“Məscidlər Allaha aiddir - Allahla bərabər başqasını dəvət etməyin!”
Oxunub: 5050
01 Oct 2015 | 21:17
“Məscidlər Allaha aiddir - Allahla bərabər başqasını dəvət etməyin!”
(Yaxın günlərdə oxuculara təqdim olunacaq "Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası" kitabından Konya ilə bağlı 3-cü yazı)

Belə yazılıb daş kitabədə...

Hz. Mevlana türbəsinin ümumi mənzərəsi önündə dayanıb tarixin bütün müqəddəsliklərini, paklıqlarını və paklarını xəyalımdan keçirdiyim məqamlarda bu koskoca daş kitabə yazısının ehtiva etdiyi düşüncə fikrimdə dolanmaqdaydı. Eyni düşüncələrlə dönüb ətrafıma, gözlərim önündə qədəm-qədəm açılan, hərəsi bir müqəddəs qapıya dəvət edən küçələrə (sokaklara) nəzər salırdım. Zamanın çox qədimliyində Mevlana Həzrətləri Konyanın bir küçəsiylə gəzə-gəzə köhnə bir evin önünə yetişmişdi. Beş-on köpək o köhnə evin ətrafında şən-şən oynaqlaşır, mehribancasına davranırlarmış. Bu durumu görən tələbələri Mevlanaya dönərək “baxın, bu aşağıladığımız köpəklər biz insanlardan yaxşı davranırlar, qovğa etmədən yaşaya bilirlər” söyləyirlər. Heç bir cavab vermir Mevlana. Tələbələrindən birini göndərib qəssabdan ət aldırır, atır o köpəklərin önünə. Bir tikə ət üstündə köpəklər bir-birini parçalamaq halına gəlirlər. Hz. Mevlana baxıb-baxıb anladır: “İnsanlar da eynən belədi. Arada bir mənfəət yoxkən gözəl-gözəl davranarlar. Ancaq aralarına maddi-mənəvi bir ünsür girincə əski günlərini belə xəyallarına gətirməzlər, bir-birləri ilə dava edib durarlar. O zaman da insanlıqdan çıxıb, bu heyvanların sırasına keçərlər...”
Düşünürəm... Aradan uzun əsrlər keçib. Ancaq nə dəyişib? Təəssüf ki, bu anlamda elə də çox şey dəyişməyib...

ZƏFƏR NƏÄžMƏLƏRİ Ã–TÜR BÜLBÜLLƏR...

Xəyal etməyin yolu yolçuluqdan addım-addım, qədəm-qədəm keçir. Müqəddəs dərgahlara varmayınca ruhən, mənən böyüməyin yolu yoxdu, gərək yolçuluq edəsən. Mənəvi paklaşmanın bir kutsal çevrələnməsi belədi: Konyadakı tarixi Bağdad otelindən Şeyx Sədrəddin Türbəsi və Camisinə 930 metrdi. Buradan Atatürk evinə 220 metr məsafə keçmək gərəkdi. Sonra İncə minarə muzeyinə 400 metr məsafə gözləyir səni. Karatay Mədrəsəsi bir az kənarda - 350 metrlikdədi. 90 addım atdınmı - Alaeddin Camisinə yetişəcəksən. Buradan İplikçi Camisinə 400 metr yol var. Sonra da 250 metrlik yolu keçib Şəms Təbrizi Türbəsinə yetiş. Şərafettin Camisi tam 150 metrlikdədi. Buradan Aziziye Camesinə 270, Süleyman Camisi və Mevlana Muzeyinə 280 m, İstiqlal Hərbi Şehitlik Anıtına 30, Mevlana Kültür Mərkəzinə 100 metrlik yoldur. Yeriyib-yürüsən çox qısa bir zamanda qət edə biləcəyin yoldur. Ancaq bu zaman məsafəsi yüzilliklərin o başını bu başına gətirən anlarla liməlim doludu, hər qədəmdə Onunla başlayan iç söhbətimin ətri, xoş qoxusu duyulur. Gül bağçasından Dərgaha aparan yolçuluğun dönəmləri addım-addım izləyir yaddaşımı; XII-XIII əsrlərin Səlcuqlu dönəmi, XIV-XV əsrlərin Bəylik məqamı, XVI-XVII əsrlərin klassik Osmanlı idarəçiliyi, XVIII-XIX əsrlərin Osmanlı yaşamı, idarəçilik tərzinin qoxusu addım-addım mənimlə olur. Hz. Mevlana türbəsi, muzeyi, dərgahı önündəyəm. Öncə Mevlana dədəmizin kos-koca səsini, nəfəsini duymaqdayam:

