Koronavirusdan sonra dünyanı NƏ GÖZLƏYİR?- 4 VERSİYA...
Oxunub: 2350
06 Apr 2020 | 07:15
Koronavirusdan sonra dünyanı  NƏ GÖZLƏYİR?- 4 VERSİYA...
Son günlər media məkanını gözdən keçirərkən dünyanı sanki əsirliyə götürmüş koronavirus pandemiyası və onun yaranması səbəbləri ilə bağlı müxtəlif versiya və fərziyyələrə rast gəlinməkdədir.

Əgər bu fikirlərin ən əsaslarını klassifikasiya etsək (təsnifləndirsək), onda aşağıdakı mənzərənin meydana çıxması mümkündür.

 
Beləliklə,

 
Birinci versiya

Koronavirusun süni mənşəli bir bioloji silah olması barədə kifayət qədər əsaslandırılan iddialardır. İnternet məkanında müxtəlif mütəxəssislərin və alimlərin video və digər müraciətlərində bu virusun məhz süni yolla xüsusi laboratoriyalarda hazırlanması barədə fikirlər səslənməkdədir. Belə ki, iddia olunduğuna görə, bu bioloji silahdan istifadəyə qərar verilməsində əsas 3 məqsəd güdülmüşdür:

 

Birinci məqsəd – ABŞ-ın dünyada mənəvi rəqibi olan İranı hərbi yolla və iqtisadi sanksiyalar vasitəsilə məğlub etməsi mümkün olmadığından, indi də virus epidemiyası ilə - bioloji müharibə ilə çökdürüb, istədiyi formatda danışıq stolu arxasına otuzdurmaqdır.

 

İkinci məqsəd – Çinin nəhəng addımlarla dünyanın iqtisadi və hərbi liderliyinə doğru irəliləməsinin qarşısının alınmasıdır.

 

Üçüncü məqsəd - son illərdə getdikcə daha çox müstəqil siyasət yeritməyə can atan Avropaya, öz yerini göstərməkdir. Belə ki, iqtisadiyyatın və beynəlxalq siyasətin müxtəlif sahələri üzrə həyata keçirilmiş yüngülvari təzyiq metodları və aparılan danışıqlar, istənilən nəticəyə gətirib çıxarmamışdır.

 

 

a) İran versiyasının təfsilatı

Bir çox ekspert və siyasi icmalçıların iddialarına görə, bütün bu koronavirus məsələsinin kökündə İranın və onun iqtisadiyyatının çökdürülməsi durur. Və bu istiqamətdə digər ölkələrdə yaşanan problemlər isə – sadəcə gözlənilən və gözlənilməz əlavə qurbanlardır.

 

Belə ki, virusla bağlı hadisələr izlənildikdə müəyyən və sanki planlaşdırılmış qəribə bir ardıcıllıq müşahidə edilir:

 

- virusun ən naməlum və heç bir başqa ölkədə rast gəlinməyən ştammı məhz İranda meydana çıxdı;

 

- virusdan doğan xəstəliklər və ölüm halları ilk növbədə bu ölkənin rəhbər strukturlarında və yaxud oraya yaxın çevrələrdə təmsil olunan şəxsləri əhatə etdi;

 

- virusun İranda geniş yayıldığı günlərdə dünya üzrə pandemiyanın hələ elan olunmamasına baxmayaraq, yəni yardım üçün vasitə və vəsaitlərin azad olduğu bir vaxtda, bir neçə istisnanı çıxmaq şərtilə, heç kim, heç bir ölkə öz kömək əlini ona uzatmadı – çünki, ona hətta humanitar yardımların göstərilməsi belə qadağan olunmuşdu (bu qadağa hələ də davam etməkdədir);

 

- heç kim İrana nə tibbi və elmi laborator avadanlıqla, nə də epidemiyanın araşdırılması və dərmanın hazırlanması üçün öyrənilməsi zəruri olan köməkçi ştammlarla yardım etmədi;

 

- bir neçə gün əvvəl Ümumdünya Bankının və Beynəlxalq Valyuta Fondunun (BVF) birgə təşkil etdiyi  koronavirusla mübarizə metodlarının müzakirəsi ilə əlaqəli keçirildiyi iclasa İran dəvət edilmədi;

 

- son məlumatlara görə isə, virusa qarşı yeni bir dərmanın sınağı keçirilməlidir. Bu sınaqlar, ABŞ da içində olmaqla 7 ölkədə keçiriləcəkdir... Və yenə də bu ölkələrin arasında İran yoxdur... Halbuki, virusdan ən çox zərər çəkmiş ölkələrdən biri də məhz odur;


- verilən rəsmi məlumatlara görə, hazırda İran büdcəsinin 20 faizi koronavirusla mübarizəyə yönəldilmişdir ki, bu da təbii ki, iqtisadiyyatın digər sahələrinə təsirsiz keçmir;

 

- hətta ölkənin virusla mübarizə apardığı bu ağır dönəmlərdə də ona qarşı yeni iqtisadi sanksiyalar tətbiq edilir;


- eyni zamanda, bu ağır günlərdə İrana qarşı təzyiqləri bir qədər də artırmaq və ölkəni gərginlikdə saxlamaq üçün İran körfəzinə əlavə olaraq tam bir aviadaşıyıcı qrup formatında ciddi hərbi qüvvə göndərilir;


- Yaxın Şərq bölgəsində İrana yaxınlıqları ilə seçilən və İŞİD vandalları ilə real mübarizə aparan qüvvələrin mövqeləri bombardman edilir və/və ya bu barədə ABŞ-ın ən yuxarı siyasi pilləsindən (məsələn, Pompeonun bəyanatı kimi) anonslar verilir.

 

 

b) Çin versiyasının təfsilatı

Bəzi təhlilçilərin fikirlərinə görə, virus epidemiyasının Çindən başlanması və inkişaf etməsində də əsas məqsəd ildırım sürətilə irəli gedən Çin iqtisadiyyatının və hərbi qüdrətinin inkişaf sürətini yavaşıtmaq və onun daban-dabana izlədiyi dünya ağalığı iddialarında bulunan və bəlkə də artıq var gücü ilə çabalayan ABŞ iqtisadiyyatına bir qədər (məsələn, bir neçə il) taym-aut (istirahət) vermək olmuşdur.

 

Lakin, təhlilçilərin gümanına görə, bu məqsədə tam şəkildə çatmaq mümkün olmamışdır:

 

- əvvəla, bu ölkə, özünün tam formalaşmış və komplektləşmiş güclü iqtisadiyyatının;

 

- ən əsası isə qanunsevər və öz dövlətinə inanan əhalisinin mövcudluğu hesabına hamı üçün gözlənilməz tez şəkildə bu koronavirus burulğanından çıxmağa müvəffəq oldu.

 

- həmçinin, birdən-birə tam şəkildə hamıya bəlli oldu ki, demək olaraq, bütün dünya iqtisadiyyatı - adi mismardan, buğda və düyü dənəsindən və sadə tibbi tənzifdən başlamış, hər bir növdən olan elektronika, avadanlıq, gəmilər və təyyarələrə qədər – Cin istehsalçısından asılı imiş... Belə ki, Cin iqtisadiyyatının cəmi 2 ay ixrac funksiyalarını zəiflətməsi, praktiki olaraq, bütün dünyada nəhəng-nəhəng istehsal sahələrinin dayanmasına, ən azından onların zəifləməsinə gətirib çıxardı...

 

Beləliklə, bəlli oldu ki, Cin iqtisadiyyatının dayanması və/və ya staqnasiyası heç kimə lazım deyil.

 

 
c) Avropa versiyasının təfsilatı

Şərhçilər arasında İtaliya, İspaniya, Fransa, Almaniya və koronavirus epidemiyasının yayıldığı digər ölkələrlə bağlı, ümumiyyətlə  Avropaya öz yerinin göstərilməsi ilə əlaqədar fikirlərlə yanaşı, belə bir nöqteyi nəzər də var ki, sadəcə bütün bu ölkələr əsas planın həyata keçirilməsi zamanı təsadüfən "ilişmişlər"...

Yəni bu, qlobal prosesin sanki bir istehsalat çıxdaşı olmuşdur. İran və Çinlə bağlı şübhə yaranmasın deyə, Avropa ölkələri statist rolunu ifa etmiş, sadəcə, heç kəs nəticələrin belə ağır olacağını proqnozlaşdırmamışdır.

 

 

İkinci versiya

Ümumilikdə dünya əhalisinin daha çox idarəolunan edilməsi versiyasıdır. Belə ki, bəzi təhlilçilərin fikirlərinə görə, koronavirus məsələsi böyük insan kütlələrinin qapanması, onların xarici aləmlə yalnız virtual və elektron tərzdə ünsiyyətdə olması üçün ortaya atılmış bir məsələdir.

 

Elə buradan da nağd pullardan və nağd alış-verişdən imtina, elektron kartlarla pul əməliyyatlarına isə əksinə – daha çox üstünlük verilməsi çağırışları meydana gəlmişdir. Bu da faktiki olaraq həyatların çipləşməsi deməkdir. İnsanların pul yığımları virtual şəkildə və elektron pul kisələrində olduqdan, sonra lazımi qurumlar istənilən an bu vəsaitləri bloklaya və ya istənilən yerə yönəldə bilərlər.

 

Demək, hipotetik şəkildə olsa da, pul sahibi öz pullarının idarə edilməsində kimlərdənsə asılı duruma düşmüş olur. Eyni zamanda, distans təhsil və teletəbabətin reklam edilməsi, hər bir vətəndaş haqqında müfəssəl məlumat toplanan vahid informasiya bazaları, insanları üz cizgilərinin elektron qaydada tanınması və s. də buna xidmət edir.

 

Yəni, təhlilçilərin fikrincə, bu gün dünyada karantin bəhanəsi və insanları bürümüş panika pərdəsi altında cəmiyyətin əhəmiyyətli hissəsinin rəqəmsallaşdırılması prosesi gedir.

 

 

Üçüncü versiya

Bəzi araşdırmaçıların zənnincə isə, koronavirus barədə media məkanında yayılan qorxulu məlumatlar (həmçinin, müxtəlif videolar, xəbərlər, reportajlar, televiziya və radio verilişləri, votsap, instaqram, tvitter və sairə bu kimi sosial şəbəkələrdə yerləşdirilən materiallar) ümumi bir zəncirin həlqələridir. Və bu zəncirin də bir məqsədi var: QORXUTMAQ. Yəni insanları (xalqları) dəhşətə salırlar ki, onlar özünütəcridə razı olsunlar.

 

Çox güman ki, bütün bu koronavirusla əlaqəli məsələlər deyildiyi və elan edildiyi qədər də təhlükəli deyildir. Əlbəttə ki, ciddi təhlükənin mövcudluğuna inamı artırmaq üçün müəyyən sayda ölüm hallarının da (yəni, qurbanların) olması zəruridir.

Amma bu say ümumi ölüm hadisələrinin içərisində bir damcı nisbətindədir. Və bunun sübut edilməsi də çox rahatdır. Sadəcə, dünyanın bir sıra ölkələri üzrə koronavirus pandemiyası elan olunan vaxta qədər bir neçə aylıq dövr ərzində hər bir ölüm halı üzrə analitik (yəni, hansısa xəstəlik, yol-nəqliyyat, bədbəxt hadisə, müharibə, aclıq və s. bu kimi səbəblərdən) gündəlik ölüm statistikasını müqayisə etmək kifayətdir.

 

İddia olunur ki, bu halda pandemiya elanından sonrakı dövr üçün ölüm hallarının azalması açıq-aşkaq bəlli olacaqdır. Belə ki, karantinə görə hərəkətin məhdudlaşdırılması səbəbindən insanların yalnız yol-nəqliyyat hadisələrində olan ölüm halları əhəmiyyətli dərəcədə azalacaqdır. Bu statistik məlumatın ölümlə bağlı digər bəndlərində isə praktiki olaraq çox cüzi dəyişikliklər mümkündür.

 

Beləliklə, bütün bu media təqdimatlarının son məqsədi – insanların bu xəstəliyin qlobal, kütləvi, qaçılmaz olmasına, yaranmış vəziyyətdən xilasın praktiki olaraq çıxılmaza yaxın qədər çətin olmasına və ən əsası da - bu fəlakətin hər bir kəsə toxuna bilməsinə inanmasıdır.

 

Və bunun üçün də sadəcə olaraq müvafiq mexanizmi işə salmaq lazımdır (buna bəlkə də praktiki olaraq nail olunmuşdur)... Yerdə qalan işi isə artıq insanlarda yaranmış kütləvi psixoz və əsəbilik tamamlayacaqdır. Belə ki, həmin bu psixoz və əsəbilik halı düşünməyə və soyuq başla qərar qəbul etməyə mane olacaqdır.

 

Bütün bu proseslərin gedişatında da bu gəmidə (planetdə) kimin ağa olması, kimdən qorxmaq lazım olduğu, kimdən sədəqə və icazə diləməyin zəruriliyi və s. kimi məsələlər bu dəfə sanki bilmərrə həll edilmiş olur. Çünki, son dövrlərdə bu ümumdünya “sahibi” və “qəhrəmanı” obrazı bir qədər laxlamış və öz əsaslarını itirmişdir.

 

 

Dördüncü versiya

Bəzi təhlilçilər isə yuxarıda qeyd edilmiş bütün ehtimalların eyni zamanda həyata keçirilməsi istəyinin olduğunda qərarlıdırlar. Onların fikrincə, "proses sahibinin" "A" ssenarisindən başqa həm də "B", "C", "D", "E" və digər ehtiyat ssenariləri də mövcud olub və bəlkə indi onların hansılarısa işə salınıb.

 

Və bütün dünya üçün çətin və qurbanlar tələb edən girdab olan koronavirus pandemiyası yaxşıca hesablanmış bir ssenaridir... Və həmin bu ssenarinin müəllifləri indi haradasa rahat kürsülərində oturub baş verənləri acgözlük və hərisliklə izləyirlər...

 

 

Yekun müddəalar

1. Görünəni budur ki, hadisələrin gedişatı bir şeyin yəqinliyinə doğru gedir: bəşəriyyət İkinci Dünya müharibəsindən bu yana görünməmiş qlobal hadisələrnin astanasındadır. Koronavirus səs-küyü bütün siyasi, iqtisadi, mədəni, əqidəvi, fəlsəfi sferalarda təlatümlərə səbəb olmuşdur.

Artıq BMT və digər beynəlxalq təşkilatların nə kimi faydaları olması haqda bəhslər başlanmışdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) özü müzakirə predmeti olmaqdadlr.

Ola bilər ki, bəzi ölkələrin taleyi də fərqli olsun. Təbii ki, belə təlatümlərin sonda hansısa bir dəyişikliyə gətirib çıxarması labüdləşir. Hətta ehtimal olunur ki, ola bilsin bəşəriyyət tamamilə yeni bir dönəmə keçsin.

 

2. Həmçinin, açlq-aşkar görünür ki, ilkin ən böyük koronavirus zərbəsinə tuş gəlmiş həm Çin, həm də İran bu zərbəyə və bundan sonra gələn zərbələrə dözdülər və kifayət qədər immunitet əldə etdilər. Və hətta indi koronavirus hücumuna qalib gəlməkdədirlər. Belə ki, Çin bu qələbəni artıq elan etmiş, İran isə (ölkə prezidentinin sözlərinə görə) yoluxma tendensiyasının bütün ölkə boyunca azalmasını və tezliklə karantin məhdudiyyətlərinin aradan qaldırılaçağını bildirmişdir.

 

Bioloji müharibə isə bumeranq effekti ilə geri qayıdaraq, bu müharibənin güman edilən təşkilatçılarına qayıtdı. İndi praktiki olaraq bütün Avropa və ABŞ bu bəlanın cəngindədirlər. Tərifli Qərb birliyində, xüsusilə də Avropa Birliyi ölkələrində psixoloji-iqtisadi çatlar yaranmağa başladı və hər bir ölkə yalnız özünün xilası xəttini götürdü.

 

3. Virus pandemiyası ilə bağlı bəşərdə hansısa bir immunitet yarandı (və ya yaranmaqdadır). Təcrid, özünütəcrid və bundan irəli gələn problemlər insanları bu dünyanın faniliyi, maddiyatın keçərli olması və hansısa anda heç kimin dadına çatmaması, uzun arzu və planların isə bəzən mümkünsüz olması barədə düşünməyə sövq etdi.

 

4. Bəziləri isə - həm ölkələr, həm xalqlar, həm də ki, ayrı-ayrı fərdlər - yəqin ki, böyük alimlərin buyurduğu kimi, təhdidləri fürsətlərə çevirmək yolunu tutmağa cəhd edəcəkdir. Və artıq bunun işartıları da görünməkdədir.

 

5. Amma, hər bir halda, əgər bütün bu dəhşətli hadisə-proseslərin həqiqətən də hansısa müəllifləri varsa (təhlilçilərin mütləq əksəriyyəti buna qəti şəkildə əmindirlər), onlar əvvəl-axır etdikləri cinayətlərə görə mütləq və qaçılmaz halda cavab verəcəklər....

 

Onlar yaddan çıxarırlar ki, bu dünyanın və ümumiyyətlə, bütün aləmlərin bir Yaradanı, bir həqiqi Sahibi də vardır... Və bu Yaradanın bəşər barədə zalım güclərdən tamamilə fərqlənən planları vardır...

Rza Adil, Deyerler.org
Oxşar xəbərlər
20:38, Bu gün
Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan sürücü saxlanılıb
20:33, Bu gün
"Kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, indi bunun əsl zamanıdır..."
20:30, Bu gün
Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi
20:29, Bu gün
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
20:25, Bu gün
Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var 
20:03, Bu gün
Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar - VİDEO
19:57, Bu gün
Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb
19:56, Bu gün
İsrail Baş Qərargah rəisi Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib
19:54, Bu gün
"Böyük Britaniya Qəzza bölgəsinə qoşun göndərə bilər" - "The Guardian"
19:52, Bu gün
Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO
19:51, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
19:50, Bu gün
Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
GÜNLÜK
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO