Hacı Zeynalabdin qəsəbəsində şəhər xəstəxanasının binası SÖKÜLƏCƏK 
715
06 Mar 2024 | 17:06

Hacı Zeynalabdin qəsəbəsində şəhər xəstəxanasının binası SÖKÜLƏCƏK 

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli şəhər xəstəxanasının köhnə binası söküləcək. 

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. 

Bildirilib ki, binanın sökülərək onun yerinə müasir tipli yeni müəssisənin tikintisi ilə bağlı seçilmiş ərazinin yerquruluşu planı hazırlanıb, Səhiyyə Nazirliyinin nümayəndələri ilə birlikdə zəruri məsələlər müzakirə olunub və yerində baxış keçirilib. 

Bizim.Media
 

Link kopyalandı!
Son xəbərlər