2018-ci ildə Ermənistandan Rusiyaya ixracat 20% artaraq 666 milyon 501,7 min dollar məbləğinədək yüksəlib.
Moderator.az işğalçı ölkə saytlarına istinadla xəbər verir ki, bu haqda mediaya "İnteqrasiya və inkişaf" ictimai birliyinin sədri, Avrasiya Ekspertlər Klubunun koordinatoru Aram Safaryan məlumat çatdırıb.
"Meyvə ixracatı təxminən ikiqat artıb. Tekstil sənayesi və balıqçılıq məhsullarının ixracı isə kəskin şəkildə artmışdır və bunlar ürəkaçan rəqəmlərdir. Bu, 2019-cu ildə sözügedən sahələrin diqqət mərkəzində olmasını tələb edir. Çünki Avrasiya Ekspertlər Klubu hesab edir ki, bu halda davamlı artım mümkündür ", - deyə Aram Safaryan bildirib.
P.S. Bəs deyirdilər, Rusiya Ermənistanda üz döndərib, Qarabağı qaytaracaq. Əvəzində işğalçı ölkədən Minsk qrupunun həmsədri olan ölkəyə ixracatın məbləği “Şeytan rəqəmi”ni ötüb…
Sultan Laçın