Ey aşik! Kendine bak da,
insanların işine karışma;
Şu şunu söylüyor, bu bunu söylüyür
deyib durma!
Filan bağa diken diyor,
Filan yasemin diye çağırıyor
düşüncelerine kapılma.
Her söze, her kese aldanma;
Gül gibi kokmaya bak sen.
Filan sana kafir diyor,
Bir başkası da sana
din adamı diyor...
Vazkeç bunlardan, vazkeç,
Gözünü aç!
Allah sana basaret gözü,
Könül gözü vermiş!
Öyle bir göz vermiş ki,
Senin mağmur bakışlarına karşı
Cebrailin kanadı bile secdeye kapanır.

Doğrudan da “səni yüksəklərə uçuracaq qanadların olduğu halda insanlardan sənə nə qəm var?”. Dayandığım Ahır səkisi, ötdüyüm Turan türküsü, açdığım könül qapısıdı... Hər naxış dil açıb, hər daş dillənib sanki “qədəm basıb asta-asta sən bu diyara xoş gəldin” - deyə önümdə durur. Bu, o yerdi ki, İbn Bibi “Oradakı ağacların meyvəsi ikbal meyvəsi idi, oradakı bülbüllər zəfər nəğmələri söylərdi” deyə təsvir etmişdi. Əlavəsi belədi: “Oranın bütün meyvələri dünyanın iksiri, ağaclarının kölgəsi sevgilərin dinləndiyi yer idi”.
Bir anlıq nəfəsimi dərmək üçün dayanıram. Gücümü-qüvvətimi toparlayıram. Dünyanın ən gözəl dualarını vird edirəm dodaqlarım alltında...
Və O qapını açmaq üçün könlümə “buyur” deyirəm. Qulaqlarıma Mevlananın “Mehrem və mum gibi ol”, “dost ol, heç kimsənin kinini ürəyində tutma” səslənişi gəlməkdədi. Oğlu Sultan Vələdə öyüdü, nəsihəti beləydi:

Kötü söyləyici,
Kötü öyrədici,
Kötü düşüncəli olma!

Atdığım hər qədəm, aldığım hər nəfəs Mevlananın o gözəl səslənişilə həmahəng, həmniyətdi...
Ayrı cür gəlməkmi olar bu məqama? Necə arzulanmışsa eləcə qədəm basıram Mevlana türbəsinə. Tək qalmaq, Onunla bir arada olmaq, Onunla pünhan həsbi-halda olmaq üçün. Bilirəm ki:

ÜMİDSİZLİK QAPISI
DEYİL BU QAPI

Mevlana dərgahının qərar tutduğu məkan Səlcuqlu sultanının gül bağçası olub. Sultan Alaeddin Keykubad tərəfindən Mevlananın babası Sultanül-Uləma Bahaəddin Vələdə hədiyyə edilmişdi. Bu, o Bahaəddin Vələddi ki, indiki Əfqanıstanın Bəlx şəhərində yüksək mənsəb sahibi olmuşdur. 1214-1217-ci illər arasında köçmüşdü Səlcuqluların paytaxtı olan Konya şəhərinə. Bu hesabla Mevlana həzrətləri 7-10 yaşlarında olmuşdu o tarixi köç günlərində. Cənnətlik Bəhaəddin Vələdi 1231-ci ildə haqq dünyasına qovuşunca burada dəfn olunmuşdu. Zaman ötmüş, onun mübarək cisminin bir parçası olan Mevlana həzrətləri də burada əbədiyyət yuxusuna dalmışdı. İki könül və irfan adamı eyni yerdə dəfn olunmuş, təbrizli memar üzərlərində türbə ucaltmışdır. Daha sonra yapılan əlavələrlə böyük bir külliyə halına gətirilən indiki Mevlana Muzeyi 1926-cı ilə qədər dərgah olaraq fəaliyyət göstərib. Dərgahın, muzeyin giriş qapısından bir qədəm atıram. İç dünyamda yüzilliklərin o başında tarixləsən unudulmaz bir məclisin gedişatı aydınlaşır:

