“Aydın Mirzəzadənin Müsavat başqanı İsa Qəmbərin bütün seçkilərdə iştirak etməsi ilə bağlı verdiyi məlumatlar doğru deyil”.
Bu sözləri Moderator.az saytına Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib. G.Aslanlının sözlərinə görə, İ.Qəmbər yalnız 2003-cü il seçkilərində iştirak edib:
“İ.Qəmbərin iştirak etdiyi yeganə seçki 2003-cü il seçkiləri idi ki, həmin seçkilərdə Müsavat başqanının qalib gəldiyi hər kəsə bəllidir. Bunu beynəlxalq təşkilatlar da öz bəyanatlarında qeyd etdilər. Müsavat partiyası isə 2000-ci il seçkilərində iştirak etmişdi. Lakin hakim partiya bu seçkilərin nəticələrini saxtalaşdırdı. Buna görə də Müsavat bu seçkilərin nəticəsindən yararlana bilmədi. Yaxşı olar ki, A.Mirzəzadə Müsavat başqanının qeydinə qalınca, getsin YAP namizədinin qeydinə qalsın. Çünki Müsavat başqanı haqqında fikir yürütmək onun səviyyəsinə uyğun deyil”.
Seymur Əliyev