ABŞ sentyabr ayına qədər Almaniyadakı 9 min ABŞ əsgərini geri çağıracaq.
Moderator.az ABŞ mediasına istinadən bildirir ki, prezident Donalda Trampın bununla bağlı müvafiq göstəriş verdiyi bildirilir. Hələlik rəsmi şəkildə təsdiqlənməyən məlumata görə, Almaniya və digər Qərb ölkələrindən Amerika əsgərlərinin çıxrılması prosesinin bu ilin sonuna kimi davam edəcəyi, yeni hərbi birlikləri əhatə edəcəyi gözlənilir.
Mənbənin məlumatına görə, Trampın belə bir addım atmasına səbəb Almaniya və digər Qərb dövlətlərinin NATO-nun büdcəsinə ödədiyi vəsaitin azlğından şikayətçi olmasıdır. Xatırladaq ki, NATO-nun əsasən ABŞ-ın maliyyə dəstəyi üzərində qərarlıaşmasını ədalətli hesab etməyən Tramp, d bununla bağlı öz narazılığını dəfələrlə açıq şəkildə ifadə edib.
Ekspertlər isə hesab edir ki, Almaniyadan ABŞ hərbçilərinin çıxarılmasından sonra NATO-nun bu regionda iriqmiqyaslı təlimlər keçirməsi sual altına düşəcək. Ən əsası, ekspertlərin fikrincə, ABŞ əsgərlərinin Qərbi ölkələrini tərk etməsi Avropanı Rusiya qarşısında müdafiəsiz qoyacaq. Bu isə mahiyyət etibari ilə Avropa dövlətlərini müdafiə məsələlrinə daha çox vəsait ayırmağa, öz təhlükəsizlikləri haqqında daha çox düşünməyə məcbur edəcək.
Seymur ƏLİYEV