürür
16 Jun 2024 | 19:33
“Dəniz Mall”da təşviş: insanlar təxliyə olundular - VİDEO
16 Jun 2024 | 17:51
Bakı və İrəvan arasında razılaşma: "Anklavlar bu tarixdə qaytarılacaq"
16 Jun 2024 | 17:59
Hüsniyyə Amerikaya necə köçdüyünü açıqladı
16 Jun 2024 | 18:02
Rozadan mərhum atası ilə bağlı paylaşım! - VİDEO