“Həkimlərimizlə yanaşı, Azərbaycan polislərini də alqışlamaq gərəkdir…”
Gündəm
Oxunub: 3437
28 Mar 2020 | 20:57
“Həkimlərimizlə yanaşı, Azərbaycan polislərini də alqışlamaq gərəkdir…”
Karantin rejimi yaşadığımız son gərgin günlərdə Azərbaycan həkimləri ilə yanaşı, asayişi, nizam-intizamı  təmin edən polisimizin də xidməti, əziyyəti danılmazdır.

Uzun illər orqanlarda çalışmış, Daxili İşlər Nazirliyinin  Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, istefada olan polkovnik Mehman Mehmanov Moderator.az-a geniş açıqlamasında  bu cür ekstremal durumlarda polis-vətəndaş, vətəndaş-polis münasibətlərini xarakterizə edib.

“Polisin  həm adi, həm də ekstremal vəziyyətlərdə əsas vəzifəsi asayişi qorumaq, ictimai təhlükəsizliyi təmin etməkdir.  Bundan əlavə, polis zəruri hallarda dövlət rəhbərliyinin qanuni qərarlarına uyğun olaraq öz funksiyaları çərçivəsində digər işləri də icra edir. Ancaq son illərdə baş vermis bəzi təbii və texnogen fəlakətlər zamanı, xüsusən də  üzdəniraq koronavirus pandemiyasının yayıldığı, ölkə rəhbərliyinin bu bəlaya qarşı mümkün və lazımi tədbirlər gördüyü bu günlərdə məlum oldu ki, polis yaxşı mənada öz vəzifə funksiyalarından kənara çıxaraq çiyninə daha ağır yüklər götürür.  Məsələn, bu gün məlum karantin rejiminə uyğun olaraq 65 yaşdan yuxarı vətəndaşların mənzillərdə qalmasını təmin etmək, açığı deyək ki, bilavasitə polisin xidməti vəzifəsi deyil.  Burada sakinləri daha yaxından tanıyan yerli icra nümayəndələri, bələdiyyələr, bina komendantları  və s. də böyük rol oynamalıdırlar. Lakin mən də keçmiş bir polis polkovniki kimi fəxr edirəm ki, bütün bu xeyirxah missiyanı bu gün Azərbaycan polisi icra edir. Özü də çox yüksək səviyyədə… Və o da fərəhli haldır ki, küçələrdə vəzifələrini yerinə yetirən polislərin əksəriyyəti boy-buxunlu, şıx və səliqəli geyimli, eyni zamanda gülərüz, vətəndaşlarla kifayət qədər etika çərçivəsində davranan əməkdaşlardır.  Onu qeyd edim ki, sovet dövründə milislər arasında geyimi-geçimi bərbad vəziyyətdə olan milis əməkdaşlarına çox rast gəlinirdi. Buna görə cəzalar da tətbiq olunurdu. Ancaq indi, şükür Allaha, polisimizdə belə bir problem yoxdur… Son oniliklərdə, xüsusən də cənab Daxili İşlər naziri Vilayət Eyvazovun gördüyü ciddi tədbirlər sayəsində polis sistemində geyim, eləcə də nizam-intizam, subordinasiya qaydalarına riayət, əməkdaşların öz aralarında, xüsusən də vətəndaşlarla etik davranış məsələləri və s. yüksək səviyyədə həllini tapıb…”- deyə sabiq idarə rəisi bildirib.

Keçmiş polis polkovniki vətəndaşları bütün dünya üçün mövcud  ağır bir durumda polisin  işlərini düzgün dəyərləndirməyə lazımi göstərişlərə əməl etməyə çağırıb:

“Məni narahat edən bir məsələ də odur ki, bəzi qara qüvvələr yaranmış belə gərgin vəziyyətdən yararlanaraq Azərbaycan polis sistemini ləkələməyə  və eyni zamanda polis-vətəndaş münasibətlərində gərginlik  yaratmağa çalışırlar.  Məsələn,  martın əvvəlində üzdəniraq feminist qadınların keçirdiyi icazəsiz aksiya zamanı milli dəyərlərimizə, dinimizə, əxlaqımıza zidd çağırışlar edən məxluqlardan birinin polisi barmağıyla hədələməsi çox ağır təsir bağışladı. Əvvəla, ümumiyyətlə, qadının kişinin üzərinə barmaq silkələməsi Azərbaycan xanımına yaraşan hal deyil. İkincisi də dövlət nümayəndəsi kimi vəzifə borcunu yerinə yetirən polisə qarşı belə bir hərəkət də yolverilməzdir. Yadınızdadırsa, saytınızdakı əvvəlki çıxışlarımda  Azərbaycanda kişi polisin qadın vətəndaşa qarşı güc tətbiq etməsinin də doğru olmadığını vurğulamışdım. Ancaq bunun əksinə də yol vermək olmaz. Vətəndaşın, o cümlədən qadının da onu nizam-intizama dəvət edən polis qarşısında bir məsuliyyət hissi olmalıdır. Sözümün canı ondadır ki, ayrı-ayrı polis nəfərlərinin bəzən ekstremal vəziyyətlərdə vətəndaşlarla kobud rəftarından istifadə edərək bütövlükdə Azərbaycan polisinə qarşı yanlış mövqe tutmaq olmaz… 

Bu yaxınlarda – karantin rejiminin ciddiləşməsindən öncə  dənizkənarı parkda gəzərkən çevik polis alayının əməkdaşlarıyla rastlaşdım. Onların çoxu məni tanıdı, salamladı. Mən də söhbət əsnasında onlardan xahiş etdim ki, polisə qarşı qeyri-etik davranışa yol verən vətəndaşların qanun çərçivəsində məsuliyyətə cəlb edilməsinə çalışsınlar. Yəni polislərə qarşı bu cür davranış tərzi də sanki bir virus kimi yayıla bilər. Xüsusən son zamanlar sosial şəbəkələrdə polislə dediyim kimi rəftar edən, onları hədələyən vətəndaşların sanki bir qəhrəman kimi təbliğ olunması da təhlükəlidir.   Bəzən də polis belələrinin səviyyəsinə enmək istəmir, yenə də öz nəzakətini nümayiş etdirir. Və təəssüf ki, müəyyən dairələr bundan sui-istifadə edirlər. Halbuki, demokratiyasını nümunə çəkdiyimiz Avropa, Amerika polisinə qarşı oxşar hərəkətlər edilsə, onlar atəş açmağa qədər bütün gərəkli vasitələrdən istifadə edə bilər. Məsələn, Fransada polisin “sarı jiletli”lərlə yanaşı, bu günlərdə karantin rejimini pozanlara qarşı davranışlarını da gördük…

Mən sosial şəbəkələrdə polisə qarşı kobud hərəkətləri təbliğ edən, belə ultra-yaramaz çağırışlar edən şəxsləri məsuliyyətə dəvət edir və bu cür davranışlara son qoymağa çağırıram… 

Ancaq müsbət haldır ki, bu gün vətəndaşlarımızın böyük hissəsi Azərbaycan polisinin xalqın asayişinin, rifahının və sağlamlığının qorunmasına yönəlmiş fəaliyyətini yüksək qiymətləndirir. Belə dar, çətin məqamda biz bir daha polisin bütün varlığıyla yanımızda olduğunun şahidi olduq. Gəlin, biz də vətəndaş olaraq boynumuza düşənləri düzgün icra etməklə onlara da, həkimlərimizə də dəstək olaq… Küçələrdə, evlərimizdə tələb, tövsiyə olunan qaydalara əməl edək ki, inşallah, bütün bəşəriyyətlə birgə, Azərbaycanımızı da bu ağır imtahandan uğurla çıxaraq. Onu da deyim ki, mənim özümün hələ 65 yaşımın tamam olmasına rəğmən ifrat zəruri hallar istisna olmaqla mənzilimdən bayıra çıxmıram…”

“Sonda bir məsələni də ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Bu günlər də, bu ağır karantin rejimi dövründə gecə-gündüz yollarda, küçələrdə, dövlət əhəmiyyətli obyektlərdə, parklarda və s. bazar, bayram günləri demədən növbə ilə çalışan Azərbaycan polislərinin zəhmətini qiymətləndirməmək insafsızlıq olardı. Ancaq etiraf edək ki, bu əziyyətlərin, xidmətlərin müqabilində polisin sosial təminatı, əmək haqqı son illər dövlət başçısının göstərişləri sayəsində xeyli yüksəldilsə də, yenə də lazımi səviyyədə deyil. Hesab edirəm ki, Azərbaycan xalqının asayişinin, sağlamlığının keşikçilərinə qayğını daha da artırmaq gərəkdir…

Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində bu gün Azərbaycan həkimlərinin xidməti, əziyyəti danılmazdır. Onlar tərifə, alqışa layiqdir. Və onları alqışlayırıq da. Vətəndaşlar həkimləri alqışlamaq üçün xüsusi aksiyalar da keçirirlər. Eyni zaman da hesab edirəm ki, həkimlərlə, səhiyyə əməkdaşlarıyla yanaşı, küçələrdə, yollarda, nəqliyyatda, xəstəxanalarda  asayişi təmin etməklə onlara bu ağır işdə dəstək olan, gecə-gündüz vətəndaşları karantin qaydalarına riayət etməyə çağırmaqdan yorulmayan cəfakeş Azərbaycan polisləri də alqışa layiqdir. Onları da alqışlamaq və zəhmətlərini düzgün dəyərləndirmək  gərəkdir…”- deyə Mehman Mehmanov vurğulayıb.

Sultan Laçın

Oxşar xəbərlər
19:45, Bu gün
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
19:44, Bu gün
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
19:41, Bu gün
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
19:38, Bu gün
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
19:18, Bu gün
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
19:14, Bu gün
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
19:12, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
19:03, Bu gün
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
19:01, Bu gün
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
18:59, Bu gün
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
18:50, Bu gün
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
18:49, Bu gün
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
18:46, Bu gün
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
18:39, Bu gün
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
18:33, Bu gün
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
18:05, Bu gün
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
18:00, Bu gün
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
17:55, Bu gün
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
17:50, Bu gün
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
17:45, Bu gün
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
17:40, Bu gün
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
17:35, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
17:30, Bu gün
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
17:25, Bu gün
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
17:20, Bu gün
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
17:17, Bu gün
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
17:15, Bu gün
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
17:10, Bu gün
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
17:07, Bu gün
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
17:05, Bu gün
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
17:03, Bu gün
COP29-un rəsmi saytı istifadəyə verildi
17:00, Bu gün
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
16:56, Bu gün
İyunda ardıcıl beş gün iş olmayacaq
16:52, Bu gün
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
16:50, Bu gün
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
16:47, Bu gün
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
16:42, Bu gün
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
16:40, Bu gün
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
16:37, Bu gün
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
16:35, Bu gün
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
16:32, Bu gün
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
16:27, Bu gün
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
16:22, Bu gün
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
16:20, Bu gün
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
16:17, Bu gün
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
16:15, Bu gün
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
16:12, Bu gün
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
16:07, Bu gün
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
16:05, Bu gün
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
15:58, Bu gün
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
15:53, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
15:45, Bu gün
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
15:41, Bu gün
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
15:37, Bu gün
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
15:33, Bu gün
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
15:28, Bu gün
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
15:23, Bu gün
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
15:19, Bu gün
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
15:14, Bu gün
İlham Əliyev bu qanunu təsdiqlədi
15:09, Bu gün
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
15:05, Bu gün
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
15:02, Bu gün
Prezident sərəncam imzaladı
15:00, Bu gün
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
14:55, Bu gün
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
14:50, Bu gün
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
14:45, Bu gün
Azərbaycan ədəbi dilinə akademik baxış
14:40, Bu gün
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
14:37, Bu gün
Kəlbəcərdə yük maşını aşdı - Ölən var
14:35, Bu gün
“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər - FOTO
14:32, Bu gün
Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü
14:30, Bu gün
Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTO
14:25, Bu gün
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
GÜNLÜK
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
AYLIQ
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib