Nəqliyyatda gediş haqlarının artırılmasından sonra digər xidmət və məhsulların da qiymətinin artacağı ilə bağlı fikirlər dolaşmaqdadır.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu, son qiymət artımının anlaşılan olmadığını, habelə əhalinin gəlirlərinin artırılması istiqamətində ciddi addımların atılmasının vacibliyini vurğulayıb:
“Dünya bazarında neftin qiyməti durmadan artır. Irana qarşı tətbiq edilən sanksiyalar neftin qiymətini bir qədər də artıracaq. Belə bir şəraitdə qiymətlərin qaldırılması əsla başadüşülən deyil.
Əainin gəlirlərinin artırılması istiqamətində heç bir addım atılmır. Büdcəni vətəndaşların cibi heabına doldurmaq siyasəti yanlışdır və bu, ölkədə gərginliyi artıracaq. Qiymət artımı hesabına büdcənin doldurulması təcrbəsindən birmənalı şəkildə imtina etmək, normal iqtisadi siyasət aparmaq lazımdır”.
Seymur Əliyev