Son vaxtlar Azərbaycana qonşu ölkələrdə mili valyutaların sürətlə dəyərdən düşməsi, dolların bahalaşması prosesi müşahidə edilməkdədir. Artıq məsələ ilə bağlı ictimaiyyətə məlumat verən Mərkəzi Bank Azərbaycan manatının da məlum olaylardan psixoloji baxımdan təsirləndiyini, əhalinin son aylar dollara daha çox meyl etdiyini bildirib.
Maraqlıdır, məlum
tendensiyanın davam etməsi Azərbaycan manatı üçün ciddi problemlər yarada bilərmi?
Bununla bağlı
Moderator.az-a açıqlama verən millət vəkili, iqtisadçı-ekspert Vahid Əhmədov Azərbaycan
manatı üçün ciddi təhlükənin mövcud olmadığını bildirdi:
“Bu prosesdən daha çox təsirlənən
MDB ölkələridir. Türkiyədə də milli valyuta ilə bağlı müəyyən proseslər gedir.
Rusiyada 1 dollar 66 rubldur. Biz də qonşu dövlət kimi ola bilsin ki, müəyyən qədər
bu prosesdən təsirlənək. Lakin hesab edirəm ki, manatla bağlı ciddi problem
olmayacaq. Manatın qorunub saxlanılması, dəyərdən düşməməsi ilə bağlı Mərkəki
Bank da, Milli Məclis də büdcə müzakirələri zamanı müəyyən təkliflər verib. Dövlət
başçısı da hökumətin iclasında bu məsələyə toxundu və bildirdi ki, manatın məzənnəsi
qorunub saxlanacaq. Belə hesab edirəm ki, 2-3 ay manata müəyyən təsirlər ola
bilər. Lakin bu, ciddi təsir olmayacaq. Bütövlükdə isə təbii ki, manatın məzənnəsini
qoruyub saxlamaq lazımdır. Yəqin ki, Mərkəzi Bankın da manatı qoruyub saxlamaq
üçün kifayət qədər ehtiyatı var”.
Seymur Əliyev