BELƏ NAÄžIL EDİLİR

Bahaeddin Veled Sultanın məclisində vəəz verməkdədi... Dinləyənlər arasında uzun boylu, bilik-mərifət sahibi və sarayın ustalarından Əmir Bedreddin Göhertaş da var. O, Bahaeddin Veledin üslubuna, zəka və bilgisinə heyran olanlardandı. Ustaddan “Aşır” oxumasını istəyir. O da “Müminlər felah buldular” anlamında Qurandan “Mümin” surəsini oxuyur, açıqlamasını söyləyir. Heyranlığını gizləyə bilməyən Bedreddin Göhertaş ustadın əllərini öpür və ona mürid olur. Bahaeddin Veled də bu halın şükranlığı olaraq “oğullarım üçün bir mədrəsə yapdır” deyir. Beləcə, “Xudavendigar” mədrəsəsinin özülünə daş qoyulur. Həyatının son illərində ricası mədrəsə yapdırmaq olmuşdu Sultanül-Ulema Bahaeddin Veledin. İndi həmin mədrəsənin yapıldığı mübarək məkanda uyumaqdadılar. Bu dərgahda ilk sərdabə Həzrəti Mevlanaya məxsusdur. Fanilikdən çox əbədilik dərsi keçməkdədi. Böyük söz ustadımız Seyid Əzim Şirvani elə bil Həzrəti Mevlananın dilindən yazıb heç vaxt unutmadığım misralarını:

Mövfti, cisman ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

NECƏ ÇIXSIN QARANLIQLAR AYDINLIÄžA?

“Aləmdə səsi olanlara salam olsun” ehtiramı ilə yad edir, ən pünhan dualarımı zikr edirəm Mevlananın sərdabəsi önündə... Gördüklərimə birər-birər nəzər yetirirəm. Dəfələrlə ziyarət etsəm də, yenə hər şey mənə təzə, ilkin görünür. Elə bil bu gördüklərim yüzilliklərin o tərəfinin xatirələri deyil, bir çimir yuxu daxilində gördüklərimin gerçəkliyidi...Bu, Mevlananın oğlu Sultan Veledin sərdabəsidi... Yanında, söykəyində atası Bahaeddin Veledin uyuduğu sandıqça. Şəmsəddin Abib Çələbi, Ulu Arif Çələbi, Zahid Çələbi, Şeyx Kerimeddin və Vacid Çələbi həzrətləri burada uyuyurlar; Mevlananın ailəsilə bir arada, eyni məkanda. Həzrəti Mevlananın sərdabəsi oğlu Sultan Vələdlə eyni örtü altında yan-yanadı. Ağac oymalı naxışları olan sərdabədə isə atası Bahaeddin Veled uyumaqdadı. Mevlana soyundan və onun müridlərindən olanların qəbirləri də bu aradadı. Bu mübarək zatların çoxu vaxtilə Bahaeddin Veledlə bərabər gələn Xorasan ərləridi. Behiştlik, cənnətlik insanlardı. Layiq olduqları torpağa gömülüblər. Mevlananın atasına və özünə aid olan cübbələrə nəzər yetirirəm. Elə bil sahibləri dəstəmaz alıb, namazlarını qılıb, dualarını oxuyub indicə dönəcəklər, sonra bu cübbələri ədəbi-ərkanla üstlərinə alacaq, yan köşədə taxçaya qoyulmuş “Məsnəvi”nin ilk əlyazma nüsxələrinə, “Divani-Kəbir”ə doğru qədəm basacaqlar... Mevlananın 5 mükəmməl əsərinin 5-nin də əlyazması, cildləri qorunur burda. Bələdçimiz dərin hörmət və sayğıyla Mevlanaya aid əşyalar haqqında məlumat verir; qızıl və gümüş işləmələrlə süslənmiş Nisan tası hər baxışda ötənlərin pozulmaz qanunlarını yenidən göz önünə gətirməkdədi. Toplanan nisan yağmurları bu tasda süzüldükdən sonra Mevlananın sar­ğısının ucu bu suya batırılır, sonra həmin su sifa niyətilə paylanırmış...
Hər şey qədimlik, tarix qoxuyur. 10-12 dəqiqəlik yolu qət edib Şəms Təbrizinin əbədiyyət yuxusu tapdığı məkanın ziyarətinə yetirsən. Ancaq bu 10-12 dəqiqəlik yol məsafəsi adamı 750-780 illik bir zaman məsafəsinin olaylarından keçirib gətirir. O tarixi zamanlardan ki, Sultanül Ulema Bahaeddin Veled Konyaya gəlişində İplikçi Caminin güney səmtində yerləşmişdi, İplikçi Mədrəsəsində dərs vermişdi. Burada oğulları üçün Bedreddin Göhərtaşdan bir mədrəsənin yapılmasını istəmişdi, lakin burada işləməyə ömrü çatmamışdı. Mevlananın vəfatına qədər evi ilə bitişik olan bu öyrətim qurumu uzun illər boyu ayrı-ayrı adlar altında fəaliyyətini davam etdirmişdi.
Səlcuqluların dilində bu qədimliklə nəfəs-nəfəsə “Mevlana” anlamında “Xudavendigar” sözü işlənirdi və bu xitab da Baheddin Veledin özünə aid idi. Çünki Baheddin Veled heç zaman oğlunu adıyla çağırmamış, həmişə “Xudavendigar” deyə xitab etmişdi. Hz. Mevlana bu mədrəsəyə xüsusi bir duyğuyla bağlı idi və “bizim mədrəsəmiz vəlilərin mədrəsəsidi” deyə anladarmış. Bu mübarək məkanın bir köşəsini o, könül dostu, ruhdaşı Şəms Təbrizi üçün ayırmışdı. Şəms Təbriziyə olan heyranlığı, mənəvi bağlılığı bütün zamanların dostluq örnəyi olaraq tarixə köçmüşdü. Bu sevgi və sayğı o qədər ucalmışdı ki, Mevlana oğlu Sultan Veledi Şəms Təbriziyə mürid etmişdi.
Nə yazıqlar ki, asilərin, ruh­suzların bulandırdıqları sular daşıb-daşıb da məcrasını aşa bildi...
Nə yazıqlar ki, bu mənəvi bağlılıqları qıran qaranlıqlar hələ də aydınlığa çıxa bilmir...

“MƏN BAŞIMI GƏTİRMİŞƏM...”

Mevlana dərgahından Şəms Təbrizi məqamına yolçuluq etdiyim o 10-12 dəqiqəlik zaman müddətində xəyal məni yüzilliklərin o biri başına götürməkdəydi. Elə bil hər şeyi apaydın görürdüm. Eləcə də həmin o İplikçi mədrəsəsini... Şəms Təbrizi, bax, həmin mədrəsənin qapısı ağzında oturub hücrədə əyləşmiş Mevlananı soruşanlara deyərmiş: “Mevlananı sənə göstərməyimin əvəzində mənə nə gətiribsən?”
Biri də bu sualın müqabilində “bəs sən özün nə gətiribsən ki, bizdən nə tələb edirsən?” ”“ deyə soruşub.
Cavabında “mən özümü gətirmişəm,-deyib Şəms Təbrizi. ”“ Başımı onun yolunda fəda etmişəm...”.
Könül dostları Mevlananın ciyərparası Sultan Veledin dilindən qələmə alıblar bu söylənilənləri. Bir deyil, beş deyil ki, bu xatirələr. Yenə də Sultan Veledə istinadən yazıya alınanlardandı... Günlərin gözəl bir günündə bir az öncə ziyarət etdiyimiz mədrəsədə Mevlana həzrətləri sevimli oğlu Sultan Vələdə Şəms haqqında, onun fəzilətləri barədə könül dolusu danışırmış. Həyəcana gələn gənc qalxaraq birbaşa Şəmsin hüzuruna gəlib təzim edərək deyir: “Atam indicə mənə sizin uca xislətiniz barədə çox yaxşı təriflər söylədi”.
Şəms köks ötürürərək deyir: “Allaha and olsun ki, atanın haqqımda söylədiklərindən min qat artıq olsam da, mən sənin atanın ucalıq dəryasında bir damla da deyiləm”.
Gənc Sultan Vələdin öz könül dostuna söylədikləridi: “Yenidən qayıtdım atamın yanına, Şəmsin söylədiklərini sözbəsöz ona çatdırdım. Atam “Şəms öz nurunu da tərif edib, böyüklüyünü də göstərmişdir - dedi. ”“ Həqiqətən də o, haqqında söylənilənlərdən yüz qat artıqdır...”
Bu, o Sultan Vələddi ki, fars dilində qələmə aldığı bir divanı və üç məsnəvisi hələ də qiymətli sənət örnəkləri olaraq tədqiq olunur. Onun türkcə yazdığı sətirlər anadilli şeirimizin unudulmaz örnəklərindən hesab edilməkdədi:

Gözümdən çıxma kim, bu ev sənindir,
Mənim gözüm sənə yaxşı saraydır.
Tamaşa çün bəri gəl kim, bu ev sənindir,
Necə gözüm yaşı irmacü çaydır.
Vələd yoxsuldu sənsiz bu cahanda,
Səni buldu, bu gözdən bəyü baydır...

EY, NƏ XOŞ Kİ...

Bu gün sevərək konuşduğumuz, ortaq dəyərlərimizin başlıca qaynağı olan Türk dilinin Türkiyədə dövlət dili olaraq XII əsrdə yenidən hakim mövqe qazanması üçün ilk növbədə Karamanoğullar soyadına borcluyuq. Fikir babalarımızdan olan Əhməd Yəsəvinin poeziya müstəvisində haqqını qoruduğu türkcə rəsmi dairədə məhz Konyanı qısa vaxt müddətində idarə edən Kahramanoğlu Məhmət bəyin göstərişiylə rəsmiləşib. Onun ölkənin hər yerinə xüsusi olaraq verdiyi göstərişində “bundan sonra dərgahda, sarayda, məclisdə və meydanda türkcədən başqa dil işlənməyəcək” deyilirdi.
Səlcuqlu bəyliklərində Yəsəvi yetirmələri hörmətlə qarşılandığından onların yaydığı türkcə tezliklə bütün bəyliklərdə rəsmi şəkildə işlənməyə başladı.
Karamanoğlu Məhmət bəy bu qərarı ilə Konyadan, Səlcuqluların baş şəhərindən başlayaraq Anodoluda türk dilinin rəsmi dil kimi yayılmasında müstəsna xidmətlər göstərib.
Ey, nə xoş ki, Karamanoğullarının soy-kökü, kökəni gözəlimiz Azərbaycana bağlı olmuşdur. Azərbaycandan Sivasa köç edən Xoca Saadettinin oğlu Nuri-Sufi bu soy-kökün təməl daşlarından biri idi.
Karamanoğulları Oğuzların Avşar boyundandır. Nuri-Sufinin oğlu Kəriməddin Karaman bəy XIII əsrdə Konya da daxil olmaqla böyük bir bölgəyə sahiblik etmişdir.
Oxşar xəbərlər
12:43, Bu gün
Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edilib
12:40, Bu gün
Türkiyəli general: “Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib”
12:37, Bu gün
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:34, Bu gün
Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB
12:30, Bu gün
Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”
12:26, Bu gün
Rusiyalı general: “Ağdamdakı monitorinq mərkəzi üç ölkə hərbçilərinin uğurlu əməkdaşlığının nümunəsidir”
12:23, Bu gün
“COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”
12:20, Bu gün
Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab: “Açıq siyasi sifarişdir”
12:18, Bu gün
Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”
12:15, Bu gün
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifələrinin öhdəsindən layiqincə gəldi”
12:12, Bu gün
İlham Əliyev: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
12:09, Bu gün
“Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir” - Kamaləddin Qafarov
12:05, Bu gün
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlandı - FOTO
12:00, Bu gün
COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb - FOTO
11:56, Bu gün
Bakıda təhlükəli anlar: Qaydaları pozub qəza törədən sürücü hadisə yerindən qaçdı - ANBAAN VİDEO
11:52, Bu gün
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTO
11:50, Bu gün
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib - YENİLƏNİB
11:47, Bu gün
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
11:42, Bu gün
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
11:38, Bu gün
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü
11:33, Bu gün
Milli ideyaların yaranması istiqamətində UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan" - FOTO
11:28, Bu gün
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
11:25, Bu gün
Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazmanın saxlanıldığı muzeydən REPORTAJ - FOTO
11:23, Bu gün
Ana 3 yaşlı qızını caduya görə öldürdü
11:20, Bu gün
XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub - FOTO
11:19, Bu gün
İranda dörd məhkum edam edilib
11:17, Bu gün
Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı - SƏBƏB MƏLUM DEYİL - VİDEO
11:15, Bu gün
Ukrayna Silahlı Qüvvələrinin məşhur qadın snayperi öldürülüb
11:11, Bu gün
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
11:08, Bu gün
Bakıda evdə meyit tapılıb
11:00, Bu gün
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
10:55, Bu gün
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:12, Bu gün
36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
10:12, Bu gün
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:10, Bu gün
Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
10:00, Bu gün
Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:50, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
09:46, Bu gün
Millət vəkilinə ağır itki
09:37, Bu gün
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
09:29, Bu gün
"iPhone" satışları rekord səviyyəyə düşüb
09:23, Bu gün
Aprelin sonu iki bürcə ciddi problemlər gətirəcək
09:18, Bu gün
Dəhşətli avtobus qəzası: 13 ölü, 40 yaralı var
09:11, Bu gün
Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:35, Bu gün
Daha 140 nəfər doğma Füzuli şəhərinə qayıdır - FOTO/VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
GÜNLÜK
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 14:29
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 13:39
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
25 Apr 2024 | 13:14
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 14:29
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 13:39
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
25 Apr 2024 | 13:14
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib