Əziz oxucular! Millətimizin ən gözəl xüsusiyyətlərindən biri şeirə, sənətə xüsusi diqqət verməsidir. Məhz buna görə də tarix boyu xalqımızın bir çox siyasət adamları da fikirlərini seirlə ifadə edib, ümid və arzularını obrazlı şəkildə cəmiyyətə çatdırıblar. Füzulidən, Şah İsmayıl Xətaidən tutmuş Mirzə Ələkbər Sabirə qədər bir çox şairlərimizin əsərlərində ictimai-siyasi motivlər ön planda olub.
Tarixi ənənədən gələn bu xüsusiyyət bu günümüzün
şairlərinin yaradıcılığında da geniş yer tutub. Mirzə Sakit, Yetim Eyvaz, Elşən
Əzim, Zamiq Zərdabi, adını çəkmədiyimiz bir sıra şairlər bu gün də yalnız məhəbbət
və təbiəti vəsf edən şeirlərlə kifayətlənmir, xalqın ağrı və acılarını da dilə
gətirirlər. Belə şairlərdən biri də siyasi-analitik məqalələriylə də tanıdığınız
Heydər Oğuzdur.
Moderator.az saytı şair-publisistin şeirlərinə məxsusi
yer ayırmağa qərar verir. Bu gündən etibarən saytımızda şairin yaradıcılığıyla
daha yaxından tanış ola biləcəksiniz. Siftəni onun “Ağcaqanad” şeiriylə açırıq.
Niyə
vızıldayıb səs küy salırsan?
Məndən istədiyin bir zərrəcik qan.
Yoxsa qan içməyə izin alırsan?
Belə “nəzakətə” qanım da qurban.
Lütfən,
”icazəsiz” alıb payını
Sonra gözlərimdən it, ağcaqanad!
Göndər ziyafətə digər tayını
Amma vızıltısız get, ağcaqanad!
Yəqin
düşünürsən bu mudur vicdan?
Qoluma qonunca səni vururam.
Amma bulaq kimi kim ki içir qan
Önündə əsir tək boyun bururam.
Onlar
qan içirlər hər səhər axşam,
Bir zərrə içirsən sənsə gecələr.
Nədənsə mən sənə düşmən olmuşam
Amma qıyıram ki, onlar içələr.
Deyirsən:
“icazə almırlar səndən
Qanını əmirlər, duymur ruhun da”
Haqlısan gizlədim mən bunu nədən?
Elə məsələ də bundadır bunda.
İçərək
bu yurdun qara qanını
Artığı paylayıb sağa və sola
Onlar artırırlar şöhrət-şanını,
Sənin “tərbiyyən”sə başına bəla.
İnsan
qan əməndə səs duydunmu heç?
Elə
içirlər ki, hiss etmir adam.
Sən də içəcəksən adam kimi iç,
Rahatça yaşamaq istərsən madam.
Boş yerə halallıq istəmə
məndən
Qan sənin xilqətdən halalca ruzin
Artıq vızıldama duraraq gendən
Halal ruzilərə alınmaz izin.
Halal ruzisindən izin
alanı
İnsan dünyasında basıb əzərlər
Əsla düşünməzlər körpə balanı
Boynun ələ gəlsə tutub üzərlər.
Dünyanın təməli atılıb
belə-
Əslində nə suçun acgözlüyündür,
Nə də ki, vızıltın düşərdi dilə.
Sənin tək günahın acizlyindir.
Lütfən, ”icazəsiz” içib
qanımı,
Sonra gözlərimdən it, ağcaqanad!
Qan nədir? Istərsən al da canımı
Amma səssiz gəlib get, ağcaqanad!