“Xocalıya yol açmaq əməliyyatı kim tərəfindən pozulub?..”- “Məqsəd nə idi? Kim buna komanda verib?..”
Oxunub: 5258
25 Mar 2018 | 17:09
“Xocalıya yol açmaq əməliyyatı kim tərəfindən pozulub?..”-  “Məqsəd nə idi? Kim buna komanda verib?..”
...26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ən  təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər. Həmin günlər ölkənin siyasi  idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi.  Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü qoruyub saxlayır...  1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmiş  deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasında  1992-ci il martın 3-dən  mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyi  bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırır.


(Ali Sovetin 1992-ci il martın 24-də keçirilmiş fövqəladə sessiyası. Xocalı şəhər İcra Hakimiyyəti başçısı Elman Məmmədovun çıxışının davamı. Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın: //www.moderator.az/news/218420.html)

 “...Xocalılar adından  tələbim budur ki, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərində kim cavabdehlik daşıyıb, həmin adamlar haqqında hansı tədbirlər görülüb və görüləcəksə, bilməliyik. Bu məsələyə cavab verilməlidir. Biz xocalılara və rayonun prokuroru, fabrikin dirrektoru, “aqroprom”un sədrinə məlumdur ki, fevralın 12-dən 25-dək müxtəlif səlahiyyətli şəxslər tərəfindən Xocalıya yol açmaq və Xocalını müdafiə etmək üçün əməliyyat hazırlanıb. Əməliyyatlar kim tərəfindən pozulub, məqsəd nə olub? Mən bu suala cavab ictəyirəm. Məlumdur ki, o dövrdə kimlər gəlib, Ağdamda kimlər olub, onlar nə məqsədlə gəliblər, nə üçün əməliyyat dayandırılıb və yaxud dəyişdirilib, kim belə komanda verib?..


Xocalı faciəsi fevralın 25-də axşam saat 11 radələrində başlanıb, indi isə 1992-ci il mart ayının 24-dür. Bir ay keçməsinə baxmayaraq  nə Ali Sovet, nə Nazirlər Kabineti, nə də Prezident Aparatı tərəfindən Xocalı qaçqınlarına aid olan, onların problemlərini minimum həll edə bilən rəsmi dövlət qərarı yoxdur... Xocalılara qayğını xalq, ictimaiyyət və ictimai təşkilatlar göstərir. Nəyə görə dövlət qayğısı olmasın? Axı biz o qaçqınlar kimi gəlməmişik? İndi baxırıq ki, Ağdamdan üzü bəri Kürə qədər bütün rayonlar, mən üzr istəyirəm hamıdan, itinin yal qabına qədər götürüb gəlir. Axı biz ayaqyalın, başıaçıq gəlmişik... 

“Hərbi vertolyotlar Xocalıdan 300-dək qadın, uşaq və xəstə çıxarıblar...”

1991-ci il noyabrın 1-dən etibarən Xocalıya gediş-gəliş ancaq vertolyotla olub. Noyabrın 1-də səhər-səhər bizim Xocalıdan Əsgərana gedən “UAZ” maşınımızı Əsgəranda güllələdilər, iki nəfər öldü, biri yaralandı. Bununla da gediş-gəliş  kəsildi, yol hörüldü. Başladıq vertolyotla gedib-gəlməyə. Yanvarın 28-də axırıncı mülki vertolyot da Xocalıdan getdi, bu əlaqə də kəsildi. Fevralda hərbi vertolyot cəmi 4-5 reys edib, yəni ayın 4-ü, 5-i, 9-u və 23-də. Bu müddətdə hərbi vertolyotlar Xocalıdan 300-dək qadın, uşaq və xəstə çıxarıblar...  


Mən bu sualla müraciət edirəm ki, respublika bizi qoruya,  bizim yolumuzu aça bilməyəcəkdisə, niyə ümid verib orada saxlayırdı? Nəyə görə demirdilər ki, başınıza çarə qılın? Birincisi, başımıza çarə qılmağa imkan yox idi, istəsək də, çıxmaq mümkün deyildi. Biz özbaşına çıxa bilməzdik. Göylə uçmayacaqdıq ki, nə də tunelimiz var idi, içindən keçib gedək. Bizi azad eləmək və oradan çıxarmaq lazım idi... 

“Sonradan Dadaş Rzayev əməliyyatdan uzaqlaşdırıldı, oraya Şahin Musayev göndərildi...”

Fevralın 10-u mən müdafiə naziri Dadaş Rzayevin yanında olmuşam, xəritənin üstündə qaralamışıq, işləmişik, ermənilərin qüvvələrinin  sayını da demişdim.  Demişdim ki, Əsgəranda 3 və ya 4 “BTR” var, siz o tərəfdən hücum edin, mən də olan qüvvəmizlə 30-50 nəfər avtomatçıyla bu tərəfdən qalaya hücum edərəm, vuraq yolu açaq. Əməliyyat hazırlanmadı da, çünki fevralın 13-də həmin Dadaş Rzayev Gəncədə hərbi aerodromda mənimlə görüşdü, dedi ki,  bir-iki günə əməliyyatı başlayırıq. Sonradan Dadaş Rzayev əməliyyatdan uzaqlaşdırıldı, oraya Şahin Musayev göndərildi. Mən belə bilirəm,   bəlkə də səhv edirəm. Niyə belə oldu, səbəb nə idi?.. 

“Biz qumara qoyulduq, bizə xəyanət olundu...”

Bilirsinizmi, mən ürəkdən deyirəm, bütün xocalılar adından deyirəm. Özü də heç bir xocalı məndən inciməz. Biz Xocalıda həlak olan bütün şəhidlərimizi torpağımıza qurban deyirik. Razı olardıq ki, heç sağ adam da çıxmasın, hamımız da qırılaq. Ancaq bu şərtlə ki, biləsən ki, bu, mərdi-mərdanə döyüşdür.  Bu, mərdi-mərdanə şəhidlikdir, mərdi-mərdanə həlak olmaqdır. Ancaq biz bilirik ki,  biz ortaya alverə qoyulduq. Biz qumara qoyulduq, bizə xəyanət olundu. Biz bunu bilirik, ona görə də bu dərd bizi hamısından çox ağrıdır... Nə olar, Azərbaycan xalqı mövcud olandan və Azərbaycan torpağı olandan bəlkə minlərlə şəhidlərmiz olub. Qoy Xocalı şəhidləri də onların sayını artırsınlar. Respublikada gedən hakimiyyət uğrunda mübarizəyə görə bilmirəm, kürsü müharibəsinə bilmirəm, dartışmaya görəmi bilmirəm, nəyə görə isə bütöv bir eli-obanı qurban vermək – namərdlikdən başqa bir şey deyil. Bax, bunu biz heç kəsə bağışlaya bilmirik. Söhbət bundan gedir... 


Bəzən məndən soruşurlar ki, kim edib, mən demirəm və deməyəcəyəm. Mən onda açıq deyəcəyəm ki, rəsmi istintaq orqanları, respublika prokurorluğu tərəfindən, deputat komissiyası , dövlət komissiyası yaradılıb rəsmi qaydada istintaq başlansın. Onda hər birimiz sözümüzü deyək ki, kim günahkardır. Yoxsa dururuq burada, üzr istəyirəm,  sessiyada başlayırıq dartışmağa, döyüşməyə. O deyir ki, bu ona cavab qaytarır, höcətləşir,  mənasız işlərlə məşğul oluruq. Sərtliklə, ciddiliklə,  tələbkarlıqla, nizam-intizam yaratmaq lazımdır. Dövlətlər arasında gedən müharibəni biz ayrı-ayrı dəstələrin, kəndlərin, rayonların müharibəsinə çevirmişik. Olmaz axı belə. Vahid ordu, vahid ordunun vahid komandanı olmalıdır və həmin ordu o biri ordu ilə müharibə aparmalıdır. İndiyədək Dağlıq Qarabağda elə olmayıb ki, bir kəndə erməni rusla birgə hücum etməsin. Erməni heç yerə tək hücum etməyib. Erməninin işi-peşəsi Xocalıyla dartışmaq idi. Gəlirdi, burunlarını əzirdik, qaytarırdıq. Axırda gətirdi ordusunu, bizi qırdı. O orduya qarşı ordu çıxarmaq lazım idi. Orduya qarşı dəstə  çıxarmaq olmaz... 

Mən uzunçuluq etdiyim üçün üzr istəyirəm. Biz bunu rəsmiləşdirəcəyik, bütün xocalılar adından rəsmi dövlət orqanları qarşısında məsələ qaldıracağıq. Başımız bu saat dəfnlərə qarışıqdı, bizim meyitlərimizi gətirirlər...   

“Ağdamdakı dəstələrə Xocalı camaatı adından böyük minnətdarlığımı bildirirəm...”

Yeri gəlmişkən, Ağdamda fəaliyyət göstərən dəstələrə bütün Xocalı camaatı adından böyük minnətdarlığımı bildirirəm. Onlar kömək edirlər ki, bir ay da keçsə, gedib meyitlərimizin, heç olmasa, qalıqlarını tapıb, gətirib basdıraq, dəfn edək. Çox sağ olsunlar... 

Axırda biz də sözümüzü deyəcəyik. Biz də nə isə tələb edəcəyik. Mən ümid edirəm ki, bizim Ali Sovet daha məhsuldar işləyəcək. Bizim deputatlarımız öz işlərinə daha məsuliyyətlə yanaşacaq.”Qarabağ məsələsinə baxılır” deyiləndə hamı zaldan durub siqaret çəkməyə getməyəcək. Bu, vicdansızlıqdır, gedənlərə deyirəm mən, çox üzr istəyirəm...”

(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh. 99-102) 

(Davamı var)

Təqdim etdi: Sultan Laçın 

Oxşar xəbərlər
22:39, Bu gün
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
22:31, Bu gün
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
22:05, Bu gün
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
22:04, Bu gün
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
22:03, Bu gün
Çində mutant Ebola virusu yaradıldı
22:02, Bu gün
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
21:38, Bu gün
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
GÜNLÜK
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?