Rusiya var deyə, Qarabağ ermənilərə peşkəş edilməlidir?!
Oxunub: 3745
03 Jul 2020 | 20:22
Rusiya var deyə, Qarabağ ermənilərə peşkəş edilməlidir?!
Azərbaycan xalqını "sülh danışıqları" adı altında uşaq yerinə qoyub başını aldatmaq, özünü "böyük" hesab edənlər üçün ayıb məsələdir. 

Azərbaycan cəmiyyəti Dağlıq Qarabağın düşməndən sülh yolu ilə azad ediləcəyinə heç vaxt inanmayıb və bu gün də inanmır. Buna baxmayaraq, hər dəfə bu mövzuda  danışıqlar ortaya atılanda, insanlarda kül altında qalmış yarıközərən ümid boylanır ki, bəlkə bu dəfə nə isə oldu. Ancaq olmur və təəssüf ki, bu gedişlə olmayacaq da.   

Sözsüz ki, indiyədək hər hansı bir yaralı barmağa "məlhəm" ola bilməyən ATƏT-in Minsk qrupunun "üç muşketyorlarının" tez-tələsik bir saatlıq videokonfrası da növbəti görüşlərdən biri idi. Əlbəttə, bu görüş heç də Dağlıq Qarabağ məsələsinin həllinə hesablanmamışdır. Əksinə, bu, sadəcə Qarabağın azad olunmasına növbəti dəfə "pərdə" salmağın nümayişi idi. Çünki Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını bu "qeyri üzvi birləşmələr" heç vaxt anlamayıb və bundan sonra da anlayacaqlarına ümid bəsləmək əbəsdir. 

"Bəs nədən videokonfras keçirildi?" sualına gəlincə isə bunu, ötən ay Mingəcevirdə yeni hərbi hissənin açılışı zamanı Azərbaycan prezidentinin "...Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümün qabağından keçir... Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu barədə şübhə olmasın... Beynəlxalq hüququn normaları pozulur, onlara riayət olunmur. Təəssüf ki, "kim güclüdür, o haqlıdır" prinsipi bu gün beynəlxalq münasibətlərdə üstünlük təşkil edir", deməsindən sonra Ermənistanın təşfişə düşərək, tez hay-həşir salıb Minsk qrupunu "əl altdan" haraya çağırması kimi güman etmək olar. Çünki  bunu konfransda həmsədrlərin ənənəvi olaraq, "Münaqişənin hərbi yolla həlli yoxdur", demələri də birbaşa təsdiq etdi.

Ancaq, həmsədrlərin təkcə bu ifadəsi deyil, həm də ciddi cəhdlə tərəfləri atəşkəs rejimini möhkəmləndirmək üçün əlavə addımların atılmasına və bununla yanaşı, xalqları sülhə hazırlamağa çağırmaları heç anlaşılan olmadı. Təəssüf ki, bunun qarşısında Azərbaycanın baş diplomatının işğal olunmuş ərazilərdə Ermənistan tərəfinin həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, o cümlədən infrastruktur dəyişiklikləri barədə dediyi sözlər çox yumşaq göründü. Maraqlıdır, niyə indiyədək erməni tərəfinin və Minsk qrupu üzvilərinin qarşısına BMT qətnamələrinin konkret vaxt ərzində həyata keçirilməsi şərt olaraq qoyulmur?! Əks təqdirdə müharibənin qaçılmaz olduğu niyə qətiyyətlə bəyan edilmir?! Məgər, işğalçıların Dağlıq Qarabağda min-bir oyunu - məskunlaşma aparmaları, yüzlərlə sosial yönlü evlər və su elektrik stansiyası tikmələri, xarici şirkətlərlə birgə qızıl çıxarmaları, bir-birinin ardınca magistral yollar çəkmələri, Şuşanı paytaxt etmək istəmələri, Dilqəmi, Şahbazı qanunsuz olaraq illərdir həbsdə saxlamaları və ən nəhayət, Azərbaycanın Silahlı Qüvvələr Günü onun üç rəngli bayrağını hədəf qoyub atəş açmaları Minsk qrupunun müftəxorlarına indiyədək bəlli deyildimi?!  

Maraqlıdır, bu "üç muşketyor kimilər" məsələni beynəlxalq hüquq normaları və prinsipləri - BMT, Helsinki Yekun Aktı çərçivəsində nə vaxt həll etdi ki, indi də gəlib xalqları sülhə hazırlamağa çağırış edirlər? Doğrudur, bu "üzvi birləşmələrin" hər biri ayrı-ayrılıqda öz siyasi maraqlarını güdür və özləri bir-birilə, həmçinin, ermənilərlə "eyni qazanda" çox yaxşı qaynayıb qarışırlar. Ancaq bu, nədən Azərbaycanın ərazi bütövlüyünün pozulması naminə olmalıdır? Əslində, Minsk qrupu yaxşı bilir ki, Azərbaycan tərəfi heç vaxt bu haqsızlıqla, üstəlik məğlubedici sülhlə barışmayacaq. Odur ki, onlar bu yolla xalqları sülhə deyil, məhz özləri də anlamadan müharibəyə çağırırlar. 

Müharibə demişkən, istənilən dövlət öz haqqı olan maraqlarını hər şeydən üstün tutur və bu əslində normal qəbul edilməlidir. Azərbaycan tərəfi də öz haqq işində dövlət marağını hər bir vətəndaşının nəinki sosial rifahından, hətta canından belə üstün tutmalıdır. Doğrudur, deputat Siyavuş Novruzov müharibənin uşaq oyunu olmadığını bildirməkdə haqlı olsa da, ancaq gərək o, bir şeyi də bilsin ki, otuz ilə yaxındır torpağı işğalda qalan Azərbaycan xalqını da sülh danışıqları adı altında uşaq yerinə qoyub başını aldatmaq, özünü "böyük" hesab edənlər üçün ayıb olan məsələdir. 

İşğala son qoymaq üçün Rusiya ilə hansısa danışıqlara getməyə gəlincə isə, bu nə qədər məqsədəuyğun səslənsə də, ancaq bu yolda müsbət nəticəyə nail olmaq səhrada balıq sevdasına düşmək qədər mənasız görünür. Çünki heç kim şübhə etmir ki, indiyədək Qarabağın azad olunması ilə əlaqədar, bağlı qapılar arxasında Rusiyaya bəlkə 10 dəfələrlə müraciət olunub. Ancaq görünür, Dağlıq Qarabağın Kremlin əlində hər iki münaqişə tərəfinə təsiredici alət olması daha çox sərf etdiyindən öz marağından vaz keçmir və keçəsi də deyil. Ömrü çatsa, artıq öz prezidentliyini 2036-cı ilədək sığortalayan və şəxsi kabinetində I Pyotrun portretini  başı üstündən asan Vladimir Putindən Dağlıq Qarabağı Ermənistandan alıb Azərbaycana qaytarmasını isə gözləməyə heç dəyməz.  

Putin demişkən, baxın, Rusiya prezidenti öz ölkəsində Qanuna dəyişikliklə bağlı referendumunu keçirdikdən sonra, "Burada, bizdəki siyasi sistemin tamamlanması, sosial zəmanətin və suveren ərazi bütövlüyünün möhkəmləndirilməsi dayanır", - deyə, dərhal bəyanat verdi. Bunun ardınca isə Rusiya müəyyən məqsədlərlə Ukrayna ərazisində qəfl hücum etmə qabiliyyətinə malik olan 3 hərbi qrup hazırlayıb. "Ukraynforum"un məlumatına əsasən, artıq Ukrayna sərhəddinə Rusiyaya məxsus ümumi sayına görə 87 min hərbçi, 1100 tank, 2600 hərbi zirehli maşın, 1100 artilleriya sistemi, 360 raket sistemi və 18 operativ-taktiki raket kompleksi yerləşdirilib. Bu, Rusiyanın Ukraynaya onu diz çökdürmək üçün açıq təzyiqidir.
Əgər diqqət etsək, Azərbaycan prezidentinin yuxarıda qeyd etdiyimiz - ""kim güclüdür, o haqlıdır" prinsipi bu gün beynəlxalq münasibətlərdə üstünlük təşkil edir", sözü burada öz təsdiqini tamamilə tapır. Odur ki, hərtərəfli gücə malik olan  Azərbaycan və onun ordusu Dağlıq Qarabağ məsələsində haqlı tərəf kimi niyə  təmas xəttinə canlı qüvvə və silah-sursat toplayıb düşmənə real təzyiq göstərib onu düz yola gətirməyə məcbur etməsin? Müharibə başlayacağı təqdirdə isə Ermənistanın Rusiyadan kömək istəməsi elə də təşfiş doğurmamalıdır, çünki dava Azərbaycanın ərazisində gedəcək. Digər tərəfdən isə Azərbaycanın da müraciət edəbiləcəyi ölkələr az deyil. Ən əsası odur ki, Azərbaycan bu məsələdə tam haqlı tərəfdir. Türklərin haqqını yemək isə çox çətin olur! Qoy, birdəfəlik hamı bilsin ki,  nə Rusiya, nə ABŞ, nə Fransa və ya onların Minsk qrupunun "üzvi birləşmələri" Dağlıq Qarabağı Azərbaycana məcmeyidə gətirib verən deyil. Rusiyaya və ya Putinə ümid edənlər isə bilsin ki, Qarabağ məsələsi 2036-cı ilədək belə qala bilməz. Qarabağ məsələsində Azərbaycan cəmiyyətinin beyninə yeridilmiş "urus qoymur" fikri birdəfəlik dağıdılmalıdır. Digər tərəfdən də Rusiya var deyə, Qarabağ ermənilərə peşkəş edilməlidir?!


Mübariz Azərbaycanlı, müstəqil jurnalist
Oxşar xəbərlər
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər