Xəbər verdiyimiz
kimi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistana səfər edəcək. Artıq bir sıra analitiklər Ermənistan-Türkiyə
sərhədlərinin açılma ehtimalını yenidən gündəmə
gətirməkdədir. Maraqlıdır, bu
iddialar nə qədər əsaslıdır?
Moderator.az-a
açıqlama verən politoloq Natiq Miri Ermənistanın
öz iradəsi ilə hər-hansısa addım atmadığını bildirdi:
“Bildiyimiz kimi ermənilər qondarma soyqırım məsələsini
beynəlxalq səviyədə keçirməyi planlaşdırır. Türkiyə hökuməti bunun qarşısını
almaq üçün bir sıra addımlar atmaqdadır.
Sürixdə imzalanılan protokol yenidən gündəmə gəlsə də, mən inamıram ki, ermənilər öz
iradələri ilə addım atsın. Onlar Moskvanın təlimatları ilə siyasət yürüdür.
Rusiyanın başı hal-hazırda Ukrayna hadisələrinə qarışıb və onlar Türkiyə, Azərbaycan və Ermənistan arasında olan mövcud durumun dəyişməsini istəmirlər.”
Xəyal Əzizov