"Bu cür ləyaqətini itirmişlər bilirlər ki, söydüyü adamın tərəfdarları yüz qat artığını qaytarır"
Oxunub: 4880
19 Nov 2018 | 09:55



Parlamentdə hökumətin iştiratkı ilə keçirilən 2019-cu ilin büdcə müzakirələri ilk oxunuşda başa çatdı. Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bu müzakirələrində fəal iştirak edən millət vəkillərindən oldu, bir çox vacib təkliflərlə çıxış etdi. Amma maraqlıdır ki, sosial şəbəkələrdə ən çox hədəfə alınan deputatlardan biri də elə Q.Həsənquliyev oldi. 

Sonuncu plenar iclasdan öncə isə o, Milli Məclisin binası qarşısına toplaşmış şəhid ailələri ilə görüşdü, daha sonra onları narahat edən məsələləri hökumət üzvlərinin diqqətinə çatdırdı. Budəfəki müsahibəmizdə əvvəlcə bu mövzudan bəhs etdik.

- Qüdrət bəy, necə bilirsiniz, nəhayət, şəhid ailələri ilə bağlı narahatlığa nöqtə qoytə qoyulacaqmı? Sizin bu çıxışınızdan sonra hökumətdən fərdi qaydada reaksiya oldumu?

- Mən həm komitə, həm parlamentin plenar iclasında çıxış edərək söylədim  ki, bu tipli məsələlərə dövlətin və cəmiyyətin yanaşması həmin ölkənin nə dərəcədə sağlam əsaslara söykənməsini və onun mədəni səviyyəsini nümayiş etdirir. Elə ali dəyərlər var ki, o dəyərlərə hər kəs hörmətlə, diqqətlə yanaşmalıdır.  Bu, həm də ölkəmizin imicini müəyyənləşdirir. Azərbaycanda baş verən prosesləri burdakı səfirliklər, dost və  düşmən dövlətlər də izləyir, həm də düşmənlər bundan sui-istifadə edirlər. Bu da gənclərə sirayət edir. Prezidentin fərmanında da qeyd olunur ki, Fərman həm də ölkədə mənəvi- psixoloji vəziyyətin daha da yüksəldilməsi məqsədilə verilir. Ona görə də mən Maliyyə Nazirliyindən xahiş etdim ki, hökumət əvvəllər sığorta pulu alıb-almamasından asılı olmayaraq, bütün şəhid ailələrinə 11 min manatlıq birdəfəlik yardımı ödəsin. Mən əminəm, Fərman hazırlanarkən prezidentə deyilsəydi ki, 1997-ci ilə qədər şəhid ailələrinə verilən sığorta pulunun o zaman əmtəə qarşılığı olduqca az idi, o zaman Fərman bütün şəhid ailələrinə şamil olunardı. Vətəndaşların qanun qarşısında bərabərliyi prinsipi pozulmazdı. Həm də Dövlət Sığorta Kommersiya Sirkəti sənədlərlə sığorta pulu verildiyi iddia olunan şəhid ailələrinə vəsaitin verildiyini sübut edə bilmir.

Ona görə də mən Milli Məclisin binası qarşısına yığışan şəhid ailələrinə dedim ki, biz də siyasətçi, deputat kimi dəstək veririk, məsələnin həlli ilə bağlı hökumətə müraciət edirik, ümid edirik ki, prezident bu məsələni ədalətli şəkildə həll edəcək. Əgər həll edilməsə, sonda bunun yolu məhkəmədir. Siz məhkəmələrə üz tutun və o prosesdə də biz sizə dəstək verəcəyik. Məhkəmə sizin hüquqlarınızı müdafiə etməklə sosial ədaləti bərpa edəcək. 

- Bu və digər sosial məsələləri birdəfəlik necə həll etmək olar? Hər halda müəyyən qədər vəsait tələb olunur... 

- 2019-cu ilin dövlət büdcəsindən 6 milyard 827 milyondan çox vəsait təmir-tikinti işlərinənə ayrılır. İclasda da dedim ki, ordan 3 milyarda qədər ixtisar etmək və təmir-tikintiyə 4 milyard ayırmaq olar.  4 milyardın özü də böyük rəqəmdir. 23 milyard 939  milyon xərci olan - orda hələ 1 milyard 322 milyondan artıq büdcə kəsiri və 2 milyard 334 milyondan çox xarici borcların ödənilməsi xərcləri var – büdcə üçün 4 milyardın özü də çoxdur. Amma qalan 3 milyardla pensiyaları da əhəmiyyətli şəkildə artırmaq, orta məktəb müəllimlərinin də əmək haqlarını artırmaqla və orta məktəbin buraxılış imtahanlarının nəticələrinə görə ali məktəblərə qəbul aparmaqla ailə büdcəsinə ciddi zərər vuran repititorluğun qarşısını almaq olar, elmə, səhiyyəyə ayrılan vəsaitləri də artırmaq, qaçqınlar, Qarabağ əlilləri, şəhid ailələri üçün mənzil tikintisinin həcmini iki, hətta üç dəfə artırmaq, onların sosial müdafiəsini gücləndirmək olar. Bizim bunları etməyə imkanlarımız var. Artıq şəhid ailələrinə 11000 manatlıq müavinətlərin ödənməsi üçün 50 milyon manat vəsait ayrılıb. Əgər çatmayacaqsa, bir az da artırmaq və məsələni həll etmək olar.

- Vitse-spiker Valeh Ələsgərov əlavə vəsait ayrılmasını təklif edən deputatlara “mənbəyini göstərin” deyə, reaksiya verdi...

- Mən də həmin məqamda çıxışa yazılmışdım. Əli Məsimli bu barədə danışdı deyə, mən çıxışdan imtina etdim. Amma əvvəlki çıxışlarıma diqqətlə qulaq asılsaydı, mən orda bu barədə danışmışdım. Demişdim ki, tikinti xərclərini azaltmaq lazımdır.Gələn il büdcə vəsaiti hesabına 60-ı yeni olmaqla 114 obyekt tikilib istifadəyə veriləcək. Bundan başqa “Azərkosmoz”, “Azərişıq”, “Azərenerji”, “Azəristilik”, “Azəriqaz”, “Azərsu”nu, səhmləri dövətə məxsus Səhmdar Cəmiyyətləri özəlləşdirmək, yaxud uzun müddətə əməli-idarəetməyə vermək lazımdır. Yadınızdadır, o vaxt “Barmek” həm vergi verirdi, həm Azərbaycana investisiya yatırırdı, o sistemi yenidən qururdu. Həm də dövlət büdcəsindən bir manat almırdı. Mən axırıncı çıxışımda da dedim ki, energetika və sənaye sektoruna büdcədən 783 milyona qədər vəsait ayrılır. Soruşdum ki, bunlar ildə nə qədər vergi verirlər, bunu bir hesablayan olubmu? Bəzən ödədikləri vergidən də çox vəsaiti biz müxtəlif adlar altında  onların özlərinə qaytarırıq. İqtisadiyyatın əsas sahələrini dövlətin öz nəzarətində saxlamasının sadəcə olaraq, məntiqi izahı yoxdur. Dövlət bu yükdən xilas olmalıdır. Səhiyyə obyektlərinin çoxu özəlləşdirilməlidir. İkincisi, dövlət idarəetmə xərcləri azaldılmalıdır. Mən çıxışımda da söylədim ki, Ermənistanda 150 min büdcədən maliyyələşən işçinin ixtisarı nəzərdə tutulur. Bizdə 19 min 300 büdcədən maliyyələşən işçilərin sayının artırılması proqnozlaşdırılır. Bilirsiniz, bu, nə qədər böyük insan kütləsi və əlavə xərc deməkdir? O xərclər əslində həmin sektorda çalışan insanların əmək haqqının artırılmasına yönəldilməli idi. İşçinin sayını artırmaq lazım deyil. Az işçi ilə çox iş görürsən, ona daha yaxşı əmək haqqı verirsən. Dövlət idarəetmə xərcləri azaldılmalıdır. Bunların hamısı böyük mənbədir. Həm də özəlləşdirmədən büdcəyə böyük pullar gələcək. Gələn pullar da iqtisadiyyatın inkişafına yönəldilməlidir. Deputat həmkarlarımızın hər biri seçildiyi bölgənin problemlərini qaldırır və onun həlli üçün vəsait istəyir. Mən hər dəfə deyirəm ki, büdcə azdır. Bu problemləri həll etmək üçün ilk növbədə büdcənin gəlirlərinin necə artırılması barədə düşünməliyik.

- Sahibkarlara vergi güzəştinin edilməsi xeyli ümidlər yaradıb. Siz bu barədə nə düşünürsünüz?

- Mən  vergi sistemində aparılacaq  son islahatları yüksək qiymətləndirirəm. Bu, doğrudan da “kölgə iqtisadiyyatı”nın leqallaşdırılması üçün böyük stimul olacaq. Amma tək Vergilər Nazirliyində aparılan islahatla sürətli iqtisadi inkişaf tempinə  nail olmaq mümkün olmayacaq. Mən istəyirəm bizim bu müsahibənin ana xəttini o təşkil eləsin ki, ölkə iqtisadiyyatının inkişafı üçün bank sistemi işləməlidir. Bank sistemi iqtisadiyyatın qan-damar sistemidir. Dünyanın hər yerində sahibkarlar, şirkətlər bankla, kreditlə  işləyirlər. Onlar  öz pulları ilə  iş görmürlər. İnkişaf etmiş ölkələrdə şirkətlər iqtisadi layihələrə az miqdarda öz vəsaitini qoyur, qalan məbləğ bankdan kreditləşmə yolu ilə həll olunur. 

- Qüdrət bəy, siz bir neçə dəfə xaricdəki vəsaitlərimizin ölkəyə gətirilməsini, iqtisadiyyata yatırılmasını təklif etmisiniz. Bu məsələnin reallaşması mümkündürmü?

- Çox sağ olun ki, o məsələ diqqətinizdə qalıb. Mən demirəm ki, 45 milyardın hamısını gətirib Azərbaycan banklarında saxlayaq. Bizim iqtisadiyyat heç onu həzm edə bilməz. Neft Fondundakı vəsaitin  5 milyardını Azərbaycan iqtisadiyyatı həzm edə bilər. Mən bunu tam əminliklə deyirəm. Bu 5 milyardı gətirib bizim yerli banklarda,bir hissəsini Naxçıvandakı banklada, yerləşdirmək lazımdır. Naxçıvanda iqtisadiyyatın inkişaf etdirilməsi hökumətin ən vacib vəzifələrindən biri olmalıdır. Naxçıvan MR tam dotasiyadan asılıdır və çalışacağam ki, büdcə zərfinin ikinci oxunuşu zamanı bu barədə danışım. Neft Fondunun vəsaitlərinin bir hissəsinin yerli banklarda saxlanılması bank sisteminin də inkişafına öz tövhəsini verəcək. Özü də bizə verilən məlumata görə, xaricdəkli pullarımızın illik gəliri 3,7 faiz olub. Hətta onu gətirib bizim banklarda 4 faizlə yerləşdirmək, ölkə sahibkarına 6 faizlə vermək olar. Amma bizdə indi sahibkarlar heç 20 faizə kredit tapa bilmir. O faizlə götürülən krediti də geri qaytarmaq, yaxud əlavə qazanc götürmək mümkün deyil. Odur ki, mütləq və mütləq iqtisadiyyat kreditləşməlidir. Xaricdə daşınmaz əmlak  almağa nə ehtiyac var? Bunun əvəzində  yeni bir neftayırma zavodunun tikintisinə investisiya yatırılsa, Neft Fondu daha çox qazanc götürər. Neftayırma Zavorunun şəhərin mərkəzində yenidən qurulmasına nə ehtiyac var? İndi orda bir texnogen qəza olsa, şəhərin yarısı böyük problemlə üz-üzə qalacaq. Bir dəfə orda bir çən deşilmişdi, yerə sulfat turşusu axmışdı, Bakıda iki gün iydən dayanmaq mümkün olmadı. Bu zavod Səngəçalın kənarında, gill, kənd təsərrüfatı üçün yarasız ərazilərdə tikilməlidir. Biz neft ixrac edirik, amma yüksək oktanlı benzini, sürtgü yağlarını xaricdən idxal edirik. Bizdən neft alırlar, ondan istehsal etdikləri mühərrik yağlarını bizə beşqat baha satırlar. Yaxud xarici ölkələrdən mütəxəssislər dəvət edib bir şin zavodu tikmək olar.

- Qüdrət bəy, necə bilirsiniz, hökumət deputatların büdcə ilə bağlı təkliflərini nəzərə alacaqmı?

- Deməyim odur ki, bir çox məhsulları ölkəmizdə istehsal edə bilərik. Amma bunu dövlət etməməlidir. Bizdə hər şeyi dövlət edir. Dövlətin qoyduğu investisiya ilə iqtisadiyyatı inkişaf etdirmək olmaz. Ümumiyyətlə, iqtisadi sferada islahatlar aparılmalıdır. İndi özəl sahibkarlığa imkan verilsə də, sanki köhnə sosialist təsərrüfat sistemini qoruyub-saxlayırıq. Yəni  iqtisadiyyatın aparıcı sahələrinin dövlətin nəzarətində qalması və dövlət tərəfindən idarə olunmasını nəzərdə tuturam. Bu da sovet dövründə özünü doğrultmadı. Odur ki, bu müəssisələri dövlət mülkiyyətində saxlamağın adı və yeri yoxdur. İkinci tərəfdən paralel olaraq məhkəmə-hüquq sistemində islahatlar aparılmalıdır ki, sahibkar qorxmadan investisiya qoysun, ölkədən yerli kapital qaçmasın, əksinə, ölkəyə xarici kapital gəlsin. İndiki mərhələdə Azərbaycan dünyanın nüfuzlu banklarını ölkəyə gətirməyə çalışmalıdır. İqtisadiyyatımızı dirçəltməyimizin yolu  ölkə iqtisadiyyatına investisiya qoyuluşundan keçir. Dünya Bankının Duinq-Biznes hesabatı var, biz 190 ölkə sırasında 57-ci yerdən 25-ci yerə çıxmışıq. Bu, çox müsbət haldır.  Bundan da faydalanıb ölkəyə investisiya cəlb etmək lazımdır.  Britaniyanın, Almaniyanın, İsveçrənin, Çinin, ABŞ-ın və s. ölkələrin yüksək reytinqli bankları bura dəyəri milyardlarla ölçülən investisiya yatıra bilərlər. O banklarla işləmək lazımdır.

- Qüdrət bəy, necə bilirsiniz, hökumət deputatların büdcə ilə bağlı təkliflərini nəzərə alacaqmı?

- Çox istərdik ki, nəzərə alsın. Yeri gəlmişkən, Novruz Məmmədov baş nazir təyin olunandan sonra Nazirlə Kabinetində bir müsbət tendensiya hiss olundu. Əvvəllər Nazirlər Kabinetinin iclası yalnız prezidentin sədrliyi ilə keçirilirdi. Amma indi ən azı baş nazir özü də Nazirlər Kabinetini toplayır. İkincisi, mənim öz müraciətlərim də daxil olmaqla, ətrafdan da eşidirəm, edilən müraciətlərə, ərizə-şikayətlərə, təkliflərə vaxtında cavab verilir, araşdırmaların aparılması müvafiq qurumlara tapşırılır. Bu, müsbət haldır. Vergi Məcəlləsinə ediləcək dəyişikliklər də təqdir olunmalıdır. Hər halda ümid etmək istərdim ki, büdcədə də deputatların təklifləri ciddi öyrəniləcək və mümkün qədər nəzərə alınacaq. Dövlət idarəetməsində qarşılıqlı nəzarət və balans`prinsipi var. ABŞ Konqresində demokratlar son seçkidə Nümayəndələr Palatasında üstünlük qazananda onların lideri xanım Pelosi dedi ki, son seçkilərə qədər həm Konqresdəki çoxluq, həm də prezident eyni partiyadan olduğundan bu prinsip yaxşi işləmirdi. Ona görə də prezident hansı qanunları  göndərirdisə, Konqres onu qəbul edirdi. Amma son seçkilərdən sonra bu prinsip daha yaxşı işləyəcəkdir.İndi bizdə də o problem var. Həm parlamentdə çoxluq hakim partiyadadır, həm də prezident eyni partiyanın həmsilçisidir. Ona görə də yuxarıdan gələn layihələrə, o cümlədən də büdcə layihəsinə parlamentin ciddi təsiri olmur. Parlamentdə də müxalifətin zəif olması ona gətirib çıxarır ki, bəzilərinə büdcə müzakirələri fomal və əhəmiyyətsiz müzakirə kimi görsənir. Mən çox istərdim ki, hökumət partiyaçılıq prinsipindən çıxış edib bu vəziyyətdən sui-istifadə etməsin. Parlamentdə YAP üzvləri tərəfindən də çox mütərəqqi təkliflər, fikirlər irəli sürülür. Bizim fikirlərimizi nəzərə almasa da, heç olmasa YAP-çıların təkliflərini nəzərə alsın. Şəhid ailələri ilə bağlı nə qədər YAP üzvü o fikri dəstəklədi ki, 11 min manatlıq yardım bütün şəhid ailələrinə verilməlidir. Heç  olmasa, bu problemi həll etsinlər. 

- Qüdrət bəy, parlamentdə fikirlərinizi təhrif edən media nümayəndələri ilə bağlı sərt mövqedən çıxış edib hətta sədarəti məsələyə müdaxilə etməyə çağırdınız. Düzü, siz tərəfdən belə fikirlərin səslənməsi gözlənilməz oldu, çünki adətən, mətbuata dözümlü münasibət göstərənlərdən olmusunuz. Nə baş verib?

- İstənilən siyasətçini bəyənən və bəyənməyən insanlar var. Onlar dedikləri sözə, fəaliyyətlərinə görə etik çərçivədə tənqid oluna bilərlər. Mən doğrudan da həmişə jurnalistlərə çox böyük hörmətlə yanaşmışam. Amma görəndə ki, jurnalist mənim fikrimi təhrif edir – özü də bilməməzlikdən yox, məqsədyönlü şəkildə - bunun da nəticəsində adamı namussuz və əxlaqsız insanlar təhqir edirlər, əlbəttə, bu, istənilən şəxsə təsir edər. Mən siyasətçiyəm, bilirəm ki, ölkəmizdə siyasi mədəniyyətin səviyyəsi hansı həddədir. Yəni bu peşəni seçmisənsə, bəzi məsələləri də gərək gözə önünə alasan və dözümlü olasan. Amma kiminsə təxribatları nəticəsində səni söyürlərsə, birinci xəbərdarlıq edirsən ki, bunu eləmə. Amma baxırsan ki, yenə edir. O zaman məcbur olursan ona deyəsən ki, sən peşənə xəyanət edən böhtançı və təxribatçısan! Mən büdcə müzakirələri zamanı əsas aztəminatlı insanların problemlərinin həlli üzərində dayandım, amma Mili Məclisin büdcəsi müzakirə olunarkən Milli Məclis Aparatının işçilərinin əmək haqlarının artırılması və onlar üçün mənzil tikilməsi zərurətindən, onların aldıqları maaşla ev ala bilmələrinin mümkünsüzlüyündən danışmışam.

Amma götürüb yazıblar ki, mən demişəm deputatlar aldığı maaşla ev ala bilməzlər, ona görə onlara ev tikilsin. Millət vəkilinin fikrini açıqdan-açığa qəsdən təhrif edən jurnalist parlamentdə otura bilməməlidir! Mən bununla bağlı parlament rəhbərliyinə də müraciət etdim. Hər şey hardan başladı? Xatırlayırsınızsa,  xeyli müddət öncə parlamentin iclasında  demişdim ki, biz istəyiriksə ki, korrupsiyaya qarşı effektli mübarizə aparaq, ilk növbədə hər şey dövlət hakimiyyət orqanlarında çalışan işçilərin maaşının əhəmiyyətli dərəcədə artırılmasından başlamalıdır. Sinqapuru misal çəkdim ki, orda nazir ayda 100 min dollardan artıq maaş alır. Məşhur Sinqapur möcüzəsinin banisi Li Kuan islahatlara məhz əmək haqlarının artırılmasından başlamışdı. Ona görə ki, məmur öz layiqli həyatını təmin edəcək qədər maaş almasa, o, oğurlayacaq. Li Kuan deyirdi ki, əgər biz nazirə 100 min verməsək, 100 milyon oğurlayacaq. Mən də dedim ki, orda nazirə 100 min verirlərsə, biz  heç olmasa nazirə 10 min, millət vəkilinə 8 min manat verək ki, orta aylıq əmək haqqı 5 min olsun. Yəni öz ayrılıqda deputatın maaşının artırılmasını deməmişəm. Demişəm ki, Sinqapurda orta aylıq əmək haqqı nazirin maaşının 50 faizi qədərdir. Bizdə də nazirə 10 min versək, ən azı orta əmək haqqı 5 min manat olar. Mən bunu həm də o söyüş söyən əxlaqsızların maaşının artırılması üçün də demişəm. Amma bu gerizəkalılar düşünürlər ki, nazirə 2000-2500 manat pul versək, düz işləyəcək, bunları da “ağ gün”ə çıxaracaq.

O söyüş söyən vicdansızlar hətta hazırkı nazirin maaşının yarısı qədər maaş alsalar belə, həmin vəsaitin yenə də, onların normal həyatını təmin etməyəcəyini anlamırlar.  İnsanın xeyrinə bir söz deyirsən – özü də çıxışımın tam mətni dərc olunub – amma gecə-gündüz nə yaşından utanmayan, nə hüquqşünas kimi peşəsinə hörmət etməyən yaramaz, ləyaqətsiz bir heyvərə çıxır, mənim çıxışımın Sinqapur nümunəsi ilə bağlı hissəsini kəsib  qoyur kənara, başlayır ki, “Qüdrət Həsənquliyev deyir ki, deputata  8 min manat maaş verilməlidir”... Bu cür ləyaqətini itirmiş adamlar  bilirlər ki,  söydüyü adamın tərəfdarları yüz qat artığını onlara qaytarır. Demək, həmin adamlar namussuzdurlar ki, o söyüşlərin öz ünvanlarına qaytarılacağından qorxmurlar. Mən heç vaxt deputatın ayrılıqda maaşının qaldırılmasını təklif etməmişəm. Növbəti dəfə yenə  fikrimi təhrif etdilər ki, guya demişəm bizim torpaqlarımızı Rusiya işğal edib, mən demişdim ki, işğalçı dövlətin arxasında Rusiya dayanıb, onda da əleyhimə kampaniya başlatdılar.

Ardınca dedilər - Qüdrət Həsənquliyev deyib ki, deputatlara mənzil  verilməlidir, deputatların əmək haqqı qaldırılmalıdır. Halbuki mən nə büdcə müzakirələrində nə də əvvəl, nə deputatlara mənzil verilməsi, nə də ayrılıqda deputatların əmək haqqlarının artırılması məsələsini qaldırmamışam. Mən Milli Məclis Aparatın işçilərindən bəhs etmişəm. Hakimiyyət bölgüsü prinsipi var, müqayisə edirəm hakimiyyətin digər qanadlarında əmək haqqı nə qədərdir, görürəm bizdə aşağıdır. İstər-istəməz buna münasibət bildirirəm, deyirəm, onların da maaşı artırılmalı, problemləri həll olunmalıdır. Bəzi adamlar düşünürlərsə ki, bu cür böhtanlarla  mənim fəaliyyətimə təsir edə bilərlər, yaxud məni ictimai rəydə gözdən sala bilərlər, yanılırlar. Bir-iki vicdanını itirmiş jurnalist olsa da, bizim jurnalistlərin böyük əksəriyyəti ləyaqətli insanlardır, öz peşələrinə hörmətlə yanaşırlar. Mənim bütün fəaliyyətimi işıqlandırırlar. Fəaliyyətim jurnalistlərin gözü qarşısındadır. Bəzi üzdəniraq  ünsürlər xalqdan dəstək ala bilməyəndə, hətta xalqı belə təhqir edirlər. Anlamırlar ki, axı, saxta informasiya yayıb, sonra da məni ətrafındakı özun kimi gədələrə söydürə bilərsən, amma az bir zamandan sonra hər şey aşkar olacaq və millət sənin murdar sifətinə tüpürəcək.Sənin kimiləri xalq necə dəstəkləyə bilər? Mən hər zaman çalışmışam ki, Azərbaycan reallığı çərçivəsində xalqımızın, dövlətimizin marağı üçün nə etmək mümkünsə, onu edim. Sadəcə hər şey proqnozlaşdırılır. Bölgədə, dünyada vəziyyət, Azərbaycan reallıqları... Heç vaxt utopik təkliflər, ideyalarla çıxış etməmişəm, gerçəkləşməsi mümkün olmayan fikirləri populizm naminə səsləndirməmişəm. (musavat.com)

Oxşar xəbərlər
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:46, Bu gün
Millət vəkilinə ağır itki
09:37, Bu gün
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
09:29, Bu gün
"iPhone" satışları rekord səviyyəyə düşüb
09:23, Bu gün
Aprelin sonu iki bürcə ciddi problemlər gətirəcək
09:18, Bu gün
Dəhşətli avtobus qəzası: 13 ölü, 40 yaralı var
09:11, Bu gün
Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
GÜNLÜK
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 10:53
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
25 Apr 2024 | 10:49
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
25 Apr 2024 | 10:58
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Apr 2024 | 10:56
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 10:53
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
25 Apr 2024 | 10:49
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
25 Apr 2024 | 10:58
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Apr 2024 | 10:56
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO