"Mütəllibov Moskvanın qorxusundan Qamsaxurdiyanı bircə gün də saxlaya bilmədi"
Araşdırma
Oxunub: 8405
04 May 2016 | 10:32
Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi təsvir edərək maraqlı bir tablo yaradır...


Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. 

Əvvəlini bu linkdən oxumaq olar---



                  
MÜSTƏQİL DÖVLƏT-MÜSTƏQİL FƏALİYYƏT

Vaqif Hüseynov vəzifədən azad edildikdən sonra faktiki olaraq DTK əməkdaşları xüsusi təyinatlı dəstə istisna olmaqla Qarabağ döyüşlərinə cəlb edilmədi. Yeni sədr İlhüseyn Hüseynov əvvəldən prinsipial olaraq bizim döyüşlərdə iştirakımızın əleyhinə idi. İ.Hüseynovun  işinin peşəkarı olması mübahisə doğurmasa da,  bu gün də hesab edirəm ki, düzgün mövqe deyildi, çünki Azərbaycan Ordusu hələ yaranmamışdı. 
Çaykənddən sonra içimdə bir boşluq hiss edirdim. Elə bilirdim ki, Xanlar rayonu üçün mənim görəcəyim bir iş qalmayıb. Açığı vuruşmaq istəyirdim. Ona görə hər həftənin sonu Ağdama,Tərtərə gedir, vəziyyətlə tanış olur, maddi və mənəvi köməyimi yerli kolleqalarıma əsirgəmirdim.
 
Oktyabrın 18-də Milli Məclis Müstəqillik Aktını qəbul etdi. Şüurlu həyatımın, tələbəlik illərimizin, həmfikir dostlarımızın arzuladığı, xəyalında olduğumuz tarixi hadisə baş verdi - biz müstəqil dövlət olduğumuzu elan etdik!  Amma millət olaraq həmin günü təntənə ilə qeyd edə bilmədik. Müstəqilliyimizin elan olunmasını hakimiyyət də, xalq da sükutla, hətta əndişə ilə qarşıladı. Bu tarixi gün elan olunanda fikirləşirdim ki, hamı küçələrə axışacaq, atəşfəşanlıq olacaq, sevinc yaşları axacaq. Olmadı.., heç indi də istədiyim, ürəyimdən keçən o ehtişamı görmürəm. Səbəbləri çoxdu. Səlahiyyət sahiblərinin də, toplumun da bu günə münasibətdə dərin siyasi, sosioloji problemləri var ki, onun da başında defisit sayıla biləcək AZAD OLMAQ  düşüncəsi gəlir...

Noyabrda daha ağır itki ölkəni sarsıtdı. Azərbaycanın say-seçmə oğulları, dövlət rəhbərləri Qarabağda vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində həlak oldular. Azərbaycan indiki dillə desək şok yaşayırdı. Mütəllibovun komandası faktiki olaraq yox idi. Həmin günlərdə Gəncədə Leninin heykəli axşam saat 10 ”“ da götürüldü. Heykəlin götürülməsinə nə sevinən vardı, nə etiraz edən. Xalq ağır dövrünü yaşayır, baş verən siyasi hadisələr xalqın yarasına məlhəm olmurdu. Bu ağır zamanda məni Şəmkir rayon bölməsinə rəis təyin etdilər. Bakıya əmrimi almağa gəlmişdim. Kadrlar İdarəsində bildirdilər ki, gözlə, bəlkə Mütəllibov səni qəbul etdi. Adətən SSRİ dönəmində rəislər təyin olunanda respublika rəhbərliyi qəbul edər, söhbət aparılardı. Günün sonuna kimi gözlədim, dedilər ki, prezidentin vaxtı yoxdu, qəbul edə bilməyəcək. Həmən gün dəhlizdə Riyad Əhmədovla qarşılaşdım. Riyadı Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə rəis  təyin etmişdilər. Biləndə ki, rayona rəis təyin edilmişəm, ciddi görkəm alıb dedi: ”Mən də fikirləşirdim ki, səni Müdafiə Nazirliyinə aparam. Nə var rayonda, sən döyüşçüsən, gəl gedək Qarabağa. Kadr yoxdu, peşəkarlar azdı.” Mən: ”Əmrə tabeyik, hara deyirlər hələ ki, ora getməliyəm. Baxarıq, sabah şərait elə olar ki, dəstəmizin hamısı ora gələr”. Bu mənim Riyadla son görüşüm oldu. Yanvarda Daşaltı əməliyyatında Riyadın öldüsü, qaldısı bilinmədi...Riyad Əhmədov həqiqətən qəhrəman idi, qəhrəman kimi də Vətən yolunda getdi.


Şəmkirdə rəis vaxtilə məni KQB-yə qəbul etmiş Əvəz Quliyev idi. Kadr İdarəsinin şöbə rəisi məni təqdim etməyə gələndə yarızarafat, yarıciddi dedi: ”Günah məndədi, səni niyə orqana götürürdüm ki, bu gün də mənim yerimə gələsən.”Kadrın əməkdaşı Adil müəllim: -Əvəz müəllim, deməli düzgün kadr seçmisiniz, Sizi öz kadrınız əvəz edir”.
İcra başçısına təqdim olundum. Daşkəsən rayonu da Şəmkir rayon bölməsinin xidməti ərazisi olduğu üçün səhərisi gün də Daşkəsən rayon rəhbərliyilə tanışlıq oldu. Bu tarixi ona görə qeyd edirəm ki, aylar keçəcək, Daşkəsənlə, Şəmkirlə bağlı hadisələr ortaya çıxacaq və o hadisələri yada salmaq bir bölgəni deyil, bir kiçik rayonu deyil, Azərbaycanı  səciyyələndirdiyinin şahidi olacaqsınız.
 
Şəmkir respublikanın ən böyük rayonlarından biridi. Əhalisinin sayına görə, ərazisinə görə də. Dağdan dağı, arandan aranı olan, su elektrik stansiyasının, Sovet Ordusunun desant briqadasının, qırıcı aviaeskadrilyasının, vertolyot bazasının yerləşdiyi Şəmkir, Ermənistanın sərhəddində olan Gədəbəy rayonu ilə qonşuluğuna,  Başkənd kimi Ermənistanın tabeliyində olan anklav  bir ərazinin yaxınlıqda yerləşməsinə görə əməliyyat şəraitinin gərgin olduğu bir bölgə idi. Çaykənddən çıxıb rahatlığa düşməmişdim. İlk işim bölmənin giriş qapısındakı lövhəni dəyişmək oldu. 1991- ci ilin dekabrın  25-də  Gəncədə hazırlatdığım üçrəngli bayrağımızın fonunda “Azərbaycan Respublikası MTN Şəmkir rayon bölməsi” loqosunu ürəyimdəki böyük təntənə ilə giriş qapısından vurdurdum. Özümü xoşbəxt sanırdım. Mənə  müstəqil Azərbaycanın xüsusi xidmət orqanının tərkib hissəsi olan bir bölmənin rekvizitini darvaza önündə asdırmaq nəsib olmuşdu. Müstəqil fəaliyyətimi arzularımla, xəyallarımla həyata keçirirdim. Tabeliyimdə olanlarla davranışdan tutmuş rayon ictimaiyyətilə olan münasibətlərə qədər. Hadisələr, ölkədə vəziyyət sürətlə dəyişirdi.

İşə bax ki, əvvəl işlədiyim Xanlar rayonunda olduğu kimi  Şəmkir rayonunun da mərkəzi almanlar tərəfindən salınıb. Qismətimə alman kaloniyasının Azərbaycandakı izlərinin ardınca getmək yazılıbmış. Şəmkirin adı Aninfeld olub, qısaca Anino deyirmişlər. Almanlar Şəmkirdə də böyük mədəniyyət qoymuşdular. Səliqə ilə salınmış 5 küçə, alman memarlığının nümunələri olan fərdi evlər, kirxanın binası, konyak zavodu, indi adı Çinarlı olan böyük  Georqsfeld qəsəbəsi və ordakı şərab zavodu almanlardan qalan qiymətli yadigarlardı.
1992-ci il gəldi. İl  gərgin hadisələrlə başladı. Gərginliyə səbəb Gürcüstandakı hadisələr oldu. Yanvarın 5-də 

Gəncədən zəng vurub xəbər verdilər ki, Gürcüstan prezidenti Zviad Qamsaxurdiyanı deviriblər və o Azərbaycan ərazisinə keçib Gəncə istiqamətində gəlir, qarşılayıb Gəncəyə gətirin. Şəmkirin ərazisində qəbul edərək onlarla hərbiçi-mühafizəçinin müşayət etdiyi Gürcüstan prezidentini Gəncəyə çatdırdıq. Z.Qamsaxurdiya DTK Gəncə şəhər şöbəsinin rəisi Cəbrayıl Nağıyevin qaldığı evdə yerləşdirildi. Bir neçə saat ölkə başçısı A.Mütəllibovla danışıqlar aparıldı. Rusiyadan ehtiyat edən Azərbaycan rəhbərliyi  hələ Gürcüstan prezidenti olan şəxsi ölkədə saxlaya bilmədi və bu Qamsaxurdiyaya çatdırıldı. Qamsaxurdiya Ermənistanla, konkret olaraq Ter-Petrosyanla əlaqə saxladı. Ermənistan prezidenti onun ölkəsinin ərazisinə keçməsinə razılıq verdi. Ermənistan tərəfindən olan bu jest Azərbaycanın Qamsaxurdiyadan olan imtinasına görə idi və mən bu fikirdəyəm ki, bizim rəhbərlik düz addım atmadı. Qamsaxurdiya və onun yorğun, əldən düşmüş silahlı dəstəsinin üzünə baxanda xəcalət çəkirdim. Bizə sığınmaq istəyən qonaqdan imtina etmişdik. Məni bu düşüncə narahat edirdi, nəinki Rusiyanın hansısa növbəti təzyiqi. Amma, Ermənistan Rusiyaya bizdən yaxın olsa da bu “qonaqpərvərliyi” göstərdi. Mənimsə gücüm Qamsaxurdiyanı müşayət edən hərbiçilərə “Motel” deyilən restoranda nahar yeməyi verməyim oldu. İndiyə kimi,  Qamsaxurdiya və onun adamlarının əzablı sifəti, yuxusuz gözləri yadımdan çıxmayıb, Gəncənin rəisi Cəbrayıl Nağıyevin dedikləri də: ” Yaman kəmfürsətlik etdi bizimkilər. Heç bir gün də saxlamadılar ki, adam dincini alsın. Erməni bizdən ağıllı tərpəndi.” Cəbrayıl müəllimlə həmfikir idim.

Müstəqil dövlət idik. Ölkələr bizim müstəqilliyimizi tanıyırdı. BMT-nin üzvü olduq. Amma, bölmənin növbəti il üçün planının tutulmasına göndərilən təkliflər sənədi rus dilində tərtib olunmuş və məzmunu da sovet zamanından heç nə ilə fərqlənmirdi. Bir nömrəli düşmən yenə ABŞ və Qərb göstərilirdi. Etirazımı rəhbərliyə bildirdim. Hər şeyin zamanı var dedilər. Bu sətirləri yazanda televiziyalarımızda ABŞ,Qərb az qala düşmən kimi hər gün söyülür və bu illərdə xüsusi bir dəyişikliyin baş vermədiyini düşünüb o zaman da ,indi də təzyiqin eyni yerdən gəldiyini və ona təəssüf ki,əməl olunduğunu bir daha yəqin edirdim. Qarabağda isə vəziyyət dramatik olaraq qalırdı.
Yanvarın 26-da bəd xəbər gəldi, Daşaltı əməliyyatı uğursuz olmuşdu. 100-dən çox əsgərimiz ölmüşdü və təəssüf ki, Riyad Əhmədov da onların arasında idi. Heyf Riyaddan...

Daşaltı əməliyyatı barədə az qala 10 gün əvvəldən biz məlumatlıydıqsa, deməli erməni də xəbər tutmamış deyildi. Müdafiə Nazirliyinin bir Şahin Musayevi vardı, general idi. Hamı deyirdi ki, bu Rusiyanın adamıdı, amma yenə də saxlayırdılar onu. Rusiyanın Şahin Musayevin yerini boş saxladığına heç inanmıram. Şübhələnmək mənim peşəmdi, həm də şimal qonşumuzu yaxşı tanıyıram. 
 
Daşaltıdan sonra daxil olan əməliyyat məlumatları ürəkaçan deyildi. Torpaq itkisi ilə hakimiyyəti dəyişmək planları barədə informasiyalar gəlirdi, hakimiyyətə gəlmək istəyən qüvvələr mövcud iqtidarın torpaq itkilərini hakimiyyətə gəlmək üçün bir divident kimi görürdülər.Yəqin MTN-in arxivində qalar .O zaman bu istiqamətdə Şəmkirdən bir analitik informasiya göndərmişdim ki, Xocalı və Şuşanın itirildiyi təqdirdə müxalifət prezident aparatına hücum edib hakimiyyəti dəyişəcək.

Açığı deyim ki, məsələni bir az da şişirirdim ki, rəhbərlik qınağa dolsun, heç olmasa hakimiyyət naminə torpaqların müdafiəsini möhkəmlətsin.Təəssüf ki, olmadı, təəssüf ki, mənim arayışımın təsiri qaranquşun alovun üstünə atdığı bir damcı su effektindən o yana olmadı, hakimiyyət qınağa dolmadı. Fevralın 26-da millətimizin böyük faciəsi -Xocalı qətliamı baş verdi.

Martın  6-da Ayaz Mütəllibov hakimiyyətdən istefa verdi. Şəmkirdə işlədiyim iki il ərzində ölkədə 5 dövlət başçısı dəyişdi. Mən Mütəllibovun zamanında rəis kimi işə başlamışdım, martda Yaqub Məmmədov, mayda İsa Qəmbər, iyunda Elçibəy, bir il sonra Heydər Əliyev dövlət başçısı olacaqdı. Belə sürətli əvəzləmələr ölkəyə, cəmiyyətə yaxşı heç nə vermirdi.
  
Ali Sovetin sədri Yaqub Məmmədov ölkə başçısı səlahiyyətlərini icra edirdi. Rəhim Qazıyev artıq müdafiə naziri idi. Şəmkirdə üç növ sovet qoşun növləri dislokasiya olunmuşdu. Zəyəm qəsəbəsində yerləşən qırıcı təyyarə eskadrilyası aprel ayında Azərbaycanı tərk etməyə başladı. Məlumat daxil olurdu ki, yük maşınları Gürcüstana aparılıb satılır. Yük təyyarələri hərbçilərin ailələrini köçürmək üçün Zəyəm aerodromuna enmişdi. İcra başçısı Elxan Əliyev Rəhim Qazıyevin rayona gələcəyini, amma onunla görüşmək istəmədiyini dedi. Rəhim Qazıyevi mən qarşıladım. Yanında Yaşar adlı  bir türk generalı, nazirliyin mətbuat xidmətinin çəkiliş qrupu və bir neçə hərbçi vardı. Zəyəm aerodromuna getdik. Hərbi hissənin komandirinin otağında komandir və digər zabitlərlə uzun söhbət, mübahisə oldu. Azərbaycan tərəfi bir neçə qırıcı təyyarə, hücum vertolyotları, hərbi texnikanın saxlanmasını tələb edirdi. Komandir hər iki ölkənin razılığa gəldiklərini, bir neçə texnikanın veriləcəyini təsdiqləsə də, qırıcı təyyarələrin verilməyəcəyini israr edirdi. Təyyarələrin yanına getdik. Komandir:
-Gəl, təyyarəyə minib səninlə uçaq. İdarə edə bilərsənmi?
-Əlbəttə yox. Mən pilot deyiləm.
-Bəs kimdi pilot sizdə? Heç kim. Pilotunuz yoxsa təyyarə nəyinizə lazım?
-Pilotumuz olacaq.
Komandir əlini yelləyib dedi ki, o təyyarə verə bilməz, amma vəziyyətin dramatik olduğunu Moskvaya çatdıracağını və nə qərar verilsə ona əməl edəcəyini bildirdi.

Komandir bir hərbçi kimi düz danışırdı. Söhbət xeyli çəkdi. Prinsipial razılıq olsa da daha yüksək səviyyədə danışıqlar olacağı qərara alındı, bir şərtlə ki, razılıq olanadək aerodromdan bir təyyarə də qalxmayacaq. İrəli gedərək deyim ki, sonralar razılıq əsasında iki qırıcı təyyarə bizə verildi.
 Rəhim Qazıyev geri qayıtmalı olduqlarını deyəndə mən onu qonaqlarla birlikdə nahara dəvət etdim. Rəhim bəylə süfrə arxasında bir az sıcaq söhbətimiz oldu və  söhbətdən o nəticəyə gəldim ki, Rusiya necə istəsə Qarabağda vəziyyət elə olacaq. Sabahı bu görüş televiziyada nümayiş etdirildi.
  
May gəldi. İndiyədək Azərbaycanın ağlına gəlməyən, başına gəldi. Mayın 8-dən-9-na keçən gecə Şuşa işğal olundu. Gəncədən əməliyyat rabitəsilə zəng vurub Şəmkirə xəbər verdilər. Təcili Gəncəyə gəldim. Hərə bir söz danışırdı, biri döyüş getdiyini, o biri artıq hər şeyin bitdiyini söyləyirdi. Bakıdan da dəqiq bir söz demirdilər. Gecə Şuşa ilə heç bir əlaqənin olmadığı bəlli oldu. Nə edəcəyimi bilmirdim. Fikirləşirdim ki, yəqin sabah səfərbərlik olar, hamı silahlanar, hər tərəfdən hücuma keçər, Şuşanı azad edərik. Gözləyirdim ki, sabah bütün nazirlik səfərbər ediləcək, bizi Ağdama yığacaqlar, ordan hücuma keçəcəyik. Eyni vaxtda Kəlbəcərdən, Laçından, Ağdamdan hücum etsək erməni Şuşanı boşaldacaq. Evə gələndə yoldaşım: Doğrudan Şuşanı alıblar?-deyib üzümə baxanda otağın ortasında dizi üstə çökdüm. Ağlamağımı güclə boğur, danışa bilmirdim. Yoldaşım qoluma girib məni qaldırdı. Özümə gələndə:
-Yəqin sabah bizi Ağdama apararlar, hərbi paltarı çıxar, hazırla.
 
Məni hərbi paltarda, əli silahlı  görməyə adət etmiş xanımım heç nə demədi, amma qorxduğu, həyəcanlandığı hiss olunurdu.

Sabah Şəmkirə yox, Gəncə şöbəsinə getdim. Məni formada görüb əməkdaşlar təəccüb etdilər, elə mən də .., niyə hamı formada deyil? Bakı ilə əlaqə saxladıq. Heç bir göstəriş, informasiya olmadı. Mən elə bilirdim ki, ölkə əhalisi axın edib, döyüş tələb edəcək, döyüşə gedəcək. Olmadı.., millət faciələrə, torpaq itkisinə alışmışdı. Amma, Şuşa itkisi başqa itkiyə bənzəmirdi axı... Bir süstlük, hərəkətsizlik vardı ölkədə. Bakıdan Şəmkirə getməyimi istədilər. Şəmkirdə nə edim?
 
Şuşa bütün yaddaşımla gözümün önündə idi.

Ardı var...
Oxşar xəbərlər
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
GÜNLÜK
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək