Rüfət Aslanlının məvacibi Prezidentin maaşından 4 dəfə artıq imiş - ABSURD...
Oxunub: 16903
10 Jul 2017 | 08:54
Rüfət Aslanlının məvacibi Prezidentin maaşından 4 dəfə artıq imiş  - ABSURD...
Dəyərli oxucu, addımbaşı xeyirdə-şərdə, küçədə-bayərda qarşımıza çıxan vətəndaşlar ilk hal-əhvaldan sonra bizi də qınamağa başlayırlar ki, bankların onların başlarına gətirdiyi müsibətləri ictimailəşdirməkdə xəsislik edirik. Amma Allah şahiddir ki, biz dəfələrlə bu mövzuya baş vuraraq yaranmış durumdan çıxış yollarının aranması üçün əlimizdən gələni etməyə çalışmışıq. İndi sizlərə təqdim etdiyimiz yazı da bu qəbildəndir...

Məmləkət insanı bank qapılarında qalıb. Məsələni qəlizləşdirən məqamlardan biri də vətəndaşın düşdüyü acınacaqlı duruma görə konkret kimin yaxasından yapışmalı olduğunu bilməməsi üzündən sanki “bermud üçbucağı”na salınmasıdır. Amma ölkənin bank və maliyyə sektoruna cavabdeh olan məmurlarının hamısı aşağı-yuxarı yaşanan devalvasiya labirintinə görə məsuliyyət daşıyır. 

Maliyyə Bazarlarına Nəzarət, yoxsa “Xalq nəzarəti”...

Konkret olaraq hakimiyyətin iqtisadi bloka daxil olan komanda üzvləri ölkənin beynəlxalq nüfuzunun sarsılmasına, etibarının devalvasiyasına görə birbaşa cavabdehlik daşıyırlar. O ki, qaldı bank sistemindəki xaosu aradan qaldırmaq üçün prezident İlham Əliyev tərəfindən yaradılmış yeni “ASAN Xidmət” modelinə - Maliyyə Bazarlarına Nəzarət Palatasına, bu qurumun rəhbərliyinin birbaşa vəzifəsi idi ki, vəziyyəti stabilləşdirsin və çevik siyasət yürütmkələ, əksinə, bank sistemində inkişafa istiqamətlənən strategiyanı həyata keçirsin. Amma təəsüsüflər olsun ki, bizdə “nəzarət” dedikdə sovetlər dönəmindəki kimi sadəcə “xalq nəzarəti” və ya hansısa prosesə nəzarət edib onu buxovlamaq başa düşülür. Görünür, elə bu səbəbdeən MBNP yarandığı gündən bank sisteminin əl - qolunu bağlamaq siyasəti yürüdüldü, dövlət başçısının bu sahədəki bir çox xoşməramlı  təşəbbüsləri ya reallaşdırılmadı, ya da sadəcə bunu bacarmadılar. Nəticədə dövlət təkcə Beynəlxalq Bankla bağlı üzərinə növbəti dəfə ağır yük götürmək zorunda qaldı, digər banklarda da defolt təhlükəsi ötən hər gün daha da dərinləşdi, körpü banklar yaradılaraq prosesi şəffaflaşdımaq əvəzinə olan-qalan körpülər də yandırılaraq ölkənikn bank sisteminə ümummilli etimadsızlıq mühiti formalaşdı. İndi vətəndaşla banklar arasındakı çəkişmələr məhkəmələrdə və ardından borcun girova yönləndirlməsi üzündən əmlakların çoxsaylı qanun pozuntuları ilə müçşayət olunan özkənilnkiləşdirilməsi mərhələsində davam edir və yaranmış durumdansa çıxış yolları görsənmir. 

Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, MBNP məhz girovların məhkəmə mübahisələndirilməsi olmadan birbaşa borca yönləndirilməsi üçün yeni təkliflərlə çıxış etməyə hazırlaşırlar. Əgər doğrudan da belə bir təklif gündəmə gətirlsə və razılıq alınsa o zaman əmlakları bank girovluğunda olan yüz minlərlə vətəndaşın son ümid qığılcımı da sönmüş olacaq və onlar sözün həqiqi mənasında fəlakətin ağuşuna sürüklənəcəklər Xatırladaq ki, bir müddət öncə məhz MBNP rəhbəri Rüfıət Aslanlı ilə Ali Məhkəmənin sədri Ramiz Rzayev arasında “iki qurum arasında əməkdaşlıq” haqqında müzakirələrin getdiyi haqqında xəbər yayılmışdı və bu barədə hər hansı rəsmi təkzib verilmədiyindən doğrudan da belə bir görüşün baş tutduğu yəqinləşdi. 

Prezidentin köməkçisi itirilmiş mövqelərini geri qaytarır...

Diqqətçəkən bir məqamsa bilavasitə iqtisadi sahədə islahatlara birbaşa cavabdeh olan prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovun proseslərə təsir etmə imkanlarının hansı səviyyədə olmasıdır. Ötən yazılarımızın birində biz onu öz işinin peşəkarı kimi qiymətləndirməklə yanaşı baş verən və verə biləcək bütün neqativ tendensiyalara görə ilk növbədə onun cavabdehlik daşıya biləcəyini da vurğulamışdıq. Çünki prezident İlham Əliyevə təqdim olunan və sonradan məhz dövlət başçısının imzası ilə parlamentə göndərilən qanun layihələrinin müəllifinin kimlər olmasından asılı olmayaraq əsas nəzarətçi-tənzimləyici məhz odur. Obrazlı ifadə edilsə, MBNP adlanan qurumun özünə də nəzarəti məhz Natiq Əmirov həyata keçirir, yaxud keçirməlidir. Ancaq bu nəzarət həyata keçirilirmi, MBNP tərəfindən prezidentə təqdim olunan sənədlər dəqiqliklə saf-çürük edilərək qanunvericiliklə, eləcə də vətəndaşların maraqları ilə ziddiyyət təşkil edib-etmədiyi yoxlanılırmı? 

Bu suala cavab axtarılarkən ilk növbədə vaxtilə MBNP tərəfindən Milli Məclisə təqdim olunsa da deputatlar tərəfindən topa tutularaq geri qaytarılan qanun layihəsini, yaxud qəbul olunsa belə sonradan ləğv edilmək zorunda qalan dəyişiklikləri xatırlamaq lazım gəlir. Burdan belə qənaət hasil olur ki, əvvəllər Natiq Əmirovun MBNP tərəfindən hazırlanan təkliflər paketinə “qırmızı işıq” yandırmaq imkanları ya olmayıb, ya da müdaxilə kifayət etməyib. Amma xoşbəxtlikdən bu məsələdə də vətəndaşların marağına xidmət edən bir dönüş yarandığı barədə siqnallar gəlməkdədir. Yəni əldə etdiyimiz məlumata görə, məhz Natiq Əmirov son vaxtlar prezident İlham Əliyevin yüksək inamı və etimadı nəticəsində bankdaxili proseslərə daha dərindən nüfuz etməyə, maliyyə-bank sektorunda ortaya çıxmış sualların cavabının tapılmasında həlledici söz sahibinə çevrilməyə başlayıb. Əgər doğrudan da maliyyə bazarlarına nəzarət məsələsində simvolik olaraq ikihakimiyyətlilik formalaşmağa başlayıbsa, yəni inhisarçılıq meylləri aradan qaldırılıbsa, ümid etmək olar ki, bu sahədə yaxın gələcəkdə nəzərəçarpacaq irəliləyişlər əldə edilməsinin şahidi də ola bilərik. Təbii ki, nəzərəçarpacaq irəliləyişlər dedikdə ilk növbədə vətəndaşların banklara olan borclarının ödənilməsində kompromis məzənnənin tapılması və insanlara borclarını ödəmək üçün daha əlverişli şərtlərin təklif edilərək əmlaklarının borca yönləndilməsinin uzunmüddətli ertələnməsi nəzərdə tutulmalıdır. Əks halda kitabı bağlanan bankların sırası genişlənəcək və istər sahibkarların özləri, istərsə də bankın müştəriləri bundan xeyli zərər görəcək. 

MBNP “ASAN Xidmət” - ə verilsin, yoxsa asanlaşdırılmış idarəetməyə...?

Ona görə də ümid etmək olar ki, Rüfət Aslanlının rəhbərlik etdiyi qurum təkbaşına bank hakimiyyətindən imtina edərək intriqalara son qoyulması, qarşılıqlı anlaşma şəraitində həm banklar, həm borclular üçün əlverişli şərtlərin tapılması üçün hərəkətə keçəcəklər. Əks halda prezident son çarə kimi bank sisteminin idarəetməsini də MBNP-dan alaraq ASAN Xidmətə vermək zorunda qalacaq. Çünki dövlət başçısı özü də açıq şəkildə etiraf edib ki, Azərbaycan iqtisadıyyatına ən böyük zərbə məhz bank sektorundan gəlib və bu sahəyə cavabdeh olanların borcu idi ki,aradan keçən bu qədər müddət ərzində tənəzzül prosesini heç olmasa tormozlasınlar. Amma biz ötənlərdə tamamilə fərqli mənzərənin şahidi olduq. Çeşidli intriqalar, biri birini sıradan çıxarmaq və dövlət başçısının qarşısında suçlu duruma salınması üçün müxtəlif variantların sınaqdan keçirilməsi öz acı meyvələrini verdi, nəticədə qurunun oduna xeyli sayda yaşlar da yandı. Heç olmasa bundan sonra hikkələrdən imtina edilərək ötən yazılarımızda da xüsusui olaraq vurğuladığımız kimi, xalqın bir nömrəli xidmətçisinin ”“ Prezident İlham Əliyevin etimadını, etibarını qazanmağın qayğısına qalmaq lazımdır. Prezidentin iradəsinin əleyhinə gedənlərin aqibətini ötənlərdə hamımız görmüşük...

Dəyərli oxucular! Mövzunu tamamlayarkən məsləhətləşdiyimiz tanınmış iqtisadçılardan biri prezidentin 23 iyun tarixli fərmanına da diqqət yetirməyi və orda demək olar ki, çoxsaylı suallara cavab tapa biləcəyimizə işarə vurdu. Biz fərmanla tanış olduqdan sonra əlavə informasiyalar axtarışına çıxdıq və zəhmətimiz yerdə qalmadı. Odur ki, yazımızın son bölümünün sizlərin daha çox marağına səbəb olacağı qənaətindəyik: 

Prezidentə 15 min, MBNP rəhbərinə isə 65 min manat...

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin iyunun 23-də imzaladığı növbəti Fərmanını president.az/articles/24416 bu baxımdan əslində Rüfət Aslanlı hakimiyyətinin sonu və ya sonunun başlanğıcı hesab etmək olar. Bu fərmanla qısa tanışlıqdan belə qənaətə gəlmək olur ki, artıq Rüfət Aslanlı MBNP istədiyi kimi idarə etmək şansından məhrum edilir, bank-maliyyə sistemində taleyüklü qərarların verilməsində əsas söz Prezidentin köməkçisi Natiq Əmirova verilir. 
Ən çox diqqətçəkən və ehtimal etmək olar ki, dövlət başçısı tərəfindən belə bir fərmanın verilməsinə səbəb olan məqamsa nizamnamənin 1.9.13 -cü hissəsinin yeni redaksiyada verilməsi zərurətidir:
“Palatanın strukturu, ştat vahidlərinin ümumi sayı və işçilərin əməkhaqları Baş icraçı direktorun təqdimatı əsasında Direktorlar Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilir.”

Sual oluna bilər, artıq il yarım ərzində fəaliyyətə başlayan və bütün strukturları formalaşdırılan bir qurumda işçilərin sayı, əmək haqları məsələsi bu günədək həllini tapmayıb ki, belə bir “gecikmiş” addım atılır? Tələsməyin, məsələ burasındadır ki, əldə etdiyimiz məlumatlara görə MBNP rəhbəri Rüfət Aslanlı özünə prezident İlham Əliyevin əmək haqqından 4 dəfə artıq, 65 min manat əmək haqqı yazıbmış. Deyilənə görə, bu faktın üzə çıxması prezidenti bərk qəzəbləndirib və nəticədə 23 iyun fərmanı ortalığa çıxıb. Xatırladaq ki, vaxtilə prezident İlham Əliyev Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova aylıq 10 min manat maaş təyin edilməsi barədə qərar verəndə Elman Rüstəmov təvazökarlıq edərək dövlət başçısına minnətdarlıq etməklə həmin maaşın 8 min manat olmasına nail olmuşdu. Fikrimizcə, bu iki nümunə hər şeydən xəbər verir və müqayisənin şərh ehtiyacı yoxdur...

Məhz belə bir fərmanın verilməsi əslində prezident tərəfindən MBNP rəhbərinə etimadın itirilməkdə olması anlamına gəlir. Yeri gəlmişkən, deyilənə görə, bir müddət öncə PA rəhbəri, akademik Ramiz Mehdiyevin yanında keçirilən bir toplantıda MBNP rəhbərinin pafoslu çıxışı iştirakçıları yumşaq desək, məmnun etməyib. Orada hansı polemikanın yaşandığı və Ramiz Mehdiyevin Rüfət Aslanlının çıxışına hansı reaksiya verdiyi barədə məlumatsızıq, amma ümumilikdə baş verənlər Prezident İlham Əliyevin maliyyə bazarlarına nəzarətin daha effektiv həyata keçirilməsi üçün yeni axtarışlarda ola biləcəyi ehtimalından xəbər verir. Proseslər ona doğru gedir...
Oxşar xəbərlər
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
04 May 2024 | 13:33
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 00:41
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 00:41
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 00:41
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 00:41
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”